Ardını oxu...
Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq qeyd edək ki, hazırda ölkədə 1670 məktəbəqədər təhsil müəssisəsi, yəni körpələr evi, uşaq bağçası var. Bu qədər uşaq bağçasında yüz iyirmi minə yaxın uşaq təlim-tərbiyə prossesinə cəlb olunub. Bu rəqəm ümumi uşaqların yalnız 25% faizini əhatə edir.
Azərbaycanda yalnız Bakı şəhərində 320-ə qədər məktəbəqədər təhsil müəssisəsi, körpələr evi, uşaq bağçası var. Amma regionlarda bu da yoxdur.Hətta, elə bölgələr var ki, 3-4 körpələr evi, uşaq bağçası var, bu da ümumi uşaqların heç 10 faizini təşkil etmir. Nəzərə alsaq ki, bir yaş həddində ölkəmizdə 120-130 min nəfər uşaq var. Deməli vəziyyət yaxşı deyil.
Təəssüflər olsun ki, mövcud uşaq bağçalarına qəbul zamanı neqativ hallar var. Bağça rəhbərliyi qəbul zamanı valideynlərdən pul istəyir, digər tələbləri irəli sürür. Digər tərəfdən uşaq bağçalarında sıxlıq hədsiz dərəcədə çoxdur. Bir otaqda təlim-tərbiyə prosesi üçün 15-17 uşaq cəlb olunmalıdırsa, biz görürük ki, daha çox sayda uşaq var.
Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhərində uşaq bağçaları ilə bağlı problemlər var, amma ən çox problemlər paytaxtın Nəsimi rayonu ərazisindədir. Nəsimi rayonu uşaq bağçalarında sıxlığa görə, paytaxtda birinci yeri tutur. Ən neqativ hallarda bu rayonda baş verir. Məlumdur ki, rüşvət və korrusiya hallarını aradan qaldırmaq üçün uşaq bağçalarında elektron qəbul qaydalarına üstünlük verilir. Amma Nəsimi rayonu ərazisindəki, Q.Quliyev küç. 8 ünvanda yerləşən 143 saylı uşaq bağçasının müdirəsi Fidan Əziz qızı Tağıyeva bağçanı özəl şirkəti kimi işlədir. Bu xanıma başa salan yoxdur ki, ölkədə elektron qəbula üstünlük verilib, sən isə özündən yeni qaydalar icad edirsən.
Bəli, 143 saylı uşaq bağçasında rüşvət əsas hesab olunur. Bu hələ harasıdır..? Uşaq bağçası kağız üzərində mövcuddur. Bütün personal, müəllimələr, dayələr, xadimələr, mühafizə-zad hamısı kağız üzərindədir. Hətta uşaq bağçasında adı keçən uşaqlar da başğaçaya gəlmir. Amma dövlətin ayırdığı əmək haqqını bağçanının müdirəsi Fidan Tağyeva mənimsəyir. Dövlətin vəsaiti hesabına uşaqlara verilən ərzaq və qida məhsullarının hara getdiyini Fidan Tağıyevadan başqa heç kim bilmir.
Bütün bunlar azmış kimi, Fidan Tağıyeva bütün qohum-əqrəbasını bağçaya doldurub. Hamısı da kağız üzərində dövlətdən maaş alırlar. Demək olar ki, 143 saylı uşaq bağçasının ancaq adı var, bir də müdirəsi Fidan Tağıyeva. Bütün bunlara görə, hesab edirik ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi 143 saylı uşaq bağçası ilə bağlı ciddi tədbir görməlidirlər. Hətta bağçada uşaqlar olmadığı üçün bu bağça bağlanmalıdır.
Yazıda qeyd etdiyimiz problemlərlə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün 143 saylı uşaq bağçasının 440-99-23 saylı şəhər telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı.
Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.
P.S. Deyirlər bağça bağlanıb, amma deyəsən bu söz olaraq deyilir.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Redaksiyamıza müraciət edən Səbinə Əliyeva bildirir ki, keçmiş hüquq-muhafizə orqanlarının əməkdaşı hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı olan Ziyafət Nağıyev və onun yaxınlarının qanunsuz əməlləri ilə üzləşmişdir. O, bu barədə dəfələrlə adiyyəti qurumlara şikayətlər etsə də hələ ki şikayətlər baxılmamış qalıb. O saytımız vasitəsi ilə başına gələnləri ictimailəşdirilməsini xaiş edib. Səbinə Əliyevanın şikayətin oxucularımıza olduğu kimi təqdim edirik:

Məlumunuz olsun ki, Ziyafət adı sizə qısa görünsə də, bu şəxs çox böyük cinayətlərin təşkilatçısıdır. Belə ki, əslən Füzuli rayonundan olan Nağıyev Ziyafət Çapar oğlu törətdiyi cinayətlərdən əldə etdiyi maddi imkanlar hesabına Bakı şəhərində aldığı çox sayda mülklərindən birində yaşayır və başına topladığı cinayət ortaqları isə öz qohumları və yaxın dostlarıdır.

Ziyafət Nağıyev əvvəllər işlədiyi hüquq-muhafizə orqanlarından qovulsa da xidməti vəsiqəsinin surətini özündə saxlayaraq, bunun hesabına törətdiyi çox sayda cinayətlərini ört-basdır etmiş, habelə dövlət qurumlarında özünü və başına topladığı cinayətkar dəstəni müdafiə edərək ifşa olunmaqdan qurtarmışdır.

"Azərbaycan Reallığı" xəbər verir ki, Zərərçəkmiş şəxs Səbinə Əliyeva bildirir ki, bu cinayətkar dəstə haqqında müxtəlif dövlət qurumlarına dəfələrlə şikayətlər etsə də, Ziyafət Nağıyevin qanunsuz təsirləri nəticəsində ədalət öz yerini tapmamış, günahkarlar cəzasız qalmışlar.

Beləliklə, dövlətimizi belə aldatmağı bacaran Ziyafət Nağıyev hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işləsə də, hər yerdə özünü Hüquq-muhafizə orqanlarının əməkdaşı kimi təqdir edir.

