Azərbaycan Tibb Universiteti ( ATU ) ölkəmizin səhiyyə sisteminə, insanlarımızın sağlamlıq məsələsinə məsul olan mühüm dövlət qurumudur. Amma təəssüf ki, son on illərdə ATU-da baş verən neqativ hallar bu təhsil ocağı ilə bağlı ümidverici nəsə deməyə imkan vermir. İlk öncə onu qeyd edək ki, bizim kiməsə qarşı şəxsi qərəzimiz, yaxud xoş olmayam niyyətimiz yoxdur. Məsələn, vaxtilə ATU-nun rektoru olmuş, sonradan Milli Məclisin sədri, hətta az müddət prezident səlahiyyətlərini müvəqqəti icra etmiş Yaqub Məmmədov haqqında nələr deyilmirdi... Bizim hörmətli Yaqub müəllimlə uzaqdan, yaxından heç bir münasibətimiz, əlaqəmiz yoxdur. Amma 90-cı illərdə bu adamın cəmiyyətdə bir ayaması var idi: Dollar Yaqub... Təsəvvür edirsiniz, xalqın sağlamlığının keşiyində durmalı olan şəxs, dollar “kliçkası” daşıyır... Sonrakı illərdə nələr baş verdi...? Bəzi rüşvətxor, korrupsioner kimi tanıdığımız şəxslər Azərbaycanda səhiyyə naziri oldu. Bu gün Azərbaycan səhiyyəsinin belə bir halda olmasının səbəbkarlarından birincisi elə həmin məmurların özləridir. Bəli, o zamanki Səhiyyə nazirlərinin qaçqınlara Avropadan göndərilən humanitar yardım dərmanlarını apteklərdə baha qiymətə satdırması, xəstəxanaların ərazisini tikinti şirkətlərinə verməsi, milyonlar qazanmasl heç kimə sirr deyildir. Sözün qısası, səhiyyəmizin bu günə düşməsinin baiskarlarından biri olan həmin nazir bu gün də yalandan basıb-bağlamaqla məşğuldur. İndi özünüz düşünün, bu adam hansı irəlliləyişdən danışa bilər. Amma... Əmması odur ki, biz onu nə qədər tənqid eləsək də, həmin şəxsin məhkəmədə dediyi bir sözə fikir verək: Azərbaycanda 20 bal toplayan məzun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin imzası və möhürü ilə ATU-nun tələbəsi olurdu. Təsəvvür edirsiniz, 20 bal 2-dən yox ee, 0-dan da aşağı bal deməkdir. Görəsən, belə savadsızları kimlər ATU-ya qəbul etdirib..? Biz həmin vaxtı nazir olan şəxsin restoranda “gələcək həkimlər”dən diskoteka təşkil etməsini, stolun üzərinə çıxarıb kimləri oynatmasını demirik... Biz ATU-nun sabiq rektorlarının universiteti bazara çevirməsindən danışmaq istəmirik. Biz Oqtay Şirəliyevin də Azərbaycan səhiyyəsinin başına yekə bir daşı salmasından danışmaq istəmirik. Bunlar hamısı keçmişdə qalıb... Biz bu gündən danışmaq istəyirik. Bu gün ATU-ya rəhbərlik edən Gəray Gəraybəylinin əməllərindən... Gəlin, onun kimliyinə qısa nəzər salaq. Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi, 1992-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, assistent, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur. Amma hörmətli Gəray müəllimin yaşı o dövrün müharibə illərinı düşsə də nə əsgəri xidmətdə olduğu haqda məlumat var, nə də müharibə iştirakçısı olmağı haqda. Bu başqa bir yazının mövzusudur. Gəraybəyli Gəray Çingiz oğlu 2016-cı ildən Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib. Azərbaycan SSR Xalq Artisti, aktyor Ağasadıq Gəraybəylinin nəvəsidir. Gəray Gəraybəyli öz müsahibələrinin birində deyir ki, Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəliklər müşahidə edilir. Görəsən, cənab rektor niyə demir ki, bu psixi xəstəliklərin səbəbi nədir..? Biz deyərik. Cənab Gəraybəyli, dediyin psixi xəstəliklərin, depressiyanın səbəbi sənin kimi məmur-alimlərdir... Bəli, Gəraybəyli ATU-nu sanki şəxsi şirkəti kimi işlədir, imtahanlar biznesə çevrilib. Sonra da deyirk ki, ölkədə savadlı həkim yoxdur. Bu biz medianın fantaziyası-zadı deyil ee... Buyurun Hesablama Palatasının ATU-da apardığı yoxlamanın materialları ilə tanış olun. Bəli, rektor Gəray Gəraybəylinin bacısının həyat yoldaşı Elçin Əlizadə ATU-da yüz minlərlə pulu təmir adı ilə silir… ATU-da bütün maliyyə sənədləri ancaq və ancaq qara mühasibatlıq üzərində qurulub. Bu təhsil ocağının kollektivi öz rektorlarından nələr yazmırlar. Adam dəhşətə gəlir. Deyirlər ki, bu adam rektor təyin olunan kimi dostlarını, yaxın adamlarını başına yığıb “rüşvət və korrupsiya” şəbəkəsi yaradıb. Baş mühasibi işdən çıxarıb, öz dostunu onun yerinə təyin edib. Universitetin təsərrüfat və təchizat işlərinə baxan şəxs rektorun bacısının həyat yoldaşı Elçin Əlizadədir. Yəqin ATU-nun korpuslarını görənlər bilir ki, neçə ildir o binaların divarlarını qaşımaq, malalamaq, rəngləmək bitmək bilmir… Bütün bunlar hamısı yüz minlərlə dövlət vəsaitinin silinməsi, daha doğrusu, mənimsənilməsidir… Ən dəhşətlisi odur ki, rektor səriştəli şəxsləri çıxarıb heç bir təcrübəsi olmayan dostlarını vəzifəyə təyin edir. Ən maraqlısı odur ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb. Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd, yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezidentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib. Yəni bütün şəraiti dövlət yaradıb. Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir. Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır. Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır. ATU-nun tabeçiliyində olan Onkoloji klinika da büdcədən maliyyələşdiyi halda, burada göstərilən tibbi xidmət, müayinə və müalicə prosedurları pul alınmadan həyata keçirilmir. Hətta ölümə məhkum olunmuş onkoloji xəstələrin mütəmadi qəbul etdiyi kimyəvi-terapiya tədbirləri də 500-600 AZN-ə başa gəlir. Yazının girişində Hesablama Palatasının adını əbəs yerə çəkmədik. Hesablama Palatasının ATU-da apardığı yoxlamadan bəlli olur ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş, nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir. Təkcə bir faktı qeyd edək ki, ATU-nun klinikalarında bir paket qan 100 manata satılır. Bunun haqq-hesabını ancaq rektor bilir. Və daha nələri yazaq ki, dövlət qurumlarının gözü və qulağı açılsın, baş verən cinayət əməllərini görsünlər. Bir də görəsən, Hesablama Palatasının yoxlamasının nəticəsi nə oldu..? Ardı var... //gundelik-baku.com//
