Ardını oxu...
Son illər körpələr evi-uşaq baxçalarında aparılan islahatlara baxmayaraq hələki problemlər qalmaqda davam edir.

"Azərbaycan Reallığı" xəbər verir ki, problemli baxçalardan biri də Binəqədi rayonunda yerləşən 266 saylı körpələr evi-uşaq baxçasıdır. Fəridə Yunusovanın rəhbərlik etdiyi baxçanın ştat cədvəlində 53 adamın çalışdığı deyilsə də, əslində işə 15-20 adam gəlir.

Məlumata görə Fəridə Yunusova uşaq baxçasını şəxsi obyektinə çevirməklə adı olub özü olmayan işçilərin əmək haqqlarından hər ay xeyli miqdarda vəsait əldə edir. Bundan başqa hər ay baxçaya gələn uşaqların valideynlərindən 80-150 manat arasında pul alındığı bildirilir.

Qeyd edək ki, Fəridə Yunusova Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sabiq rəis əvəzi Eldar Yunusovun qızıdır. 266 saylı körpələr evi-uşaq baxçasına müdiri vəzifəsinə də məha atası Eldar Yunusovun dövründə təyin edilib.

Fəridə Yunusova 2017-ci ildən 266 saylı körpələr evi-uşaq baxçasına rəhbərlik edir. Xanım Yunusovanın rəhbərlik etdiyi uşaq baxçası ilə bağlı yayılan məlumatlarda bildirilir ki, 266 saylı körpələr evi-uşaq baxçasının ştat cədvəlində 53 adamın çalışdığı deyilsə də, əslində işə 15-20 adam gəlir.

Atasına arxalanan Fəridə Yunusova uşaq baxçasını şəxsi obyektinə çevirərək adı olub özü olmayan işçilərin əmək haqqlarından hər ay xeyli miqdarda vəsait əldə edir.
 
Ardını oxu...
Kapitalizmin vəhşi qanunları ilə yaşayan Azərbaycanda son zamanlar nüfuzlu bankirlər, yerli oliqarxlar öz havadarlarına arxalanaraq xeyli harınlamışlar.Azərbaycan Sahibkarlar konfederasiyasının sədri Musayev Məmməd Qurban oğlu uzun illər Azərbaycanda fəaliyyət göstərən, keyfiyyətli tibbi xidməti ilə tanınan “Türk-Amerikan” klinikasını almış, əvvəlki direktoru qovmuş, klinikanı tamamilə dağıtmağa başlamışdır.Klinikaya öz qızını direktor təyin etmiş, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etmişdir.Mən həmin klinikada həkim-psixiatr vəzifəsində işləyirdim.Özü qanunsuz əməllərlə məşğul olan , əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış , “Şapka Məmməd” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başlamışdır.Mənim həkimlik sertifikatımın vaxtının keçdiyini bəhanə edərək , məni işdən azad etmişdir. Halbuki , mən həmin klinikaya işə götürüləndə də , mənim Azərbaycan sertifikatımın vaxtı keçmiş idi, lakin mən həmin klinikaya işə girəndə Rusiya Federasiyasında aldığım sertifikatları təqdim etmişdim. Yeri gəlmişkən, qeyd edim ki, mən psixiatriya üzrə Rusiyada fundamental hazırlıq keçmiş həkim-psixiatram, 15 ilə qədər müddətdə Rusiyada məcburi müalicə psixiatrik xəstəxanalarında ağır xəstələrlə işləmişəm, lakin hal-hazırda Azərbaycanda heç kimə lazım deyiləm. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində rüşvətsiz sertifikat almaq mümkün deyildir, bunu Məmmədin qızı, ixtisasca həkim olan, hal-hazırda klinikaya rəhbərlik edən Xuraman da demişdir, mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı Seyrə mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar, və mən ərizə yazmaqdan imtina etsəm , bu “Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında Killerlər dəstəsi saxlayır, səni də məhv edər”.Bu hədə-qorxulardan və klinikada yaranmış vəziyyətdən belə aydın olurdu ki, orada işləmək mümkün olmayacaq.Məmməd və Xuraman həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla nə dələduzluqlar etdikləri məlum deyil.İşçinin maaş kartı özündə olmalıdır.Bunlar isə kartları alıb özlərində saxlayırdılar.Klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman böyük bir otağı təmir etdirib, özünə əyləncə otağı düzəltmişdir.Mənim işdən çıxarkən qanunla almalı olduğum çıxarış vəsaitini mənə verməyiblər.Bəs bu pulu mənə kim verməlidir? Klinikada sığorta ilə gələn xəstələrə xidmət göstərilmir, “Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam saat 20.00-dan sonra intim əlaqələr üçün görüş otağı kimi istifadə olunur. Mən Xuramandan çıxarış vəsaiti tələb etdikdə, o, mənim ağzımı yummaq üçün yalandan mənə söz verdi ki, mənə sertifikat almaqda kömək göstərəcək, başqa klinikaya işə düzəldəcək, lakin mən kifayət qədər həyat təcrübəsi olan bir insan kimi bu sözlərin hamısının yalan olduğunu bilirdim.”Mən Səhiyyə Nazirliyinə 7000 man pul verib , sənə sertifikat alacağam, pulsuz mümkün deyil”-bu Xuramanın sözləridir.Bir qədər sonra mənə işçilərin birisi vasitəsilə çatdırdı ki, “sertifikat üçün Səhiyyə nazirliyi 17000 man pul istəyir, mən onu verə bilməyəcəm, çox baha oldu””-bu Xuramanın sözləridir.
Azərbaycanda Səhiyyə Nazirliyi bütün səhiyyə sistemini tam nəzarətsiz buraxmışdır.Özəl klinikalar indi də bankirlər tərəfindən alınıb-satılır, Səhyyə sistemində rüşvət tüğyan edir, həkim sertifikatları pulla satılır.Həkimlərin və xəstələrin taleyini heç kəs fikirləşmir.Səhiyyə “Şapka Məmməd” kimi insanların ümidinə qalmışdır.
Həkim-psixiatr Abdulla Şıxlinski.
Teref.az
Ardını oxu...
İnsanlarmı dəyişib, zamanəmi dəyişib, yoxsa həqiqətən pul bir çox səlahiyyət sahiblərini insanlıqdan çıxarıb... bəlli deyil.

