DİA.AZ: - "Sabirbadda Yaşıllaşdırma idarəsi necə işləyir ki, illərdir bir çox yerləri kol-kos basıb..." Bu barədə DİA.AZ-a Sabirabad sakinləri adından edilən müraciətdə deyilir.
Narazı sakinlər daha sonra yazır:
"Ağaclar isə susuzluqdan quruyur... Susuz dağlarda əkilib yaşıllaşan ağacların aqibəti necə olmalı idi ki? Elə bil düşmən kəsiliblər bu dövlətə. Əvvəldən də bilidrilər ki, bu ağacları sulaya bilməyəcəklər...
Sabirabadda su kənarlarında olan ağaclar quruyursa, görəsən, bu özbaşınalığa bir dur deyən qurum olacaqmı?"
Qeyd edək ki, sakinlərin müraciətində iddiaların təsdiqi kimi fotolar da əlavə olunub.
Müraciətlərinin sonunda sakinlər ölkə başçısına xitab edərək, müdaxilə olunmasını xahiş edirlər:
"Cənab Prezident. Siz çıxışlarınızda ictimai nəzarətin əhəmiyyətindən danışırsınız... Sabirabad rayonunda vəziyyət artıq ictimai nəzarəti də keçib... Bu rayona DTX lazımdır.
Bir çox qurumlar - Sabirabadda dövlət idarələri məmurlar tərəfindən aşkar şəkildə işğal olunduğundan onların hansısa fəaliyyətindən danışmaq yersizdir".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Cəlilov Cəlilabad rayonunu necə idarə edirsə, bu bölgədə qanunsuzluq halları baş alıb gedir.
Bunu özümüzdən demirik, Cəlilabad rayon sakinlərinin "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına göndərdiyi "şahanə" məlumatlar belə deməyə əsas verir.
Düzdür, indi durub desək ki, torpaqlar mənimsənilir, deyəcəklər bu bələdiyyəyə aiddir, xəstəxanadan danışacağıq, deyəcəklər onun icra hakimiyyətinə nə dəxli? Təhsil desək, ona da deyiləcək söz var, yoxa çıxmaqda olan meşələri deyəcəyik, onun da "babalının" təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin boynuna olduğunu deyəcəklər, ancaq, Cəlilabad rayonunun Namiq Zeynalov nümunəsi sübut etdi ki, sən demə İcra Hakimiyyətinin rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrə "dəxli var imiş". Demək ki, N.Zeynalov rayonda baş həkimə, məktəb direktorlarına, sahibkarlara və sair aylıq "dolya" təyin edibmiş. Hamı bir nəfər kimi ay sonunda "dolyasını ödəyib, rahatca keyfini sürürmüş" ki, bunun da üstü yalnız onun həbsindən sonra açıldı.
Elə bilirsiniz bunu yalnız Namiq Zeynalov edirdi? Xeyr, bəlkə də bu cür çalışan çox sayda icra başçıları var ki, zamanı gəldiyində onlarla da tanış olacağıq.
Redaksiyamıza son günlər Cəlilabad rayon sakinləri tərəfindən gələn bir çox məlumatlara nəzər saldıqda, belə anlaşılır ki, Rafiq Cəlilov heç də sabiqlərin yoxluğunu hiss etdirmir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl redaksiyamıza belə bir məlumat daxil oldu ki, "Cəlilabad rayonu Dövlət arxivi idarəsinin müdiri Özxan Niftiyev düz 52 yaşına - yəni 2015-ci ilə qədər orta ixtisas təhsili (texnikom) diplomu ilə icra nümayəndəsinin müavini vəzifəsində, bələdiyyədə və sair bu kimi işlərdə çalışıb. Sonradan ali təhsil mütləq olduğuna görə 2015-ci ildə Özxan Niftiyev tutduğu icra nümayəndəsinin müavini vəzifəsindən azad edildi, amma işsiz qalmadı. "Yaxşı dostlar" sayəsində su idarəsinə işə düzəldi. Elə həmin illərdə bir də xəbər tutduq ki, Özxan Niftiyev Ukraynadan təzə diplom alıb. Bundan sonra o, Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə təyin edildi. Bu ərəfədə bir çox saytlar onun diplomunun saxta olduğunu yazdı. Belə olan halda Rafiq Cəlilov məcburən onu o işindən də azad etdi və bu dəfə Arxiv idarəsinin müdiri vəzifəsinə təyin etdi."
Qeyd edək ki, məlumat redaksiyamıza göndərildikdən və biz bu məlumatlarla tanış olduqdan dərhal sonra Özxan Niftiyev ilə telefon əlaqəsi saxlayıb, barəsindəki məlumatlara münasibət bildirməsini istədik.
Özxan Niftiyev, Ukraynada qiyabi təhsil aldığını etiraf etdi. Hərçənd ki, təhsil aldığını dediyi Universitetin adını çox çətinliklə dedi, onu da deyəsən yarımçıq dedi.
Sual verdik, "dərslərdə iştirak etmisinizmi?", Dedi,"bəli, imtahanlarda iştirak etmişəm".
Deyirik, - "orada dərslər Ukrayna dilində keçirilirdi?"
Deyir, - "Bəli".
Soruşuruq, - "Ukrayna dilini bilirsiniz?".
Deyir, - Yox, dərslər rus dilində idi ".
Biz: - Rus dilini yaxşı bilirsiniz?
Ö.Niftiyev: - Əsgərlikdə olmamışıq bəyəm?!
Biz: - İmtahanları özünüz verirdiniz?
Ö.Niftiyev: - Ay müəllim, heç Azərbaycanda heç kim imtahanı özü vermir, o ki qaldı, Ukrayna... (gülür)
Söhbətimizin axırına yaxın Özxan Niftiyev gah oralara yolumuz düşəndə görüşməyi vəd etdi, gah da bezdiyini və işdən çıxacağını bildirdi.
Yeri gəlmişkən, bütün bunlar barəsində, "DogruXeber.az" redaksiyası adından Cəlilabad Rayon İcra Hakimiyyətinə rəsmi (möhürlü, blanklı) sorğu göndərdik.
İndi Rayon İcra Hakimiyyətinin bizə göndərdiyi cavaba diqqət edin;
Bu da bir dövlət qurumunun, bir rayonunun rəhbərliyinin rəsmi sorğuya verdiyi qeyri-rəsmi cavab.
