Ardını oxu...
DİA.AZ: - Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu yenidən ölkə rəhbərliyinə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Yazıb sizə bildirirəm ki, artıq mənim ürəyim ağrıyır. Bir ağsaqqal kimi, bir ziyalı kimi, bir əməkdar
müəllim kimi, bir Heydər Əliyevçi kimi Azərbaycan Təhsilinin bu günkü vəziyyətini qəbul edə bilmirəm.
Təhsil uçurumun astanasındadır. Bunu tək mən yox, bütün Azərbaycan xalqı danışır, gözləri ilə görür və
narazılıqlarını bildirirlər. Çünki, Emin Əmrullayev Təhsil naziri olandan bəri, mətbuat, sosial şəbəkələr
ancaq təhsildən yazırlar. Təhsil ekspertləri, deputatlar, ziyalılar təhsili analiz edərkən, burada aşkarlanan
çirkinlikləri, özbaşınalıqları açıq şəkildə tənqid edirlər. Hətta təhsil eksperti Kamran Əsədov “Təhsil
zamanı” xəbərlər proqramında qeyd etdi ki, hələ təhsilə Emin Əmrullayev kimi zəif nazir gəlməyib. Çünki,
Emin Əmrullayevin sözləri ilə əməlləri bir-birinə uyğun gəlmir. Bu adam təhsili düzəltmək məqsədilə ilk
növbədə kadr siyasətindən danışır, amma özünün apardığı kadr siyasəti sıfır vəziyyətindədir. Təkcə
Gəncə və Gəncəbasar təhsili buna canlı misaldır. Regional Təhsil İdarəsinin rəisi, bank işçisi, onun
müavini bank işçisi, şöbə müdirləri bank işçiləri Daşkəsən rayonu Təhsil sektorunun müdiri bank işçisi və
sair. Indi buradan hansı təhsildən danışmaq olar. Ona görə də Gəncə Regional Təhsil İdarəsinin müdiri
Anar Qədiməliyev son iki ildə təhsildən başqa nə işlər desən görüb. Ilk növbədə öz çirkin niyyətlərini
həyata keçirmək üçün əsil təhsil işçilərini təhsildən uzaqlaşdırdı. Bu adam gəldiyi gündən ancaq və ancaq
intriqa ilə məşğuldur. Belə ki, şəhər 1 №-li məktəbin direktoru Mətanət Qarayevanı özünü öldürmə
dərəcəsinə çatdırdı. Sonra 44 № məktəbin direktoru Knyaz Süleymanovu təhqir edərək, özünü öldürmə
dərəcəsinə çatdıraraq, nəhayət ki, onun ürəyini partladıb öldürdü. Deyilənə görə, Knyaz müəllim
ölməmişdən 5 dəqiqə qabaq Anar Qədiməliyevin müavini Rövşən Kərimov ona zəng edib 3 dəqiqə
telefonda danışıblar. Bundan iki dəqiqə sonra Knyaz Süleymanov canını tapşırıb. Yəqin ki, inzibati
orqanlar bu danışığın izinə düşüb, həmin danışığı xalqa bəyan edəcəklər. Anar Qədiməliyev idarədə
bildirib ki, narahat olmayın mən heç kimdən qorxmuram. Ilk növbədə arxamda Emin Əmrullayev dayanır.
Bu baxımdan bütün dost və qohumlarını, ona yaxın adamların hamısını Regionala uyğun oldu-olmadı işə
götürüb. Məsələn, Gəncə Milli Təhlükəsizlik Xidmətinin rəis müavininin həyat yoldaşını idarə rəisi, şəhər
prokuror köməkçisinin həyat yoldaşını idarə rəisi, deputat Müşviq Cəfərovun həyat yoldaşını idarə rəisi
və sair təyin edib. Bir sözlə bu adamlardan özünə sədd çəkdirib. Bunu da hər yerdə danışır. Bu da bir
siyasətdir. Elə ona görə də Anar Qədiməliyevin SOROS-a xidmət etməyi, əsgəri xidmətə getməməyi,
yerini islatmağı, təhsildən anlayışı olmamağı, törətdiyi əməllər, müəllimlərə qarşı anti pedaqoji
hərəkətlər heç kəsi maraqlandırmır. Mən bu adamlara bir sual verirəm. Demirsiniz ki, biz təmiz
adamlarıq, biz qanunla işləyirik, biz təhsili düzəltməyə gəlmişik, əgər belədirsə, dekabr ayının 31-də
bütün ölkədə 65 yaşdan yuxarı məktəb direktorları ilə, o cümlədən, Gəncə şəhərindəki məktəb
direktorları ilə, başda təhsilin canını boğazına yığan Bəhram İmranovla bağlanılmış müqavilələrə xitam
