Ardını oxu...
    

Yardımlı rayon sakini olan Elçin Ağayev İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyevin fəaliyyətindən narazılıq edir.

Bu barədə Demokrat.az-a şikayət məktubu ilə müraciət edən Elçin Ağayev bildirir ki, icra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev Yardımlı rayon İcra Hakimiyyətinə tabe olan 30 ərazi nümayəndəliyinin və 30 bələdiyyənin işçilərinə məcburi şəkildə tütün əkməyi tapşırıq verib.

"Rayon rəhbərliyinin tapşırığına görə, icra nümayəndəliklərinin hər biri 3 hektar, bələdiyyələrin isə hər biri 1 hektar olmaqla tütün əkib-becərməlidir. İcra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev əks halda həmin icra nümayəndələrini və bələdiyyə sədrlərini vəzifələrindən kənarlaşdırılacağı ilə hədələyirlər. İcra başçısı Ayaz Əsgərov və onun müavini Mahir Mirzəyev açıq şəkildə bildirirlər ki, onlara Prezident Administrasiyasından bununla bağlı tapşırıq verilib.
Digər tərəfdən isə icra başçısının müavini Mahir Mirzəyev Dövlət Məşğulluq Xidmətinin Yardımlı rayon şöbəsinin rəhbərinə və Yardımlı Məşğulluq Mərkəzinin direktoru Fikrət Qəhrəmanova tapşırıqlar verir. Mahir Mirzəyevin icazəsi olmadan kimsəni rayonda işsiz kimi qeydiyyata almaq mümkün deyil. Mən buradan Azərbaycanın müvafiq qurumlarının rəhbərlərinə, o cümlədən əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirəm. Xahiş edirəm ki, Yardımlıda baş verən bu cür halları araşdırıb tədbir görəsiniz".

Demokrat.az

 
 

Ardını oxu...
Umico Market - onlayn marketpleys, yəni satış platformasıdır. Məsələ ondadır ki, Umico Market adı altında onlayn fəaliyyət göstərən bu sayt vətəndaşların pullarını mənimsəməklə məşğuldur.

Belə ki, onlayn xidmət göstərdiklərini bəyan edən Umico Market ondan alış-veriş etmək istəyən vətəndaşlara şirnikləndirici vədlər verərək, özünü etibarlı tərəfdaş kimi təqdim edir. Beləliklə də ilk fürsətdə “tilovuna düşən” vətəndaşları alış-verişə cəlb edir. Amma sonradan həmin vətəndaşlar saldadıldıqlarını anlayırlar. Son vaxtlar daha da geniş vüsət alan bu hallarının ardı-arası kəsilmir.

DİA.AZ bildirir ki, bununla bağlı Tezadlar.az-a vətəndaş şikayətləri daxil olub.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət edən Baki şəhəri, Əsəd Əhmədov küçəsi 24B, mənzil 2209-da yaşayan Həsən Nəzərovun surəti redaksiyamıza daxil olan şikayət ərizəsində deyilir:

“Yazıb sizə bildirirəm ki, 06.05.2023-cü il tarixində UMICO.AZ saytından mini yemək bişirən (duxovka) tipli soba Aerofritür Sonifer-SF 1014 məhsulunu bəyəndim və onlayn olaraq sifaris etdim. Sifariş edəndən əvvəl UMICO.AZ saytında yerləşən məhsulu satan satıcının Tokla.az (Toklaelektroniks - Sədərək) dükanının əlaqə nömrələrini ((051) 290-21-94, (010) 216-06-10) tapdım və onlarla əlaqə saxlayaraq bildirdim ki, mən malı ozüm gəlib yoxlayıb götürmək istəyirəm. Mənə o nömrədən bildirdilər ki, elə satış olmur, biz məhsulu ancaq UMİCO-nun əməkdaşlarına təhvil veririk.

07.05.2023-cü il tarixində (051) 638-88-00 nömrəsindən UMİCO-nun kuryeri mənə zəng etdi və məhsulu gətirdiyini bildirdi. Məhsulu avtomobilin baqaj bölməsində qeyri-qermetik, ağzı açıq, skoçlanmamış vəziyyətdə qutunun içində mənə təqim etdi. Mən deyəndə ki, qalxaq məhsulu ev şəraitində yoxlayım, mənə bildirdi ki, tələsirəm, elə burda yoxla (bu vəziyyət yaşadığım binanın kameralarınada düşüb). Mənə malı normal yoxlamağa imkan yaratmadı. Mən pulu - 163 manat 50 qəpiyi kartla kuryerin gətirdiyi pos terminal vasitəsilə ödədim və məhsulu evə apardım. Elə oldu ki, məhsulu alandan sonra tez bir zamanda gedəsi oldum və məhsulu açmağa imkanım olmadı. Bir neçə gündən sonra qutunu açanda məhsulun keyfiyyətsiz olduğunu görüb dərhal UMICO.AZ saytı və vatsap ((050) 700-09-15) nömrəsilə əlaqə saxladım və malı geri qaytarmaq istəyimi bildirdim. Mən bildirdim ki, məhsul heç işlənməyib və mənə təhvil verilən vəziyyətdədir. 12.05.2023-cü il tarixdə (051) 270-50-03 nömrəsindən UMICO-nun əməkdaşı Rəşad Əliyev zəng edib məhsulu götürüb Tokla.az (Toklaelektroniks - Sədərək) dükanına aparacağını və orada ekspertiza keçiriləcəyini bildirdi. Məhsulu Rəşad Əliyevə təhvil verməmişdən əvvəl mən özüm məhsulun yaxından və hər tərəfdən şəkillərini və videosunu çəkdim, məhsul ideal vəziyyətdə idi. Məhsulu götürəndən təxminən 25 dəqiqə sonra Rəşad Əliyev mənə zəng edib telefonu Toklaelektroniks-in əməkdaşına verdi, o da mənə bildirdi ki, məhsulun üzərində cızıq tapmışıq və ona görə məhsulu geri qaytarmayacağam. Mən bildirdim ki, bu məhsul mənə tam bağlı vəziyyətdə təqdim olunmayıb və məndən əvvəl bu qutunu sizin mağazada açıblar, şəkillərdə və videoda heç bir cızıq yoxdur və malı mənə necə vermisiniz, elə də qaytarıram. Mən bildirdim ki, siz mənə böhtan atırsınız, yəqin ki, malı qaytarmaq istəmirsiniz və cızığı bilərəkdən atmısınız. Onlara bildirdim ki, sizdən şikayət edəcəm. Mağazanın nümayəndəsi isə cavabında dedi ki, “MƏN MALI QAYTARMIRAM, GET, HARA İSTƏYİRSƏN ŞİKAYƏT ELƏ, BİZİM DUKANIMIZIN ÖZ QANUNLARI VAR. MALI QAYTARMIRIQ”.

Sizdən çox xahiş edirəm, mənim istehlakçı hüququmu qoruyasınız, ödədiyin 163 manat 50 qəpik özümə qaytarılsın. Bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki, insanları necə aldadırlar”.

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 706, M2 ünvanında yaşayan Fariz Nəbiyev də Umico Market-dən şikayətçidir.

Yazır ki, 29.04.2023-cü il tarixdə Umico Market-dən onlayn yolu ilə Ardesto “YCM”-E 1600 markalı kofe bişirən aparat (qiyməti: 129 AZN) sifaris edib: “Həmin tarixdə sifarişim ünvana çatdırıldı. Kuryer gözləmədiyi üçün aparatı o gedəndən sonra yoxladıq, çünki bizə deyilmişdi ki, məhsulda problem aşkarlanarsa geri qaytarmaq mümkündür. Yoxladığımız zaman gördük ki, aparaq düzgün işləmir, kofe əvəzinə su gəlirdi, ya da heç nə gəlmirdi. Bu barədə Umico Market-ə onlayn qaydada məlumat verdik.

04.05-2023-cü il tarixdə kofe bişirən aparaq evimizdən götürülərək, servisə aparılıdığı və düzəlib gedi veriləcəyi bildirildi. Məhsul geri verilmədiyi üçün mən artıq onu istəmədiyimi və ödədiyim pulun geri qaytarılmasını tələb etdim. Umico Market-dən isə bunun mümkün olmadığını bildirdilər.

Ona görə də, sizə mürtaciət etdim ki, bu məsələnin həllində mənə kömək edəsiniz.

Xahiş edirəm, istehlakçı hüququmu qoruyasınız və Umico Market köfe bişirən aparat üçün ödədiyim 129 manatı mənə geri qaytarsın”.

Biz də öz növbəmizdə, məsələ ilə bağlı Umico Market-in səhifəsindəki əlaqə vasitələri ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu ətrafında söz-söhbətlər tükənmək bilmir.

Mətbuatda İnstitutun direktoru Gülnaz Dadaşova ilə bağlı dəfələrlə dəfələrlə yazılsa və Səhiyyə Nazirliyi institutda bir həftə yoxlama aparsa da, vəziyyət dəyişməyib.

O da maraqlıdır ki, nazirlik bu yoxlamaların nəticələri haqda məlumatları nədənsə hələlik gizli saxlayır.

İnstitutdan gələn şikayətlərin isə ardı-arası kəsilmir.

“Arqument.az”a verilən məlumatda bildirilir ki, bu günlərdə müayinə üçün girişdə xəstələrə verilən talonlar üçün bütün həkimlərdən adambaşına 10 manatdan pul yığılıb: “Halbuki İnstutut dövlət büdcəsindən maliyyələşir. Bu talonlar üçün büdcədən maliyyə ayrılır. Ancaq buna baxmayaraq, talonlar qeyri-qanuni olaraq, həkimlərdən məcburi pul yığılaraq alınır”.

Kardiologiya İnstitunun əməkdaşlarının narazı olduğu məsələ yalnız bundan ibarət deyil.

Həkimlərin dediyinə görə, İnstitutda elə qanunsuzluqlar baş verir ki, “talon pulu” məsələsi onların yanında çox xırda məsələdir:

“Ən əsas problemlərdən biri İnstitutdakı mühit, despotik idarəçiliklə bağlıdır. Gülnaz Dadaşovanın direktor təyin olunmasından sonra “Elmi-Tədqiqat” sözü yalnız İnstitutun adında qalıb. Kardiologiya İnstitutu artıq elm ocağı olmaqdan çıxıb. Gülnaz Dadaşovanı burada hansısa elmi tədqiqatların aparılıb-aparılmaması maraqlandırmır. Onu maraqlandıran yeganə məsələ pul qazanmaqdır. O, böyük bir kollektivi “özününkülər” və “yadlara”a ayırıb. Kim onun dediklərinə əməl etmir, qanunsuz tələblərinə etiraz edirsə, həmin adam dərhal gözümçıxdıya salınır, təzyiqlərə məruz qalır, inzibati üsullarla ya zərərsizləşdirilir, ya da işdən uzaqlaşdırılır. İnstitutun direktoru özündən yaşca və təcrübəcə böyük olan alimləri, professorları saatlarla qapıda gözlədir, onlarla çox kobud rəftar edir, lazımsız tələblər irəli sürür, yersiz izahatlar yazdırır. Onun bu hərəkətlərinə qarşı çıxanları isə şər-böhtan atmaqla işdən uzaqlaşdırır”.

Həkimlərin dediyinə görə, Səhiyyə Nazirliyinin apardığı yoxlamalara qədər İnstitutda VİP otaqlar imkanlı xəstələrə pulla verilirmiş:

“Lakin yoxlama gələndən sonra həmin VİP palataların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Ancaq buna baxmayaraq, onun və yaxın ətrafının qanunsuz əməlləri davam edir. O, direktor təyin olunandan İnstitutun hərbi çağırışçılarla məşğul olan həkim komissiyasının üzvlərindən istifadə edərək, saxta sənədlərə qol çəkib küllü miqdarda gəlir əldə edir. Dəfələrlə xəstələrdən “fond pulu” yığılıb, palatalar onlara satılıb. 400 milliletirlik sistemlər tərkib hissələri nəzərə alınmadan, gigiyenik və antisanitar normalara uyğun olmadan iki-üç xəstə arasında bölünür. Köhnə, vaxtı keçmiş dərmanlar xəstələrə sırınır, təzə dərmanlar aptek şəbəkəsi vasitəsi ilə satılır. Funksional həkimlərdən 300-500 manat civarında pul yığılması, bu qaydaya əməl etməyənlərin isə işdən uzaqlaşdırılması da rəhbərliyin qanunsuz əməllərinin tərkib hissəsidir”.

Kardiologiya İnstitunun əməkdaşlarının bildirdiyinə görə, Gülnaz Dadaşova faktiki olaraq, böyük kliniki və elmi məktəbir:

“Çünki bu xanım vəzifəyə gələndə elə birinci zərbəni elmi dərəcəsi olan işçilərə vurdu. Belə ki, institutun elmi katibini, tibb elmləri doktoru Sona Qəhrəmanovanı qeyri-qanuni olaraq işdən azad etdi. Uzun müddət onların arasında məhkəmə çəkişməsi oldu. Nəhayət, Ali Məhkəmənin qərarı ilə elmi katib Sona Qəhrəmanova öz vəzifəsinə qayıtdı. Ancaq o, yenə də təzyiq və təhdidlərə məruz qaldı. Gülnaz Dadaşova ona öz vəzifəsini icra etməyə imkan vermədi. Bu səbəbdən Sona Qəhrəmanova öz xoşu ilə işdən çıxmaq məcburiyyəyində qaldı”.

“Cəzasız qaldıqca Gülnaz Dadaşova öz çirkin əməllərini davam etdirir və təkmilləşdirir. Belə ki, təzyiqlərinə qanun donu geyindirərək, izahat və töhmətlərlə 40 il elmi və kliniki fəaliyyətini İnstituta həsr edən tanınmış alim və peşəkar həkim, tibb elmləri doktoru Elman Ələkbərovu da ərizə yazıb işdən getməkməcburiyyətində qoydu. Direktor işçilərə elmi fəaliyyət üçün heç bir şərait yaratmır. O, maddi-texniki bazanı təkmilləşdirmək əvəzinə elmi işçiləri plagiat məqalələr yazmağa, özünün də adını başlıqda qeyd etməyə məcbur edir və bununla İnstitutun elmi fəaliyyətini təsdiqləmək istəyir. Bu 4 il ərzində elmi dərəcəyə layiq olan heç bir elmi iş icra olunmayıb. Hər bir əməlini “TƏBİB və İcbari Sığortanın tələbidir” adı altında “əsaslandıran” direktor elmi işçilərin otaqlarını əllərindən aldı. Boşalan otaqlar hesabına palataların sayını artırdı, elmi işçiləri isə sanitar və gigiyenik normalara uyğun olmayan otaqlarda (9 kvadrat metrəlik otaqda 6 nəfər oturur) yerləşdirərək, institutu şəxsi gəlir mənbəyinə çevirdi”, – deyə məlumatda bildirir.

Rəhbərlikdən narazı olan əməkdaşlar qeyd edirlər ki, 40 ildə yaradılan institut 4 ilə, demək olar ki, dağıdılıb:

“İnstitutun direktoru rentgen aparatını təmir etmək əvəzinə rentgen kabineti ləğv etdi. Buna görə də stasionar və ağır ambulator xəstələr rentgen müayinəsi üçün 5 saylı xəstəxanaya göndərilirlər. Direktor sonradan guya bununla əlaqəli narazılıqları “nəzərə alaraq” modul xəstəxanada istifadə olunan portativ rentgen aparatını gətirilib 2-ci mərtəbədə sanitar-gigiyenik normalara uygun gəlməyən, rentgen şüalarından izolyasiyası olmayan adi exokardioqrafiya otağında yerləşdirdi. Kollektiv bundan narazı qaldı və yazılı surətdə direktora müraciət etdi. Kollektivin narazılığından ehtiyat edən direktor rentgen aparatını otaqdan çıxartdırsa da, kiçik tibbi personalın və həkimlərin bəzilərinə hədə-qorxu gələrək təzyiq göstərdi”.

Şikayətçilərin sözlərinə görə, İnstitutda icbari tibbi sığorta məsələsi ilə bağlı da ciddi qanun pozuntularına yol verilir. Belə ki, bonusların paylanmasında problemlər yaşanır:

“Həkimlərə bonuslar qanunvericilikdə nəzərdə tutulduğu kimi deyil, aşağı məbləğdə verilir. Bəzi əlavələr isə ümumiyyətlə verilmir. Bununla əlaqədar olaraq vaxtilə TƏBİB-ə və İcbari Sığortanın icraçı nümayəndələrinə şifahi və yazılı surətdə müraciətlər olundu, yoxlamalar gəldi. Lakin necə oldusa, Gülnaz Dadaşova yenə də bu məsələnin altından “aydan arı, sudan duru” çıxdı. İnstitutda işçilərin səbir kasanını daşıran son damla qəbul şöbəsinin növbətçi hıkimlərinə dövlət tətəfindən müəyyən olunmuş qanuni məvacibin kəsilməsi oldu. Onların şikayətlərinin araşdırılması əsnasında məlum oldu ki, həkimlərin qanuni maaşı kəsilib və şöbələrə yeni təyin olunmuş növbətçi həkimlərin maaşlarının üzərinə növbə sayına görə bonus şəklində əlavə olunub.

“Hazırda institutda hər kəs növbədənkənar, bir və yaxud iki həftəlik qanuni məzunyyət götürməyə ehtiyat edir. Çünki hamı bilir ki, məzuniyyət pulu verilməyəcək, bu azmış kimi növbəti ay maaşdan da kəsiləcək. Ümumiyyətlə, son 3 ay ərzində işçilərə pressinq daha da artıb. İnstitutun əməkdaşlarınaa töhmət vermək adi hala çevirilib. Son 3 ayda 10 nəfərdən çox əməkdaşa töhmət verilib və başqa cəza tədbirləri görülüb. Direktor statusu, elmi dərəcəsindən asılı olmayaraq, hər kəsi kiçicik səhvinə görə izahat yazmağa və izahatın sonuna “mən bir daha belə etməyəcəm” cümləsini əlavə etməyə məcbur edir. Elmi dərəcəsi olan, yaşlı, təcrübəli alimlər sanki körpə uşaqdırlar. Gülnaz Dadaşova normal idarəçiliyə xas olmayan bu cür “metod”larla İnstitutun əməkdaşlarını alçaldır və təzyiq altında saxlayır. Bir sözlə, Elmi-Tədqiqat Kardiologiya İnstitutu elm ocağından, elmi təkmilləşmə klinikasından “islah koloniyasına” çevirilib. Bu təzyiq və təhdidlərə, hədə-qorxuya, həkim və alim hüququnun tapdalanmasına məruz qalan əməkdaşların İnstitutdan başqa klinikalara axını başlayıb. Tibb üzrə fəlsəfə doktoru Rufanə Abdullayeva, elmi işçi Afət Quliyeva məhz İnstitutda yaradılan dözülməz, aşağılayıcı mühitə görə, öz xoşları ilə institutdan uzaqlaşmaq məcburiyyətində qaldılar. Belə getsə, İnstitutda kardiologiya elminin inkişafı və tərəqqisi üçün çalışan heç bir dəyərli alim qalmayacaq”, – şikayətçilər qeyd edirlər.

Onların sözlərinə görə, Kardiologiya İnstitunda bu “qayğı” və “diqqət” yalnız elmi işçilərə, tibbi personala deyil, xəstələrə də göstərilir:

“Yay aylarında ağır ürək çatmazlığı və tənəffüs problemləri olan xəstələr isti otaqlarda boğulur. Otaqlarda kondisioner yoxur. Koridorlardakıkondisionerlər isə həkimlər tərəfindən pul yiğılaraq alınıb. Bütün inzibati kabinetlərdə, direktorun otağında isə müasir komdisionerlər quraşdırılıb. Şöbələrdə yatan 40-50 xəstəyə yalnız 2 tualet fəaliyyət göstərir, yuyunmaq üçün nə xüsusi otaq ayrılmayıb, nə də isti su yoxdur”.

Şikayətdə qeyd olunan məqamlarla bağlı Kardiologiya İnstitunun direktorunun mövqeyi öyrənmək mümkün olmayıb.
 
Ardını oxu...
Suraxanı rayon icra başçısı Əziz Əzizovun vaxtaşırı işə çıxmadığı bildirilir.

Bu barədə "Arqument.az”a rayon sakinləri məlumat veriblər.

Onlar deyirlər ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər.

"Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir. Biz bu adamı yerində tapa bilmirik”, – sakinlər belə deyirlər.

Onların sözlərinə görə, Surxanı Bakının ən az inkişaf etmiş rayonlarındandır. Burada sosial problemlər – su, qaz və digər sosial ehtiyaclar hər zaman yaşanır.
Sakinərin müraciətindən sonra Surxanı Rayon İcra Hakimiyyəti başçısı ilə əlaqə saxlamağa çalışsaq da, onun heç bir əlaqə vasitəsinə rast gəlmədik. Hətta məlum oldu ki, qurumun rəsmi saytında da Əzizovun hər hansı bir əlaqə vasitəsi yoxdur, nə telefonu, nə də emaili qeyd olunub. Maraqlı odur ki, icra başçısının iş nömrəsi də yoxdur.

Sakinlər isə iddia edirlər ki, bu, orta əsrlərin qaydalarıdır.
Ardını oxu...
İcr başçısının köməkçisi Nazim Fətullayevin iş nömrəsinə (452-21-23) də zəng etsək, telfonlara cavab verilmədi.

Bundan başqa, ictimai-siyasi və humanitar məsələlər şöbənin də telefonları daxili nömrəyə yönətsə də, zənglərə cavab verilmədi.
Ardını oxu...
Bu yaxınlarda sosial şəbəkələrdə “Niyazi Bayramovun işçisindən şok dələduzluq-başçının 1-ci müavini də istintaqa cəlb olundu” adlı yazılar dərc edilmişdi. Bəli bu xəbər doğrudur. Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sənan Məhərrəmov aralarında qazi və şəhid ailələri olan ayrı – ayrı vətəndaşlara MİDA-dan ev verirəm adı ilə külli miqdarda pul “ataraq” ölkə hüdudlarından kənara çıxdı. Bu işdə başçının 1-ci müavini Səməd Tomiyevin də adının “hallandığı” və baş verənlərlə əlaqədar yoldaş Tomuyevi Baş Prakurorluğa çağırıldığı da qeyd edilirdi. Lakin sonradan nə oldusa bu məsələ barədə ictiamyətə açıqlama verilmədi və sanki hər şey “ört-basdır” edildi.

Adını çəkməy isdəmədiyim qazi qardaşlarımızdan biri özünü Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında “doğradı”. Qanına qaltan oldu, lakin xöşbəxtlikdən ətrafda olan şəhər əhalisinin dərhal müdaxiləsindən sonra qardaşımız sağ qaldı. Bəs nə idi qazi qardaşımızın özünü doğramasına səbəb?!. Gəncə ŞİH-nin işçisi Sənan Məhərrəmov başçının 1-ci müavini Səməd Tomiyevlə və sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirəsi Nigar Məmmədova ilə əlbir olaraq dövlətinə və dövlət məmuruna inanan zavallı vətəndaşların başına bu oyunu açdı. Məndə həmin “zavallılar”dan biriyəm. Sadəcə yuxarıda adlarını çəkdiyim və hələdə haram pullarla özlərinə bahalı maşınlar alıb, dəbdəbəli evlər tikdirən Səməd və Nigar cütlüyündən qorxduğum üçün adımı açıqlaya bilmirəm. Yəqin ki, bu yazını oxuyandan sonra artıq mənim kim olduğumu biləcəklər. Onlara çütlük deməyimə əsaslı səbəblərim var. Bu məsələ mənim başıma gələndən sonra “Gəncə balaca şəhərdir, hamı hamını yaxşı tanıyır” teoriyasına istinad edərək bu çütlük barəsində kiçik bir araşdırma apardım. Araşdırmam kiçik olsa da eşitdiklərim böyük şeylər oldu. Demək bu Səməd Tomiyev dələduzluqda adı dillər əzbəri olan “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədovun (hansı ki, adamın respublikada obyektlərinin sayı-hesabı yoxdur) yanında dələduzluğun yollarını öyrənirmiş. Sonradan yoldaş Tomiyev Niyazi Bayramova “xod” tapır və Aqibət Məmmədovun təqdimatı ilə dövlət qulluğunda heç bir iş təcrübəsi olmadan Gəncə Şəhər İcra Hakimiyyətinə işə girir. Əvvəllər işlədiyi yol idarəsində vəzifəyə qalxmağın “yollarını” yaxşı bildiyi üçün qısa bir müddətd ərzində yoldaş Tomiyev başçının 1-ci müavininə qədər yüksələ bilir. Tutduğu vəzifənin məsuliyyətini tam olaraq dərk etməyən Səməd Tomiyev şəhidlərimizin dəfn mərasimlərində saqqız çeynədiyi üçün Gəncə şəhərində “BAMBILI” ləqəbi ilə tanınır. Gəncə şəhərində kimdən soruşsan ki, başçısının birinci müavini kimdir?! Hami bir nəfər kimi deyəcək ki, “BAMBILI SƏMƏD”.

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ ERMƏNİPƏRƏST KADR SİYASƏTİ

Gəncə Şəhər İcra Hakimiyyətində kadrlar şöbəsinin rəisi Nigar Məmmədovanın mərhum atası Həbib kişinin atası və anası ermənidir. Vaxtı ilə paçtalyon işləyən Nigar Məmmədova Səməd Tomiyevin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini təyin edilməsindən qısa bir müddət sonra kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Nigar Məmmədova vəzifəyə təyin edildikdən qısa bir müddət sonra erməni xislətini dərhal biruzə verdi. Vətəndaşların müraciətlərini və problemlərini məqsədli formada Niyazi Bayramova vaxtında çatdırmayan N.Məmmədova zaman keçdikcə sanki gördüyü çirkin işdən həzz alırmış kimi daha da azğınlaşmağa başladı və hal – hazırda özünü sözün əsl mənasında harınlamış məmur kimi aparır. Təbii ki, bu da onun erməni əsilli olmasından irəli gəlir. Elmar Vəliyevin zülmündən canlarını təzə qurtaran şəhər əhalisi bu səfər Səməd və Nigarın Allahsızlıqlarından canlarını qurtara bilmirlər. Hətta iş o yerə gəlib çatıb ki, Nigar Məmmədovaya şəhər icra hakimiyyətinin işçiləri “qanlı Nigar da deyirlər”. Bəli bəli qanlı Nigar!!! Ona görə qanlı Nigar ki, onun Gəncə Şəhər İcra Hakimiyyətində “kəsdiyi başa” zaval yoxdur deyirlər. Kimi isdəsə işə götürür, kimi isdəsə işdən çıxardır. Nigar və Səməd çütlüyü “yazıq” Niyazi Bayramovun “dilini ağzını necə bağlayıblarsa” adam onların qanunsuz əməllərini görə – görə heçnə demir. Səməd Tomiyevin Gəncə Şəhər icra hakimiyyətinə gəlişi erməni qızı Nigar Məmmədovanın karyerasında sözün əsl mənasında yüksəlişə səbəb olub. Xidməti otaqlarını eşq yuvasına çevirən Nigar və Səməd çütlüyü hal – hazırda heç kimdən və heç nədən qorxmurlar. Azərbaycanda sovet hakimiyyəti dağılan kimi N.Məmmədovanın atası Həbib Məmmədov “ara qarşıb məssəb itib” deyərək dərhal öz doğma erməni ad və soyadını dəyişərək Gəncə şəhərində yaşamağa davam edib. Arzuolunmaz hamiləlikdən əmələ gələn erməni əsilli Nigar Məmmədovanın Gəncə Şəhər İcra Hakimiyyətində işləməsi Gəncəliləri və Gəncədə yaşayan şəhid ailələrini və biz qaziləri çox qəzəbləndirir. Ama nə edək?! Kimdi bizi eşidən?! Yəqin ki, “yuxarıdakılar” haçansa bu məsələdən xəbər tutarlar.

Növbəti məktubumda Sizlərə Gəncənin keçmiş baş memarı Məharət Mustafayevin atasına rəhmət oxutduran LGBT meyilli Elxan Məmmədovun korrupsioner əməllərindən və MKTİB-də baş verən ailə biznesindən yazacam.

Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik. //dunyaninsesi.az//
Ardını oxu...
Gəncədə İcra başçısının 1-ci müavini vətəndaşın 4 saat müddətinə azadlığını məhdudlaşdırıb. Necə deyərlər,onu girov saxlayıb.

Deryaz.az xəbər verir ki, bu haqda Gəncə şəhərində yerləşən 48 nömrəli “Körpələr Evi Uşaq Bağçası”nın sabiq müdirəsi İlahə Əliyevanın həyat yoldaşı Rəşad Əliyevin “kanal24”-ə açıqlamasında deyib.

Prezidentə, baş prokurora və icra başçısı Niyazi Bayramova videomüraciət ünvanlayan şikayətçi iddia edir ki, Gəncə Şəhər İcra hakimiyyəti başçısınıın 1-ci müavini Səməd Tomuyev bağça müdirəsi İlahə Əliyevanı qəbul otağında 4 saat saxlamaqla ona təzyiq etmək yolu ilə işdən çıxmaq haqqında ərizə yazdırıb.

Şikayətçi Rəşad Əliyev onu da bildirib ki, hələ bu azmış kimi Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış bölməsinin əməkdaşları onu 6 saat idarədə saxlayaraq, ona qarşı təzyiqlər edib, onun telefonunu zorla əlindən alıb. Telefona müdaxilə edərək, telefonun yaddaşındakı məlumatları və şəxsə aid feyzbuk səhifəsindəki statusları silib. Rəşad Əliyevin sözlərinə görə, onun və ailəsinin həyatı təhlükədədir.

Şikayətçi Rəşad Əliyevin videomüraciətini təqdim edirik:

Qeyd edək ki,müavfiq prosesual addımlar həyata keçirlmədən, məhkəmə qərarı olmadan belə hərkətlərinin edilməsinin bir başa qanun pozuntus olması yəqin ki, polisə nəzarəti həyata keçirən prokurorluq orqanlarına gün kimi aydındır. Çünki bu hərəkət və hərəkətsizlik cinayət məcəlləsinin 145-ci maddəsində göstərilməklə birbaşa cinayətdir


Əgər şikayətçinin iddia etdiyi kimi hərkətlər törədilibsə, o zaman hansı hallarda vətəndaşın azadlığı məhdudlaşdırıla bilər?

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.Beynəlxalq hüquq normalarında da azadlıq hüququ əsas insan hüquqları arasında özünəməxsus mühüm yer tutur.

“İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə”nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edil­məməlidir. BMT Baş Assambleyasının 9 dekabr 1988-ci il tarixli qətnaməsi ilə təsdiq edil­miş “Formasından asılı olmayaraq saxlanılmağa və tutulmağa məruz qalmış bütün şəxslərin müdafiə prinsipləri Toplusu”nun ikinci prinsipində deyilir: “…həbs, tutulma və ya azadlıqdan məhrum etmə yalnız qanunun müddəalarına ciddi riayət etməklə səlahiyyətli vəzifəli şəxslər tərəfindən və yaxud bu məqsəd üçün qanunla müvəkkil olunmuş şəxslər tərəfindən həyata keçirilir”.

Azadlıq hüququ ən əhəmiyyətli və əsas insan hüquqlarından biri kimi dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası da bu hüququ beynəlxalq hüquq normalarına uyğun olaraq təsbit etmişdir.Bununla belə, konstitusiya və beynəlxalq hüquq normaları qanunla nəzərdə tutulmuş hallarda azadlıq hüququnun məhdudlaşdırılmasını istisna etmir. Məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulması hallarını və ağlabatan müddətləri qanunvericilik müəyyənləşdirir.

Maraqlı və düşündürücü bir sual var: Görəsən, Gəncə Şəhər İcra hakimiyyəti başçısınıın 1-ci müavini Səməd Tomuyevin iddia olunan hərkətlərindən icra başçısı Niyazi Bayramovun xəbəri olub,yoxsa olmayıb…?

Məlumat üçün bildirək ki, “Kanal32” Media Şəbəkəsi olaraq baş vermis olayla bağlı açıqlama vermək üçün Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərmişik. Cavab gəldiyi təqdirdə həmin açıqlamanı dərc edəcəyik.

Dəryaz.az
 

Ardını oxu...
DİA.AZ Xeberal.az-a istinadən uzun illərdir icra başçısı işləyən, hazırda isə Bərdənin icra başçısı Vidadi İsayevin və onun qohumlarının “topdağıtmaz” mülklərini sizlərə təqdim edir.

▪️Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil

▪️H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil

▪️Şərq küç, ev 11B ünvanında xidməti mənzil

▪️Oğluna 100.000 manatlıq çayxana,

▪️Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan

▪️”Ana və Uşaq” kafesi ▪️”Təchizat BCS” MMC şirkəti

▪️Bərdədə ikimərtəbəli mağaza ▪️Mixaylovka kəndində bir imarət

▪️Ağcakənddə ikinci böyük villa

▪️Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə

▪️90-GP-555 dövlət nişanlı Toyota Prado

▪️Mercedes G63 AMG

▪️Bərdədə Heydər Əliyev parkında kafe

▪️Yevlaxda əzəmətli villa

▪️Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri

▪️Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər

▪️Rusiyada, Türkiyədə biznes və obyektlər...

Bütün bunlar camaatın maaş kartlarından, idarə və müəssisələrdən yığılan “otkat”lardan, xalqdan oğurlanan pullardan alınan varidatın az hissəsidir.

QOHUMLUQLAR

·Yoldaşı Sara Kəmaləddin qızı Bünyatova Yevlaxda Arxiv İdarəsinin müdirəsidir.

·Oğlu Tural İsayev Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir.

·Qardaşı Füzuli İsayev Xaçmazın reyestr xidməti rəisidir.

·Qudası Fazil Həsənəliyev Baş Prokurorluğda istintaqa nəzarət idarəsinin rəisidir.

·Bacanağı Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud İsmayılov

Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu, qaynı gömrük polkovniki Nazim İsayevin qaynatasıdır.

***

Qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
44 saylı Şəhər Poliklinikasının Baş tibb bacısı Aygün Qarayevanın səs yazısı Abzas Media-ya göndərilib. O, keçmiş prezident Heydər Əliyevin yubileyi ilə əlaqədar tibb işçilərindən pul istəyir.

“Heydər Əliyevin yubileyi ilə əlaqədar olaraq divarda şəkillər asılacaq, onu sifariş veriblər. Tibb bacıları 10 manatdan, sanitar işçilər 5 manatdan, həkimlər də 20 manatdan gətirsinlər” – A.Qarayeva səs yazısında deyib.

Tibb bacısı Abzas Media-ya bildirib ki, bu məsələni böyütmək lazım deyil:

“Mən sizdən çox xahiş edirəm... Necə lazımdır, nə təhər lazımdır həll edək məsələni. Belə böyütmək lazım deyil”.
 //Abzas Media//

 
Ardını oxu...
UluTv.info:- ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR – VƏ YA MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏN NECƏ SABOTAJ EDİLİR?!

Mətbuata Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından və s. bəhs olununan yazısı daxil olub. Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Milli Təhsil Sistemində aparılan islahatların Dövlət Rəhbərliyinin təhsilin keyfiyyətini daha da artırmaqla, Milli Dövlətçiliyimizin tərəqqisinə və daha da qüdrətlənməsinə hesablanmış bir addım olduğunu düşünmək istərdik. Amma təəssüflər olsun ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) yarandığı gündən indiyə qədərki fəaliyyətini araşdırsaq, bu idarənin misalında, Şəhər Təhsil Şöbələrinin, Regional Təhsil İdarələrinə çevrilməsi ilə heç bir keyfiyyət dəyişikliyi baş vermədiyinin, əksinə, vəziyyətin daha da pisləşərək, acınacaqlı bir hal aldığının şahidi olarıq. Məsələn, öncə yalnız Sumqayıt şəhərinin işlərini aparan və öncəki rəhbərliklərin dövründə işə qəbul edilən bir neçə işçi, indi gecə-gündüz demədən bütün regionun işlərini aparmağa məcbur və məhkumdur, katorqa əməyi qədər ağır işdən, üzr istəyirəm, normal insan aurasını itirib, zombiyə çevrilməkdə olan bu biçarələrin qazancları isə əvvəlki maaşlarından əlavə, İlhamə xanımın onlara həmkarların büdcəsindən “lütf etdiyi” bayram hədiyyə və qonaqlıqları, bir də istirahətsiz və fasiləsiz ağır oturaq işdən bel və boyun fəqərələrində yaranıb, həyatlarını cəhənnəmə çevirən disk yırtıqlarıdır. Yeni işə götürülən işçilərin nə etdiklərini isə özlərindən və İlhamə xanımdan soruşmaq lazımdır, çünki onlar, eşitdiyim qədərilə, ümumiyyətlə təhsil sahəsinə aidiyyəti olmayan və bu sahədə nə isə etməyə kompetensiyaları yetməyən kimsələrdir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Dövlət Qulluqçusu statusu almaq üçün, müvafiq imtahanlar verib, sertifikasiya olunmaq şərtdir. Lakin nədənsə Abşeron-Xızı Regional Təhsil idarəsində bu qanuna əməl olunmur. İdarə yarandığı gündən indiyə qədər işə qəbul edilmiş heç bir şəxs bu prosesdən keçməmişdir. Belə ki, İdarə üzrə ən azı 30 vakant yer olsa da, bu yerlərə şəffaf və açıq şəkildə qəbul elan olunmaq əvəzinə, öz tanış -bilişlərini bir illik müqavilə ilə işə götürürlər.