Gəlirik mətləbə: Dövlət Kontrakt Korporasiyası- “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır… SC-nin balansında onlarla müəssisə və bazalar, anbar təsərrüfatları olmuşdur. Lakin bu günədək SC-nin «Əsasnamə»sində nəzərdə tutulan fəaliyyətin biri də ortada olmamışdır. «Azkontrakt»ın başında duranların başı isə yalnız tabelikdə olan müəssisələrin Bakının əlverişli ərazilərindəki torpaq sahələrini pullu və imtiyazlı məmurlara satmağa qarışmışdır. Təsəvvür edin, Azərbaycana xarici ölkələrdən gətirilən bütün mal və məhsullar məhz «Azkontrakt»ın xətti ilə gətirilməli olduğu halda, bu boyda səlahiyyətli qurum ölü vəziyyətində gözünü döymüşdür. Niyə? Nə baş verir?
***
Ən maraqlısı, uzun illərdir «Azkontrakt»ın balansında olan müəssisələrin, bu sırada «Azərmetal» Topdansatış-Ticarət Bazasının (H.Əliyev prospektində, «Azərsun»un baş ofisinin yanı) torpaq sahəsinin fürsətcil məmurlara satılması uğrunda əsl yarış gedib…
«Azərmetal»da bıcaq boğaza dirənib…
Artıq neçə ildir «Azərmetal»ın torpaq sahəsinin ələ keçirilməsinə. Əməlli-başlı «müharibə» gedir. Kollektivin xəbəri olmadan bazanın torpaq saahəsi ayrı-ayrı məmurlar tərəfindən, təbii ki, «Azkontrakt» rəhbərliyinin xeyir-duası ilə paramparça edilib. Təsəvvür edin, bazanın Bakıdakı baş ofisi yerləşən ərazidəki 6 hektardan çox ərazisi, «Azkontrakt» (artıq keçmiş) rəhbərliyinin verdiyi məlumatlara görə, Əmlak Komitəsinin sabiq rəhbəri Kərəm Həsənovun, nazir Kəmaləddin Heydərovun, PA-nın sabiq rəsmisi Yusif Hümbətovun və digərlərinin adamları tərəfindən hasarlanıb. Biri deyir özəlləşdirilib, digəri deyir artıq satılıb və s. Halbuki «Özəlləşmə haqqında» Qanunda konkret yazılıb ki, əmlak özəlləşməyə çıxarılırsa, ilk növbədə hərracda kollektivə təklif olunur. Sonra kənar şəxslərə… İndi isə, kollektiv xəbərsiz, kənar şəxslər isə özəlləşmədə, ələ keçirmədə…
***
Neçə gün əvvəl «Azərmetal» Topdansatış-Ticarət Birliyinin kollektivi adından birliyin baş direktoru Şahin Abbasov və birliyin baş mütəxəssisi Tamara İbrahimova «TEZADLAR TV»nin qonağı oldular, baş verənlərə aydınlıq gətirdilər. Onlar Prezident İlham Əliyevdən kömək istəyirlər… Yazılı müraciəti təqdim edirik: Çox hörmətli Cənab Prezident! Biz- Azərmetal» Birliyinin kollektivi bu müraciətlə bildiririk ki, Sizin 19 may 2016-cı il tarixli, «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanınıza uyğun olaraq neçə vaxtdır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdı. Lakin Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikalar hərraca çıxarılsa da, bizim Bakı şəhərinin mərkəzində yerləşən əmlakımızın hərraca çıxarılması bizə məlum olmayan səbəblərdən yubadılır. Hər dəfə Əmlak Komitəsinə etdiyimiz müraciətlərə isə cavab olaraq bildirirlər ki, guya yubanmanın səbəbi paytaxtın əsas yollarının üstündə yerləşən müəssisələr üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Lakin Nazirlər Kabinetinin müvafiq strukturları ilə əlaqə saxladıqda məlum olurdu ki, heç də belə deyildir, bu bizim ərazilərə göz dikmiş məmurların uydurmasıdır və ümumiyyətlə, yuxarıda qeyd edilən Prezident Fərmanı Nazirlər Kabinetinə belə bir səlahiyyəti verməmişdir. Elə isə Əmlak Komitəsinin rəhbərliyi niyə bizim əmlakların hərraca çıxarılmasını istəmir, yaxud buna manne olur? Allaha şükür, Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. Ötən il isə «Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 07 oktyabr 2021-ci il tarnixli Fərmana əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradıldı. Fərmanda o da qeyd edildi ki, «Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin». Bu isə artıq o deməkdir ki, «Azkontrakt» Dövlət Korporasiyası ləğv edilir, balansındakı bütün əmlaklar, o cümlədən bizim «Azərmetal» Birliyinin əmlakları, Agentliyin balansına verilir. Sual yaranır: Agentliyin İdarə Heyətinin rəhbərliyinin məlumatı varmı ki, «Azkontrakt»ın keçmiş rəhbərliyi «Azərmetal»ın balansındakı 12,5 ha torpaq sahəsini necə satıb paylayıb? Məsələn, təkcə bizim Bakı şəhəri, Heydər Əliyev prospektindəki əsas idarə binasının yerləşdiyi ərazidəki 6 hektardan çox torpaq sahəsi kollektivimizin xəbəri olmadan ayrı-ayrı məmurlara satılıb, hasarlanıb. Hazırda bizim ixtiyarımızda cəmi 86 sot torpaq sahəsi qalıb. Bu insafsız rəhbərlik elə hərəkətlər etdi ki, hətta idarəmizə giriş darvazanı da satdılar, idarəyə giriş tamamilə başqa yerdəndir.