verin. Onda sizə deyim, bərəkallah! Əks təqdirdə məni yenidən öz yerimə qaytarın. Mən də söz tapa
bilməyim. Yoxsa ki, Emin Əmrullayev deyir ki, səni qaytarsam, mənə deyərlər ki, sənin qabağından
qorxub qaçdım. Bu nazir sözü yox, bu rekert sözüdür. Açıq desinlər, ki mən bunlara xeyir eləmirəm.
Cənab Prezident ölkənin bu ağır vaxtında özünüz demişkən, yuxusuz gecələrin hesabına siz
Azərbaycan üçün əlinizdən gələni əsirgəmirsiniz. Bunlar isə daxildə vəzifələrindən istifadə edib, əhalini,
başlıcası müəllimləri sizdən narazı salırlar. Bu baxımdan dəfələrlə demişəm ki, məni səlahiyyətli bir
adam, özü də sizi və dövləti sevən adam qəbul eləsin, mən bütün yazdıqlarımın ətraflı şəkildə izahını
verim. Çünki, mən 2003-cü ilə qədər Heydər Əliyevlə 2003-cü ildən indiyədək sizinlə nəfəs alıram. Yenə
siz demişkən, ədalət bərpa olunmayınca mən bu insanlardan əl çəkəsi deyiləm. Arzum budur ki, 2023-cü
il ulu öndərin 100 illiyi ərəfəsində bu qeyri-peşəkar təhsil işçilərindən təhsilin canını qurtaraq.
Qarşıdan gələn yeni il münasibətilə sizi ürəkdən təbrik edir, sizə uzun ömür, can sağlığı və
Azərbaycanın gələcəyi naminə yeni-yeni müvəfəqiyyətlər arzulayıram. Hörmətli Əli Nağıyevdən də
xahişim odur ki, şəxsən mənim apardığım haqq mübarizəsində, mənə dəstək olsun. Mən o insana
inanıram".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Habelə, qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir.
Ardını oxu...
Amma bu qanunların işləmədiyi rayonlar da vardır. Ağstafa rayonu qanunun “hörümçək toru” hesab edildiyi, “iri həşəratların vurub asanlıqla dəldiyi” həmin rayonlardandır. Zaman-zaman Ağstafada bələdiyyə sədrlərinin torpaq sahələrini qanunsuz, təkbaşına qərar verməklə satdıqları barədə məlumqatlar yayılıb, bəziləri barədə ciddi ölçü götürülüb. Amma hamıya məlumdur ki, yerli özünüidarəetmə qurumlarının rəhbərləri Rayon İcra Hakimiyyətinin başçısından və yüksək vəzifəli digər məmurlardan gizli özbaşına iş görə bilməzlər. Müşahidələr göstərir ki, sabiq icra başçısı Məhərrəm Quliyev korrupsiya ittihamı ilə həbs olunandan sonra da rayonda bu müstəvidə problemlər səngiməyib. Cənab Seymur Orucov hakimiyyətə gələndən sonra da torpaqların qanunsuz satılması, icarəyə, istifadəyə verilməsi ilə bağlı şikayətlər yayılmaqdadır.
Ardını oxu...
Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Ağstafa şəhərində Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyasının inzibati binasının park kimi istifadə olunan həndəvəri gələcəkdə ticarət köşkləri kimi fəaliyyət göstərəcəyi qabaqcadan bəlli olan yanaşı obyektlər üçün satılıb. Məlumata görə, torpağı alan adam alan yüksək vəzifəli şəxsdir. Hərçənd, ictimai marağın obyektivinə tuş gəlməmək üçün araya söz buraxıblar ki, guya həmin obyekt sahəsi şəhid ailəsinə verilib. Qeyd edildiyi kimi, köşklərin yerləşəcəyi ünvan göz qabağında, izdihamlı yerdədir. Cənab Seymur Orucov bu məsələdən xəbərinin olmadığını deyə bilməz. Yeni Azərbaycan Partiyasının 30 illiyinin qeyd olunduğu bu ərəfələrdə partiyanın rayon təşkilatının inzibati binasının həndəvərində hətta məqsədəuyğunluqla da izah edilə bilməyəcək belə bir qanunsuzluğa imza atmaq yəqin rayon rəhbərliyinin YAP-ın yubileyinə özünəməxsus hədiyyəsidir. (azerbaycanrealligi.com)