Bəli, rəsmi sorğu göndərdiyimiz bir dövlət qurumunun göndərdiyi blanksız, möhürsüz, kim tərəfindən göndərildiyi bəlli olmayan bir məktubu qeyri-rəsmi adlandırırıq. Daha doğrusu, biz belə adlandırmırıq, elə belədir.
Mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda sözügedən rayonda fəaliyyət göstərən Mərkəzi Poçt ilə İcra Hakimiyyətinin əlaqələrindən danışacağıq.
Tələbkarın ərizəsinə 7 ildən sonra “baxan” məhkəmə məktubla (?) icranı təmin edib(miş) Bakı İnzibati Məhkəməsi 7 ildir borclu inzibati orqanın – ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin (hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin) rüşvətilə 20.06.2016 -cı il tarixli 2-1 (81)-1095/16 saylı dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin etməkdən imtina edir. Keçmiş sədr Rəşid Rzayev, qərarı qəbul etmiş hakim Şərafət Məmmədova və sonrakı hakim Aygün Abdullayeva qərarın icrasına nəzarət etmək, icranı təmin etmək yerinə, məhkəmə qərarı ilə üzərinə 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təmin olunması öhdəliyi qoyulan inzibati orqanın məhkəmənin üzərinə qoyduğu rüşvət öhdəliyini icra etməklə məşğuldur. Özbaşınalıq, məhkəməyə, Konstitusiyaya hörmətsizlik o həddə çatıb ki, 7 ildir tələbkar Qarabağ qazisinin elektron qaydada, poçt rabitəsi yolu ilə, e-məhkəmə sistemi vasitəsilə , şəxsi kabinetdən verdiyi ərizələrinin qəbulundan belə imtina edilir. Halbuki, İPM-in 116.2 maddəsinə görə, məhkəmə qərarlarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 120-ci maddəyə əsasən, məhkəmə xidməti vəzifəsinə görə və proses iştirakçılarının ərizəsinə əsasən, üzərinə öhdəlik qoyulmuş inzibati orqanın üzərinə düşən vəzifələri yerinə yetirmədikdə, 50 min manatadək miqdarda cərimə edə bilər və yenidən icradan imtina edəndə cəriməni təkrar tətbiq edə bilər . Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu Konstitusiyanın, hüququn tələbi, bu da Bakı İnzibati Məhkəməsinin cinayətkar özbaşınalığı! (?) Axırı, 7 illik intizardan sonra Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayeva 15 gün sonra verdiyi 15.05.2023 tarixli məktubla elə əndrabadi nağıl danışıb ki, nəinki tələbkar və borclu, heç Məhkəmə Hüquq Şurasının özü də baş aça bilməz. Heç demə, Bakı İnzibati Məhkəməsinin özünün özəl “İNZİBATİ NAĞILLAR MƏCƏLLƏSİ” varmış. Aygün Abdullayevanın “məcəllə nağılına” qulaq asın :” 20.06.2016 tarixli, 2-1 (81)-1095/16 saylı qərar qanuni qüvvəsini aldıqdan sonra (nə vaxt, hansı tarixdə, niyə göstərilmir? -M. B. ) ilk öncə cavabdeh ƏƏSMN Dövlət Təminat Xidmətinə könüllü icra üçün göndərilmiş, daha sonra isə məhkəmə tərəfindən 11.10.2016 -cı il tarixli icra vərəqəsi tərtib edilərək icra olunması üçün Yasamal rayon icra şöbəsinə göndərilmişdir”. Əcəb şirin nağıldır, adamı yuxu tutur, nağıldan belə bəlli olur ki, cavabdeh inzibati orqan könüllü icradan imtina edib, yoxsa, Yasamal icra şöbəsinə icraya yönəldilmə baş verməzdi. Belədirsə, niyə könüllü icradan imtinaya görə, inzibati orqana sanksiya tətbiq edilməyib? Belə nağıla “bir quş!” düşür, ya yox? “İnzabiti nağıllar məcəlləsini” oxumaqda davam edək. “ Yasamal rayon icra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 26.12.2017-ci il tarixli qərarı ilə ƏƏSMN yanında DSMF-in 13.12.2017 -ci il tarixli “icra sənədi üzrə tələbin icra olunması barədə” MƏKTUBU (?-M.B. ) ƏSAS GÖTÜRÜLƏRƏK (??-M.B. ) icra sənədinə əsasən açılmış icra işi üzrə icraata xitam verilmişdir “ Əcəb qorxulu nağıldır, məktubla mənzillə təmin olunmaq barədə öhdəlik icra olunubmuş! (?) Axı qərarda iddiaçı Qarabağ əlilinin xeyrinə müfaviq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin üzərinə qoyulması yazılıb ! Bəyəm məktub inzibati akt sayılır? Haçandan? Görünür, “inzibati nağıllar məcəlləsi” belə diqtə edir. İnzibati nağıllar məcəlləsi”nin daha dəhşətli hissəsini oxuyaq :””İcra haqqında” qanunun 20.3 maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.5 maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərlər”. Çox dəhşətli nağıldır, Aygün Abdullayeva, nə yazıq nağılı da yarımçıq yazıb , 20.1.5, 20.2, 20.4 maddələri bilərəkdən unudulub, nə icra məmurunun adı var, nə qərar verilib, nə icra sənədini verən məhkəmənin özü qərarı görüb. Görsəydi, yəqin, icraata xitam verilməsi haqqında nağıl -qərarın əsassız olduğunu qərara alıb, ləğv edərdi. Eyni zamanda, icra məmurunun icraata xitam verilməsi haqqında qərarını məhkəmə təsdiq etməlidir. “İcra haqqında” qanunun 20.2 maddəsində yazılıb :”İcra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində TƏRƏFLƏRƏ və icra sənədini verən məhkəməyə və digər orqana göndərilir”.20.4 maddəsinə əsasən, məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, onu ləğv edir. Gerçəkdə heç bir icra hərəkəti aparılmayıb, məhkəmə heç bir prosessual hərəkət etməyib , qeyri-prosessual göstərişlə qərarın icrasını təmin etməkdən imtina edir. Məhkəmə “inzibati nağıllar məcəlləsi”nə uymasa , müəyyən edə bilər(di) ki, 26.12.2017 tarixli saxta qərarı icra qurumunun rəhbəri yoxlayıb təsdiq edib, 3 gün müddətində tərəflərə, məhkəməyə göndərsə idi, məhkəmənin özü də 10 gün müddətində qərarın əsaslığını yoxlayandan sonra icraata xitam verilmə qüvvəyə minərdi. Məhkəmə “inzibati nağıllar məcəlləsi”nə uyunca, Prosessual Məcəlləyə boyun əyməlidir. Bu boyun əyməyi icra etdirmək görəvi isə Məhkəmə Hüquq Şurasının üzərinə düşür. Məğrur Bədəlsoy
Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra da dövlət əmlakını asanlıqla alqı-satqı predmetinə çevirməkdən çəkinmir. Onun Nərimanov rayonuna başçılıq etdiyi 17 il ərzində törətdiyi bir çox özbaşınalıqlar barədə elektron mediada və sosial şəbəkələrdə yazılanları qoyaq bir yana. Amma son bir il ərzində, yəni Abşeron rayonuna başçı təyin olunduqdan sonra onsuz da boş torpaq sahəsi qalmayan, əvvəlki icra başçısı İradə Gülməmmədovanın rayon ərazisində satdığı sot-sot torpaqlarda, Abdin Fərzəliyev metr-metr qanunsuz fərdi yaşayış evlərinin və iaşə obyektlərinin tikintisinin aparılmasına verdiyi icazələrin artmasını heç bir yana qoymaq olmur.