Cənab Prezident! Bu yaxınlarda Agentliyin mütəxəssisləri və özünü «Azkontrakt»ın cədr müavini kimi təqdim edən, rəhbər səlahiyyətlərini mənimsəyən Güləddin Dadaşov Akt tərtib edərək bizə məxsus əmlakların Agentliyin balansına verilməsinə imza atmışlar. Amma məndən başqa. Və bizim baş mühasibi hədələyərək ona imza atdırıblar. G.Dadaşov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqovu da aldadaraq 23 sentyabr 2022-ci il tarixli Akta imza atmasına nail olmuşdur. Hansı ki, məhz G.Dadaşovun əməlləri sayəsində Bazamızın bütün torpaq sahələri ayrı-ayrı məmurlara satılmışdır. O, hansı daşınar və ya daşınmaz əmlakların Agentliyin balansına verilməsindən danışır???
Cənab Prezident! Diqqətinizə onu da çatdırırq ki, bəzi məmurlar uzun illər bizim əmlakları ələ keçirmək üçün cəhdlər etmişlər. Məsələn, bizim-«Azərmetal» Birliyinin H.Əliyev prospektində, «Atletlər kəndi» ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəldən ayrı-ayrı kənar adamlar (məmurlar) tərəfindən ələ keçirilib özgəninkiləşdirilmişdir. Bu səbəbdən biz hazırda çıxılmaz vəziyyətdə qalmışıq. Belə ki, «Azərsutikinti» SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov girişib bizim idarənin ərazisini ələ keçirməyə. Və bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.
("Azərmetal"ın ərazisi görün məmurlar tərəfindən nə günə salınıb) Bir faktı da diqqətə çatdıraq ki, adı çəkilən biliyimiz mərhum Prezident Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış «Azkontrakt»ın tabeliyindədir. Həmin tarixi fərmanda yazılır: «Azərbaycan Respublikası Prezidentinin Fərmanı İdarəetmə strukturunun təkmilləşdirilməsinin həyata keçirilməsinin təmin edilməsi üçün maddi-texniki təchizatın, o cümlədən dövlət ehtiyaclarının təminatı sahəsinin müasir iqtisadi münasibətlərə uyğun qurulması məqsədilə qərara alıram: 1.Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin əsasında açıq tipli Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyəti yaradılsın. 2.Müəyyən edilsin ki, ilkin mərhələdə cəmiyyətin səhmlərinin 100 faizi dövlətə məxsusdur. 3.«Azərkontrakt» Səhmdar Cəmiyyətinə Aəzərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsürrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təkşilatlarına köməklik edilməsi tövsiyyə edilsin. 4.Azərbaycan Respublikaksının Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etsin. 5.Azərbaycan Respublikası prezidentinin «Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyyatları Nazirliyinə çevrilməsi haqqında» 1992-ci il 29 may tarixli 801 saylı və «Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» 1992-ci il 21 avqust tarixli 148 saylı fərmanları öz qüvvəsini itirmiş hesab edilsin. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Bakı şəhəri, 17 dekabr 1996-cı il». «Azərmetal» Topdansatış Ticarət Birliyinin «Azkontrakt»ın fəaliyyətsiz olduğu ötən 26 il ərzində öz əli, öz başı olub. Amma son illər «bıçaq boğaza» dirənib, artıq neçə illərdir kollektiv əmək haqqı ala bilmir. Belə bir idarə isə artıq çoxdan özəlləşməyə verilməli idi. Amma məlum olur ki, kollektiv dura-dura kənar şəxslər idarənin əmlakını ələ keçirməyə girişiblər. Onlardan biri və ən problemlisi isə yuxarıda qeyd etdim, «Azərsutikinti» SC-nin sədri Yusif Hümbətovdur. Vaxtilə 12 hektar sahəsi olan idarənin indi cəmi 0,85 ha torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olardı, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə imkan vermirlər. Bu qədər ədalətsizlik olarmı? Vaxtilə Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq. «Azkontrakt»ın balansına veriləndən tam fəaliyyətsizik. 1996-cı ildə 123 nəfər idik, indi 5-10 nəfər qalıb… Bazanın özəlləşməsi haqqında biz dəfələrlə məsələ qaldırmışıq, buna baxmayaraq heç bir vaxt «Azərmetal»da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara ərazilərimizi satıblar, özəlləşdiriblər, bizim kollektivin üzvlərindən başqa. Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 ha 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb.
Bir məsələni də qeyd edək ki, kollektivin vaxtilə 12 hektar 75 sot torpaq sahəsi olub. 12 ha 75 sotun isə 1 hektar 20 sotu nazirlərdən birinə, 6,1 hektarı Sumqayıtda sonradan yaradılmış qurama bir MMC-yə satılıb. Vaxtilə 2,1 ha ərazi üzərində mübahisə gedəndə isə 90 sot ərazi kollektivin işçisi Elçin Nuriyevin adına sənədləşdirilib, icarə müqaviləsi bağlanıb. Məqsəd bu ərazinin əldən getməsinin qarşısı almaq olub. Uzun müddətə müqavilə bağlanıb, 60 min manatdan çox icarə haqqı ödənilib və s. Amma sonradan kollektivin bu sahəni özəlləşdirilməsinə imkan verilmədi. Bu barədə dəfələrlə Kərəm Həsənova, «Azkontrak»ın prezidenti mərhum Miri Qənbərova müraciətlər yazılıb, amma heç bir faydası olmayıb. Halbuki bizim kollektivlə bərabər bir gün fərqi ilə iki müqavilə bağlanıb. Nömrələri-3804 və 3805. «Azərmetal»ın sahəsi (müqaviləsi) özəlləşməyə verilmir, amma 3805 saylı müqaviləli ərazi özəlləşməyə verilir. Bu necə ola bilər? Əmlak Komitəsinin sədr müavini Rauf Cəlilovun, aparat rəhbəri Rüstəm Şahbazovun imzaları ilə bizə rəsmi cavablar verilir ki, gözləyin. Hətta çox maraqlıdır ki, Abşeron topdansatış müəssisəsi 1 hektar 0,4 sot və 1 hektar 40 sot sahəni özəlləşdirəndə belə yenə də kollektiv kənarda qaldı.