Ardını oxu...
Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında (NMR) son illərin ən böyük anti-korrupsiya əməliyyatlarından biri keçirilir. Dövlət Təhlükəsizliyi Xitməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatda külli miqdarda dövlət vəsaitinin məmimsənilməsi aşkara çıxarılıb və bir neçə yüksək vəzifəli məmur Bakıya gətirilərək həbs ediliblər.

Anti-korrupsiya əməliyyatının Naxçıvanın bütün sahələrini əhatə etdiyini nəzərə alsaq, yeni həbslərin olacağı ehtimalı da yüksəkdir. Azərbaycan qanunlarının heçə sayıldığı Naxçıvanda nazirlər, xidmət rəisləri, komitə sədrləri uzun illər tabelikdə olan qurumları özlərinə xas qayda-qanunlarla idarə ediblər.

Qanunlarımızın işləmədiyi qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Xidmətin rəisi, general-mayor Şahin Nəbiyev də digər səlahiyyət sahibləri kimi dövlət idarəsini öz qanunları ilə idarə edib. MR-dəki mənbənin sözlərinə görə, Xidmətin əməkdaşları sözün əsl mənasında qul kimi işlədilirlər. Ev üzünə həsrət qalan Xidmət işçiləri nəinki bayram günlərində işə çıxır, hətta məzuniyyətə belə buraxılmırlar. Nürəddin Əzimov adında işçi var, amma üzünü görən yoxdur...

Mənbə qeyd edir ki, kiçik bir səhv etdiyinə görə Xidmətin binasında işçini “dubinka” ilə döyən Nəbiyev, özünü MR-dəki hakim ailənin ən yaxın adamı kimi göstərməyə çalışır: “Burada onlarla adı olub, özü olmayan işçi var. Bu şəxslərdən tanınmışı Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimovun oğlu Nürəddin Əzimovdur. İllərdir bu idarədə işləyir, ancaq nə işə gəlir, nə də üzünü görən var. N.Əzimov da öz növbəsində yaxın adamı Rəfael Salmanovu burada işə düzəldib. O da Əzimov kimi idarənin yolunu tanımayanlardandır”.

Mənbə deyir ki, N.Əzimova Miqrasiya Xidmətindəki bu imtiyaz, ilk baxışdan zənn edildiyi kimi, atasının hesabına verilməyib. Belə ki, o, hakim ailənin yaxın qohumudur - Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun qayınıdır.

Bəs Şahin Nəbiyev hakim ailə, yəni Talıbovların gözünə girməyi necə bacarıb?

Araşdırmamız zamanı məlum oldu ki, əslində, Ş.Nəbiyev sələfi Fazil Ələkbərovun adamı olub. Deyilənlərə görə, uzun illər Sədərək Gömrük İdarəsində Ələkbərovun pulyığanı işləyib. Daha sonra Naxçıvan DTX-ya rəis təyin edilən F.Ələkbərov özündən sonra Miqrasiya Xidmətinə Nəbiyevin rəis təyin edilməsinə nail olub. Vaxtında Ələkbərovu yerə-göyə sığdırmayan, hətta onun qarşısında iki qatlanan Ş.Nəbiyev isə Talıbovlarla münasibətləri pozulan F.Ələkbərovu sataraq, ona xəyanət etmiş olub. Bu xəyanətin mükafatı olaraq o vəzifədə saxlanılıb və müəyyən imtiyazlar əldə edib.

“AzPolitika”
Ardını oxu...
“Baku Marriott Hotel Boulevard” növbəti dəfə məşhur iş adamını göstərdiyi xidmətlə marazı salıb. Bu dəfə türkiyəli iş adamı Adem Polat Bakı səfəri zamanı bu oteli seçdiyi üçün peşman olub.

Bu barədə Tribunainfo.az-a danışan biznesmen bildirib ki, otelin göstərdiyi xidməti 5 ulduzlu xidmət hesab etmək olmaz:

“Oteldəki xidmət 3 ulduz səviyyəsindədir. Əvvəldən otelin xidmətinin bu səviyyədə olduğunu bilsəydik, buranı seçməzdik. Təsəvvür edin, otaqda təraş üçün ləvazimat yox, diş fırçası yox. Soruşanda da deyirlər, gərək siz bizə bildirəsiniz, sonra biz otağa o ləvazimatları qoyaq. Otel restoranlarında yemek yeyirsən və dərhal yerində ödəniş tələb edirlər. Söyləyirsən ki, mən filan otaqda qalıram, otaq nömrəmə yazın, bir dəfəlik ödəniş edərəm. Deyirlər, xeyr, olmaz”.

A.Polat bildirib ki, sanki 10 dərəcəli dövlətin 3 ulduzlu otelindəsən:

“Mən dərhal oteli tərk etdim və əsəblərimi yerindən oynatmayan otel tapdım”.