Məmur qılığına bürünmüş Ziyafət bu yolla təkcə özünün deyil, başına topladığı cinayətkar dəstənin üzvləri –doğma oğlu Əziz Çaparzadənin, arvadı Təranə Nağıyevanın, qardaşı Nağıyev Rasim Çapar oğlunun, Rasimin oğlanları Elşən və Elnur Nağıyevlərin, yeznəsi Rasim Hüseynovun və dostu “P-Agro” MMC-nin Beyləqan rayon şöbəsinin müdüri Əsədin qanunsuz işlərini də ört-basdır edib, bu günədək məsuliyyətdən yayınmağa nail olmuşlar.

Ziyafət dövlətdən soyub taladığı pullarla kef çəkib aldığı mülklər yetməmiş kimi özünə saxta yollarla veteranlıq vəsiqəsi düzəltdirmiş və buna görə də hər ay müavinət alıb dövlətimizi soymağa davam edir. Buda yetməmiş kimi Ziyafət qardaşı Rasim və dostu Əsədlə əlbir olub ayrı-ayrı şəxslərə pul müqabilində saxta yollarla sürücülük və veteranlıq vəsiqələri hazırlatmış, hətta pul müqabilində bir neçə şəxsi özünün işlədiyi nazirlikdə və “P-Agro” MMC- də işə qəbul etdirmişdir.

Həmçinin, Ziyafətin qorumasında olan arvadı Təranə açıq-aşkar qanunsuz fəaliyyət göstərib ayrı-ayrı şəxslərə pul müqabilində baxıcılıq-falçılıq edir. Oğlu Əziz isə neçə ildir ki, eyni hərbi hissədə və ən rahat iş yeri olan kadrlarda «xidmət etsə də», arxasında Ziyafət dayandığı üçün daim keyf çəkərək, rotasiya və bu Mərmur libasına bürünən polkovnik Ziyafət Nağıyevin kirli əməlləri ifşa olundu.

Bu haramxor ailənin digər üzvləri Rasim Nağıyev, onun oğlanları Elşən və Elnur Nağıyevlər, qızı Şəhanə və yeznəsi Rasim Hüseynov uzun illərdir ki, öz dolanşıqlarını şantaj və zorakı yollarla əldə etmiş, onlar isə Elşənin arvadı Səbinə Əliyevanın öz zəhməti ilə qazandığı pulları onun əlindən zorla alaraq, varlanmışlar.

Belə ki, pul qazanmağın ən asan yolunu seçən Elşən Nağıyev ağılagəlməz cinayət üsullarından istifadə edərək, öz arvadının şəkillərini montaj edib, işləyib ona pul gətirmədiyi halda, həmin şəkilləri hər kəsə yayaraq onu rüsvay etməklə hədələmiş və mütəmadi olaraq döymüş, bu qanunsuz yollarla arvadına təsir edib, onun özünü, qardaşını, atasını və bacısının ailəsini saxlamaq öhdəliyi götürməyə məcbur etmişdir.

Bununla da kifayətlənməyən Elşən Nağıyev, atası Rasim Nağıyev, qardaşı Elnur Nağıyev və qadın zorlamağa görə əvvəllər türmədə yatıb çıxmış yeznələri Rasim Hüseynovla birlikdə hədə-qorxu gələrək və döyərək, arvadının əlindən illərdi repetitor işləyib özlərinə ev almaları üçün topladığı 12000 (on iki min) manat pulu zorla almış, daha sonra da onlara 30-40 000 (otuz-qırx min) manat pul verməsini tələb etmişlər.

Elşənin arvadı bu təhdidlərə dözməyərək evdən qaçıb hüquq mühafizə orqanlarına müraciət etdikdə, cinayətkar qrupun və nəslin başçısı Ziyafət Nağıyev tez ortaya çıxaraq, üzərində gəzdirdiyi Hüquq-muhafizə orqanlarına məxsus olan saxta vəsiqəsini göstərib, dövlət qurumlarına təsir etməklə hər hansı tədbir görülməsinə imkan verməmişdir.