Diqqətinizə Baş nazir Artur Rasizadənin sərəncamını çatdırırıq. Orada «Azkontrakt»ın balansındakı müəssisələrin siyahısı var. İndi onların 90 faizi qanunsuz olaraq satılıb. Sərəncamda isə deyilirdi:
«Baş nazir A.Rasizadə 05.07.1997-ci il, 131 saylı sərəncam "Azərkontrakt" Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı -"Azərmetal" topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti) -«Azərmaşavadanlıq» idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları («Azərkontrakt» Səhmdar Cəmiyyəti) -«Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi», "Azəryüngülyeyintisənaye" və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(«Azərkontrakt» Səhmdar Cəmiyyəti) -"Azkontrakt" Səhmdar Cəmiyyəti ("Azərkontrakt" Səhmdar Cəmiyyətinin Moskva şöbəsi) -Texniki vasitələrin kirayə müəssisəsi-"Azərkirayə" («Azərkontrakt» Şəhmdar Cəmiyyəti) -"Azərətsüd"- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi) -«Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti "Azərbaqqaliyyə" kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi). -«İstehsalat avtoekspedisiya» birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi) -"Azintreyd" xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi) -Qax rayonunda yerləşən istirahət evi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti) A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri A.Hacıyev». Dövlətin birbaşa təsis etdiyi, prezident sərəncamı ilə böyük səlahiyyətlər əldə edən «Azkontrakt» SC-nin tabeliyində olan müəssisələrin əmlaklarını məmurlar ələ keçirir, amma kollektiv hələ də özəlləşməyə gedə bilmir. Baş verənlərin hamısı «Özəlləşmə haqqında» Qanunun, Prezident sərəncamlarının tamamilə ziddinədir. Hesab edirik ki, bu ziddiyəti yaradanlar Əmlak Komitəsinin rəhbərliyi və «Azərsutikinti» SC-nin sədri Yusif Kərim oğlu Hümbətov və “Azkontrakt”ın rəhbərliyi olub.
Cənab Prezident! Xahiş edirik, kollektivimizin əmlakının hərraca çıxarılmasına mane olan səbəblərin aradan götürülməsinə və bu hərraca mane olan məmurların, xüsusən də özünü həmişə «Azkontrakt» SC-nin İdarə Heyətinin sədri kimi təqdim edən, lakin heç bir qanuni səlahiyyəti olmayan Güləddin Dadaşovun cəzalandırılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Barəsində sosial mediyalarda mütəmadi məlumatlar yayılan Azərbaycan təhsilinin daha bir "üz qarası" - Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun barəsində "DogruXeber.az"ın elektron ünvanına daha bir məktub daxil olub.
Məktubda deyilir:
"Keçən yazılarda bu barədə məlumat getmişdi. Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında böyük tələbə yeməkxanası var. Bu yeməkxananı rektorun köməkçisi Elsevər Nağıyev və Tələbə Həmkarlar Təşkilatının Sədri Pərviz Adıgözəlov işlədir. Pullar isə əsasən Yusif Yusibova çatır. Elsevər Nağıyevin anası bu yeməkxanada baş aşpaz, qayınatası isə tələbə yataqxanasında pasport stol vəzifəsində işləyir. Yeməkxanada bunların alveri getsin deyə, hər həftənin şənbə günü rektor öz yaxın ətrafını və yataqxanada qalan 200 nəfərədək tələbəni yeməkxanaya gətirir. Burada hər cür yemək və hətta "Bizon" tipli energetik içkilər paylanılır. Bunların pulunu isə hər dəfə bir dekana ödətdirirlər. Məqsəd aydındır, pulu kim ödəyir ödəsin,təki alver getsin. Sosial şəbəkələrdə və müxtəlif saytlarda bu barədə məlumat getməsinə baxmayaraq, heç bir nəticə çəxartmırlar. Pərviz Adıgözəlov bunu yazan sayt rəhbərlərinə, bu məlumatı saytlara göndərən universitet əməkdaşlarının ünvanına var-yox söyüşü söyür, kim nə yazır-yazsın deyir.Yenə də həftənin 6-cı günü həmin hadisələr təkrar olundu. Yenə də həmin “Bizon” içkiləri gətirilib, paylandı. Hər bir tələbə müftədir deyə 2-3 dənə Bizon götürür. Bizonun isə birini 2 manata satırlar. Hər dəfə bir dekanı məcbur edirlər ki,pulları ödə. Hər bir dekan növbə ilə 1800 manata kimi hesab verir. Maraqlıdır, dekan öz maaşını vermir ki... Bu pulu dekan hardan alıb verməlidir?! Rektor Yusif Yusibov dekanları rüşvət yığmağa məcbur edir.
Hörmətlə, Azadə Murad qızı Vəliyeva Gəncə Dövlət Universiteti"
Materialda qeyd edilən bütün iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığıldığına dair iddialar yayılıb.
DİA.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir. Pul verməyən şəxslər saatlarla növbədə qalırlar.
Vətəndaşlar səhər saat 09:00-dan gəlsələr də, iki saatdan çox növbədə qaldıqlarına və qeyri-qanuni 10 manat pul toplandığına etiraz ediblər.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-dən Oxu.Az-a bildirildi ki, yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır:
“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.