İstər Xırdalan şəhərində, istərsə də rayonun Ceyranbatan, Masazır, Mehdiabad, Novxanı, Saray, Güzdək, Hökməli, Qobustan, Fatmayı, Görədil, Aşağı Güzdək, Qobu kimi qəsəbə və kəndlərində vaxtı ilə hasarlanmış hektarlarla ərazilərdə indi fərdi yaşayış evlərinin, obyektlərin tikintisi işləri aparılır. Bütün bunların hamısı isə Abdin Fərzəliyevin Abşeron rayonuna İcra başçısı təyin edilməsindən sonrakı dövrdə baş verməsi özlüyündə çox şeylər ifadə edir. Yəni Abdin Fərzəliyev həmişə olduğu kimi, yenə də iş başındadı.
Bunlardan başqa Abdin Fərzəliyevin Abşeronda yeritdiyi kadr siyasəti də nə media tərəfindən, nə də yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Abşeronda işə başlar, başlamaz Abdin Fərzəliyev Nərimanov rayon icra hakimiyyətində şöbə müdiri olmuş İlkin Əsədovu Abşeronda sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edib. Rayonun memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsini icra edən Şahin Bayramov işdən çıxarılıb, əvəzinə yaxın adamı hesab edilən Elvin Quliyevi təyin edib. Abşeron RİH-nin başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə gətirilmiş Gülnar Rəhimova da başçının yaxın adamlarından hesab olunur. Bunlarla bərabər Abdin Fərzəliyevin rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsinə də ciddi nəzarət etdiyi söylənilir. Yəni məktəb direktoru vəzifəsinə də tanışlarını yerləşdirir.
Son günlər Abdin Fərzəliyev bir kadr dəyişikliyi də rayonun Masazır qəsəbə bələdiyyəsində aparıb. Məlumata görə, Masazır bələdiyyəsinin üzvlərinin keçirdiyi “yığıncaqda” sədr Rüfət Fətullayev vəzifəsindən kənarlaşdırılıb. Yeni sədr isə 1991-ci il təvəllüdlü Azər Quliyev “seçilib”. Dövrü mətbuat yeni sədrin İcra başçısı Abdin Fərzəliyevin həmyerlisi olduğunu yazır.
Qeyd edək ki, Abşeron rayon Masazır bələdiyyəsi respublikada ən böyük bələdiyyələrdən biridir. Əvvəlki bələdiyyə sədri bir müddət əvvəl qəsəbədə zibillərin vaxtında yığılmaması ucbatından yaranmış xoşagəlməz mənzərə ilə mətbuatın gündəminə gəlmişdi. Bəs yeni sədr qəsəbə sakinlərinin qarşılaşdığı problemlərin həlli istiqamətində iş görə biləcəkmi?
Aktualinfo.org-un əldə etdiyi məlumata görə yaşı 30-u keçməsinə baxmayaraq gənc kadr kimi təqdim olunan yeni sədr Azər Quliyev qeyri-rəsmi olaraq 104 min nəfər yaşadığ Masazır bələdiyyəsinə rəhbərlik etmək iqtidarında deyil. Amma Abdin Fərzəliyev bələdiyyə sədrinə qeyri-rəsmi olaraq bir köməkçi də təyin edib. Bu Əbülfət Nuriyevdir. Bu o Əbülfət Nuriyevdir ki, vaxtı ilə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri olmuşdu və keçmiş MTN-in sabiq idarə rəisinə hektarlarla torpq sahəsi bağışlamağı ilə yadda qalmışdı.
Qeyd edək ki, Əbülfət Nuriyev bələdiyyələr içərisində həddindən artıq özbaşınalıqlara imza atmış şəxslərdən sayılır. Ötən ilin iyul ayında Əbülfət Nuriyev 2010- 2020-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddət ərzində yol verdiyi qanunsuzluqlara görə Cinayət Məcəlləsinin (CM) 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsindən həmin Məcəllənin 322.1-ci (Özbaşınalıq) maddələri ilə təqsirləndirilib. Daha sonra məhkəmənin hökmü ilə Əbülfət Nuriyev CM-nin 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Hazırda Əbülfət Nuriyev vaxtı ilə Mehdiabadda olduğu kimi, indi də Masazırda özbaşınalıqlara rəhbərlik edir. Əsas vəzifəsi isə, yuxarıda qeyd etdiyimiz kimi Abdin Fərzəliyevin işlərini görməkdir. Yəni, qanunsuz tikililərə sənədlər hazırlayır. Yeni bələdiyyə sədri Azər Quliyevə pul çıxartmağın yollarını öyrədir. Kvadratmetrindən asılı olaraq burada yeni tikinti işlərinə göz yummağın qiyməti başqa, Reyestr Xidmətindən çıxarış almağa kömək etməyin qiyməti bir başqadır. Əbülfət Nuriyev həmçinin yeni sədrə bələdiyyə büdcəsinə toplanan vəsaitlərin müxtəlif yollarla, üsullarla kənarlaşdırılmasının incəliklərini öyrədir. Axı o bunları çox gözəl bilir. Barəsində cinayət işi açılsa da belə, ustalıqla yaxasını qurtara bildidi. İndi də Abdin Fərzəliyevin Masazırdakı kadrına bələdiyyə dərsi keçir, yollar öyrədir.
Provayderin www.bildir.az/ru/citynet/asagi-surt/ saytında abonentlər nələr yazır… Heç kimə sirr deyil ki, internet, mobil rabitə həyatımızın ayrılmaz hissəsidir. 30 il əvvəl biz heç bunu təsəvvürümzə gətirə bilməzdik. Və 10 ildən sonra nə baş verəcəyini də bu gün heç kim deyə bilməz. Sözün qısası, internetin həyatımıza daxil olduğu son 15-20 ildə uşaqdan böyüyədək hamımızın həyatı büsbütün dəyişdi. Səhər açılan kimi nəinki böyüklər, hətta uşaqlar mobil telefonu götürüb ürəyi istədikləri mövzuya, yaxud musiqiyə, yaxud multikə-çizgi filminə baxmağa çalışırlar. Söhbəti uzatmadan qeyd edək ki, bütün bunların hamısı internetin üzərində qurulub. Və son illər Azərbaycanda müxtəlif internet provayderləri yaranıb. Amma min təəssüf ki, bu internet şəbəkələri hər ay əhalidən yüksək ödəniş haqqı alsalar da, müştərilərə, yəni abonentlərə normal xidmət göstərmirlər. Belə ki, abonentin ödənişi 10 dəqiqə gecikən kimi interneti kəsən internet şirkətləri vətəndaşları normal internetlə təmin eləmir, tez-tez internet kəsilir, sürət olmur və s... Belə internet-provayderlərindən biri də CityNet internet-provayderidir. Bizim bir media olaraq bu şirkətlə heç bir ədavətimiz yoxdur. Sadəcə, abonentlərə yaratdıqları problemlərə görə yazırıq. Və heç bir qərəzli, qeyri-obyektiv informasiyaya əsaslanmadan, şirkətin https://www.bildir.az/ru/citynet/asagi-surt/ saytında abonentlərin yazdıqlarını təqdim edirik. Yəni özümüz bir söz də əlavə etmirik. Abonentlər yazır: İnternet tez-tez kəsilir, bəzən də sürəti çox aşağı olur. Müştəri xidmətlərinə zəng edib müraciət edilsə də müraciətlərə baxılmır. Ödəniş bir saat geciksə, interneti dərhal kəsirlər, amma normal internet və müştəri xidmətləri təşkil edə bilmirlər. Başqa bir abonent yazır: Şikayətim var. Mən 2 aydır ki, CityNet internetini istifadə edirəm. 2 ay ərzində 5 dəfə getmişəm ofisə. İnternet sürəti çox zəifdir və tez-tez kəsilir. Test üçün başqa modem verdilər, 1 ay istifadə etdik, sürəti, işləməsi gözəl idi. Dünən dedilər ki, onu götürməliyik, təzə modem verdilər. (Bu da texniki problem olmadığı üçün, özüm getməli imişəm ofisə, getdim) Amma yenə sürət yoxdur, atır öz- özünə. Sürət o qədər zəifdir ki, whatsapp mesajı belə 20 saniyədən sonra çatır ünvana. Ayda 18 manat ödəniş edirəm, qətiyyən dəymir o pula. Daha başqa bir müştəri yazır: CityNetin pis xidməti bərbad vəziyyətdə işləyir, xüsusilə axşamlar İnternetdən istifadə çox çətin olur. Texniki şöbəyə zəng edirsən heç bir problem həll etmirlər, abonentlə çox mədəniyyətsiz danışırlar. İnterneti dəyişmək istəyirəm. Abonent: Xahiş edirəm mənə başqa bir provayder təklif edin. 2 saatdır internet işləmir, zəng edirəm cavab verən yoxdur. Belə abonentlərin sayı 10 deyil, 100 deyil ee… Hətta burada elə təhqiramiz abonent fikirləri var ki, biz sadəcə, etika xatirinə onları yazmırıq. Bir daha qeyd edirik ki, bu fikirlər bizim deyil. Sizin saytınızda abonentlərin yazdıqları fikirlərdir. Sonda onu qeyd edək ki, CityNet internet-provayderi böyük layihələrdə iştirak edərək külli miqdarda pulların silinməsində iştirak edir. Qoy, hüquq-mühafizə orqanları, müvafiq dövlət qurumları bu məsələ ilə ciddi məşğul olsunlar. CityNet-də bir vergi yoxlaması yetər ki, milyonlarla olan yeyintilər üzə çıxsın. Əsas məsələ bölgələri kabelləşdirmə deyil, internet verməkdir.