Sual olunur: niyə vakant vəzifələr haqqında elan verilərək, sertifikasiyadan keçmiş ölkə vətəndaşlarının şəffaf şəkildə müvafiq Dövlət Qulluğu vəzifələrinə qəbulu həyata keçirilmir, faktiki olaraq bu vakansiyalar gizlədilir, əcəba Azərbaycanda kadr qıtlığı yaşanır, yoxsa ölkə universitetlərinin müvafiq ixtisaslar üzrə hazırladığı gənc və istedadlı mütəxəssislər daha yaxşı vəzifələrə təyinat aldıqları üçün AXRTİ-nə rədd cavabı verirlər?! Bunun belə olmadığını indi Azərbaycanda hamı bilir. Tam tərsi, öz ixtisası üzrə layiqli iş tapa bilmədiyi üçün hər il ən istedadlı gənclərimiz dünyanın müxtəlif ölkələrinə üz tutur, ölkədən ciddi və gələcək üçün ağır fəsadları olacaq beyin axını baş verir.

Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib. Qeyd etməliyəm ki, Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı? Üstəlik, bu, həmin Sevinc xanımdır ki, 2021-ci ildə barəsində dələduzluq maddəsilə cinayət işi açılmış Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın müavini (və deyilənlərə görə “sağ əli”, yəni cinayət ortağı) olub və onu da, yoxlama zamanı, Samirə xanım tərəfindən direktor müavini vəzifəsinə qanunsuz gətirildiyi aşkar olunduğu üçün, Təhsil Nazirliyinin göstərişi ilə, həmin vəzifədən kənarlaşdırıblar, amma görünür humanizm prinsipləri ilə, cəmi 6 saat dərs verilməklə, müəllim kimi məktəbdə saxlayıblar. Və İlhamə xanımda hünərə, cəsarətə baxın ki, qeyri-qanuni şəkildə işə götürüldüyü rəsmən təsdiqlənmiş, heç bir müvafiq imtahandan, yoxlamadan keçməmiş bu xanımı, kənardan gətirib, 36 saylı məktəbə direktor əvəzi təyin edir; məgər o məktəbin özündə direktor müavini yox idi, yaxud bu işə Sumqayıtda daha layiqli olan bir müəllim tapılmırdı?! )
Ümumiyyətlə, niyə İlhamə xanım bu vəzifələrə məhz özünün yaxın qohumlarını gətirməlidir, bu, idarəçilikdə tayfabazlığın bəsit bir təzahürü deyilmi və geniş bir korrupsiya şəbəkəsi qurmağa yol açmırmı?

İ. Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, Həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Aşağıdakıları misal gətirə bilərəm:

– Sumqayıt şəhərində təmirə ciddi ehtiyacı olan (14, 10, 15, 16, 26, 27, 33, 34, 37, 38, 39 saylı), hətta qəzalı vəziyyətdə (TTEL, 36 saylı məktəb, sonuncu qəzalı vəziyyətdə olduğu üçün üç ildir ki, bağlanıb, şagirdlərə müvəqqəti “İstək” liseyində dərs keçilir) məktəblər var ikən, 2018-ci ildə əsaslı təmir olunmuş Regional İdarənin inzibati binasının yenidən əsaslı təmirə bağlatdırmasi (arqumentləri belədir ki, əvvəl Təhsil Şöbəsi idi, indi Regional İdarə olub. Axı TŞ-nin binası Regional İdarəyə çevrilərkən, onun binası 3 rayona görə böyüdülüb 3-4 mərtəbə olmayıb ki, elə 2 mərtəbə də qalıb, sadəcə birisi orada özü üçün komfort şərait yaradır);

– 8 Mart bayramında Regional İdarənin hər bir qadın işçisinə Həmkarların büdcəsindən parfumeriya dükanının 50 manatlıq kartını hədiyyə etməsi (Bu, belə baş verib: Həmkarların xətti ilə Parfumeriya mağazasına vəsait köçürülüb, onlar da hədiyyə qutusuna 50 manatlıq kart qoyublar, paylayıblar işçilərə. Həmin kartı mağazaya təqdim edən şəxs 50 manat civarında nə istəsə götürsün deyə);

– İdarənin 90% yeni işçilərdən təşkil olunmuş heyətinə Həmkarların xətti ilə, Xəlil adlı dayısına məxsus “Qərb” şadlıq sarayında, dəbdəbəli bir Novruz şənliyi təşkil etməsu (tanınmış müğənnilər, bolluca yeyib içmək və s. Restorana ödəniş də, “təbii ki”, Həmkarların büdcəsindən edilib);
Sual olunur: Hansı xidmətlərinə görə?! Axı illərdir işləyib sağlamlığını təhsilə qoyan müəllimlərin boğazindan kəsib həmkarlara ödədiyi puldan ozləri istifadə edə bilmirlər, yardım üçün müraciət etdikdə çox vaxt rədd cavabı, yaxud qəpik-quruş alırlar, amma yeni yaranan idarənin işçiləri o pulun hesabına yeyir, içir, şənlənirlər.

Belə bir paralel aparaq: Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısı da vaxtaşırı bənzər tədbirlər keçirib. Amma cənab Zakir Fərəcov hər il müəllimləri, təkrar edirəm, aparat işçilərini deyil, məhz müəllimləri yığıb, hansısa şadlıq sarayında möhtəşəm və səviyyəli tədbirlər keçirirdi və o tədbirlərdə əyyaşlıq faktları qeydə alınmırdı. İlhamə xanım müəllimlərin pulu ilə müəllim olmayan region işçilərinə eyş-işrət məclisi keçirir və…
Üstəlik cənab Zakir Fərəcov bu il heç bir tədbir keçirmədi. Bilirsiniz, niyə? Ölkədəki mövcud vəziyyətə görə. Cəbhədə baş verənlərə görə,

ŞƏHİDlərimizə görə! Nə müəllim günü, nə də 8 mart tədbirləri! Çox yığcam, musiqisiz tədbirlər kecirib təbrik etdi!
Məktəblərin nəzdindəki BUFETLƏRİN işlədilməsi ilə bağlı da qaranlıq məqamlar yetərincədir.
Deyilənlərə gorə, Abşeronun 41, Sumqayıtin 46, Xızının 17 məktəbinin BUFETLƏRİ hansısa MƏCHUL bir ŞİRKƏT tərəfindən MÜQAVİLƏSİZ işlədilir, dövlət büdcəsinə də pul KÖÇÜRÜLMÜR.