Bu gün Taleh Sahsuvarovun səhifəsində maraqlı statusa rast gəldim. Mədəniyyət nazirimiz Azərbaycanın görkəmli Bəstəkarı Rauf Hacıyevi caz sənətinin əfsanəsi (Taleh bəy nazirin işlətdiyi söz birləşməsiylə "cazmen" arasında bərabərlik işarəsi qoyub) kimi xarakterizə edib. Doğrusu, mən Anar Kərimovu tanımadığım kimi, o da Rauf Hacıyevi tanımaya bilərdi, hərgah onun Azərbaycan mədəniyyəti ilə az-çox tanışlığı olsaydı, tanımalıydı. Məncə, problem təkcə Anar Kərimovluq deyil. Yaşına baxdım, xeyli gəncdir, təhsilinin, peşəsinin musiqi ilə bağlılığı olmayıb. Son illər efirləri "şöşü-möşü"lər , meyxana deyənlər və.s. bu tipli proqrammlar zəbt edib. Yuxrıda qeyd etdiyim kimi, mən Anar Kərimovun adına Taleh bəyin statusunda rast gəlməsəydim, mədəniyyət nazirimizin kim olduğunu bilmirdim. Google sağ olsun, tabışlıq verdi. Tanımayanlar buyursun, tanış olsun: "Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.[1] Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. Fəaliyyəti Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.[1] 23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilmişdir.[2][3] Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[4] 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5][6] Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdir.[7]" Bu şəxsi hansı prinsipləri əsas tutaraq mədəniyyət naziri təyin ediblər, anlaşılan deyil! Bəlkə də Anar Kərimov aldığı təhsil (bir neçə), diplomatiya sahəsindəki çalışdığı illər ərzində topladığı təcrübə ilə elə öz profilinə uyğun irəli çəkilsəydi ölkə üçün daha faydalı olardı və vaxtından əvvəl buraxdığı ilk baxışdan sadə görünsə də, Taleh bəy kimi diqqətli oxucu və tənqidçi baxışlara malik bir peşəkarın gözündən yayınmayacaq səhvə görə hədəfə gəlməzdi. Elçin Paşayev. Teref.az olaraq qeyd etmək istəyirik ki, mərhum Rauf Hacıyev böyük bəstəkar olub və dövlət xadimi olub. Onun Azərbaycan cazına verdiyi ən böyük hədiyyə , mədəniyyət naziri olduğu vaxt, Azərbaycandan küsüb Gürcüstana köçmüş Faqif Mustafazadəni , razı salıb vətənə gətirməyi olub . Teref.az
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik Mirzə Cəlilov Muxtar Respublikanın ən çox tənqid olunan məmurlarındandır. İndiyədək redaksiyamıza göndərilən çox saylı məktublarda Mirzə Cəlilovun hərbi xidmətə çağırılmış gənclərdən külli miqdarda rüşvət yığdığı iddia olunur. İddialara görə, M.Cəlilovun komandası həqiqi xəstə çağırışçılardan 3-4 min, sağlamlardan isə 8-10 min manat rüşvət alırmış. Əsgərlərin yaxşı yerə salınması, xidmət yerlərinin dəyişdirilməsi və s. kimi məsələlər də Mirzə Cəlilovun əsas gəlir qaynaqlarındandır.
İndiyədək Ovqat.com-a göndərilən məktublar konkret dəlillərə, sənədlərə əsaslanmadığından və anonim xarakter daşıdığından onları yayınlamağı uyğun hesab etmirdik. Bu gün isə redaksiyamıza göndərilən bir məktubda iddia sahibinin kimliyi məlumdur. Hərbi strukturlarda rüşvətxorluğun baş alıb-getməsinin müdafiə gücümüzü zəiflətdiyini, bu qanunsuzluğa qarşı mübarizənin vacibliyini nəzərə alaraq məktubu olduğu kimi dərc edirik.
“Mən, Nəsirov Ramil Qürbət oğlu 12.09.2014-cü ildən 08.10.2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit hərbi qulluqçu kimi həqiqi hərbi xidmətdə olmuşam. 2021-ci ildə şəxsi ailə zəminində yaranan problemlərlə bağlı Xidmətin Babək rayon idarəsinin rəisi mayor Hafis Nəcəfov mənim Xidmətdən “xidməti uyğunsuzluğa görə” tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Xidmətin rəisi polkovnik Mirzə Cəlilova TƏQDİMAT göndərdi. Polkovnik Mirzə Cəlilov 08.10.2021-ci ildə həmin Təqdimata əsasən mənim Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Əmr imzaladı.