Xatırladaq ki, bir neçə ay öncə Bakıda olan Rusiyalı məşhur biznesmen Artyom Bikov da qalmaq üçün “Baku Marriott Hotel Boulevard”i seçmiş və xidmətdən narazı qalaraq oteli məhkəməyə vermişdi:

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
""Providence Doytch Limited" MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinin satınalmaları üzrə keçirilən tenderin qeyri-şəffaf şəkildə keçirilməsi, sağlam rəqabət mühitinin yaradılmaması və bunun nəticəsində külli miqdarda dövlət vəsaitinin israf olunması ilə bağlı məsələ ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilib. Odur ki, redaksiyamıza daxil olan bir şikayətlə bağlı mövzuya bir daha qayıtmalı olduq.

…Bir müddətdir adı qalmaqallarda, hətta korrupsiya əməllərində adı hallanan podratçı "Providence Doytch Limited" MMC ilə bağlı "Təzadlar"a şikayət məktubu daxil olub. Məktubda söhbət Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitin "Providence Doytch Limited" MMC tərəfindən mənimsənilməsindən gedir.

Şikayətçi isə "Vüqar-1970" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 2 saylı evdə yaşayan Zeynalov Vüqar İsmayıl oğludur.

V.Zeynalov yazır ki, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ildən Ağdam rayonundan ailəsi ilə birlikdə məcburi köçgün düşüb. Atası İsmayıl Zeynalov da Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Qardaşı isə 1992-ci il yanvar ayının 11-də Türkmənistandan gələn "Sovetskaya Kalmıkıya" gəmisinin erməni terrorçuları tərəfindən partladılması nəticəsində həlak olub.

Ardını oxu...
Vüqar Zeynalov 2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın müxtəlif rayonlarında, o cümlədən Lənkəran, Balakən, Zaqatala, İsmayıllı, Qax, Sabirabad, Ağcabədi, Cəlilabad, Lerik və Astara olmaqla 10 rayonun dağlıq və ucqar kəndlərində 15 Modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə verib: "Məktəbləri təhvil alan təşkilatların hamısının mənə razılıq məktubları var. 2020-ci ilin may, iyun və iyul aylarında podratçı "Providence Doytch Limited" MMC ilə direktoru olduğum “Vüqar-1970” MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlayaraq, Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirmişəm. Hər üç məktəb ağır və çətin relyefli ərazi hesab edilir. Dəniz səviyyəsindən 1000-2200 metr yüksəklikdədir. İşlərin icrası zamanı yerinə yetirilən iş həcminə texniki nəzarətçilər mütəmadi olaraq nəzarət edib və iş prosesinin tərəfimizdən fotoşəkilləri çəkilib".

Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda müəyyən olunub ki, modul tipli məktəblərdə podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb: "Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb olub. Qeyd edim ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Göstərilən fərqin yaranması səbəblərinin hərtərəfli araşdırılması və səbəblərinin obyektiv və qanunauyğun qaydada qiymət verilməsi üçün mən özüm şəxsən "Providence Doytch Limited" MMC-nin direktoru Bəhruz Həsənova müraciət yazdım ki, qeyd edilən məsələnin araşdırılması və həlli üçün tədbir görülsün. B.Həsənovun qəbulunda olarkən bildirdim ki, müvafiq komissiya yaradılsın və komissiya üzvləri ilə hər üç məktəbdə yoxlama aparılmasına dair işlər görülsün. Direktor Bəhruz Həsənov özü sədr olmaqla komissiya təşkil etdi və 15-16 iyul 2021-ci il tarixlərdə mənim, mal-materialları daşıyan və maşın-mexanizmlərin sürücüləri məktəblərə dəvət edildi. Onların hamısı bir nəfər kimi görülmüş işlərin, onların yerinə yetirilməsi prosesinin, yükün həcmi və görülən işlərin sahəsi haqqında komissiya üzvlərinə məlumat verdilər və nə qədər iş görülməsini, neçə reys mal-material daşınmasını və qiymələrin neçəyə başa gəlməsini təsdiq etdilər. Onların göstərdikləri sənədlərin komissiya üzvləri şəklini çəkdilər və dedilər ki, bunlar bizə lazım olacaq. Ancaq komissiya üzvləri məktəblərdə akt tərtib etmədilər. Bildirdilər ki, qayıdıb Bakıda akt tərtib edəcəklər və mənə də təqdim edəcəklər. Bakıya gələndən sonra mənə əvvəlcədən hazırlanmış akt verdilər ki, bura imza et. Mən akta göz gəzdirib başa düşdüm ki, onlar "Smeta aktı"nı köçürüb görülən işlərin "qəbul aktı" adı ilə mənə imza etdirmək istəyiblər. Ona görə də aktı imzalamaqdan imtina etdim. Çünki komissiya üzvləri formal olaraq Astara və Lerik rayonlarına gediblər. Lakin akt yazmaq fikrində olmayıblar".

Ardını oxu...
V.Zeynalov bildirir ki, onun yazdığı müraciətə faktiki olaraq baxılmayıb: "Mən başa düşdüm ki, "dırnaqarası komissiya" heç bir nəticə əldə etmək fikrində deyil. Aşkar olunan qanunsuzluqlar barədə heç kimə məlumat verməyəcəklər. Çünki mən şikətlə müqavilə bağlayıb işləyəndən bəri "Providence Doytch Limited" MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər. Bu da bir məktəb üçün ayrılmış pulun xeyli hissəsi, təxminən yarısı deməkdir. Əks təqdirdə, şirkətin rəhbərləri xarici bahalı maşınları "əlcək kimi" dəyişə bilməzdilər. Qeyd edim ki, podratçı tikinti şirkətlərinin rəhbərləri arasında yaxın qohumluq münasibətləri mövcuddur.

Belə ki, Təhsil Nazirliyinin həmin dövrdə Təmir Təchizat Depertamentinin rəisi Anar Axundov idi, podratçı "Providence Doytch Limited" MMC-nin rəhbərlərindən biri olan Musayev Teymur Zaur oğlu isə Anar Axundovun bacısının həyat yoldaşıdır. Başqa məlumatlar haqqında hələlik heç nə demək istəmirəm. Çünki obyektiv yoxlama aparılanda daha çox məlumatlar meydana çıxacaq".

V.Zeynalov yazır ki, qeyd etdiyi kimi, subpodratçı olaraq tikinti-quraşdırma işlərini başa çatdırdığı Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndlərində 3 modul tipli məktəbin tikinti-quraşdırma işlərini apararkən ona verilməyən pulun məbləği 180 min manat civarındadır: "Mənim tikinti işlərini apardığım işlərdə mal-materialın pulundan borclu qaldığım, işçilərə verə bilmədiyim, eləcə də yük maşınlarının sürücülərinə, traktor, buldozer və asfaltsalan texnikanı idarə edən insanların əmək haqlarını verə bilməmişəm. Borclu qaldığım insanlar evimə gəlib halal əmək haqlarını tələb edirlər. İnanın, daha evimdə oturmağa imkan vermirlər. Bu vəziyyəti yaradan şirkət rəhbərləri isə keflərindən qalmırlar".

Qeyd edək ki, tikinti şirkətinin hər 3 məktəbin yerinə yetirilmiş işlərin qəbulu smetaları və ayrıca "Vüqar-1970" MMC-nin 3 məktəbdə gördüyü, "Providence Doytch Limited" MMC tikinti şirkətinin smetasında nəzərə alınmayan işlərin smeta aktları redaksiyamıza təqdim edilib.

V.Zeynalov daha sonar yazır ki, Lerik rayonunun Xiçəso kəndində tikilmiş modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 74.129 manat pul məbləği ayrılıb, faktiki tikintiyə xərclənən məbləğ 94.798 manat olub: "Astara rayonunun Şəvqo kəndində 40 şagirdlik modul tipli məktəbin şirkət tərəfindən tikintisinə 94.031 manat ayrılıb, faktiki xərclənən məbləğ 167.809 manat olub.

Lerik rayonunun Loda kəndində 20 şagirdlik modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 93.300 manat, faktiki tikintiyə xərclənən pul vəsaiti isə 167.383 manat məbləğində olub.

Diqqətinzə mühüm bir faktı da çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 may tarixli Sərəcamına əlavədə Astara rayonunun Xiçəso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 256.000 manat, Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin qauraşdırılmasına isə 256.000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 avqust tarixli Sərəcamına əlavədə Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına ayrılan vəsait 207.000 manat təşkil edir.

Ardını oxu...
Ümumilikdə, Prezidentin Sərəncamı ilə qeyd olunan məktəblərin quraşdırılmasına 719.000 manat ayrılıb. Mənim tikdiyim 3 məktəbə görə ödənilən vəsait 256.000 manat təşkil edir. Həmin məktəblərin tikintisi üçün mənə veriləcək məbləğ 180.000 manat civarında, şirkətin rəhbərlərinin mənimsədikləri məbləğ isə 290.000 manat civarında pul vəsaiti təşkil edir.

Göründüyü kimi, "Providence Doytch Limited" MMC tikinti şirkətinin acgöz rəhbərləri tikintiyə ayrılmış pulları mənimsəmək üçün az göstərməklə məni həm mal-material aldığim şirkətlərin rəhbərləri ilə, həm də tikintilərdə iş görən insanlarla üz-üzə qoyublar.