İşçilərlə ƏMƏK MÜQAVİLƏSİ bağlanmadığını, pulların isə ƏLDƏN-ƏLƏ ötürülduyunu söyləyənlər də var!
Bu deyilənlər həqiqətdirsə, onda cənab Emin Əmrullayevin QƏFLƏTİNƏ və xanım İlhamə Abdullayevanın CƏSARƏTİNƏ ancaq HEYRƏT edə bilərik!
İlhamə xanım yol verdiyi qanunsuzluqları rəhbərlikdən gizlətmək üçün də vaxtaşırı “qabaqlayıcı tədbirlər” görür. Belə ki, 2023-cü il yanvarin 27-si Sumqayıt şəhərində Elm və Təhsil naziri Emin Əmrullayevin qəbulu keçirildi. Əslində isə bu, qəbul adına tam bir Rəzalət idi! Şikayətçiləri 1-ci mərtəbədəki akt zalına toplayıb, “filtrasiya”ya başladılar. Öz adamlarını qəbula buraxıb, qalanlarını gözlətdilər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və Nazirliyin bəzi əməkdaşları xüsusi canfəşanlıq göstərməklə, müxtəlif bəhanələr uydurmaqla, İlhamə Abdullayeva xanıma “təhlükə” kimi gordukləri əsas şikayətçiləri, o cümlədən məni və həyat yoldaşımi – Qazi Zabitin ailəsini – qəbula buraxmadilar. Saat 15:00 radələrində isə eşitdik ki, cənab Nazir çıxıb gedib. Mahiyyətcə isə heç kimə fərq qoymadan, hamını barmaqlarına dolayıb, ələ saldılar. Bəlkə də cənab Naziri, “Qəbulda daha adam qalmadı”, deyə aldadaraq, yola saldılar, amma bunu biz bilməyəcəyik. Bir sözlə, bu, Abşeron-Xızı Regional Təhsil İdarəsi rəhbərliyinin ciddi surətdə düşünülmüş, hazırlanmış, planlaşdırılmış və “peşəkarcasına” həyata keçirilmiş tam bir “tədbirlər kompleksi” idi, “müqəddəs” Vəzifə Kürsülərini müdafiə adına. Mənə görə isə Böyük Rəzalətdən başqa bir şey deyildi…
Sonda onu qeyd etmək istəyirəm ki, bütün bu yazdıqlarım aysberqin sadəcə görünən hissəsidir, İ. Abdullayevanın iş prosesində yol verdiyi qanunsuzluqları tamamilə üzə çıxarıb, Milli Təhsil Sistemimizə vurduğu bütün maddi və mənəvi zərərləri hesablamaq üçün səlahiyyətli bir komissiyanın yaradılıb, bir an öncə işə başlamasına böyük zərurət çoxdan yaranmışdır.(Yenixeber.org)
Ardını oxu...
Sumqayıt sakini Günay Abbasova Masallının Sərçuvar kəndi ərazisində yerləşən Yol Patrul Xidmətinin əməkdaşlarından şikayətçidir.
Dunyaninsesi.Az xəbər verir ki, bu barədə “Meydan TV” məlumat yayıb. Şikayətçi bildirib ki, 2023-cü il mayın 4-də polis əməkdaşı onların avtomobilini yolda saxlayıb və xoşagəlməz insident yaşanıb:
“Lerikdən Sumqayıta evimizə gəlirdik. Masallı polisi bizi saxladı. Yoldaşımdan sənədlərini istədilər, o da verdi. Polis əməkdaşlarından biri dedi ki, siz 2020-ci ildə sürücülük vəsiqəsindən məhrum edilmisiniz. Yoldaşım da çıxarıb, ödədiyi cərimlərin qəbzlərini göstərdi. Təxminən 600 manat civarında idi. Polis razılaşmadı. Dedi ki, siz ödəniş etsəniz də, sürücülük vəsiqəsindən məhrum edilmisiniz. Yoldaşım dedi ki, ödəniş edilib və üzərindən üç il keçib. Polis də yoldaşımı məhkəmə ilə hədələməyə başladı. Yoldaşım da dedi ki, mənə məhkəmədən heç bir məktub və yaxud da telefonuma mesaj-xəbərdarlıq gəlməyib. Bundan sonra onlar yoldaşımı və 16 yaşlı oğlumu idarənin binasına apardılar”, – deyə Abbasova qeyd edib.
Ardını oxu...
O iddia edir ki, dörd polis əməkdaşı tərəfindən oğlu Əli Abbasova və həyat yoldaşı Tale Abbasova fiziki xəsarət yetirilib:
“Dörd nəfər həyat yoldaşıma və oğluma psixoloji təzyiq göstəriblər. Söyüş söyüblər. On altı yaşlı oğluma fiziki təzyiqlər olub. Uşağın qolu, boynu göyərib, qolunda cızıq izləri var. Yoldaşımın qulağının dibindən necə vurublarsa, kar olub, eşitmir”.
Şikayətçinin sözlərinə görə, oğlu baş verənlərdən sarsıntı keçirib. Onu incidən polislərin əlindən qurtulub qaçmaq istəyəndə, qolu, stolun üzərində kompüterə toxunub:
“Kompüter aşıb. Bunlar da deyirlər ki, oğlum polislərə müqavimət göstərib, stolun üstündəki kompüteri sındırıb. Uşağın qolları, boynu cızıq-cızıqddır. Soruşuram, uşağı niyə belə döymüsünüz? Deyirlər ki, sıxmışıq. Uşaq deyir ki, ana, məni yerə uzadıb, vurdular. Uşağı döy, təhqir et, sonra da gəl, de ki, oğlun psixoloji problemlidir, dəlidir, həkimə göstər”.
“Yoldaşıma deyiblər ki, səni ya 8 sutkalıq həbs edirik, ya da 1500-2000 min manat pul ver, söhbət bağlansın. Yoldaşım da deyib ki, mən heç kimə rüşvət verməyəcəyəm. Dövlətin qanunları nə tələb edirsə, ona əməl edəcəyəm”, – deyə o bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Meydan TV-yə bildirib ki, Tale Abbasovun idarə etdiyi nəqliyyat vasitəsi Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb:

“Məlum olub ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük hüququ yoxdur. Bundan sonra həmin şəxs və avtomobildə olan oğlu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərlərinə tabe olmadıqları üçün Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Barələrində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslərə qarşı hər hansı qanunsuz tələblərin irəli sürülməsi halı olmayıb, səsləndirilən iddialar şəxsi mülahizələrdir və həqiqəti əks etdirmir”.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti