“Şirvan Siqnal”ın rəisi Rövşən Davudovun özünün siqnalı xarabdır, işləmir.... -
Rəis gecə sfetoforun yerini dəyişib, yerində ticarət mərkəzi tikir....
Vətəndaşlar soruşur ki, DÖVLƏT HARA BAXIR..? Haqqında bəhs edəcəyimiz mövzu ilə bağlı qısaca məlumat verək.
Biz bir media olaraq illər öncə, təxminən 2000-ci illərin əvvəlində yazmışıq ki, nəqliyyatı “dubinka” ilə idarə etmək erası çoxdan başa çatıb, müasir dünyada nəqliyyatın intellektual idarəolunması var. Yekəxanalıq olmasın, o zaman çoxları nəqliyyatın intellektual idarə olunmasının nə olduğunu heç bilmirdi.
Sözün qısası, biz yazandan bir neçə il sonra belə bir sahənin olması bizimkilərin də yadına düşdü. Və o zamankı nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında...
Bəli, 100 milyonlar yeyildi, amma ortaya normal bir intellektual idarəetmə qoyulmadı. Onu da qeyd edək ki, bu gün ölkədəki dəhşətli tıxacların əsas səbəblərindən biri, bəlkə də birincisi budur. İkinci problem odur ki, hər gün 100 minlərlə sürücü yola çıxır, bunların xeyli hissəsinin yerli-yersiz cərimələnməsi, cəmiyyətdə ciddi narazılıq yaradır, insanlar soruşur ki, DÖVLƏT HARA BAXIR..? Bax, əsas məsələ budur..? İnsanları dövlətdən narazı salmaq olmaz.
Nə isə keçək əsas mövzuya. Yuxarıda qeyd etdiyimiz nəqliyyatın intellektual idarəolunmasının bir hissəsini də SİQNAL İDARƏSİ həyata keçirir. Söhbət Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin tabeçiliyində olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən və onun regional istismar sahələrindən gedir.
Təsəvvür edirsiniz, bu idarəyə hər il milyonlarla pul ayrılır, işıqforların quraşdırılması, yol nişanlarının çəkilməsi, boya alınması, nişanlama xətlərinin bərpası, piyada keçidlərinin göstərilməsi, dönmə nişanlarının qoyulması və daha nələr üçün. Hər dəfə də hansısa tenderləri keçirib məsələni bitirirlər. Hər gün qarşılaşdığım bir mənzərəni qeyd edim.
Deməli, tuneldən çıxan yüzlərlə sürücünün heç biri QARŞI tərəfi görmür və ALLAH ÜMİDİNƏ çıxır. Yəni DAĞIN DALINI görməyən adamın oradakı obyekti nişan alması kimi... Niyə SİQNAL idarəsi bu problemi aradan qaldırmır..? Hələ bu harasıdır..? Bəzən lazımsız, mənasız, hərdən təkrar nişanlar qoyulur. Hələ bu harasıdır..? Siqnal İdarəsi “saxlamaq qadağandır” işarəsini ağacların arasında “gizlədir” və orada əvvəlcədən öyrədilmiş 2-3 taksi saxlayır. Kənar sürücülər də taksilərin dayandığını görür, gizlədilmiş qadağan işarəsini isə seçə bilmədiklərindən gəlib orada saxlayırlar. Dərhal evakuator gəlir...cərimə-filan...
Sözün qısası, Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Regional istismar sahələri və rəisləri var. Onlardan biri də “Siqnal”ın Şirvan Regional İstismar Sahəsədir, qısaca desək, Şirvan bölgəsinin Siqnalı, onun da rəisi Davudov Rövşən Həmidulla oğludur. Rövşən Davudovun yol boyu “qurduğu tələ”lər onun üçün əməlli-başlı biznesdir. Belə ki, sürücü işıqfora çatmamış 2 metrlikdə həmin işarə asfaltın üzərində işarələnir. Həmin işarənin üzərində isə öndə olan maşın dayanır. İşarə əlbəttə arxadakı sürücüyə görünmür. Həmin sürücü istiqamətini dəyişmək istədikdə 50 manatdan yuxarı cərimə olunur.
Yuxarıda dediyimiz kimi sürücü görünməyən dağın dalını necə görə bilər..? Beləcə, sürücüləri 50 manat cərimələməklə Rövşən Davudovun cibinə pullar axır. Redaksiyamıza müraciət edən Şirvan şəhərinin sakinləri deyir ki, Rövşən Davudov şəhərdə, Azpetrolun yanında, yəni Heydər Əliyev prospektində öz şəxsi mənafeyi üçün gecə saat 3 radələrində işıqforun yerini dəyişdirib. Nəticədə Azpetroldan çıxan maşınlar həmin işıqforda böyük tıxaclar yaradır və bu tıxaclar həyat üçün çox təhlükəlidir. İşıqforun yerinin dəyişdirilməsində məqsəd isə Rövşən Davudovun "Al" marketə icarəyə verdiyi obyektin ərazisinin 200 kv-dan artıq böyüdülməsi olub.
Nəzərinizə çatdıraq ki, həmin ərazidə olan obyekt Şirvan Siqnal İdarəsinin rəisi Rövşən Davudova məxsusdur. İşıqforun oradan çıxarılması 200 kv-lıq ərazinin boşaldılması deməkdir. Uzun illik ağacların bu ərazidən məhv edilərək çıxardılması isə yenidən böyük bir obyektin tikintisi üçün zəmin yaradır. Bu ərazidə Rövşən Davudova məxsus "Al" market, kafe, indi isə işıqforun yerində 4 mərtəbəli ticarət mərkəzi tikilməsi nəzərdə tutulub. Rövşən Davudov başa düşmür ki, ölkədəki qəzaların bir səbəbi də yol-hərəkət nişanlarının baxımsız vəziyyətdə, işıqforların yerində olmamasıdır. Sənə kim ixtiyar verib ki, gecə ilə işıqforun yerini dəyişirsən..? Görəsən, Şirvanın icra başçısı İlqar Abbasov Rövşən Davudovu yanına çağıraraq, nəyi tələb edib..? Rövşən Davudovun hərbi xidmətdən yayınması isə başqa bir yazının mövzusudur. Bizi izləyin.
Qarşı tərəfin münasibətini dərc edə bilərik.
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi

Dünyapress TV

Xəbər lenti