Əslində tikinti şirkəti smeta tərtib edib tikintiyə pul ayırarkən tikilmiş məktəblərə yol çəkilməsi (betonlanması) xərcləri, nəqliyyat xərclərini, maşın-mexanizmlərin istifadəsi üçün çəkilən xərcləri, qazıntı işlərini, mişar daşının və eyni zamanda qum və çınqıl yüklənməsi və daşınmasında yüksəkliyə aparılması üçün əl əməyindən istifadə edilərək bir neçə dəfə maşınlara yüklənməsi və daşınması xərcləri nəzərə alınmayıb.

Ancaq mənim gördüyüm əlavə işlərin dəyəri şirkətin xərclərdə nəzərə alınmayan işlər hesabına yaranıb. Respublikada quraşdırılmış Modul tipli məktəblərdə olan vəziyyət qeyd edilən məktəblərlə eynilik təşkil edir".

Çıxılmaz vəziyyətdə qaldığını bildirən V.Zeynalov "Providence Doytch Limited" MMC tikinti şirkəti ilə bağladığı subpodrat müqaviləsi əsasında Astara rayonunun ucqar dağ kəndləri Xiçəsoda, Şəvqoda və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikintisinin aparılmasında sərf olunmuş pul vəsaitinin məbləğini müəyyən etmək üçün səlahiyyətli dövlət komissiyasının yaradılmasını istəyir.

V.Zeynalov bir faktı da diqqətə çatdırır ki, o, şirkət rəhbərlərinə müraciət edərkən onlar həm ayrı-ayrılıqda, həm də bir yerdə olaraq bütün görülmüş işlərə və çəkilmiş xərclərə görə ona heç nə verməyəcəklərini bildiriblər və bunun üzərində israrla dayanırlar: "Lakin 2022-ci ilin iyun ayında mənə 35.000 manat pul verməklə onlardan bir daha şikayətçi olmayacağıma dair ərizə verməyi təklif ediblər. Bu necə ola bilər? Bu günə kimi mənə heç bir manat da borcu olmayan (?) şirkət rəhbərləri brdən-birə 35.000 manat təklif edərək məni susdurmaq istəyirlər. Lakin mən bununla heç cürə razılaşa bilmərəm. Çünki mən qanunamüvafiq qaydada dövlət komissiyasının yaradılaraq əsaslı yoxlama aparılmasında israrlıyam. Xahiş edirəm, mənim şikayətimi aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//

Ardını oxu...
DİA.AZ: - Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2 sakini Hüseynova Lətafət Əflatun qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edərək çıxardığı qanunsuz qətnamə əsasında mənim və qızımın həyatı ciddi təhlükə altındadır.
Belə ki, mən və 24 yaşlı qızımın Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2 ünvanda yaşamağımıza bir neçə il əvvəl qətnamə çıxarılıb.Hansı ki, həmin evə 1996-cı il tarixdə gəlin gəlmişəm burada bir qızım dünyaya gəlib.Həyat yoldaşım uzun müddətdir ki, bizi atıb Rusiya Federasiyasına gedib. Hakim İbrahim Fəttahov sonradan həmin ünvanda yerləşən 1 otaqlı evə Rəfiyev Taleh Tacir oğlunun köçürülmsəinə dair qətnamə çıxarıb.Guya həmin evi Taleh Rəfiyev adlı şəxs alıb.Hansı ki, Taleh Rəfiyev mənim qaynanamın vəkili olub.Onlar danışıb razılaşıb belə saxtakarlıq yolu ilə bizi bezdirib bu evdən çıxarmaq istəyirlər.Bir otaqlı evdə mənim 24 yaşı qızmın və digər yad bir kişinin yaşaması necə mümkün ola bilər ?
Bu dünyada analoqu olmayan qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarıb.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib xahiş edirəm namussuzluq edib qanunsuz qətnamə çıxarmış Göyçay raypn Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz.Bu məhkəmə qətnaməsi yox namussuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarmışdır".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 
Ardını oxu...
Tovuz sakini, Qarabağ müharibəsi veteranı Məmməd Hüseynov "Korkmaz Group" MMC-dən şikayətçidir.

O, "Arqument.az"a deyib ki, şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmaz onu aldadaraq 84400 (səksən dörd min dörd yüz) manat pulunu ödəmir.

Məmməd Hüseynovun sözlərinə görə, Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan vəsaiti (maaş) ödəməyib.

Hazırda 30-a qədər fəhlənin maaşını ala bilməyən iş adamı deyir ki, bu MMC-nin vəsaiti geçikdirməsi nəticəsində vergi borcu da yaranıb. Nəticədə vergi borcuna görə ölkədən çıxışına "stop" qoyulub.

Deyir ki, şirkət pulunu ödəsə, vergi borcunu bağlayacaq və problemi həll edəcək.

Onun sözlərinə görə, 2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb.

Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.

Deyir ki, görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir.

Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Qorxmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir.