Mən, həmin ilin avqust ayında növbəti məzuniyyətdə Bakı şəhərində olduğum dövrdə mayor Hafis Nəcəfov məni xidməti yerimə çağıraraq qeyri-qanuni şəkildə izahat aldı və “Şiddətli Töhmət” intizam tənbehi verdi. 45 günlük məzuniyyətimin geridə qalan 25 gününü məzuniyyətdə ola-ola qeyri-qanuni olaraq xidməti yerimdə keçirdim və elə həmin vaxt “Vəzifələrinə tam uyğun olmadığı” barədə intizam tənbehi verildi və mənimlə 3 (üç) dəfə fərdi söhbət aparıldı. Halbuki, hərbi qulluqçuya məzuniyyət dövründə intizam tənbehi verilməsi və fərdi söhbət aparılması qanunla qadağandır. Məzuniyyətdə olduğu dövrdə hərbi qulluqçuya intizam tənbehini yalnız Qarnizon rəisi verə bilər. Hərbi qulluqçuya intizam tənbehi vermək və fərdi söhbət aparmaq üçün ya məzuniyyətinin bitməsini gözləməli, ya da Əmrlə geri qaytarılmalıdır. Bir müddət sonra, 02.09.2021-ci ildə indiki həyat yoldaşımın anası mənə şər ataraq şikayət etdi. Naxçıvan MR Hərbi Prokurorluğu uzun araşdırmadan sonra edilən şikayətin əsassız olduğu, şər-böhtan olduğu haqqında qərar qəbul etdi. Ən əsası budur ki, həmin qərarda açıq-aydın şəkildə günahsız olduğum yazılmasına baxmayaraq mayor Hafis Nəcəfov bu dəfə də ona 5000 manat verəcəyim təqdirdə mənim xidmətdə qalmağım və xidməti yerimin dəyişdirilməsi üçün köməklik edəcəyini açıq şəkildə vurğuladı. Mən o qədər pulumun olmadığını bildirdikdə, “onda heç bu söhbəti mən sənə deməmişəm, adamın varsa xidmət rəisinin qəbuluna göndər, xahişini etsin”, – dedi. Bundan sonra mayor Hafis Nəcəfov bu dəfə də Xidmətin rəisi polkovnik Mirzə Cəlilova “xidməti uyğunsuzluğa görə” tərxis edilməyim barədə “Təqdimat” göndərdi. Polkovnik Mirzə Cəlilov 08.10.2021-ci ildə mayor Hafis Nəcəfovun göndərdiyi Təqdimata əsasən, mənim (kapitan hərbi rütbəsi ilə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Əmr imzaladı. Ehtiyata buraxıldıqdan sonra verilən qərarla razı olmayaraq, hərbi biletimdə qeyd edilən maddənin aradan qaldırılması və yenidən xidmətə qayıtmağım üçün dəfələrlə mayor Hafis Nəcəfova və polkovnik Mirzə Cəlilova məktublar ünvanlasam da heç bir nəticə əldə edə bilmədim. Hətta Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etdim, amma yenə də Naxçıvandan gələn cavab ürəkaçan olmadı.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mayor Hafis Nəcəfovun mənim barəmdə verdiyi intizam tənbehləri məzuniyyətdə olduğum müddətdə verilib və verilən qərarların hamısı qanunsuzdur.
Əgər mayor Hafis Nəcəfov haqqında araşdırılma aparılsa onun bundan əvvəl hansı dövlət orqanında işlədiyi və hansı səbəbdən işdən azad olunduğu məlum olacaq.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, aidiyyatı orqanlardan araşdırılma aparılması və yenidən həqiqi hərbi xidmətə qaytarılmağım üçün köməklik göstərilməsini xahiş edirəm.
Bir Məmməd Abbasbəyli var. 23 dekabr 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib. Ona qədər isə sözügedən qurumda rəis müavini vəzifəsində çalışıb. Ötən il rəis vəzifəsinə keçdikdən sonra ölkəmizdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat vermişdi. Keçirdiyi mətbuat konfranslarının birində yeni yaradılan, təcrübəsi olmayan şirkətlərin satınalmalarda iştirakı ilə bağlı suala təxminən belə bir cavabı olmuşdu. “Şirkət yeni yaradıla bilər, onu yaradanın əvvəl çalışdığı sahədə təcrübəsi olub ki, yaradıb. Biz onlara da şərait yaratmalıyıq.” Məmməd Abbasbəyli bunu güya satınalmalarda şəffaflığın təmin olunması, azad rəqabətin formalaşması, inhisarçılığın qarşısının alnması ilə əlaqələndirib.
Bir də Sultanova Vüsalə Vaqif qızı var. Dövlət Vergi Xidmətinin məlumatlarına görə 22.06.2022-ci il tarixdə bir ünvanda adına 3 MMC dövlət qeydiyyatına alınıb. Açıq mənbələrdə MMC-lərin fəaliyyət sferası, təcrübəsi, maddi-texniki bazası barədə heç bir məlumat yoxdu. Amma eyni ünvanda yaradılmış bu 3 MMC oktyabr-noyabr aylarında 17 satınalma prosedurunun qalibi olub. Lakin bizdə məlumatlar var. Maddi -texniki bazası, təcrübəsi, peşəkarlığı olan şirkətlər var ki, müxtəlif xidmətlərin satın alınması üzrə elan olunmuş tenderlərdə iddiaçı qismində müraciət etmələrinə baxmayaraq il ərzində bir satınalmanın belə qalibi ola bilmirlər. Nədir bunun səbəbi? Öncə Sultanova Vüsalə Vaqif qızına məxsus MMC-lərin iki ay ərzində qalibi olduğu kotirovka sorğularına nəzər salaq.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SL 99 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisinin isə Sultanova Vüsalə Vaqif qızı olduğu göstərilir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “SL 99 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındıqdan 4 ay ay sonra təhsil və səhiyyə sisteminə tabeli qurumların keçirdikləri 3 kotirovka sorğusunun qalibi ola bilib.
“Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec” publik hüquqi şəxsi tərəfindən cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 29.11.2022-ci ildə 46 500.39 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 29.11.2022-ci ildə 12000.05 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tikili və avadanlıqların cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 21.11.2022-ci ildə 39 800.6 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Göründüyü kimi MMC soon 8 gün ərzində səhiyyə sisteminə və TƏBİB-ə tabeli qurumların keçirdikləri 3 kotirovka sorğusunun qalibi olub və ümumi olaraq 98 301 manat məbləğində sifariş alıb. Əsaslı təmir, cari təmir, tikili və avadanlıqların cari təmir işləri üzrə.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SMART 86 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisinin isə Sultanova Vüsalə Vaqif qızı olduğu göstərilir.
Bu MMC isə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu tərəfindən NQGP və ETİ tərəfindən maşın və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 29.11.2022-ci ildə 11 200 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“Sabirabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən elektrik malları, elektrik quraşdırılma materialları, dəftərxana ləvazimatları və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda 26 400 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 28.11.2022-ci il tarixində açıqlanmışdır.
Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə keçirilmiş kotirovka sorğusunda 43 915 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 22.11.2022-ci il tarixində açıqlanmışdır.
“Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən qazanxananın cari təmiri xidmətlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 10 470 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 18.11.2022-ci il tarixində açıqlanmışdır.
Ağdaş Dövlət Humanitar Kolleci tərəfindən digər malların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 3300 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 02.11.2022-ci il tarixində açıqlanmışdır.
Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən abadlaşdırma xidməti üzrə keçirilmiş kotirovka sorğusunda 46 067.2 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 12.10.2022-ci il tarixində açıqlanmışdır.
“Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən qazanxananın cari təmiri xidmətlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 10 910 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 12.10.2022-ci il tarixində açıqlanmışdır.
Göründüyü kimi “SMART 86 CORP” MMC oktyabr ayında bir günə 2, noyabr ayında isə 25 gün ərzində təhsil sisteminə və TƏBİB-ə tabeli qurumların keçirdikləri 5 kotirovka sorğusunun qalibi olub və ümumi olaraq 152 262 manat məbləğində sifariş alıb. Ayrı ayrı sahələr üzrə. qazanxananın cari təmiri, abadlaşdırma xidməti, nəqliyyat vasitələrinin əsaslı təmiri, elektrik malları, dəftərxana ləvazimatları,maşın və avadanlıqlar üzrə.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DELTA 10 LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisinin isə Sultanova Vüsalə Vaqif qızı olduğu göstərilir.
“DELTA 10 LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən sair torpaq, tikili və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 27 505 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 29.11.2022-ci il tarixində açıqlanmışdır.
“Respublika Sanitariya və Karantin Mərkəzi” publik hüquqi şəxsi tərəfindən digər kommunal xidmətlərin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 48 798 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 10.11.2022-ci il tarixində açıqlanmışdır.
“Respublika Sanitariya və Karantin Mərkəzi” publik hüquqi şəxsi tərəfindən mətbəə məhsullarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 45 467.2 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 10.11.2022-ci il tarixində açıqlanmışdır.
Elmi Tədqiqat Kardiologiya İnstitutu tərəfindən mətbəə məhsullarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 23 179.54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 05.11.2022-ci il tarixində açıqlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən abadlaşdırma xidmətinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 9897 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 02.11.2022-ci il tarixində açıqlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən maşın və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 29 685 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.10.2022-ci il tarixində açıqlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən sair torpaq, tikili və avadanlıqların alınması üzrə keçirilmiş kotirovka sorğusunda 16 584 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.09.2022-ci il tarixində açıqlanmışdır.
Göründüyü kimi “DELTA 10 LT” MMC oktyabr ayında 2, noyabr ayında isə 25 gün ərzində Milli Elmlər Akademiyasına tabeli qurumların keçirdikləri 5 kotirovka sorğusunun qalibi olub və ümumi olaraq 201 115 manat məbləğində sifariş alıb. Ayrı ayrı sahələr üzrə. qazanxananın cari təmiri, abadlaşdırma xidməti, nəqliyyat vasitələrinin əsaslı təmiri, elektrik malları, dəftərxana ləvazimatları,maşın və avadanlıqlar üzrə.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Sultanova Vüsalə Vaqif qızının adına bir gündə yaradılmış 3 MMC oktyabr-noyabr aylarında 17 kotirovka sorğusunda qalib gəlib və ümumi olaraq 451 678 manat məbləğində dövlət sifarişi alıb. Diqqət yetirdikdə bu sifarişlərin çoxunun ayrı ayrı sahələr üzrə olduğu açıq-aydın görsənir. İndi buradan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə sual ünvanlayırıq. Vüsalə Sultanovanın adına bir gün ərzində yaradılmış 3 MMC-nin 2 ay ərzində 17 koturovka sorğusunun qalibi olması şəffaflıqdı, yoxsa inhisarçılıq?
Burada şəffalıqdan əsər-əlamət belə yoxdu. Bu inhisarçılıqdı. Bu azad rəqabətin açıq şəkildə pozulmasıdı. Bir nəfərin qanunu təmsilçisi olduğu MMC-lərin iki ay ərzində ayrı-ayrı xidmətlər üzrə 17 kotirovka sorğusunda qalib olması satınalmalarda saxtakarlıqdan başqa bir şey deyil.
7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, ikinci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup əlil Xəyal Abbasov Goranboy rayonunun Nadirkənd kəndində yaşayır.
Qazi müharibədən qayıtdıqdan sonra bir sıra problemlər, məmur süründürməçiliyi ilə qarşılaşdığını deyir. İki illik mübarizədən sonra son çarəni Toplum TV-nin qaynar xəttinə müraciət etməkdə görən qazinin əsas problemi torpaqla bağlıdır.
X. Abbasov müharibədən qayıtdıqdan sonra əkin-biçinlə məşğul olmaq istəyib və torpaq ala bilmək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti də bu işə onların yox, bələdiyyənin baxdığını deyib, ora getməsini tövsiyə edib. Şikayətçi özü kənddə yaşasa da, istədiyi torpaq Goranboy rayonundan olduğu üçün o, Goranboy rayon bələdiyyəsinin sədri Şəmsi Əliyevin qəbuluna gedib. Bələdiyyə sədri ona 4 hektar torpaq sahəsi verib.
Saatlı rayonu, Dədəqorqud kənd sakini Cavanşir Abbasov deyir, onun adına 20-ə yaxın bank kartı açılıb....
Torpağın verilməsi ilə probleminin həll olunduğunu düşünən X. Abbasov yenə də məyus olub. Buna isə səbəb məcburi köçkünlərin həmin torpaqdan örüş yeri kimi istifadə etməsi olub: “Bələdiyyə sədri torpağı göstərib dedi ki, sezondur, get, yeri ək, sənədi də gələndə verərik. Gedib 3 dəfə texnika saldım, ancaq məcburi köçkünlər imkan vermədi. Deyirlər, icra hakimiyyətindən, torpaq şöbəsindən nümayəndə gəlsin, sənədi göstərsin, ondan sonra əkin-biçin et”.
Ona verilən torpağın örüş sahəsi olduğunu öyrənən X. Abbasov təkrar bələdiyyə sədrinin qəbuluna gedib. Onun sözlərinə görə, bələdiyyə sədri gəlib məcburi köçkünlərlə danışacağını desə də, vədinə əməl etməyib.
Bələdiyyə sədrindən ümidini kəsən şikayətçi məcburi köçkünlərlə bağlı tədbir görülməsi üçün polisə müraciət edib. Ancaq polis də torpağın sənədi olmadığı üçün bu işə bir əncam çəkə bilməyəcəyini bildirib.
Qazinin qaynar xəttə müraciətindən sonra Toplum TV Goranboy rayon bələdiyyə sədri Şəmsi Əliyevlə əlaqə saxlayıb. Bələdiyyə sədri isə açıqlamasında deyib ki, məcburi kökünlərlə bir dəfə danışıq aparıb, yenə də aparacaq: “Ora xəritədə örüş ərazisi kimi göstərilir. Mən məcburi köçkünə necə deyim ki, sən mal-qaranı bura salma. Biz bir dəfə məcburi köçkünlərlə danışdıq, amma X. Abbasov ərazinin 4 hektarı ona verildiyi halda 7 hektarına taxıl əkdi”.
X. Abbasov da bələdiyyə sədrinin dediyini təsdiqləyir, 7 hektar torpaqda taxıl əkdiyini etiraf edir. Buna səbəb kimi isə onun 10 hektar torpaq sahəsi istədiyi halda 4 hektar verilməsini göstərir.
Qeyd edək ki, bu məsələdə hər iki tərəf qanun pozuntusuna yol verdiyini özləri də etiraf edir. Bələdiyyə sədri xəritədə örüş sahəsi kimi göstərilən ərazini qaziyə verməklə məcburi köçkünlərin hüququnu pozmuş olub. Əgər həmin ərazi X. Abbasova verilərsə, o zaman məcburi köçkünlər mal-qarasını harada otaracaq? Qaziyə rayonun başqa yerlərindən torpaq sahəsi verilə bilməzdimi?
Digər bir qanun pozuntusu isə qazinin kənddə qeydiyyatda olduğu, yaşadığı halda rayonun mərkəzindən torpaq istəməsi, ona verilən torpaq sahəsi 4 hektar olduğu halda 7 hektardan istifadə etməsidir.
Torpağın sənəd məsələsinə gəlincə isə, bələdiyyə sədri bununla bağlı müvafiq quruma müraciət etdiyini və cavab gözlədiyini deyir: “Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və idarə hüquqları yalnız torpaq hərracları və auksionları vasitəsilə əldə oluna bilər. Sənədin verilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Müvafiq protokol təyin edilib. Mənə həmin orqan mülkiyyət hüququnu tanıdacaq çıxarışı verəndən sonra hərraca verəcəm, həmin vətəndaş da torpağı hərracda udacaq”.
Bələdiyyə torpaqlarının hərracında bir çox şəxslər iştirak edə bilər. Ancaq bələdiyyə sədri bu hərracın qazinin “udacağına” əmindir. Çünki, əslində torpağı qazi udmayacaq, torpaq qaziyə veriləcək.
Şikayətçi maldarlıq üçün rayon məşğulluq mərkəzinə də müraciət edib, ancaq buradan da adekvat cavab ala bilməyib.
Məsələylə əlaqədar Toplum TV- Goranboy rayon Məşğulluq Mərkəzinə sorğu ünvanlayıb. Bir neçə gün öncə oradan bizə vətəndaşla əlaqə saxlayıb problemi ilə maraqlanacaqlarını desələr də, hələlik bu baş verməyib.
X. Abbasov deyir ki, müharibədə yaralanıb hospitalda yatan zaman Prezident İlham Əliyev şəxsən onlara baş çəkib vədlər vermişdi :“Prezident şəxsən bizə baş çəkib gələcək həyatımızda bizlər üçün imtiyazların öncəlik təşkil edəcəyini, bu ölkədə bizim haqqımız və payımız olduğunu demişdi. Ancaq məmurlar, yerli icra orqanları bu sözə əməl etmədi”.
Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Toplum TV-ə qazilərin problemlərinin həlli üçün vahid bir komitənin yaradılmasının vacibliyini vurğulayıb: “Pay torpağının qazilərə iki dəfə, yəni iki pay verilməsi haqqında Heydər Əliyevin sərəncamı var. Bununla məşğul olacaq, bu kimi problemləri nizama salacaq bir dövlət qurumuna ehtiyac var. Ancaq bu yoxdur. Biz arzu edirik ki şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının bütün problemləri ilə bir qurum məşğul olsun. ASAN xidmət, Qaçqınkom kimi bir qurum da qazilərin problemlərinin həlli üçün yaradılmalıdır. Qazi də bütün problemləri ilə bağlı müxtəlif qurumlara yox, vahid bir quruma müraciət etməli və problemi həll edilməlidir.”.
X. Abbasov nə bələdiyyə sədrinin sözünü tutacağına, nə də Məşğulluq Mərkəzindən ona zəng gələcəyinə inanmır. O deyir ki, hazırda müharibənin və məmur özbaşınalıqlarının onda yaratdığı travmaları aradan qaldıra bilmək üçünsə psixi dispanserdə müalicə alır.
DİA.AZ: - Saatlının Şirinbəyli kəndinin sakinləri əkin sahələrini suvarmağa su tapmırlar. DİA.AZ bildirir ki, Şirinbəylinin 5000 nəfərə yaxın sakini olmasına baxmayaraq kəndin içməli suyu yoxdur.
Sakinlər deyirlər ki, 2-3 ildir kəndimiz su görmür. Kəndlilər ilin 4-5 ayı su üzünə həsrət qalır. Əkin sahələri susuzluqdan yanır, içməli suyu isə pulla alırlar.
Şirinbəylinin bir hissəsinə hərdənbir su verilsə də, Qarabağlılar məhəlləsinə ümumiyyətlə verilmir.
Saatlı Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Şirinbəyliyə gələn 26-lar suvarma kanalı bir neçə kəndin ərazisindən keçir deyə su yoxdur. Rəsmi qurum suyun azlığını təbii amilə bağlayıb.
P.S. Görünəni odur ki, Əhməd Əhmədzadədən sonra Zaur Mikayılov da suvarma işini qazanc yerinə çevirdi... XALQA XİDMƏT YERİNƏ YOX...
Daha ətraflı aşağıdakı videoda:
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...