Ardı var
Yazıda adı çekilən hər kəsin mövqeyini tanıyır
 
Ardını oxu...
Qarabağ əlilinə sığorta ödənişinin verilməsinin təsdiqi icra qurumundan (?) xahiş olunur
Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) növbəti dələduzluq cinayəti üzə çıxıb.Yaddan
çıxıbsa, yada salaq ki, bu sətirlərin yazarı keçən ildən verilməsi ƏƏSMN-ə həvalə edilən 8800
manatlıq birdəfəlik sığorta ödənişinin bank hesabına ödənilməsinə hələ də nail ola bilməyib. 3
ay qabaq 0125250624 nömrəsindən zəng edən DSMF əməkdaşı “Azərsığorta” ASC-nin
19.03.2019-cu ildə guya 1-ci dərəcəli Qarabağ əlilinin hesabına 8800 manat ödəniş etməsi
barədə bilgi verdiyini deyib. İndi 3 aydır nə Nazirlər Kabineti, nə Milli Məclis, nə Hesablama
Palatası ,nə də ƏƏSMN tabeliyində DSMF-in özü bu ödənişi təsdiq edən ödəniş tapşırığını,
uyğun maliyyə sənədini ,hansı hesaba köçürüldüyünü sığorta qurumundan əldə edə bilmir.
DSKŞ idarə heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı 2 ay sonra verdiyi 10.03.2023 tarixli
məktubla “zəruri araşdırmaya ehtiyac olduğunu , araşdırmanın nəticəsindən asılı olaraq
cavab veriləcəyini” bildirib. 3 aydır burada araşdırmaya ehtiyac olmadığını ,1-ci dərəcəli
Qarabağ əlilinə 19.03.2019-cu ildə 8800 manat ödənilibsə, uyğun ödəniş tapşırığını,
ödənilməyibsə, düzgün məlumatı DSMF-ə verməyi diqqətə çatdırsaq da, diqqətə alan olmayıb.
Hesablama Palatasının auditoru , xanım Vəfa Mütəllimovanın 14.04.2023 tarixli DSKŞ-ya və
DSMF-ə problemin həlli barədə Hesablama Palatasına (HP) cavab verilməsi haqqında
müraciətinə sözügedən şirkətin idarə heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı 18.05.2023
tarixli məktubla HP-yə bildirib ki, “qeyd olunan halların (?-hansı halların-M.B.)
aydınlaşdırılması məqsədilə müvafiq araşdırma aparılmış , nəticədə vətəndaşa şirkət
tərəfindən dövlət icbari şəxsi sığorta ödənişinin MƏHKƏMƏ QƏTNAMƏSİ (kursiv
bizimdir-M.B.) əsasında verildiyi məlum olmuşdur. HAZIRDA MÜVAFİQ TƏSDİQEDİCİ
SƏNƏDLƏRİN ƏLDƏ OLUNMASI İLƏ ƏLAQƏDAR Bakı şəhəri, Binəqədi rayon icra
şöbəsinə sorğu təqdim edilmişdir.” “Qeyd olunan sorğunun müvafiq qaydada
cavablandırılmasından sonra vətəndaşın müraciətinə baxılacağı” bildirilən məktuba ,şirkətin
hüquq departamentinin direktoru Fərid Mustafazadənin Binəqədi icra şöbəsinin rəisi İlham
Həsənova ünvanladığı “vətəndaşın müraciətinə baxılması üçün qeyd olunan icra işi üzrə
sənədlərin (məhkəmənin qətnaməsi, icra vərəqəsi, ödənişin edilməsini təsdiq edən
sənəd, icraata xitam verilməsi barədə qərar) təsdiq olunmuş surətlərinin şirkətə təqdim
edilməsinə köməklik göstərilməsi” xahişi ilə 09.03.2023 tarixli və 17.05.2023 tarixli 2 saxta
müraciəti də əlavə olunub. Saxtalığı sübut edən ən birincisi odur ki, yuxarıda vurğuladığımız
kimi , şirkət rəhbərinin müşaviri 10.03.2023 tarixli məktubla araşdırmaya ehtiyac olduğunu
bildirib və təbii ki, bundan bir gün qabaq – 09.03.2023-cü ildə artıq araşdırmanın nəticəsinin
bəlli olması mümkün deyil. Eyni zamanda HP-nin sorğusu 14.04.2023-cü ildə , cavab isə
18.05.2023-cü ildə verilib. “Vətəndaşların müracitləri haqqında” qanunun tələbinə görə isə,
müraciətə 15 günə, ən geci bir aya cavab verilməlidir. Amma bunlar, necə deyərlər, texniki
məsələlərdir.Cinayətkar saxtalığı sübut edən faktlar elə bu əndrabadi cavabdan görünmürmü?
Deyəsən, DSKŞ “cəhənnmə getməyə , Qarabağ əlilinin qanpulunu qusmağa” icra şöbəsini
özünə yoldaş etmək yolunu tutub. Özbaşınalığa, qanpulu dələduzluğuna baxın, məhkəmə
qətnaməsi əsasında ödəniş etdiyini bildirir, amma bunun təsdiqini icra şöbəsindən tələb edir!(?)
Ödəmisənsə, tələbkar 1-ci dərəcəli Qarabağ əlilinə ödəməlisən, niyə icra şöbəsinə yalandan
ödəniş etdiyini yazırsan? Özü də , axı DSMF-ə məlumat vermisən ki, 19.03.2019-cu ildə 1-ci
dərəcəli Qarabağ qazisinə şirkət 8800 (səkkiz min səkkiz yüz manat) sığorta ödənişi edib. İndi
necə olur, heç demə, şirkət DSMF-i Binəqədi icra şöbəsi ilə dəyişik salıb? 19.03.2019-cu ildə
Binəqədi icra şöbəsinə 8800 manat “fışfışa” ilə köşürülüb, yoxsa, göyərçinlə, ya bəlkə “novruzəli
xidməti” ilə? Belə nağıllara kim inansa da , hələ də qanpuluna qouşmayan 1-ci dərəcəli
Qarabağ qazisi inana bilməz axı!
Fikrimizcə, bu dələduzluq məktubları ilə DSKŞ-nın cinayətkar saxtalığı sübut olunduğundan,
DSMF Qarabağ əlilinin qanpulunu gec də olsa hesabına köçürməlidir. ƏƏSMN tabeliyində
DSMF də yaxşı bilir ki, məhkəmə qərarı ilə ödəniş alanlar barəsində məlumat DSKŞ-dan yox,
Ədliyyə Nazirliyindən ƏƏSMN-ə verilir. İndiyədək verilməyibsə, deməli, DSKŞ-nın dələduz
nağıllarının sonu da bitir. Göydən 3 alma düşdü, biri nağılla 1-ci dərəcəli Qarabağ əlinin
qanpulunu yeyən DSKŞ-nın , biri nağıla inananların, biri də DSKŞ-nın keçmiş , DSMF-in indiki
sığorta-qanpulu yeyəni Əfqan Mirzəyevin...
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
Bakı Şəhəri Narkoloji Mərkəzdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.
Baku TV gizli çəkiliş vasitəsilə məsələni araşdırmağa çalışıb. Məlum olub ki, mərkəzə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...





Mövzuya giriş olaraq onu qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aşağıdakı ərazi vahidləri aiddir.
1. Ağcabədi rayonu
2. Ağsu rayonu
3. Astara rayonu
4. Beyləqan rayonu
5. Biləsuvar rayonu
6. Cəbrayıl rayonu
7. Cəlilabad rayonu
8. Füzuli rayonu
9. Hacıqabul rayonu
10. Xocavənd rayonu
11. İmişli rayonu
12. Kürdəmir rayonu
13. Laçın rayonu
14. Lerik rayonu
15. Lənkəran rayonu
16. Masallı rayonu
17. Neftçala rayonu
18. Saatlı rayonu
19. Sabirabad rayonu
20. Salyan rayonu
21. ŞİRVAN ŞƏHƏRİ
22. Ucar rayonu
23. Yardımlı rayonu
24. Zərdab rayonu.
Deməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri aşağıdakılardır:
Süleymanov Elxan Xasay oğlu - sədr
Cəlilov Oruc Yusif oğlu
Quliyev Nizami Fərzi oğlu
Məmmədov Müşfiq Vaqif oğlu
Nəbiyev Cəlil Cabbar oğlu
Nuriyev Xamməd Abış oğlu
Əliyev Əli Abdulla oğlu
Səfərli Cavid Şamil oğlu
Hüseynov Nahid Nəsir oğlu
Məmmədov Neymət Hüsən oğlu.
Siyahıdan göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsi də Lənkəran Ağır Cinayətlər məhkəməsinin yurisdiksiyasına aiddir. Bu uzun izahatı nə üçün veririk..?
Xeyli müddətdir haqqında bəhs etdiyimiz Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin
narkotacirlər, adam öldürməyə cəhd edənlər, yeyintiyə yol verənlər, nə isə kimin adamı, pulu varsa Vəli Abdullayevin adamlarının vasitəsilə cinayət məsuliyyətindən canlarını qurtara bilirlər.
Bir müddət öncə, Vəli Abdullayevin rəhbərlik etdiyi Şirvan Apellyasiya Məhkəməsində narkobaronlar İqbal Mikayılovun və Samir Qasımovun azadlığa buraxılması ilə bağlı qalmaqallı qərarı gündəmi zəbt etmişdir. Uzun müddət medianın gündəmində qalan bu hadisə ölkənin savadlı şıxsləri tərəfindən qınaq obyektinə çevrilmişdir. Hətta sosial şəbəkələrdə pul alıb Samiri, İqbalı həbsdən azad edən şəxslərin ünvanına ailə, uşaq söyüşləri söyülürdü. Bu bizim işimiz deyil, söyəndə özü bilər, söyüləndə.
Qısa xatırlatma üçün qeyd edək ki, ötən yazılarımızda xəbər verdiyimiz kimi, Şirvan polisi min bir əzab-əziyyətlə, riskə gedərək bölgədəki məşhur narkotacirləri, İqbal Mikayılovu, Samir Qasımovu həbs edərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçir, onlara Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə, ( CM 234.4.3 ) ilə cinayət işi açılır, istintaq-filan, sonda Şirvan
Apellyasiya Məhkəməsi hər ikisini azadlığa, ev dustaqlığına buraxaraq, (narkotik satışının) fəaliyyətlərinin davam etdirmələrinə şərait yaradır.
Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi ilə hakim Əhmədov İsmayıl hər iki narkotaciri açıb azadlığa buraxıb. Bu olay məhkəmə-hüquq sistemi tarixində analoqu olmayan haldır. Və ən təəccüblüsü odur ki, dövlət ittihamçısı bu qərara etiraz etməyib. Bildirilir ki, dövlət ittihamçısının bu halda etiraz etmək hüququ yoxdur. Çox gözəl, bəs onda narkobaronların öz işlərini düzüb qoşmaq üçün onlara kim şərait yaradıb?
Sual olunur Samir Qasımov nəyin müqabilində azadlığa buraxılıb?
234.4.3 maddəsi narkotik ticarəti üçün ən ağır maddədir. 10 tonlarla narkotik vasitələrin dövriyyəsi deməkdir. Görəsən, narkotacir Samir Qasımovu hansı əllər müdafiə edib ki, tonlarla dövriyyəsi olan narkotacir azadlığa buraxılıb. Bunu biz demirik aaa, Prokurorun, Polisin, Yerli Məhkəmənin üçünün biryerdə həbs qətimkan qərarında göstərilən 234.4.3 maddəsi göstərir.
Cənab Daxili İşlər Nazirimiz, Baş Prokurorumuz, Ədliyyə Nazirimiz min bir əzab-əziyyətlə bu qurumların işlərinin daha mükəmməl olması üçün əllərindən gələni əsirgəmirlər, gecə-gündüz yatmırlar, yerlərdə isə, elə bilirlər ki, Mərkəzdə onların törətdiklərindən heç kimin xəbəri olmayacaq. Biz bir dəfə demişik ki, biz atdığımız addımların hər birini dövlətimiz üçün, xalqımız üçün, dövlətçiliyimiz üçün, Prezidentimiz üçün edirik. Kiminsə "loxması" üçün yox.
İndi gəlin Vəli Abdullayevin haqqında deyilən növbəti xəbərlə tanış olaq. Abıyev Spartak Nadir oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 126.1 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilib. Bəzi dostlarının köməkliyi ilə məhkəmənin bitməsindən aylarla vaxt keçməsinə baxmayaraq, bir neçə gün öncə, Abıyev Spartak Nadir oğlu Kürdəxanıda yerləşən 1 saylı müvəqqəti saxlanma təcridxanasına gətirilib. Spartak Abıyevi tanıyanlar bilir ki, o dəhşətli cinayətlərin iştirakçısıdır, həmişə cinayətkar qruplaşmaların üzvü olub, amma nədənsə onu sehrli əllər qoruyur.
Hətta məlumatlı şəxslər onu da bildirirlər ki, Spartak Abıyev ona hökm oxunan vaxt üzünü prokurora tutaraq bildirib ki, siz məni həbs edə bilməzsiniz, sizə 100 minlərlə pul vermişəm. Hakimin və bəzi şəxslərin ünvanına ağır təhqiramiz ifadələr işlədən Spartak Abıyev indi də bildirir ki, mən 20 gündən sonra Şirvan Apellyasiya Məhkəməsinin vasitəsilə azadlığa çıxacağam. 50 min pul göndərmişəm, məni buraxacaqlar. Mənim qarşımı heç kim ala bilməz.
Görəsən Spartak Abıyev, 50 min göndərmişəm, məni buraxacaqlar deməklə növbəti cinayət hadisəsinə imza atmağını düşünmürmü? Amma kimin haqqında söyüş söyübsə, bizdə olan məlumata görə, həmin şəxs nöqtə, vergülünə qədər, həmin söyüşləri onun doğmalarının üzünə söyləyiblər. Biz bu məsələlərin hər birinə öz məqamında yazılar hazırlayacağıq. Amma biz inanmırıq ki, Spartak Abıyevin Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev haqqında dediyi "Mən Vəli Abdullayevə 50 min göndərmişəm, məni buraxacaq" fikri doğru olsun.
Mövzunu diqqətdə saxlayacağıq. gundelik-baku.com

Ardını oxu...
Mətbuat işçisinin hər hansı bir məlumata aydınlıq gətirilməsi məqsədi ilə dövlət orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların fəaliyyəti barədə düzgün informasiya almaq kimi hüququ var. Həmçinin də vəzifəli şəxslərdən istər yazılı sorğu etmək, istərsə də şifahi şəkildə məlumat almaq vəzifəsi var. Amma bəzən özünü ağıllı hesab edən bir çox vəzifəli şəxslər bunu başqa səmtə yönəldir, qabaqdangəlmişlik edərək güya şantaj olunduğunu iddia edirlər. Araşdırdıqda isə belə vəzifəllilərin daha çox qanun pozuntusuna yol verdikləri məlum olur. Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev kimi.

Qeyd edək ki, Qax rayonu Damazlıq İpəkçilik Stansiyasında tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işləri aparılır. Əsas məqsəd barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir. Stansiya əsaslı şəkildə yenidən qurulub və 2018-ci ilin oktyabrında istifadəyə verilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender yolu ilə 2021-ci ildə 391.406 manat məbləğində tut ipəkqurdunun barama sarıma və hibrid tut ipəkqurdu toxumu istehsalı avadanlıqları alınıb, yaş baramanın qurudulması məntəqələrinin stellaj və jalüz tipli pərdələrlə təchizatına 1.349.840,94 manat xərclənib. Baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il bu sahəyə külli miqdarda dövlət vəsaiti xərclənib. Təkcə bu ilin aprelində sözügedən nazirlik tərəfindən Çin Xalq Respublikasından 11 min qutu hibrid ipəkqurdu sənaye toxumu alınaraq Qax Damazlıq İpəkçilik Stansiyasına verilib. Göründüyü kimi bu sahəyə dövlət tərəfindən hərtərəfli diqqət göstərilir. Amma burada nöqsanlar da yox deyil.

Belə ki, Stansiyada zəruri mal-materialların və xidmətlərin satın alınması qanunla müəyyən olunmuş qaydada təşkil edilməmiş, nəzərdə tutulan malların və xidmətlərin alınmasını illik satınalma planlarına daxil edilmiş, açıq tender və kotirovka sorğularının keçirilməsini qanunla nəzərdə tutulan qaydada elan edilməmiş, E-tenderdə iddiaçılara heç bir elektron dəvət elanı yerləşdirilməmişdir. Lakin dövlət satınalmalarının vahid internet portalında barama qurdlarının yetişdirilməsində istifadə olunacaq ofset, qəzet, qraf və perqamentli kağızların satın alınması üzrə keçirilmiş kotirovka sorğularının və Stansiyasının ərazisində avadnlıqların yerləşdirilməsi üçün tavların tikintisinin aparılması üzrə keçirilmiş açıq tenderin nəticələri barədə məlumatlar verilmişdir.

Aktualinfo.org bu kimi anlaşılmazlıqlara aydınlıq gətirmək məqsədi ilə “Media haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə uyğun olaraq Qax Damazlıq İpəkçilik Stansiyasının Tender Komissiyasına elektron sorğu məktubu ünvanlamışdır. Məktubda qurumun Tender Komissiyasından aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunmuşdur.

Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının Tender Komissiyası 2020-2023-cü illər ərzində açıq tender və kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara heç bir dəvət elanı verməmişsə, bu prosedurları necə həyata keçirmişdir?

Satınalmalar üzrə iddiaçılara E-tenderdə elektron dəvət elanı verilməmişsə bu tenderin qalibi necə müəyyən edilib?

Əgər açıq tenderin keçirilməsi barədə əvvəlcədən qanunla müəyyən olunmuş şəkildə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə, elektron qaydada iddiaçılara dəvət elanı verilməmişsə bu satınalma prosedurları hansı üsullarla keçirilmişdir?

Suallara aydınlıq gətirilməsi məqsədi ilə Qax Damazlıq İpəkçilik Stansiyasının Tender Komissiyasının əlaqələndirici şəxsi ilə də əlaqə saxladıq. Oradan bu məlumatların dövlət satınalmalarının vahid internet portalının bazasında olmamasını saytın yenilənməsi ilə əlaqələndirdilər və bütün satınalmaların qanun çərçivəsində keçirildiyini bildirib, məktuba yaxın zamanda cavab veriləcəyini qeyd etdilər.

Lakin deyəsən sorğu məktubu Stansiyasının direktoru Əkrəm Fətəliyevi bərk narahat edib. Qabaqdangəlmişlik edərək onu şantaj etdiyimizi iddia edir. Nədən? Çünki biz ondan hər gün restoranlarda xərclədiyi pulların mənbəyini də soruşduq.

Bu respublikamızın şimal-qərb bölgəsindən redaksiyamıza daxil olan məlumatlarda barama qurdunun Şəki, Zaqatala Qax və Balakən rayonlarında kəndlərin icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və məktəb direktorlarına bir çox hallarda məcburən verildiyi bildirilir, bunun isə sakinlərin narazılığına səbəb olduğu söylənilir. Məlumatlarda Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevin dövlətin baramaçılığın inkişafına göstərdiyi qayğıdan istifadə edərək son vaxtlar özünə var dövlət toplaması, hər axşamı restoran və müəyyən xanalarda keçirməsi də bildirilir. Biz də bir mətbuat orqanı olaraq araşdırma aparmağa başladıq ki, dövlətin kümçülərə pulsuz payladığı barama qurdlarında Əkrəm Fətəliyev necə gəlir əldə edir? Məlum oldu ki, Əkrəm Fətəliyevin rəhbərliyi altında Qax Damazlıq İpəkçilik Stansiyasında satınalmalar qanunla müəyyən olunmuş qaydalarda həyata keçirilmir. Bu isə şübhələnməyə əsaslar verir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illər bu sahəyə dövlət tərəfindən milyonlarla manat dövlət vəsaiti xərclənib. Görsənən odur ki, Dövlət Proqramı baramaçılığın və ipəkçilikdən daha çox Əkrəm Fətəliyevin işinə yarayıb. Yoxsa aldığı maaaşla hər axşam gününü restoran və müəyyən xanalarda necə keçirərdi? Təbii ki, restoranda oturub yeyib-içmək qəbahət deyil. Amma bunu hər axşam etmək üçün gərək imkanlı bir biznesmen olasan. Əkrəm Fətəliyev isə biznesmen deyil. Bəlkə də artıq özünə biznes qurub. Amma bu biznesi hansı maaşla qurub ki, hər axşam restoran və müəyyən xanalardadı?
Bu suallara Əkrəm Fətəliyev cavab verməkdən boyun qaçırdı və bizi onu şantaj etməkdə suçladı. Əslinə bu sualları hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimova vermək lazım idi. Axı respublikada baramaçılığın və ipəkçiliyin inkişafına bir islahatçı nazir kimi o başlamışdı. Baramaçılığın inkişafına ayrılan milyonlardan tenderlər yolu ilə kimlərin nə qazandığını da o yaxşı bilərdi. İndi yeni Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdan soruşmaq istəyirik. Qax rayonu Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevin aylıq maaşı nə qədərdir ki, restoran və bəzi xanalarda hər axşam xərcləyə bilir?

Aktualinfo.org
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik.

"Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma cumhuriyyet.az olaraq onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Müəmmalı fəaliyyətinə rəğmən birdən birə general rütbəsinə yüksələn və xidmətin mərkəzi aparatında yüksək vəzifə alan digər bir şəxs Çingiz Kiçibəyovdur.
Ardını oxu...
Onun xidməti fəaliyyəti dövründə yol verdiyi ciddi nöqsanlar, Quba və Sabunçu rayonlarının hərbi çağırışçıları, onların valideynlərinə yaratdığı süni əngəllər bir dosye kimi cildlənə bilər. Hərbi Prokurorluq SHXÇDX-nin bu fiquru ilə bağlı araşdırma aparsa, polkovnik-leytenantın vəziyyəti heç də yaxşı olmayacaq.

Belə ki, cumhuriyyet.az olaraq ölkə mediasında yer alan xəbərlərə istinadən bildirək ki, Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsində ikinci şöbənin rəisi, sonra isə adıçəkilən qurumun Neftçala rayon şöbəsində üçüncü şöbənin rəisi vəzifəsində çalışan Çingiz Kiçibəyov SHXÇDX-nin Quba, Sabunçu və Suraxanı rayon şöbəsində "hərbi bilet bazarı” ilə ad çıxarıb.

Məlumatlara görə Ç.Kiçibəyov hazırda da Xidmətdən bütün rayonlar üzrə möhlət hüququ və yararsızlıq məsələlərini monopoliyaya alıb. Bütün bu faktorlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisinin Ç.Kiçibəyovla bağlı lazımi qərar verəcəyini labüdləşdirir.

Mənbə: Cumhuriyyet.az
 
Ardını oxu...
Ağstafa hərbi komissarlığı xəstə bir gənci əsgərliyə göndərib. Anaxeber.info məlumat verir ki, Əhmədov Elşən Tanrıverdi oğlunun anası bununla bağlı müraciət edib. O, oğlunun xəstəsi olduğunu bildirib. "Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Bu necə ola bilər? Elşən Gəncə, Qazax xəstəxanalarında yatı, özündən getmə halları, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ağstafada Mahir həkim məndən 4 min manat istədi ki, uşağın işini həll edək. Mən də məcbur qalıb kreditə girib həmin pulu verdim. Ancaq yenə də uşağı əsgərliyə apardılar". Əsgər anası bildirir ki, arabir komandiri vasitəsi ilə danışır: "Xahiş eləmişəm ki, ona nəzarət etsinlər. Gecə öz-özünə gəzir. Qorxuram ki, özünə xəsarət yetirər. Belə bir xəstə uşağı necə əsgər aparmaq olar? Üstəlik, həkim pulumu aldı, mənimlə də kobud danışdı. Mənim uşağım sağlam, ağlı yerində olsaydı, bu qədər narahatlıq keçirməzdim. Deyərdim ki, qoy əsgərliyini çəksin. Amma bilirəm ki, xəstədir. Onu bu yaşına qədər saçını kəsdirməyə özüm aparırdım, yəni belə bir uşaqdı. Ona görə aidiyyatı orqanlardan, Səfərbərlik Xidmətinin yeni rəhbərliyindən xahiş edirəm ki, oğlumu nəzarətə götürsünlər".
Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Bakı Dövlət Sirki ilə bağlı qısa bir tarixi ekskurs edək.
Deməli, 1890-cı illərdə Nikitin qardaşları Bakıda daimi Sirk-heyvanxana açdılar, 1904-cü ildə isə sirk-teatr binasında azərbaycanlı Fərrux müxtəlif heyvanlar təlimçisi kimi şöhrət qazanmışdı. Amma bu professional sirk kollektivi deyildi. Professional Sirk kollektivi Azərbaycanda 1945-ci ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər.
Daha sonra 1967-ci ildə “Bakı Dövlət Sirkinin binası istifadəyə verilən zaman öz dövrü üçün çox unikal sayılırdı. Hətta Böyük Moskva Dövlət Sirkinin binası bu layihə əsasında ərsəyə gəlib. O vaxt buz, su manejləri vardı, hansı ki, xüsusi avadanlıqlar vasitəsilə yığılırdı.
Deməli, uzun illər Azərbaycan tamaşaçılarına xidmət edən Bakı Dövlət Sirki ötən əsrin 90-cı illərindən sonra əvvəlki şöhrətini itirdi. Hətta tamaşaçıları toplaya bilmədi. Yəni Bakı Dövlət Sirkinin binası müasir tələblərə cavab vermirdi. Ona görə də, Bakı Dövlət Sirkində uzun illərdən sonra ilkin olaraq zəruri təmir - bərpa işləri görülməyə başlanıldı. Restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub. Bundan başqa, təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib.
Təsəvvür edirsiniz, tamaşa zamanı istifadə üçün 170 tonluq su hovuzu qurulmalıdır. Bu hələ harasıdır..? Bir veterinar-baytarlıq apteki işlədən dostumuz deyir ki, sirkin rəhbərliyi kağız üzərində bizdən sirkdəki heyvanlar üçün külli miqdarda dərmanlar alırlar….amma hamısı kağız üzərindədir…sadəcə, pullar silinir…
Bəli, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin dövründə Bakı Dövlət Sirkininin təmirinə ayrılan külli miqdarda dövlət vəsaiti kimlərinsə cibinə getdi. Məlumdur ki, Bakı Dövlət Sirki Mədəniyyət Nazirliyinin balansındadır. Və dövlətin ayırdığı vəsait nazirliklə Sirk rəhbərliyi arasında bölüşdürülüb.
Təsəvvür edirsiniz, dövlət tərəfindən bu qədər vəsait ayrılmasına baxmayaraq Bakı Dövlət Sirkinnin divarlarındakı 5 manatlıq emussiyadan başqa heç bir təmir-bərpa-restavrasiya hiss olunmur… Bu hələ harasıdır..? Bakı Dövlət Sirki üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir. Hətta Bakı Dövlət Sirkinin tamaşaçılara satdığı biletlər də saxtadır. Sirkin rəhbərliyi guya şəhid və qazi ailələrinin uşaqlarına biletlərin pulsuz olduğunu elan edərək özlərini reklam edirlər. Adama deyərlər ki, dövlətin təmir üçün ayırdığı yüz minləri necə mənimsəmisiniz..?
Təsəvvür edirsiniz, Bakı Dövlət Sirkində heyvanların saxlanılması üçün nə qədər dövlət vəsaiti silinir. Hətta atların və digər heyvanların adına silinən pullar var.
Bizim üçün maraqlıdır ki, dövlət qurumları Bakı Dövlət Sirkində baş verən bu qanunsuzluqları görmürlər..?
Növbəti sayımızda oxuyacaqsınız: Bakı Dövlət Sirkinin nəzdində olan torpaq sahələri, maşınlar, texnikalar, işçi sayları, şişirdilmiş elektrik enerjisi, qaz, su sərfiyyatı, bölgələrə ezamiyyələr və digər məsələlər.
 //gundelik-baku.com//
Ardını oxu...
Son dövrlər ölkədə geniş şəkildə rüşvətxor məmurlar araşdırılır layiqli cəzaları verilir və müvafiq tədbirlər görülür .