Qarabağ veteranı deyir ki, bütün işlər sənədlərdə və müqavilələrdə əksini tapıb, heç bir əlavə iddiası da yoxdur, sadəcə, görüləcək işə görə ödəniləcək vəsaiti istəyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini deyən Hüseynov bütün hüquqi addımları atacağını da vurğulayıb.

"Arqument.az"ın apardığı araşdırmalara görə, "Korkmaz Group" MMC təkcə Bakıda deyil, hazırda işğaldan azad olunan Ağdam rayonunda da tikinti işlərini həyata keçirir.

Tikinti şirkəti ilə bağlı digər şikayətlərin olduğunu deyən Hüseynov düşünür ki, dövlət qurumları burada baş verənlərə biganə qalmayacaqlar. Çünki 30-a qədər fəhlənin halal əməkhaqqısının faktiki mənimsəməsindən söhbət gedir.

İnternet üzərindən aparılan araşdırmalar nəticəsində şirkətlə bağlı bəzi neqativ məlumatlara da rast gəlmək olur. Maraqlıdır ki, vergidən yayındırılan milyonların taleyi nədənsə İqtisadiyyat Nazirliyini, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN) narahat etmir.

Hüseynov isə deyir ki, Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərən şirkətin vergi ödəmələri dərindən araşdırılarsa, yəqin ki, çox mətləblər üzə çıxar: "Tikinti sektorunda əhəmiyyətli paya sahib olan şirkətin vergi ödəmələri VÖEN-i olan bir bənnanın ödəmələrindən heç də çox deyil. Bəs niyə əlaqədar qurumlar "Korxmaz Group" MMC-nin vergi sənədlərini araşdırmaqdan qorxur, çəkinirlər? Bunun səbəbini açıqlaya bilərlərmi?"

"Arqument.az" şikayətlə bağlı şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmazla əlaqə saxlamağa cəhd etsə də, o zənglərə cavab verməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Göyçay rayonu Çərəkə kənd sakini, 1-ci qrup əlil Mustafayev Şahbuz Bəkir oğlu tərəfindən


ŞİKAYƏT ƏRİZƏSİ


Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, mən Göyçay rayonu Çərəkə kənd sakini 1958-ci il təvəllüdlü Müstafayev Şahbuz Bəkir oğlu 1-ci qrup əliləm. Təxminən 18 il öncə yaşadığım kəndin Ucar rayonuna yaxın hissəsində ümumi sahəsi 5.80 ha şoran torpaq sahəsini zəbt edərək özümün və ailəmin boğazından kəsib, olan-qalan maddi imkanlarımı sərf etməklə münbitlik və məhsuldarlıq əldə etmək üçün həmin əraziyə əziyyət çəkməyə başlamışdım. Nəhayət illər ərzində çətinliklərlə də olsa, istədiyimə nail oldum. Belə ki, torpaq istədiyim şəraitə uyğunlaşdığı zaman Çindən gətirilmiş və yerli tinglərdən ibarət gər bağı saldım. Artıq hər il kənd sakinləri arasında ən çox barama istehsalı ilə məşğul olan şəxslərdən biri də mənəm. Lakin Bələdiyyə sədrimiz Mehman Məcidov məkirli planlar hazırlayaraq istifadəmdə olan sahəsinin böyük bir həssəsini məndən alaraq digər şəxslərə vermək və ya satmaq istəyir. Halbuki "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı vardır. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı üçün dövlət tərəfindən şərait yaradılır. Mən isə yuxarıda qeyd etdiyim kimi, öz növbəmdə istifadəmdə olan torpaq sahəsində olduqca səmərəli şəkildə istifadə edirəm. Bələdiyyə sədrinin məni zorla torpağımdan çıxarması, əzab-əziyyətlə yoxluqdan-varlığa gətirib çatdırdığım yeri əlimdən almağa çalışması ədalət prinsipini heçə saymaq deməkdir. O, açıq-aşkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən cinayət hesab olunur. Əlbətdə, artıq kəndimizdə olan bütün torpaqlar zəbt olunub, pay verilib, satılıb. Məhz ona görə də Mehman Məcidov indi də mənim torpağıma gözünü dikib. İstər satmaq, istərsə də xeyriyyəçilik niyyəti ilə olsun, əgər Bələdiyyə sədri Mehman Məcidov ehtiyacı olan insanlara görə topraq axtarışındadırsa, özünün 3 ha məhsuldar torpağını, eyni zamanda qala divarlarla əhatə olunan 3 böyük villasını kasıb insanlar arasında bölüşdürməsi daha məqsədə uyğundur deyərdim. Bu torpaq isə mənim və ailəmin maddi gəliridir. Mən bu şoran torpağı əlil halımla gözəlləşdirmişəm.
Hörmətli cənab Prezident! Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində qeyd olunduğu kimi: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Mehman Məcidov məni bezdirərək intihar həddinə çatdırıb.
Sizdən, haqq və hüquqları əlindən alınmaqda olan 1-ci qrup əlil kimi çox xahiş edirəm, Bələdiyyə sədri Mehman Məcidovun özbaşınalıqlarına son qoyasınız və istifadəmdə olan 5.80 ha torpaq sahəsinin mənim adıma sənədləşdirilməsinə köməklik göstərəsiniz. Sizə öz adımdan və ailəmiz adından təşəkkürümüzü bildiririk.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Gənclər və İdman Naziri cənab Fərid Qayıbova
Surəti: Kütləvi İnformasiya Vasitələrinə
ŞİKAYƏTÇİLƏR: Saatlı rayon sakinləri
Əliyev Sabir Qulamhüseyn oğlu
Abbasov Anar Bayram oğlu
Astanov Elnur Elçin oğlu
Eldarov Şakir Pərviz oğlu
Kərimli Bəhlul Qismət oğlu
Hüseyinova Səbinə Akif qızı
Əliyeva Sevinc Şahin qızı
Rzayev İbiş Xanoğlan oğlu
E-poçt: hseyinovas@mail.ru
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident, cənab Nazir və Media nümayəndələri!
Bizim müraciətimiz Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasovla
bağlıdır. Elçin Qiyasov 27 ildir ki, Saatlı rayonunun İdman idarəsinə rəhbərlik edir.
Heç bir idman dərəcəsi yoxdur, ikinci qrup əlildir və əsgərlikdə belə olmayıb.
Sadəcə olaraq adını öyrənməyə çalışdığımız yüksək vəzifəli bir şəxs bu Elçin
Qiyasova “krişalıq” edir və o da “yapışıb” qalıb bu kresloda. Saxta yarışlar tərtib
edərək Dövlətin büdcəsindən pullar mənimsəyir. Bu şəxs hələ bu günə kimi Saatlı
rayonunun idmanına heç bir təkan verməyib. Əgər Saatlı rayon Gənclər və İdman
İdarəsində ciddi maliyyə yoxlamaları getsə Elçin Qiyasov birmənalı olaraq həbs
olunmalıdır. Dəfələrlə qanunsuz hərəkətlərinə və Dövlət büdcəsindən yeyinti
hallarına görə Elçin Qiyasov barəsində ciddi tədbir görmək istəyiblər lakin “sehirli
güc” buna mane olub və Elçin Qiyasovu həbs etməyiblər. Elçin Qiyasovun
“sayəsində” Saatlı rayonunun idmanı demək olar ki, bərbad hala düşüb. Baxın
Saatlı rayon Gənclər və İdman İdarəsinin Əsasnaməsinə, görün əslində hansı işlər
görülməlidir və nəyə görə bu işlər görülmür? Ölkə Başçısının idmana bu qədər
diqqət ayırdığı hər kəsə məlumdur, bəs Elçin Qiyasov işlədiyi bu 27 ildə Saatlı
rayonunun İdmanı və Gəncləri üçün nə edib? Cavab heçnə etməyib, ancaq və
ancaq Dövlət büdcəsindən ayrılan vəsaiti müxtəlif saxta sənədləşmələr aparmaqla
mənimsəyib və “yuxarıda” oturan vəzifəli şəxsin “krişalığı” ilə bütün yeyintilərini
ört bastər edib. Necə deyərlər əl əli yuyar əl də qayıdıb üzü yuyar. Ümüd edirik ki,
Kütləvi İnformasiya Vasitələri bu məsələni işıqlandıracaq və Elçin Qiyasov
barəsində ciddi araşdırılmalar aparılacaqdır. Ümüd edirik ki, bir çox məmurlar kimi
Elçin Qiyasov da Dövlətdən yediyi pulları qəpiyinə kimi Dövlətə geri qaytaracaqdır.
Qeyd: Mediada yayımlanacaq bu xəbərə görə məsuliyyət bizə aiddir. Xahiş edirik
ki, mediada yalnız müraciətimizin mətnini paylaşasınız və şəxsi məlumatlarımızı
gizli saxlayasınız. Öncədən təşəkkür edirik.
İmzalar: Əliyev Sabir Qulamhüseyn oğlu
Abbasov Anar Bayram oğlu
Astanov Elnur Elçin oğlu
Eldarov Şakir Pərviz oğlu
Kərimli Bəhlul Qismət oğlu
Hüseyinova Səbinə Akif qızı
Əliyeva Sevinc Şahin qızı
Rzayev İbiş Xanoğlan oğlu
Tarix: 3 dekabr 2022-ci il
 

Dünyapress TV

Xəbər lenti