Şirvan şəhər İcra Hakimiyyətinin heç vaxt müavin sarıdan bəxti gətirməyib. Biri gəldi darmadağın dağıtdı, o biri gəldi yerdə qalanları satdı, indikindən biz ərz edək, siz diqqətlə oxuyun. Allah sənin ölənlərinə rəhmət eləsin Mərdan Camalov. Dərhal keçirəm mətləbə. Mustafayef Məharət Mustafa oğlu, vikipediyada göstərilən məlumatlara görə doğum tarixləri bilinmir, hərbi xidmətdə olmağı bilinmir, neçənci ildə hansı məktəbi bitirib o da bilinmir. O bilinir ki, 2011-ci ildə Yevlax Rayon Torpaq Şöbəsinin müdiri olub. 2011-2014 Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub. 2016-2018 Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olub. Ya vəlvələdən, ya zəlzələdən sonrakı fəaliyyəti Məharət Mustafayevi Şirvan şəhərinə gətirir. Bəli, Məharət Mustafayev gəlib olur Şirvan Şəhər İcra Hakimiyyətində Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşsırılması Şöbəsinin müdiri. Çox gözəl, biz alqışlayırıq. Məharət Mustafayev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini olan kimi baldızı Rzayeva Aynurəni tez-tələsik Şirvan şəhər 13 saylı məktəbə direktor təyin elətdirir. Baldız Aynurə Rzayeva 13 nömrəli məktəbin təlim-tərbiyəsi ilə və yeznə Məharət Mustafayev o boyda Şirvan Şəhəri İcra Hakimiyyətinin müavini vəzifəsi ilə... Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin baldızı Aynurə Rzayeva Şirvan şəhər 13 nömrəli məktəbin direktoru olduğu gündən, bu günə qədər, direktor olması ilə yanaşı başqa işləri də öz üzərinə götürüb. Bu başqa bir yazının mövzusudur, bu barədə geniş yazımız olacaq. Gəlin bir azda Məharət Mustafayevin övladları ilə maraqlanaq. Bizim bildiyimizə görə, Məharət Mustafayevin 2 oğul övladı var, heç biri əsgərlikdə olmayıb. Övladlarından biri Bəhruz Mustafayev pambıq yığımına rəhbərlik edir, yəni Pambıq Zavodunun direktorudur. O biri oğlu Ramiz Mustafayev isə diş həkimidir. Məharət Mustafayev Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini olması ilə bərabər həm də Hərbi Çağırış Komissiyasının üzvüdür. Şirvan camaatı bildirirlər ki, Məharət Mustafayevin tam sağlam olan uşaqlarının heç biri hərbi xidmətə getməyib. Vətəndaşlar açıq-açığına bildirirlər ki, nə üçün İcra başçısının müavininin uşaqları hərbi xidmətdən yayınır? Necə ola bilər ki, vəzifəyə keçəndə yararlı olurlar, hərbi xidmətə getmək lazım olanda xidmətə yararsız çıxarılırlar? Şirvan camaatı kütləvi şəkildə yuxarı instansiyalara məktubla müraciət etmək istəyirlər ki, Məharət Mustafayevin tam sağlam olan uşaqları nə üçün hərbi xidmətdən yayınır? Necə ola bilər ki, bizim uşaqlarımız orduya könüllü gedirlər, vəzifəli şəxslərin uşaqları isə əsgərlik vaxtı çatanda "neqodnu" olurlar. Məharət Mustafayev məmur olmaqla yanaşı həm də bahalı obyektlər sahibidir. Bir faktı nəzərinizə çatdıraq ki, Məharət Mustafayev öz vəzifə səlahiyyətlərini də aşır. Belə ki, Məharət Mustafayev Mənzil Kommunal Təsərrüfat birliyinin rəhbərinə tapşırıb ki, hər gün "Komxozun" işçiləri gəlsin, onun evinin və obyektlərinin qarşısını təmizləsinlər. Altıncı və bazar günləri isə "Komxozun" işçiləri Azər müəllimin tapşırığı ilə Məharət Mustafayevin həyətyanı sahələrini təmizləyirlər. Dövlətdən məvacib alan şəxsləri məcbur edirlər ki, təcili rəhbər şəxslərin evlərini, ofislərini, hətta maşınlarını yuyub təmizləsinlər, yoxsa işdən qovularlar. Hələ bu harasıdır. Saytlara nəzər saldıqda Şirvanda məmur övladının illər öncə yeni həyat qurmuş gənc bir xanımın namusuna sataşaraq hamilə buraxmış, ailəni dağıtmışdır. Bu barədə Pakizə xanım ailələrinin başına gələn müsübətlə bağlı videomüsahibə verib. Sizlərə təqdim edəcəyimiz bu video reportaj daha bir məmur övladının harınlaması nəticəsində meydana çıxan ailə dağılması dramından bəhs edir. Belə ki, Şirvan şəhər sakini Pakizə xanım Allahverdiyeva Şəhər İcra Başçısının müavini Məharət Mustafayevin oğlu Bəhruz Mustafayev tərəfindən Pakizə xanımın oğlunun ailəsinin dağılmasında günahkar saydığı, harınlamış məmur oğlundan Prezidentə və baş prokurora müraciət edib. Hər kəs tərəfindən qınanılan, Şirvanda yaşanan bu iyrənc hadisə, məmur övladı tərəfindən yeni ailə qurmuş gəlinini zorla hamilə qoyması həqiqətəndə qandondurucudur. Bu gündən illər öncə, baş vermiş hadisənin necə nəticələnməsi haqqında araşdırma aparacağıq.
Maliyyə Nazirliyinin tabeçiliyində olan 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin rəisi Vüqar İbrahimov Zəngilandan olan məcburi köçkün həyatı yaşamış şəxslərə problem yaradır. Belə ki, məcburi köçkün həyatı yaşamış şəxslərin bildirdiyinə görə, Vüqar İbrahimovun səhlənkarlığı ucbatından bir neçə aydır məvaciblərini ala bilmirlər. Məlumatda o da bildirilir ki, 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin rəisi, Vüqar İbrahimov və müavini Əziz adlı şəxs məcburi köçkünlərlin işləri ilə bağlı çox böyük problemlər yaradır. Zəngilandan olan məcburi köçkün həyatı yaşamış şəxslər bildirdi ki, bizim məvaciblərimizin saxlanılması 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin "yanına getməməyimiz" olub. Bircə onu deyə bilərik ki, Zərnəli icra nümayəndəliyinin Nizami rayonunda yerləşən binasına işıq çəkilməsi üçün Dövlət Qaçqınlar Komitəsi tərəfindən ödənilən pulu 13 saylı Xəzinadarlıq qəbul etmək istəmir. Ona görə ki, bizim nümayəndəmiz onların "yanına getmirlər". Ona görə də, böyük bir müəssisə dövlət büdcəsindən verilən məvaciblərini ala bilmirlər. Görəsən 13 saylı Şirvan Reqional Xəzinadarlıq İdarəsinin rəisi Vüqar İbrahimov məcburi köçkün həyatı yaşamış şəxslərə qarşı niyə süründürməçiliyə yol verir? //gundelik-baku.com//
DİA.AZ: - Göyçay rayon Mərkəzi Xəstəxanasının rəhbər vəzifəli şəxsləri barədə cinayət işi başlanımışdır.Göyçay Rayon Mərkəzi Xəstəxanasında dövlət əmlakının talan edilməsi barədə edilən şikayət əsasında Azərbaycan Respublaiksının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində talançılıq subut olunmuş və fakt üzrə Azərbaycan Respubliaksının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır.Başlanmış cinayət işinin istintaqı Göyçay rayon Prokurlruğuna həvalə edilmişdir. Bu barədə DİA.AZ-a Göyçay rayonu Çərəkə kənd sakini Zülfüqarov Qüdrət Əlisan oğlu tərəfindən məlumat verilib.
Xəbəri verən qaynaq daha sonra əlavə edir: "Aparılan araşdıma zamanı Göyçay rayon mərkəzi xəstəxanasında ölü can kimi fəaliyyət göstərən iki sürücü aşkar edilmiş, eyni zamanda xəstəxananın balansında olan 8 ədəd avtomabilin ehtiyyat hissələrinin sökülərək satılması aşkar edilmişdir.Digər korrupsiya əməlləri ilə bağlıda əlavə araşdırma aparılır.
Qeyd edək ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Yaşar Əhmədov bu vəzifəyə 1 il 6 ay əvvəl təyin edilmişdir".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Redaksiyamıza Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti, tərcüməçi-publisist Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsində baş verən cox(!) ciddi qanun pozuntuları və özbaşınalıqlardan bəhs olununan yazı daxil olub.
“MİLLİ TƏHSİL SİSTEMİMİZ NECƏ SÜQUTA UĞRADILIR və ya Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanin Kvintessensiyalar sərrafı ustad sənətkar Alkofribas Nazyenin yazdıqlarından daha “dəhşətli” və “cəsarətli” QOÇAQLIQLARI, ağlasığmaz fantastika dolu bir hekayət
SÖZÖNÜ:
Lütfən, kimsə qalxıb mənə İdarə müdirinin xanım olmasından və ona bu yanaşmanın bir bəyə yaraşmamasından dəm vurmasın. Zira bu xanımın əməllərindən zərər görən, hətta ağır sinir krizi keçirən müəllimə xanım, valideyni ilə prinsip apardığına görə ağır psixoloji travmaya uğradılan məktəbli uşaq, neçə illər işləyib, can qoyduğu vəzifəsini, bununla birlikdə isə özünün və ailəsinin rifahını və gələcəyə xoş ümidlərini, bir nəfərin hikkəsi və cılız maraqları üzündən bir anda itirən, bədbinləşən, depressiyaya düşən insanlar tanıyıram. Nəzərə alın ki, bu material Vətənin ağır günlərində sinəsini düşmən önündə sipər etmiş, millətinin gələcəyi üçün daim narahat olan, bu gələcəyə qarşı ağır cinayətlər törədənlərin əməllərinin cəzasız qalmasından dərin sarsıntı keçirən, Qırmızı Cizgisi – Vətəni, Dövləti və Bayrağı olan bir Vətənpərvər Ziyalı, bir Qazi Zabit tərəfindən yazılmışdir. Odur ki, kim olmağınızdan, hətta kiməsə trolluq etməyinizdən (əksəriyyətə aid deyil, sözü yiyəsi özünə götürəcək) asılı olmayaraq, Ruhunuzda ləyaqətin son işartılarının sönməsinə imkan verməyin. Unutmayın: TƏHSİL MİLLƏTİN (SƏNİN, MƏNİM, HAMIMIZIN) GƏLƏCƏYİDİR! _____________________________________________________________ Bildiyiniz kimi, Milli Təhsil sistemində əsaslı keyfiyyət dəyişikliklərinə hesablanmış köklü islahatlar nəticəsində, idarəetmənin daha da effektivləşdirilməsi məqsədilə Azərbaycanın şəhər və rayon təhsil şöbələrinin əsasında Regional Təhsil İdarələri yaradıldı. Amma…
Amma Abşeron-Xızı Regional Təhsil İdarəsinin xanım müdiri İlhamə Abdullayeva vəzifəyə necə təyin olunmuşdusa, idarəyə rəhbərlik etməyə başladığı gündən etibarən, elə o qaydada da kadr islahatları aparmağa başladı.
Belə ki, İ.Abdullayeva layiq olmadığı halda böyük bir Təhsil İdarəsinə rəhbər təyin olunmasından necə ilhamlandısa, təhsil idarəsindəki kadrlara da öz “prinsip və baxışları” çərçivəsində eləcə “əl gəzdirməyə” başladı. Bu minvalla Dövlət Qurumunu, feodal qayda-qanunlarına tabe olan bir Ortaçağ Doğusu GİLDİYAsına çevirərək, İdarədə savadlı, işini bilən, açıqsözlü, dürüst, yaltaqlıqla işi olmayan kadrları “təmizləyərək”, yerinə əqidəcə özünə yaxın şəxsləri təyin etdi. Azmış kimi, guya öz xahişi ilə işdən çıxmış, əslində isə yorulmadan, usanmadan hər fürsətdə hikkə ilə – “Mən səninlə işləmək istəmirəm, ərizəni yaz, işdən çıx!” – deyə-deyə, “öz xahişi ilə” işindən qoparıb, həyatını qaraltdığı əməkdaşların, şəffaflığı təmin etmək məqsədi ilə uzaqlaşdırması haqda həqiqətə zərrəcə uyğun olmayan şaiyələr yaymağa başladı. Neçə illər təhsil təcrübəsi olan, dövlət qulluqçusu statusunu müvafiq imtahandan keçərək öz biliyi və bacarığı ilə qazanan və illər boyu ləyaqətlə daşıyan, işinin öhdəsindən layiqincə gəlmək üçün həqiqətən can qoyan işçiləri işdən çıxararaq, onların yerinə müqavilə ilə, təhsildə heç bir təcrübəyə, xüsusi savada malik olmayan, ən yüksək məziyyəti müdirinin hər sözünə (doğru və ya yalan, fərq etmir) “bəli-bəli” demək olan işçilər təyin olunmuşdur. Məhz bu səbəbdəndir ki, hal hazırda idarənin bütün sektorlarında xaos hökm sürdüyü haqqında zaman-zaman “içəridən” məlumat sızıntısı baş verir. Şikayəti olan vətəndaş süründürməçiliklərə məruz qalır. İlhamə xanım isə sözün həqiqi mənasında Sumqayıtda özünə XANlıq qurmuşdur. Sadəcə onun işə təntənəli gəliş və gedişini kənardan seyr etmək, dəbdəbəli kabinet üçün dövlət büdcəsini israf etməsini, vətəndaşları qəbul etməməsini analiz etmək bu qənaətə gəlmək üçün əsas verir.
Qayıdaq İlhamə XANımın kadr siyasətinə. Düşündürücü sual budur ki, İlhamə XANımın yeni işə götürdüyü şəxslərin 400-500 manat məvacib üçün Bakı şəhərindən Sumqayıt şəhərinə gəlməkdə maraqları nədir? Əcəba bunlar əvəzolunmaz kadrlardır və Sumqayıt şəhərində bu vəzifələrə yerli mütəxəssislər tapılmır?! Cavab isə tam başqadır – deyilənlərə görə, İlhamə xanım bu kadrlara, yəni öz adamlarına, maaşdan əlavə “paket”də verir. Bu paketlərin maliyyəsi haradan qaynaqlanır çox maraqlıdır, amma dövlət büdcəsindən olmadığı şübhəsizdir. Sızan məlumatlara görə, Təhsil idarəsinin sütununu təşkil edən maliyyə-təsərrüfat sektoru daha acınacaqlı durumdadır. İllik büdcəsi 160 milyon manat civarında olan idarənin maliyyə sektoruna əvvəllər Azərpoçtda işləyən, 5-cə aylıq mühasib stajı olan birini – Orxan Şirəliyevi rəhbər təyin etdilər (Orxan Şirəliyevin, Təhsil Nazirliyinin Maliyyə şöbəsinin rəisi Rauf Orucovun oğlunun yaxın dostu olması da sızan məlumatlar qəbilindəndir).
Orxan Şirəliyevin maraqlı məharətlərindən biri də Təmizlik departamenti ilə bağlanmış müqavilədir: bu müqavilənin maliyyə dəyərini şəhərin təhsil müəsisələri arasında ( məktəblərin böyük, kiçikliyindən asılı olmayaraq ) ata malı kimi 69,89 manat olmaqla, bərabər bölüb. Bu cənab özü mənimsədiyi pulları direktorların üzərinə qoyaraq hər ay akt yazdırır. Əslində isə məktəblərdə məişət tullantıları üçün zibil qabları belə yoxdur. Maraqlıdır, bu məbləğ necə müəyyənləşdirilib, əcəba zibilləri tərəzidəmi çəkiblər?! Orxan BƏYin və İlhamə XANımın sağ əli olduğu deyilən, maliyyə məsələləri üzrə məsləhətçi, indiyə qədər mühasib vəzifəsində çalışan Vüsal Bayramov isə Maliyyə sektoruna baş məsləhətçi vəzifəsinə təyin olundu. Bu, o Vüsaldır ki, vaxtilə Şəmkir şəhər təhsil şöbəsinin baş mühasibi vəzifəsində işlədiyi dövrdə, müəllimlərin məvacibləri ödənilərkən, əmək haqqı məbləğlərindən qəpikləri kəsərək öz kartına köçürdüyü üçün işdən qovulmuşdu.
Yəqin ki, “xüsusi məharətləri” ilə Orxan BƏYə və İlhamə XANıma dəstək olduğu üçün hazırda Abşeron mühasibatlığına rəhbərlik bu adama həvalə olunmuşdur. Sözügedən adamların bəzi fəaliyyətləri haqqında elə şeylər eşidirsən ki, buranın Təhsil İdarəsi, yoxsa “Xor dərnəyi” olması haqqında gülünc fikirlər gəlir ağlına. Məsələn, “aşıq” ləqəbli, saz sənətçisi Vüsal Bayramovun, adı işdə gedə-gedə Moskvaya qədər gedib, toylarda sazəndəlik edib qayıtdığı söylənir. Qədim və gözəl adət-ənənələrimizə bütün varlığı, canı-qanı ilə bağlı, Milli Ruhlu bir Ziyalı və Zabit olaraq, Dədə Qorqudun müdriklik, Koroğlunun qəhrəmanlıq Ruhunu özündə daşıyan aşıq-saz sənətinə böyük saygımız vardır, Vüsal bəyin də bu böyük sənətin istedadlı bir sənətçisi olmasi sadəcə alqışlanası haldır, amma… dövlət qulluğu ilə sənətçilik bir araya sığmırsa, onda ya Vüsal bəyin özü bu ikisi arasında seçim etməli, ya da idarənin müdiri buna bir əncam çəkməli idi, həm də çoxdan. Deyilənlərə görə, Vüsal BƏYin heç olmasa sənətçiliyi varsa da, cənab Orxan Şirəliyevin bütün fəaliyyəti sadəcə olaraq xidməti vəzifələrinin icrasının imitasiyasından ibarətdir. Bir də onu qeyd etmək yerinə düşər ki, İdarədə dövlət qulluqçusu vəzifəsi tutanların heç biri – nə Vüsal Bayramov, nə Orxan Şirəliyev, nə Məmməd Bayramov nə də başqaları – dövlət qulluğu imtahanından keçməyiblər və dövlət qulluğunda bircə gün belə stajları olmayıb. Nə İlhamə xanımın, nə müavinlərinin iqtisadi biliyinin olmaması, ümumiyyətlə idarədə maliyyə sayəsində ixtisaslı və təcrübəli bircə nəfər də kadr olmaması, bu səbəbdən işlərin kortəbii surətdə aparılması, “cidanı çuvalda gizlətmək məsələsi” qədər, hər kəsə “gizlindir”. Deyilənlərə görə İlhamə XANım maliyyə sənədlərinə gözüyumulu imza atır, çox vaxt da imzasının möhür variantı ilə katibəsi imzalayır. Hesablamalar səhvdir, ya düzdür – heç kimin vecinə deyil. Nəticədə olan dövlət büdcəsinə olur. Sadəcə bir faktı deyim, nəticə çıxarın: Belə ki, Abşeron üzrə müəllimlərə yoxlama yazı pulları sentyabr ayından ödənilib, halbuki artıq neçə illərdir yazı pullarının ləğv olunduğunu məktəblərdə hər kəs bilir və İlhamə XANım indi ayılaraq, nə qədər artıq pul ödənildiyəndən xəbər tutub. İndi isə o pulların geri tutulmasına qərar verən müdir XANım Azərbaycan Respublikasının Əmək Məcələsindən tam xəbərsiz olduğunu da hər kəsə sübut etmiş oldu. Lütfən, biriniz ona deyin, əziyyət