Amma hələdə "fərasətli" məmurların özbaşınalığının cəzasız qalması vətəndaşların narazılığına səbəb olur.
Bu cür məmurlar hələdə hansısa yollarla vəzifədədirlər.
Bakupress.Az saytına bu cür "fərasətli" məmurlardan biri əvvəllər Ağcəbədi Su Melorasiya idarəsinin rəisi işləmiş yeyinti maxinasiyasına görə vəzifəli qohumların köməyi ilə həbsdən qorunaraq, işdən azad olunmaqla canını qurtaran sonradan Xocavənd ASC idərəsinə rəis təyin ediləm Malik Mirzəyevin necə təyin olunması haqqında etibarlı mənbədən faktlar daxil olub.

Saytımıza daxil olan mənbə qeyd edir ki, Malik Mirzəyevin hazırki vəzifəsinə irəli çəkilməsində vəzifəli qohumları və "100"min civarında pul faktoru mühüm rol oynayıb.Onuda bildirirlər ki,idarə rəisi gələndən işçilərlə qul kimi davranır.Özündən çox razı ,təkkəbürlüdü və zabitəli davranışından söz deməyə işçilərin cürəti çatmır.
(bu barədə səs yazısıda var) Söz yox, bir rayonda dövlət büdcəsini talayıb ,işdən azad olunub,bir müddət sonra yenidən bəh bəhlə digər rayonun eyni qurumunun idarəsinə rəhbər gəlmək hər oğulun işi deyil. Kişi özündən razı olmasın neyləsin.

Qeyd edilir ki,Ağcabədidə idarənin ,işçilərin idarə olunma ssenarisi Xocavənddə təkrarlanır.

Burada da "monarxiya" qurub, despotik üsuli-idarə tətbiq edib. Rəislə işçilər arasında interval çox böyükdür.İdarənin digər yüksək vəzifəli şəxsləri hər hansı bir əhəmiyyətli məsələnin həllinə heç bir köməklik edə bilməzlər. Hətta həmin problemin çözümü onların səlahiyyətləri daxilində olsa da belə, ən yaxşı halda cəsarət edib rəisdən xəfifcə xahiş edə bilərlər. Çox vaxt xahiş etməzdən əvvəl ehtiyatlanırlar ki, birdən rəis hirslənər, necə deyərlər, "qaş düzəltmək əvəzinə vurub göz çıxararıq". Görün, indi sıravi su istifadəçiləri nə çəkirlər! Əlbət, rayonun suvarma təsərrüfatında tətbiq olunan despotik idarəetmə var. Bu yay mövsümündə su ehtiyatlarının səmərəli idarə edilməsi məsələsi məhz bir neçə iqtidarlı şəxsin qərarlarından asılı olacaq.

Hətta Mirzəyevin özündən razılığı o səviyyəyə çatıb ki, idarənin tabe olduğu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyindən gələn göstərişləri də əldə rəhbər tutmağı şəninə sığışdırmır.
Qeyd edək ki,ASC -nin yeni sədri ZAUR RAUF OĞLU MİKAYILOV avropa təhsili görm üş ,idarəetmə üzrə yüksək təhsilli,savadlı bir kadr olmasına qəti.şübhəmiz yoxdur, "Azəbaycansayğı" məmur idarəetməsi ,vəsaitlərin özünün cibinə qoyub, necə işini gözə.soxmaq bacarıq barəsində Mikayılovun anlayış və təcrübəsi Mirzəyevdən qat qat azdır.Baxmayaraq onları həmyaşıd hesab etmək olar.
Bu barədə Allahla danışaq Malik Mirzəyev daha "təcrübəlidir"Həmdə onun keçdiyi xüsusi məmur məktəbi var.Mikayılov Türkiyədə dövlət idarəçiliyinin təhsilini kitablardan və İqtisadçılardan dərs alanda(əminliklə dərsi əziyyətlə aldığını deyirəm.Çünki Türkiyə və Avropada təhsili ,nə pul nədə vəzifəli qohumum tapşırığı ilə ala bilmirsən)
Malik Mirzəyev rüşvətlə ali məktəbdə qiymətlərini yazdıraraq,restoranlarda yeyib içir,xəyalən gələcəkdə vəzifəyə keçib ,dövlətin malının öz xeyrinə idarə olunmasının planın çəkirdi.Gələcəyinə görə özünün bahalı geyimi,zabitəli və səxavətli davranışı ,lazım olan "böyüklərin"sözünə qulaq asmağı, vəzifəli həmyerlilərinin diqqətini çəkir.

Zəruri qeyd:media araşdırmasına görə, Mirzəyev Malik keçmiş Agcəbədi rayon ,sonralar Masallı rayon icra başçısı işləmiş yol verdiyi ciddi nöqsanlara görə cənab Prezidentin sərəncamı ilə işdən azad olunan Şahin Məmmədovla eyni kənddəndirlər. Eyni zamanda Şahin Məmmədovun əmisi oğlu Əzən Məmmədovun qızının həyat yoldaşıdır.

Şahin Məmmədov Ağcəbədidə başçı oldiğu vaxt dövlət büdcəsindən külli miqdarda pul ayırtdır və Ağcabədi camaatına içmək üçün Qarabağ kanalından su çəkdirdi. Amma bu işlər büdcənin puluna deyil rayondakı sahibkarların hesabına edildi. Hətta o vaxt Bakupressin 5 il öncə çəkliş etdyi bir çəkliş var . Şahin Məmmədova etiraz edib haqq verməyən el obasına xeyirli bir İş adamını şərlədib həbs etdirməyinə Avşar kəndinin camaatının etiraz videoreportajıdır.