Bütün dünyanın insan alverinə qarşı mübarizə apardığı və hələ də tam nəticə əldə edə bilmədiyi bir zamanda bəzi dövlət qurumlarında çalışan bəzi məmurlar bunu fərqli formada, özü də ssxta hazırlanmış "qanuni" sənədlər əsasında həyata keçirirlər.

Məsələn, xatırlayırsınızsa, təqribən iki il əvvəl Beyləqan rayonundan bir qrup vətəndaş "DogruXeber.az" redaksiyasına məktubla müraciət etmişdi. Həmin məktubda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Əlsafa Məmmədovun ikinci vətən müharibəsi zamanı müəyyən məbləğ qarşılığında sağlam şəxsləri səfərbərlikdən (ümumiyyətlə hərbi xidmətdən) yayındırmasına, pul verməyən şəxsləri isə tam sağlam olmasa belə hərbi xidmətə göndərməsinə narazılıq bildirilirdi.

Biz bu barədə dəfələrlə məlumatlar yayımladıq və aidiyyatı qurumlara müraciətlər göndərdik. Xidmətin rəhbəri olan Arzu Rəhimovla qohumluğu ilə fəxr etdiyi deyilən Əlsafa Məmmədovun məlumatları dayandırmaq üçün gah hədə-qorxu gəlməyinə, gah minnətçilər göndərməsinə baxmayaraq, biz onun əməllərini ifşa etdik.

Arzu Rəhimov da baxdı ki, "vəziyyət gərgindir" "qohumu deşifrə olunub", Əlsafa Məmmədovu tutduğu vəzifədən azad etdi. Amma, sonra da işsiz qalmasına qıymayıb, onu Sabirabad rayonuna eyni vəzifəyə təyin etdi.

Amma, onu da qeyd edək ki, bu məlumatlar bizdə dərc edildiyi zamanlar sosial şəbəkələrdə məlumatların şərh bölməsində vətəndaşlar, "hər yerdə belədir" sözlərini yazırdılar. Cəlilabad rayon sakinləri tərəfindən "DogruXeber.az" redaksiyasına daxil olan aşağıda qeyd edəcəyimiz məlumatlar, vətəndaşların "hər yerdə belədir " ifadəsinin həqiqət olduğuna əminliyi artırır.

Belə ki, yerli sakinlərin sözlərinə görə SHXÇDX-nin Cəlilabad rayon şöbəsi 6-8 min manat arasında dəyişən məbləğ qarşılığında əsgərlik yaşı çatmış şəxsləri saxta "hərbiyə yararsız" sənədilə hərbidən yayındırır. Bundan əlavə, bildirilir ki, burada Azərbaycanda yaşamadığı halda 500 (beş yüz) manat ödənişlə komissiyadan keçmək də mümkündür ki, bu da həyata keçirilir. Özü də sakinlərin iddiasına görə bu proses illərdir ki, davam edir.
Onların sözlərinə görə "pul yığmaq işinə Mahir Əkbərov baxır".

Mahir Əkbərov kimdir?

Bizə verilən məlumata görə, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovun "sağ əli" olduğu deyilən bu şəxs - yəni, Mahir Əkbərov səfərbərlik bölməsinin (el arasında çağırış bölməsi deyirlər) zabitdir.

Ardını oxu...
Mahir Əkbərov

Ardını oxu...
Vüsal Həsənov

Görünür, ixtisasca tarix müəllimi olan, tikinti sektorunda fəhləlikdən prorablığa qədər yüksələn Mahir Əkbərov ya fərasəti, ya da hər hansı bir "himayədarı" sayəsində Hərbi komissarlıqda da özünəməxsus yer tutmağı bacarıb ki, xidmətin Cəlilabad rayon şöbəsi üzrə işçi heyyətinin çox hissəsi yeniləri ilə əvəz olunsa da, o öz postunu əlində saxlayıb.

Yeri gəlmişkən, bütün bu məlumatlarla bağlı Mahir Əkbərovun da mövqeyini öyrənmək məqsədilə ona zəng etdik. Daxil olan məlumatları diqqətinə çatdırdıqda, Mahir Əkbərov çox aqressiv şəkildə və "dili topuq vura-vura", - "Qardaş, boş söhbətdir, mən vobşe bu barədə sizinlə danışmalı deyiləm. Yoxe siz mənə telefonda niyə zəng etmisiniz?" - deyə, gah cavab, gah sual verdi.

Sual verdik, - "Bəs harda zəng edək? "

Cavabında Dövlət qurumunun səlahiyyətli əməkdaşı Mahir Əkbərov telefonu söndürdü.

Eynilə Beyləqan rayonundakı Əlsafa Məmmədovun etdiyi kimi. O da deyirdi, "rəhbərliklə əlaqə saxlayın". Yəni, "rəhbərliyin də xəbəri var".

Görünür bu kimi hallar təkcə biza yeni xəbər kimi görünür. Mahir Əkbərovun da "telefonda niyə zəng etmisiniz" deməsindən belə çıxır ki, "özbaşına iş görməyib". Halbuki, biz sadəcə onun münasibətini öyrənmək istəyirdik. Təkzib də edə bilərdi və "DogruXeber.az" olaraq hər zamankı kimi onun da mövqeyini olduğu kimi dərc edə bilərdik. Elə indi də olduğu kimi dərc etdik.

Yeri gəlmişkən, məlumatlar barəsində tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova və Cəlilabad rayon prokurorluğuna rəsmi müraciətlər göndərilib.

Mövzuya qayıdacağıq və növbəti yayımlarımızda SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin ənənəvi olaraq, "yastıpəncəlik'" diaqnozu verdiyi "hərbiyə yararsız' şəxslərin bir neçəsinin adlarını təqdim edəcəyik.

Bizi izləyin!

DogruXeber.az
Jalə Asiman
Ardını oxu...
Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə özü kobud şəkildə əməkdaşlarının hüququnu pozur. İnstitun görkəmli alimləri işdən uzaqıaşdırılır adi dissertantlar şöbə müdiri təyin olunur. Bu özbaşnılığa və hüquq pozuntusuna məruz qalmış alim Şəlalə Həsənova müraciət edərək qeyd edib.

"Azərbaycan Reallığı" sözü gedən şikayəti olduğu şəkildə təqdim edir.