deyilsə, Əmək Məcələsinin 175-ci maddəsini (Əməkhaqqından tutulmalara yol verən hallar və bunun icrası qaydası, bənd 3 və 5) açıb oxusun. Təhsil İdarəsinin Təsərrüfat sektorunun isə daha bərbad vəziyyətdə olduğu söylənir: belə ki, bu sektorda da digər sektorlar kimi 1-2 nəfər işləyir, qalanları isə yüksək miqdarda qonorarlarını xərcləməklə məşğuldur; İlhamə XANıma yaxınlığı ilə seçilən və Əliyev Rövşən, Bayramov Məmməd adlı işçiləri işdə görmək mümkün deyil; İlhamə XANımın doğma bacısının həyat yoldaşı (əvvəl surucusu olan, İlhamə XANım vəzifəyə gələn kimi, “sehirli çubugun” hökmü ilə bir anda mühəndisə çevrilən) Səbuhi bəyin adı təsərrüfat sektorunda mühəndis kimi sənədləşsə də, ümumiyyətlə işə gəlmir;
lhamə XANım özünün digər qohumu Raufu da guya həmin sektora mühəndis təyin etmişdir, amma Raufun nə iş gördüyünü bir Allah bilir, bir də özü. Hərdən adamı fikir götürür ki, görəsən İlhamə XANım müdir təyin olunmasaydı, bu qədər qohum-əqraba necə iş tapacaqdı?! Məsələn, İlhamə XANımın təsərrüfat sektorundakı digər yaxın qohumu (xalası qızının oğlu olduğu deyilən) Nicat bəy isə əməlli-başlı səlahiyyət yiyəsidir. Bu adamın Xırdalan şəhər 2 nömrəli məktəbə fəhlə kimi sənədləşdirərək, özünə sürücü belə götürdüyünü çoxları deyir. 350-400 manat civarında maaş alan adam özünə sürücü götürür və “şəffaf” işləyir!!!
Abşeron rayonu üzrə işə qəbul məsələlərinin Nicata “tapşırıldığı” deyilir. Təsərrüfat sektorunun vəzifə funksiyası ”Məktəblərin tələbatının müəyyənləşdirilməsi və lazım olan mal-materialla vaxtında təmin olunması” olsa da, bu iş təsərrüfat işçiləri üçün hazırda ikinci dərəcəlidir. Adamlar ancaq hansısa bəhanə ilə işdən çıxarmağa adam axtarırlar ki, yerinə nəyinsə müqabilində öz adamlarını təyin etdirsinlər. İlhamə xanım tərəfindən dövlət qulluğu vəzifəsinə təyin edilən işçilərdən birinin – konkret olaraq Məmmədov Bayramın törətdiyi bir avtomobil qəzasında, velosipedçini vurub qaçdıqdan sonra, polisə müqavimət göstərdiyi üçün, saxlanılıb, şöbəyə gətirilərkən, baxış zamanı, onun üzərindən nələr(!) çıxdığını yazsaq, İlhamə xanımın kimlərlə işlədiyini təsəvvür edib, dəhşətə gələrsiniz. Zamanında bu hadisənin bəzi dairələrdə bomba partlayışı effekti doğurmasına və İlhamə xanımın özünəməxsus məmur “istedadları” ilə onu “ötüşdürməsinə” baxmayaraq… kimsənin şəxsi işinə qarışmaq kimi bir haqqı özümüzə tanımadığımız üçün, təfərrüatların üzərindən sükutla keçməyə məcburuq. Önəmli qeyd: materialda sözügedən dövlət qulluğu vəzifələrini tutan şəxslərin heç biri dövlət qulluqçusu statusuna malik deyil, çünki bu vəzifələri qanuni əsaslarla tutmayıblar.
P. S. Opponentlərim məni sifarişli yazılar yazmaqda suçlayırlar və etiraf edim ki, onlar tamamilə haqlıdırlar. Bəli, var elə bir sifarişçi. O, AXRTİ-də törədilən müdhiş qanunsuzluqlara susa bilməyən Vicdanım və Fədaisi olaraq, uğrunda hər an ölməyə hazır olduğum, sağlamlığımi itirib xəstə düşdüyüm Vətənimi, Sumqayıtda özünə “Xanlıq” qurmuş feodal təfəkkürlü adamların istismarindan azad etmək Əzmimdir!
SON SÖZ Sonda məlumat üçün deyim ki, bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsininin tabeliyində olan bağçaların, ümumtəhsil məktəblərin və məktəbdənkənar təhsil müəssisələrin sayı 206 ədəddir. Bu təhsil müəssisələrində Vətənimizin işıqlı gələcəyi üçün çalışacaq ləyaqətli şəxsiyyətlər kimi yetişməli olan on minlərlə şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə də coxminlik müəllim heyəti məşğul olur. Və belə nəhəng bir Ordu, məqsədi, məramı, amalı, idealı bəlli olmayan, iradəsini hikkəsinə kölə etmiş, Dövlətimizin dünya düzənində yerini möhkəmlətmək yönlü, Təhsil Sisteminin effektivləşdirilməsini də özündə ehtiva edən qlobal maraqlarını, özünün bəsit şəxsi mənfəətinə qurban verən belə bir XANım tərəfindən idarə olunur. Düşündürücüdür, deyilmi?!… Ardı var…
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Psixiatriya xəstəxanasında xəstələrin döyüldüyü iddia edilib.
Belə ki, şizofreniya xəstəsi olan Qərib Kərimovun valideynləri oğullarının 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülməsindən, xüsusi ilə qulağının qırılmasından şikayətçidirlər.
Valideynlər bildiriblər ki, Q.Kərimov 25 gün psixiatriya xəstəxanasında qaldıqdan sonra həkimlər onlara deyiblər ki, bizdə lor həkimi yoxdur və burada xəstənin qulağını müalicə edə bilmərik.