Şahin Məmmədov uzaq rayona başçı gedir daha sonra ordan ,işində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunur.Mirzəyevin Melorasiya idarəsinin Ağcəbədi seriyası milyonluq yeyinti ilə bitir.Mənbə qeyd edir ki,

Ağıllı və fərasətli Malik Mirzəyev yaxın rayonlardan yalnız qocaman eyni zamanda büdcə yeyintisini məharətlə silməkdə təcrübəli icra başçılarından Eyvaz Hüseynovla işləməyi həmin vaxt daha məqsədəuyuğun sayır.Çünki bir zaman Eyvaz Hüseynov kimi təcrübəsi olan çox başçılar həbs olunsada,

bir neçə qocaman hətta deyərdim ki,həbs olunan başçılardan daha çox rüşvətin tüğyan etdiyi,sakinlərin narazı olduğu barmaqla sayılan vəzifədə olan başçıdır.
Çünki ,Eyvaz Hüseynov Məcburi köçkünlərə məxsus torpaqların mənimsənilməsi, xəstəxanaya dövlət tərəfindən ayrılan vəsaitin ələ keçirilməsi, ölü kartlar, subsidiya adı ilə dövlətdən xeyli miqdarda vəsait alınması və bu kimi hadisələr Xocavənd rayonuna 30 ilə yaxın rəhbərlik təcrübəsindən daha peşəkardır.İndidə işğaldan azad olunmuş rayonların inkişafı və quruculuğuna dövlətin xüsusi diqqəti və ayırdığı pulları aradan çıxarmağı qocaman və təcrübəli başçıya Malik Mirzəyev kimi gənc,zabitəli və fərasətli bir kadr lazım idi. Rayon üçün xüsusən işğaldan azad olan rayon üçün Melorasiya idarəsi ən vacib idarədir.Su həyatdır,inkişafdır.Dövlət əhalinin kəndlərdə əkib becərmənin ,məhsulun bol olması üçün artezanlara,su nasoslarına ,içməli suyun təchizatının təmin olunması üçün bu işin tikintisi və yenilənməsinə milyonlarla pul ayırır.Rayonun Melorasiya idarəsi gəlir gətirən əsas büddəcəsidir.Mirzəyev düşünür qardaşının Odur ki,vəzifəyə təklif olunan 100 min vermək üçün bütün əlaqələri ilə güc sərf edib ,arzusuna çatır.
Ölkə başçısı işğaldan azad olan torpaqlara quruculuq və kənd təsərüfatının inkşafı ,kəndlilərin iş yerlərinin olmasından ötəri su təminatı üçün dövlətin büdcəsindən xeyli vəsait ayrır.Mirzəyev fürsəti əldən verməyərək başçının az müddətdə dahada etibarını qazanır.(Deyilənə görə Mirzəyevin qardaşı ilə Eyvaz Hüseynov yaxın dosturlar)Baş idarəyədə təqdimatı icra başçısı verir.Bircə özünə sədrin iclaslarında ağıllı və aktiv idarə rəisi kimi hesabatını vermək qalır.O bacarıqda Mirzəyevdə Allah vergisidir.
Əsas icra başçısıdır.
Büdcəyə ayrılan vəsait beləcə aralarında bölünür.
Zabitəli ,təkəbbürlü ,ordenli gənc idarə rəisi başçının tapşırığı ilə quruculuq və tikinti işlərinin vəsaitini nəticədə biçarə sahibkarların boynuna qoyur.
Rayonda da sahibkarlıq əsasən əkinçilik,maldarlıqla inkişaf edir.Torpağıda ,heyvanıda becərməyə əsas su lazımdır.Oda Mirzəyevin külli ixtiyarında olduğu üçün su ilə imtahan olunmaqdansa ,pullarını verməyi üstün tuturlar.Yoxsa Mirzəyev "Əjdaha"kimi" Simnar xanın" əmri ilə suyun qabağın elə kəsər ki,əkdikləri hədər,heyvanları susuz məhv olar.Çarəsiz razılaşmağa məcbur olurlar.

Kim çox pul vəsati ilə yüklənirsə həmin sahibkarın mükafatı sadəcə ölkə başçısının rayona səfərində dövlətə dəstək üçün rayonda şəxsi biznesinin hesabına iş yerləri açan nümunə kimi ön planda təqdim edirlər.Vəssalam.Bir balaca dediklərindən az pul verən sahibkar isə prezidentlə yaxından görüşməkdə nəsib olmur.
Bu cür iş adamlarına isə kənardan başçının və Mirzəyev kimi idarə rəisinin guya dövlətin vəsaiti hesabına salınan parklar,çəkilən sular,quruculuq işlərini öz adlarından Prezidentə ağız dolusu təqdimatına baxıb köks ötürmək qalır.
Mənbə qeyd edir ki,Eyvaz Hüseynovun etibarını Mirzəyev bacarıq və səxavəti ilə qazanıb.
Malik Mirzəyev rayonun başçısına daha səxavətlə aylıq "paket"verən və gələn qonaqların xərcini çəkən ən yaxşı məmurdur...Bəxti gətirən Malik Mirzəyev istər Ağcəbədidə işlədiyi vaxt istər Xocavənddə başçılar onu yuxarılara gənc və işini bilən kadr kimi təqdim ediblər.Hesabatın və xüsusi qüvvələrin gücü ilə dövlətimizin təltif etdiyi orden və mükafatlara nail ola bilib.

Yazıda qeyd etdiklərimizi inanrıq ki ,müvafiq dövlət qurumları yenidən ciddi araşdırma apararaq ,düzgün nəticə çıxaracaq.Çünki,belə məmurıar ölkə başçısının uğurlu siyasətinə xələl gətirir ,hakimiyyətə xalqın inamını azaldır.
Yazıda qeyd edilənləri faktlarla aidiyyəti qurumlara təqdim edə bilərik.
Redaksiya olaraq bizdə öz növbəmizdə yazılanları araşdırırıq.Növbəti sayımızda Malik Mirzəyevin milyonlar dəyərində mülkləri və obyektlərini təqdim edəcik.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 
//Bakupress.Az//
 

Dünyapress TV

Xəbər lenti