Mən Şəlalə Şakir qızı Həsənova 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 2005-ci ildə «Azərbaycan Respublikasının yeni cinayət məcəlləsi üzrə yetkinlik yaşına çatmayanların məsuliyyətdən azad edilməsinin problem məsələləri» adlı hüquq üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 04 iyul 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini təsdiq edən diplom almışam. 03 iyul 2013-cü il tarixdə mənə dosent elmi adı verilmişdir.

2005-ci ildən 12.06.2008-ci il tarixinə kimi AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda «Cinayət hüququ və cinayət prosesi» şöbəsində böyük elmi işçi və 17 yanvar 2020-ci ildən 31 dekabr 2022-ci ilədək AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmişəm.

«İqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə mübarizənin cinayət hüquqi və kriminoloji problemləri (nəzəriyyə və praktika)» mövzusunda doktorluq dissertasiyam 05 aprel 2007-ci il tarixdə İnstitutun Elmi Şurasında təsdiq edilmişdir. Hazırda həmin mövzu üzrə tədqiqatlarımı davam etdirirəm.

Beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda iştirak edirəm, elmi məqalələrim xaricdə və ölkə daxilində bir sıra nüfuzlu jurnallarda dərc edilir. 54 elmi məqalənin və iki monoqrafiyanın müəllifiyəm.

Naxçıvan, Qərb, Qafqaz və Azərbaycan Dövlət Pedaqoji Universitetlərində 20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmuşam. Azərbaycan Jurnalıstlər Birliyinin üzvüyəm.

Qafqaz Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər və Politologiya fakültələrində bakalavr və magistr pillələri üzrə buraxılış işi müdafiələrinin sədri olmuşam.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdində yaradılmış birdəfəlik Dissertasiya Şurasının elmi katibi, daha sonra isə həmin İnstitutda 22 iyun 2009-cu il tarixli 152 saylı əmrə əsasən fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, həmçinin «Gənc alimlər» şurasının sədr müavini olmuşam. Hazırda hüquq üzrə fəlsəfə doktoru hazırlığı üzrə bir dissertanta elmi rəhbərliyi həyata keçirirəm.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsi Tədris Mərkəzində keçirilən ixtisasartırma kurslarında dəfələrlə təlim keçirmişəm.

18 mart 2009-cu il tarixində keçirilən referendumda «Zəka» təşviqat qrupunun vəkili olaraq təbliğat işləri ilə məşğul olmuşam.

14.08.2015-ildən Rusiya Federasiyasının Kriminalistlər və Kriminoloqlar İttifaqının üzvü olmuşam.

05 yanvar 2023-cü ildən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tabeliyində Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin “Hüquqi tədqiqat” şöbəsində hüquq tədqiqatçısı vəzifəsində çalışırdım.

Cari ilin yanvar ayında “Hüquqi tədqiqat” şöbəsinin əməkdaşı Fərid Ələkbərov şöbədə təlim keçirirdi. Təlimdə İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov da iştirak edirdi. İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin əməkdaşı İsmayıl Musayev bizim təlimdə iştirak edirdi. Dəfələrlə təkidlə ingilis dilini yaxşı bilməyən əməkdaşlara tapşırıq verilməsin, onlar “HUDOC” platformasında işləyə bilməzlər deyirdi və onu Qələndər İsbəndiyarov da dəstəkləyirdi. Onun təkidi məni özümdən çıxardı.

“Ay oğlum mən alim olanda siz bağcaya gedirdiniz. Mənim də sizin yaşlarda oğlum var. (İsmayil Musayevin iddia etdiyi kimi onu təhqir etdiyimi hesab etmirəm. Çünki mənim 22 yaşında oğlum var). Mənim nəyi bilib, nəyi bilmədiyimi siz hardan bilə bilərsiniz” deyərək etiraz etdim. Etirazlarıma ingilis dilini mükəmməl bilmədiyi üçün institutun keçmiş əməkdaşı Sevinc Hüseynova da qoşuldu. Təlimin gedişində Günay Əliyeva və h.e.d. Səidə Həsənzadə mənə baxaraq, dəfələrlə qeybət edib gülürdülər.

Günay Əliyevaya nəyə güldüklərini soruşanda böyük səs-küylə üzərimə gəldi və hər ikimiz töhmət aldıq. Təəssüflər olsun ki, bu hadisənin əsas səbəbkarları olan İsmayıl Musayev və Qələndər İsbəndiyarov barədə heç bir tədbir görülmədi.

Carı ilin mart ayında institutun keçmiş əməkdaşı Sevinc Hüseynova, Qələndər İsbəndiyarov və Fərid Ələkbərov arasında mübahisə oldu. Sevinc Hüseynova həmin ərəfədə mənə yaxınlaşaraq Qələndər İsbəndiyarovun mənim barəmdə və Səidə Həsənzadəyə yaxınlaşaraq yoldaşı barədə nalayiq ifadələr işlətdiyini söylədi.

İnstitutun kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev məni yanına çağıraraq “töhmətin var, çalış bu məsələlərdən üzaq dur” dedi. Mən İsaməddin Xamoyevin “uzaq dur” dediyinə görə haqqımda nalayiq ifadələr işlədən Qələndər İsbəndiyarov haqqında izahat yazmadım. Qələndər İsbəndiyarov müqavilələr bağlanılan zaman dəfələrlə İnstitutun İdarə Heyətinin sədrinə zəng edib müddətsiz müqavilə bağlanması üçün təhdidlər edirdi.

İnstitutun İdarə Heyətinin sədrini və sənədlərlə iş şöbəsinin rəisi Klavdiya Qəmbərovanı nalayiq ifadələrlə təhqir edirdi. Məhz bunun nəticəsində institutda işləyən alimlik dərəcəsi olan işçilərlə deyil, yalnız Qələndər İsbəndiyarovla müddətsiz müqavilə bağlanıldı.

Aprel ayının 5-i sınaq müddəti başa çatdı. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iclasda 5 nəfərlə sınaq müddəti ilə bağlı təkbətək görüş keçiriləcəyini söylədi.

Buna baxmayaraq töhmət alanlardan heç biri ilə təklikdə görüş keçirilmədi. İnstitutun İdarə Heyəti sədrinin köməkçisi Cəmilə Əbusətova şöbəyə zəng edərək mənə könfrans zalına qalxmağımı söylədi. Konfrans zalında məni kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev gözləyirdi.

İsaməddin Xamoyev mənə “mən bu məsələni Klavdiya Qəmbərova və Samirə Qaramollayevanın yanında danışa bilərdim. İstəmədim kimsə bilsin. Siz də çıxanda şöbədə məlumat verməyin.

Şəlalə xanım Sevinc söhbətində adınız hallanır, bu məsələni necə edək, necə düşünürsüz” söylədi. “Rəhbərlik bu qənaətə gəlib, siz yazırsız, rəhbərlik yazsa istənilən halda maddə ilə əsaslandıra bilər”. Mən böyük bir təəccüblə o məsələləyə qarışmadığımı, izahat yazmadığımı, İdarə Heyətinin sədri ilə görüşmək istədiyimi söylədim. İnstitut rəhbəri ilə görüşdüm.

Ona əmrimiz veriləndən institutun nüfuzunu yüksəltmək üçün iki hüquq elmlər doktoru Kamran Behbudov və Fərhad Mehdiyevi dəvət edərək yüksək səviyyədə beş təlim təşkil etdiyimi söylədim. (Mənə görə təlimlər tamamilə təmənnasız keçirilirdi).

Gördüyüm bütün işlərin (Keçirdiyim təqdimatın, hazırladığım hüquqi rəylərin, Avropa Insan Hüquqları Məhkəməsinin qərarları üzrə məlumatların) hamı tərəfindən bəyənildiyini söylədim. İnstitutun rəhbəri tək kəlmə belə kəsmədi. Xidməti otağından çixanda “Ramazan ayıdı, oruc tutmuşam. Haqsızlıq etməyin, övladlarınızın qarşısına çıxa bilər” dedim.

Şöbəyə düşərək şok vəziyyətində başıma gələnləri danışdım. İşdən çıxıb evə gedəndə Samirə Qaramollayeva (05 aprel 2023, saat 17:14, telefonun tarixcəsində öz əksini tapır) mənə zəng etdi.

“İsaməddin müəllim zəng edir niyə cavab vermirsiz” söylədi. Mən başıma gələnləri yolda yoldaşıma danışdığımı, zəngini eşitmədiyimi söylədim. “Sizinlə danışmaq istəyir. Məndən sonra zəng edəcək cavab verin” söylədi. Zəng etdi, cavab verdim. Bu dəfə də mənə “10 gün, 1 ay, 2 ay, iş tapana kimi möhlət istəyə bilərdiz, Səhər gəlin danışaq” (05 aprel 2023, saat 17:15, telefonun tarixcəsində öz əksini tapır) söylədi.

Səhər gəlib görüşəndə “möhlət istəmədiyimi, həyat yoldaşımla əşyalarımı götürməyə gəldiyimizi” söylədim. Dəfələrlə sakitləşim, qalıb işləyim deyə israr etdi. Qarşıda attestasiya olacağını söylədi.

12 aprel 2023-cü il tarixində güya Fərid Ələkbərov mənim haqqımda şikayət edib. Nə üçünsə bu şikayəti mənə 14 aprel 2023-cü il tarixdə təqdim etdilər və bu məsələnin araşdırılacağını, adları çəkilən bütün şöbə əməkdaşlarının izahatlarının alınacağının gələn həftə baş tutacağını söylədilər. 17 aprel 2023-ci il tarixində kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevə yaxınlaşaraq bu şikayətin qərəzli olduğunu, ikinci töhmət üçün hazırlandığını yəqin etdiyimi və əmrimin verilib, əmək kitabçama söylədiyi naməlum maddənin yazılmasını istədim.

Məni əməkdaşların yanında “qanmaz” adlandırıb təhqir etdi. İşdən azad olunmaq haqqında söhbətin olmadığını söylədi. Təsadüfən növbəti gedişimdə İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova gəldi. İsaməddin Xamoyev işdən azad olunmağım barədə şöhbətin böhtan olduğunu söylədi. (Az öncə söylədiyim kimi telefon danışıqları, İdarə Heyətinin sədri ilə görüşüm sübutdur)

Bu şikayətin qurma olduğunu, öz xahişimlə işdən çıxmadığım üçün əvvəlcədən planlaşdırıldığını düşünürəm. Çünki bir neçə ay öncə Fərid Ələkbərov institutun keçmiş rəhbəri Aytən İnqlab qızı Mustafazadə haqqında “mənə desəydi mən Esmira Orucovanın Əmək Məcəlləsinin bir sıra maddələri ilə qovulmasına kömək edərdim” demişdi. Dediyi məzmunda şikayət mənim üçün hazırlanıb.

Mənim üçün növbəti töhmətin hazırlanacağını yəqin edib Azərbaycan Respublikasının Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edib (Bilet №A-0134) məlumat verdim. Mənə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovla görüşün altı ay ərzində ola biləcəyini, ilkin qayda olaraq Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevə və Gündüz Kərimova məktubla müraciət etməli olduğumu söylədilər.

Baş verən haqsızlıqlarla bağlı güclü stres keçirdim. Qeydiyyatda olduğum Sumqayıt şəhər, 8-ci miktorayonda yerləşən Poliklinikaya müraciət etdim, hipertonik kriz diaqnozu ilə üç gün müalicə olundum. Vəziyyətim nisbətən normallaşdıqdan sonra bülletenlə işə qayıtdım.

Mərkəz digər bir binaya köçdükdən sonra, mənə rəhbərliyin qərarı ilə otağımı dəyişməyi söylədilər və məni İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədovun otağına köçürdülər. Araz Abdullasoy çalışdığım “Hüquqi tədqiqat” şöbəsinə müdir təyin olunub, şöbənin ilk iclasını keçirən zaman bu günə qədər şöbədə xoşagəlməz nə baş veribsə keçmişdə qalmasını xahiş etdi.

Fərid Ələkbərov adımı çəkmədən “o adamla axıra kimi varam. Mübarızəmi davam etdirəcəyəm” söylədi. İsaməddin Xamoyevə yaxınlaşaraq iş ahəngi pozulmasın deyə günahim olmasa da öz istəyimlə Fərid Ələkbərova şifahi üzrxahlıq etməyə razı olduğumu söylədim.

16.05.2023-cü il tarixdə İsaməddin Xamoyev iş otağıma yaxınlaşaraq məni Fərid Ələkbərovun otağına dəvət etdi və Fərid Ələkbərova üzrxahlıq etmək istədiyimi söylədi.

Fərid Ələkbərov üzrxahlıq qəbul etmədiyini və mübarizəsini dava etdirmək istədiyini söylədi. Fərid Ələkbərovun bu haqsızlıqlarına son qoyulsun deyə institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ilə görüşmək istədim, köməkçisi Cəmilə Əbusətova hər zamankı kimi hazırda məni qəbul edə bilməyəcəyini söylədi. İsrarla içəri daxil oldum.

Qarğış etmədiyim halda Məhəmməd Quluzadə ayağa qalxaraq “uşaqlarıma qarğış etmisən deyərək” əl-qol hərəkətləri ilə məni otaqdan qovdu. Məni hər gün stres vəziyyətinə salmaları və alçaltmalarına dözməyərək Məhəmməd Quluzadəyə Prezident Aparatına şikayyət edəcəyimi söylədim. Cavabında “Get hara istəyirsən de” söylədi.

Məlum hadisələrdən sonra institutda dəfələrlə haqsızlığa uğramışam. Avropa Insan Hüquqları Məhkəməsinin otuz iki qərarı üzrə kompleks məlumatları hazırlamağıma baxmayaraq təlimə dəvət almadım. Institutda keçirilən təlimə bu qərarlarla bağlı heç bir tapşırıq icra etməyən bakalavr təhsilli hüquq redaktoru Günay Əliyeva, bu qərarlarla bağlı heç bir iş təqdim olunmayan Səidə Həsənzadə dəvət alıb iştirak etdilər.

Dəfələrlə məqalələrim dərc olunsa da institutun internet saytında paylaşılmasına rəhbərlik icazə vermədi. Nə üçün yuxarıda qeyd etdiyim əməkdaşlar dəfələrlə təhdid, təhqir etdikləri halda (rəhbərliyin məlumatı var, nə üçün bəs onlarla qarşı tədbir görülmür sualını verdiyimdə, görüləcək cavabı verilsədə, heç bir tədbir görülmür) təlimlərdə iştirak edir, məqalələri dərc olunur.

Fərid Ələkbərov ixtisasca hüquqşünas deyil. Necə olur ki, Hüquq və İnsan Haqları Institutunda Hüquqi Tədqiqat şöbəsində Hüquq tədqiqatçısı vəzifəsində çalışır.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il 1685 saylı fərmanına əsasən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində olan “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir. Belə olan halda AMEA Hüquq və İnsan Haqları İnstitutunda müddətsiz əmək müqaviləsi ilə işləyən alimlik dərəcəsi olan əməkdaşlar hansı əsasla sınaq müddəti ilə işə götürülür.

Bundan əlavə Məhəmməd Quluzadə hansı maraqlara görəsə görkəmli alimləri səbəbsiz işdən çıxarır,dissertantları şöbə müdiri təyin edir.Məsələn dissertant Araz Abdullasoyu çalışdığım Hüquqi tədqiqat şöbəsinə müdir təyin etmişdi.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində olan “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunandan əməkdaşların böyük əksəriyyəti məcbur edilib öz xahişi ilə işdən azad olunub. Onların bir qismi qanunsuz, əsassız olaraq, müddətsiz müqavilə bağlamalı olduğu halda işdən azad edilir. Digər qismi isə stresli iş rejimindən bezərək işdən gedirlər.

İnstitutun əməkdaşlarından Elvira Kazımova, Aygün Əliyeva rəhbərliyin təziqi altında öz xahişi ilə işdən azad edilmələri barədə ərizə yazmağa məcbur edilənlərdəndirlər. Elvira Kazımovanın şikayəti əsasında məkhəməsi 18.05.2023-cu il tarixində keçiriləcəkdir. Hər bir halda hamıya öz xahişi ilə getməsi barədə ərizə yazdırılır.

Yaxşı, stressiz iş yerindən, düzgün idarə edilən təşkilatdan dörd ay ərzində əməkdaşlar nə üçün getməlidir?

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədovun, İdarə Heyətinin sədr müavini Natavan Rüstəmovanın, kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevin heç birinin idarəçilik qabiliyyəti yoxdur. Bu insanlar yalnız izahat və töhmət işi ilə məşğuldurlar. Mən pis işçiyəmsə 18 il elmi və pedoqoji fəaliyyətim döründə nə üçün hətta şifahi xəbərdarlıq belə almamışam?

Şəhid və qazi ailələrinə, təhsil haqqını ödəyə bilməyən tələbələrə imkanım daxilində köməklik edirəm.

Rəhbərliyin davamlı təzyiqlərinə məruz qaldığım üçün, eyni zamanda qanuna zidd olaraq işdən azad olunmağım barədə əmr verilməmiş mənim institutun binasına buraxılmamağım barədə götəriş verildiyinə görə və əmək kitabçama hər hansı bir əsassız maddə ilə ləkə düşməsin deyə məcbur qalıb 17.05.2023-cü il tarixində mən də məcburən işdən azad olunmağım barədə başqa məcbur qalanlar kimi öz xahişimlə ərizə yazdım.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq
 
Ardını oxu...
Kardiologiya inistutu ilə bağlı Səhiyyə naziri Teymur Musayevi susduran "səbəblər”, yaxud da rənglər...

Səhiyyə sistemində nazirlər dəyişsə də, təbiblər yenilənsə də,islahatlar aparılsa da, yer yerindən oynasa da toxunulmaz olan, nə vəzifəsi, nə də ki, fəaliyyəti dəyişməyən, zamana və nazirlərə meydan oxuyan kadrlar hələ də qalır. Sabirin "millət necə tarac olur-olsun nə işim var” prinsipi ilə ancaq öz şəxsi maraqlarını, ambisiyalarını təmin edən belələrinə qarşı sanki sanki ölkə qanunları da keçərsizdir.

MiliYol xəbər verir ki, belə toxunulmaz şəxslərdən biri də bütün nazirlərin ürəyini ram edə bilən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovadır. Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən G.Dadaşova bu gün də eyni ampuladadır. Görünür toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi nazirlərin yerini dəyişəndə də G.Dadaşova üçünn fərq eləmir.

Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu adını alan G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın "şirinliyi” olaraq təyinat almışdı. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də "Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.

Verilən məlumatlara görə Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra narazılıqlar kütlıvi artmış qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub.

İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb.

Nahaqdan deyil ki, Səhiyyə nazirliyində hələ də onu ciddi şəkildə müdafiə edən qüvvələr var. Məhz bu arxayınçılıq G.Dadaşovaya bu qədər özgüvən,əminlik verir. Əks təqdirdə bir elm-səhiyyə ocağını bu qədər amansızcasına məhv etmək olmazdı.

Görünür Səhiyyə naziri Teymur Musayevi də susduran "səbəblər”, yaxud da "rənglər” mövcuddur. Ölkə səhiyyəsində inqilabi islahatlar aparmalı olan nazirliyin və onun yeni təyinat alan, böyük etimad göstərilən rəhbərinin Kardiologiya institutunda baş verənlərə seyriçi qalması, heç bir reaksiya verməməsi haqlı suallar doğurur.

Son mılumatlarda bildirilir ki səhiyyə nazirliyin inistutda keçidiyi monitorniqin nəticələri mənfidir lakin direktorun nazirliklə anlaşdığı da bildirilir. Qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları və arayışların verilməsi üçün bazar açılıb, amma Səhiyyə nazirliyi hələ də qımıldanmır.

Bu birbaşa dövlət başçısının, şəxsən birinci vitse prezident Mehriban xanımın səhiyyə sahəsində apardıqları islahatlara qarşı sabotajdır. Cənab prezidentin yürütdüyü siyasətə qarşı belə sayğısızlıq, görülən işlərə badalaq vurmaq kimlərin maraqlarına xidmət edir, kimlərin sifarişidir?

Hər halda baş verənlərə başqa ad vermək mümkün deyil. Bütün bu eybəcərlikləri heç nəylə, heç rənglə ört-basdır etmək mümkün deyil. Hətta "Sobsan” boyaları belə bu dəfə acizdir...

Qlobal.az

Tamara Nurəliyevanın TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən heç bir il keçməyib. O, bu vəzifəyə ötən ilin avqustunda təyin olunub. Sentyabr ayında isə TƏBİB Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Əvvəlki direktor Məcid Əliyevdən sonra elektron media resurslarında Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan məlumatlar onu göstərir ki, sözügedən səhiyyə ocağında heç bir yenilik baş verməyib, rüşvətxorluq elə əvvəlki qaydada da tüğyan edir. Yəni yeni direktor Tamara Nurəliyeva da əvvəlki direktor Məcid Əliyev kimi Vüqar Qurbanova arxalanıb istədiklərini edir.

Elə rayon sakinlərinin mətbuata etdikləri şikayətdə də bundan bəhs edilir. Sitat: Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş direktor Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadın əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanada işlə təmin edəcəkdir. Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Kadrlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – “ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın “şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqbi də varmış (ləqəbi balkon). Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

Bu şikayət Tamara Nurəliyevanın Zaqatala rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən qısa vaxt sonra yayılanlardan biridir. Eyni şikayətlər bir il bundan əvvəl də olunmuşdu. Rayon xəstəxananın direktoru dəyişsə də şikayətlərin motivi dəyişməyib. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətdə sözügedən səhiyyə ocağında rüşvətxorluğun baş alıb getdiyi bildirilirdi. Bunun da başında elə onda da, indi də kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın dayandığını yazırlar.

Bəs kimdi Gülnarə Ömərova?

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu ya yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər. Bu isti münasibətlərin nəticəsi olaraq hazırda Gülnarə Ömərova Zaqatalada oturub ətraf rayonlarda da səhiyyə ocaqlarına rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Hətta xəstəxananın yeni direktoru Tamara Nurəliyevanın da kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın əli ilə təyinat aldığı söylənilir. Bir sözlə, Gülnarə Ömərova TƏBİB-in icraçı direktoru tərəfindən ona verilmiş qeyri rəsmi səlahiyyətlərdən geninə-boluna istifadə edir. Hətta təkcə Zaqatala rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinə müdirlik etmədiyini, onun həm də bəzi xanım kadrlara rəhbərlik etdiyi söylənilir.

Bəs görəsən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun Zaqatalanın Mərkəzi Xəstəxanasında baş verən rüşvət və korrupsiya halları qalsın bir yana, bir sıra xoşagəlməz hallardan, bölgədə yayılan video sujetlərdən xəbəri varmı? Qohum kimi, dost kimi etimad etdiyi Gülnarə Ömərovanın əməllərinin icraçı direktorun vüqarına xələl gətirmədiyindən də həmçinin.

 

 

Ardını oxu...
    

Haqqında bəhs edəcəyimiz dövlət qurumu barəsində qısaca məlumat verək. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA - Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən Mina Təmizləmə Agentliyi və İcra Orqanı.
Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). Ərazilərimiz işğaldan azad olunandan sonra hətta ANAMA-nın regional idarələri (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) yaranmağa başlayıb. Hər idarənin özünün xeyli işçisi, mütəxəssisləri olacaq. Hətta bir müddət əvvəl qurum xeyli sayda həkim-terapevti, həkim-anestezioloq-reanimatoloqu, həkim-travmatoloq-ortoped və s üçün iş elanı vermişdi.
Sözümüzün canı odur ki, ANAMA vacib dövlət quurmlarından biridir. Amma təəssüf ki, qurumda neqativ hallar baş verir. Məsəslən, bir neçə ay öncə Hesablama Palatası qurumda keçirdiyi auditin nəticəsini açıqlamışdı. Açıqlamadan bəlli olur ki, qurum öz üzərinə düşüən vəzifəni yerinə yetirə bilmir, xeyli mənimsəmələr var, hətta konkret olaraq söhbət 3 milyon 297 min manat dövlət vəsaitindən gedir. Qurum aldığı malların qiymətlərini xeyli şişirdir. 504 min manat dövlət büdcəsinə vergi ödənilməyib, 29 milyon manat məbləğində ödənişlərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsinə yol verilib və daha nələr.
Bütün bunlardan əlavə son bir neçə ayda xeyli sayda vətəndaşımızın minaya düşərək həlak olması da qurumun fəaliyyətindəki ciddi problemdir. Hər gün oxuyuruq ki, filan bölgədə sakinlər, yaxud hərbçilər minaya düşüb. Görəsən ANAMA nə üçün üzərinə düşən işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Çünki…
Birinci başa düşmək lazımdır ki, ANAMA haradasa hərbiləşmiş, hərbi təyinatlı qurumdur. Amma ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan köhnə dostlarını, tanışlarını gətirib ANAMA-ya doldurub. Bu adam anlamır ki, ekologiya hara mina təmizləmək hara..?
Burada daha çox hərbçilər çalışmalıdır. Məsələ orasındadır ki, ANAMA-nın sədri özü də bu sahə üzrə mütəxəssis deyil. Bəli, “minatəmizləyənlərin böyüyü” Vüqar Süleymanov tarix müəllimidir. Əgər şübhəniz varsa, buyurun tanış oldun. Vüqar Süleymanov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində tarix müəllimi olub. Sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri olub. 2021-ci ilin fevral ayından isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. İndi özünüz fikirləşin. Əlavə şərhə ehtiyac varmı..?
Deməli, belə davam edərsə, hələ çoxumuz minaya düşəcəyik.
P.S. Ekologiyadan mina təmizləməyə gedən Sevda xanımın iş prinsipi haqqında növbəti sayımızda....
 //gundelik-baku.com//

Ardını oxu...
    

Sumqayıtda iş adamlarının milyonlarla vəsaitinin mənimsənilməsi ilə bağlı ölkə mediasında geniş bəhs olunub. İki ilə yaxındır ki, şəhər icra başçısı Zakir Fərəcovun haqsız təzyiqləri ilə üzləşən onlarla iş adamının müraciətlərinə baxan yoxdur. İcra başçısı haqqını tələb edən insanları polisin əli ilə işgəncələr məruz qoymaqda davam edir. Sumqayıtda haqqını tələb edənlər şəhərdə yaşamaqdan məhrum edilir. Zakir Fərəcov qoçuları və Adil Xudadatov kimi yaxınlarının əli ilə aldatdığı iş adamlarına həmişə vədlər versədə sözünə əməl etməyib. Verdiyi vədləri pozan icra başçısı sahibkarları hədələməkdə davam edir.
Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar , eləcə də işlərin icrasını həyata keçirən iş adamları və fəhlələrin bir qismi dəfələrlə Prezident Adminstrasiyası önündə toplaşıblar. Onlar Baş prokurorun və digər səlahiyyət sahiblərinin qəbulunda olublar. Ölkə rəhbərliyi Zakir Fərəcova iş adamlarına olan borcu qaytarmağı tapşırsa da icra başçısı verilən tapşırıqlara məhəl qoymur. İş adamları ilə görüş zamanı pulları qaytaracağını bildirsədə bir müddət keçəndən sonra verdiyi sözə əməl etməkdən boyun qaçıran Fərəcovun milyonlarla dövlət vəsaitini mənimsəməsi etirazlara səbəb olub. İcra başçısı Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması üçün iş adamlarından aldığı vəsaiti mənimsəyəndən sonra dövlətin ayırdığı vəsaitləri də oğurlamağı bacarıb. Belə ki, iş adamlarının 12 milyon manat borcunu qaytarmaq əvəzinə dövlətin ayırdığı pulu bacısı oğlunun adına açdığı MMC-yə köçürərək “yox” edə bilib.
İş adamlarının milyonlarla vəsaitini qaytarmaqdan imtina edən icra başçısı onların susması üçün bütün qanunsuz vasitələrə əl atır. Bu günlərdə iş adamlarını qəbul edən icra başçısı açıq şəkildə onlara birldirib ki ” 50 min manat verib hamınızı həbs etdirərəm”

Cumhuriyyet.net


Ardını oxu...

Hörmətli oxucular! Bəlkə də bir kimsə bu məqalənin başlanğıcını oxuyub öz-özünə sual verəcək ki, bir qədər gözdən uzaq, könüldən qıraq ərazidə fəaliyyət göstərən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına 2020-ci ildən rəhbərlik edən İlham Sofiyev, həqiqətənmi andi içdiyi “Hippokrat andı”na xəyanət edir? Yaxud da, bu şəxs hələ də daşıdığı vəzifəsinin mahiyyətini və əhəmiyyətini lazımınca qiymətləndirməyi bacarmır? Əslində Ağstafa MRX-na rəhbərlik edən İlham Sofiyev and içdiyi “Hippokrat andı”nın mahiyyətini də, əhəmiyyətini də gözəl başa düşür. Amma, ortada bir nüans var, o da bu şəxsin spirtli içkilərə hədsiz sevdasının olmasıdır. Məhz, belə bir səbəbdəndir ki, bu gün İlham Sofiyevin adı ətrafında belə bir fikrin formalaşıb və bu şəxsin içki düşkünü olması ictimai müzakirələrə səbəb olur. Bir anlığa diqqət yetirək ki, Ağstafa MRX-sı Publik Hüquqi Şəxsin baş həkimi İlham Sofiyevə, adı çəkilən bu səhiyyə müəssisəsində xəstələrə göstərilən xidmətin göstəricisi və yaxud da bu və digər məsələlərlə bağlı iş saatları zamanı sual verdikdə o, “Bilirsən nə var, bir də mənə səs göndərməyin, ling göndərməyin, şantaj eləmək istəyirsinizsə işinizdə olun. Oldumu! Mənim Allahım var, hökmətim var, dövlətim var, gözü görür. Siz işinizdə olun. Bir də mənə səs göndərməyin. Əəəgüstə dura bilmirəm, “dubl” piyanam. Danışığına da sən fikir ver. Mən həyatımda Allah adamıyam, içki deylən o, o….. Alikdə sənin kimi deyirdi, “gedirəm otağında ayıq tapmıram”. Mən içki içirəm, bir az ağıllı olun, ağıllı olun və işinizdə, işinizə ……. Mən səhər tezdən başdayıram, hardasa “zavtrak”dan. Axşama zornan yekunlaşdırıram. Vallah, deyirsən, mən başdyanan savaxnan günortanı itirerəm. Tezdən başdıyaram gözümə görünməsin ki, savax nə vaxt olur, günorta nə vaxt olur. Nə bilim, ayılanda savax saat 7-yə, 8-ə işləmiş, onnan başdıyıram, gecə saat 10-a kimi, onnan sonra gözümə yuxu gedir, savax bir də başdayıram. Mən gejiynən gündüzü itirmişəm, mən həddinən çox içirəm”.

Bəli, bütün bunlar Ağstafa MRX-na rəhbərlik edən İlham Sofiyevə, iş saatları zamanı əməkdaşımızın bu və digər məsələlərlə bağlı ünvanladığı suallara verilən cavablardır. O halda ortaya belə bir sual çıxır ki, görəsən bu kimi göstəriciləri özündə cəmləşdirən və hal-hazırda Ağstafa MRX-na rəhbərlik edən bu şəxsin atdığı addımlarla bağlı səhiyyə naziri cənab Teymur Musayev xəbərdardırmı? Əgər xəbərdar deyilsə, o halda cənab Nazirdən onu xahiş edərik ki, həm Ağstafa səhiyyəsində lazımi yoxlamaların həyata keçirilməsinə göstəriş versin, həm də baş həkim vəzifəsini daşıyan İlham Sofiyevin “dubl” vəziyyətdə etdiyi çıxışa diqqət yetirsin. Yəqin ki, o halda Ağstafa səhiyyəsinin “etibarlı əl”də olduğu bəlli olacaq.

Mövzuya qayıdacağıq.

Deryaz.az



Ardını oxu...
 
Ardını oxu...
Teref.az yazır ki, Qazax rayonunda yaşayan şəhid ailəsi dövlət başçısına müreacət ünvanlayıb. Bir surətidə Teref.az-ın poçtuna daxil olmuş müraciəti oxuculara təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI.

CƏNAB İLHAM ƏLİYEVƏ.
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.

HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

Qazax rayon İcra Hakimiyyətinin Başçısı.

Cənab Rəcəb Babaşova.



Qazax rayon, Fərəhli kəndində yaşayan, Şəhid anası, 5 oğul anası, Qəhrəman ana, Qurbanova Hamaya Mustafa qızı və Qurbanov Mahmud Məqsəd oğlu tərəfindən.
Bildirmək istəyirəm ki, Qazax rayon, Fərəhli kəndində anadan olmuşam, Vətənim Azərbaycana 5 oğul böyütmüşəm, oğlanlarımın İkisi Qoşqar və Mahmud Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olublar, bir oğlum mərhum Qurbanov Qoşqar Məqsəd oğlu 2014-cü ildə 707 nömrəli hərbi hissədə döyüş tapşırığın icra edərkən qəhrəmancasına şəhid olmuşdur.

İkinci oğlum Qurbanov Mahmud Məqsəd oğlu 2002-ci ildən 2004-cü ilədək 706 nömrəli hərbi hissədə, 2010-cu ildən 2017-ci ilədək 707 saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə ağır xəstəliklə əlaqədar Silahlı Qüvvələrdən təxris olmuşdur.

Qeyd etmək istəyirəm ki, oğlum Qurbanov Mahmud Məqsəd oğlu xəstədir, hərbi xidmət zamanı demək olar ki, yarı can olmuşdur, belə ki, oğlum 2011-ci ildə travma almağı haqqında arayışı 2017-ci ildə təxris olan zaman (cərrahi əməlliyat olduğu) ağır xəstə olduğu üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidməti vəzifələri yerinə yetirməklə əlaqədar xəstəlik qərarı verilmişdir.

Hal-hazırda oğlum Mahmud 2-ci qrup hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar əlildir.

Oğlum öz müalicəsinin və 8 nəfər ailə üzvlərinin yaşayış tərzinin normallaşması barədə kiçik sahibkarlıqla məşğul olmaq üçün 1 sot torpaq sahəsi ayrılması barədə Qazax rayon İcra Hakimiyyətinə dəfələrlə yazılı və şifahi müraciət etdi, Lakin müraciətinə baxan olmadığı üçün Bakı şəhərində yerləşən Prezident Admistrasiyasında Zöhrab müəllimlə görüşdü. Zöhrab müəllim oğluma bildirdi ki, get rayona Qazax rayon İcra Hakimiyyətinin Başçısına göstəriş verəcəyik sənə sahibkarlıq üçün 75 kv torpaq sahəsi ayıracaq. Qayıtdıqdan sonra oğlum Qazax rayon İcra Hakimiyyətinin Başçısının 5 dəfə qəbulunda oldu ki, həm işlə, həmdə torpaqla təmin edilsin. 3 ay müraciətimizə cavab verilmədi, bu boyda Qazax rayonunda hər pulu olana hər şey tapıldı, lakin oğluma 75 kv torpaq ayrılması üçün yer tapılmadı. Sonradan 6-cı dəfə oğlum Qazax rayon İcra Hakimiyyətinin Başçısının qəbuluna getmək istədi, bu zaman müavin Məmməd müəllim ona bildirdi ki, obyekt tikmək üçün torpaq sahəsi yoxdur, böyük xəstəxananın yanında Dədə Qorqut parkında 35 kv yer verdi ki, fundament qaz və 40 sm kubuklə hörgü işləri apar və üstündə plastiklə şüşəli et, oğlum da razı olub işə başladı, fundament qazıb beton tökdü, bir min manata yaxın borc edib işə başladı, lakin axşam Qazax rayon İcra Hakimiyyətinin göstərişinə əsasən həmin ərzidə tikinti işlərini dayandıraraq tökülən materialı maşına yığıb harasa apardılar, mənə yenidən tikintiyə qadağa qoydular.m ki, vvv

Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum Mahmudun himayəsində mən yaşlı anası, öz ailəsi 4 nəfər və şəhid oğlumun ailəsi 3 nəfər hamısı bir yerdə yəni 8 nəfər oğlumun himayəsindədir.

Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 01.05.2023-cü il tarixdə icra hakimiyyətindən utanmadan biabır olacağınız şəkildə mənə məktub yazırsız, belə ki, yeri Siz göstərib, yaşıllığı təmizləyib, sonra tikintiyə icazə verirsiz, mənə maddi ziyan vurursuz, ardınca yazırsız guya həmin yeri mən zəpt etmişəm. Ar Olsun Sizi kimi nankor məmurlara.

Sizdən xahiş edirəm ki, oğluma Qazax rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əvvəl ayrılmış Dədə Qorqut parkında 35 kv yerdə yüngül konstruksiya işləri (plastik və şüşə olmaqla) aparılmasına icazə verəsiniz.



24.05.2023-cü il. İmza: Qurbanova Hamaya Mustafa qızı.

Qurbanov Mahmud Məqsəd oğlu.

Dünyapress TV

Xəbər lenti