"Nə Zaur Mikayılov, nə müavini Zakir müəllim, Rafiq Aslanov müraciətlərimizi veclərinə almırlar" - NARAZILIQ // VİDEO
DogruXeber.az: - Ölkədə korrupsiya və yarıtmazlıqdan söhbət düşəndə ilk ağıla gələn adlar Sahil Babayev və Zaur Mikayılovdur.

Bu o demək deyil ki, digər rəhbər məmurlar vəzifəsini layiqincə yerinə yetirir, yox. Sadəcə, ən vacib sahələr olduğu üçün, ən çox narazılıq da bu qurumlardandır.

Elə oliqarx məmurlardan danışanda da ilk ağıla gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-dir. Hansı ki, hər iki qurumda səlahiyyət sahibi olanların hamısı sözün əsl mənasında oliqarx həyatı yaşayırlar.

Məsələn, bir neçə ay əvvəl "Melorasiya və Su təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovun milyonlar dəyərində əmlakları, obyektləri, oğluna məxsus bahalı avtomobil kolleksiyası və sair barəsində sosial medialarda məlumatlar yayımlanmışdı. Bundan əlavə yerli mediadan əldə etdiyimiz məlumata görə Melorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev, Rafiq Aslanovun bacısı oğludur və İlqar Əliyev həm vətəndaşlara qarşı saymazlığı, həm də tabeliyində olan işçilərə qarşı kobud davranışları və onları öz evində, həyətində qul kimi işlətməsi, həmçinin korrupsioner əməlləri ilə "şöhrət" qazanıb.

Dayısına arxalanan bacıoğlu, Papanın avtomobil kolleksiyası toplayan "gül balası", "Tender karvanı" nın qarşısını kəsib "xələt" toplayan səlahiyyət sahibləri, ayrılan pulları yeyib, artezyan quyularını yerli sakinlərin hesabına salıb, öz adı ilə təhvil verən yerli Su sistemləri idarələrinin rəisləri və sair hamısı cəm olub Zaur Mikayılovun rəhbərlik etdiyi "Melorasiya və Su təsərrüfatı" ASC-də.

Yeri gəlmişkən, bir neçə gün əvvəl "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Şəmkir rayon Düz qışlaq kənd sakini Şükür İsmayılov kənddəki artezyanlardan birinin işləməməsi, Suvarma sistemləri idarəsinin isə bu problemə məsuliyyətsiz yanaşmasından gileylənmişdi.

Ertəsi günü Şəmkir rayonunun "Yeniyol" kənd sakini Polad Vəliyev redaksiyamıza zəng etdi və canlı yayıma qoşulmaq istədiyini bildirdi.

Polad Vəliyev, efirə qoşularkən "Şükür hələ nə dedi ki ?! Mən Melorasiyanın işçisiyəm, burda nələr baş verir mənim gözümün önündədir", dedi.

"Mən 4 ildir, Su Melorasiyada elektrik -mantyor olaraq çalışıram.
2021-ci ildə prezidentin sərəncamı ilə Şəmkir rayonunda 10 su artezyan quyularının saxlanması üçün dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrıldı. Lakin, onlarda cəmi bir dənəsi Yeni həyat kəndində vuruldu ki, eşitdiyimə görə onu da Sahibə Qafarovanın qohumu etdirib. Hazırda da təkcə o işləyir, digər 9-u isə hələ də işləmir.

Yeniyol kəndinin də artezyan quyusu bu ilin may ayında vurulub, hələ də işə salınmayıb. Onu da salan Norveç şirkətidir. Orada çalışan Kamran və Xəqani adlı şəxslər bildirir ki, "2021-ci ildə Norveç şirkəti "Azərişıq" ASC ilə 2400 (iki min dörd yüz) AZN -lik müqavilə imzalayıb. Lakin, indi "Azərişıq" ASC həmin məbləği 5.000 (beş min)ə qaldırdığı üçün texniki şərti ala bilmirik ki, on minliyə qoşulaq".

Ümumiyyətlə, mənim ağlım kəsəndən bugünə qədər Şəmkir rayonunda su üstündə qardaş qırğını gedir. Hamı bir-biri ilə düşmən olub. İllərdir ki, lap Əhməd Əhmədzadənin vaxtından bugünə qədər aidiyyatı üzrə Melorasiya və Su təsərrüfatı ASC-nin rəhbərliyinə məktublar yazıram. Bir ev dolusu məktub yazmışam, hələ də məsələ həll olunmamış qalır. Orada adını dəqiq xatırlamıram, Vidadi müəllimdir, yoxsa Çingiz müəllim mənə Bakı ləhçəsi ilə deyir, "Olacey dəə, nöş telesirsüz". Ümumiyyətlə, artıq, hara müraciət edəcəyimizi bilmirik.
Nə Zaur Mikayılov, nə müavini Zakir müəllim, Rafiq Aslanov müraciətlərimizi veclərinə almırlar.



Biz daha nə qədər bir-birimizi didməliyik su üstündə?
Artıq, özümüz özümüzə bu "müharibələr"imizə görə "Milli ordu-252" ləqəbini vermişik. Bu nə qədər belə davam edəcək?".

İş orasındadır, Şəmkir "Melorasiya və Su təsərrüfatı" ASC-nin fəaliyyətindən narazılıq edən yeganə rayon deyil. "Həftə səkkiz, mən doqquz" sosial medialarda Zaur Mikayılovun "şəninə" nələr yazılır, nələr...

Amma, görünən o ki, bu yazılanların, deyilənlərin heç biri Şəmkir sakini Polad Vəliyevin də dediyi kimi Zaur Mikayılov vecinə deyil. Yoxsa, bu qədər dərin səbr kasası kimdə var?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti