Ardını oxu...
Məlumdur ki, 30 illik Qarabağ müharibəsindən sonra bizə ərazisi erməni faşistləri tərəfindən minalanmış yüzlərlə kənd, qəsəbə, şəhər qalıb. Hətta son 2 ildə nə qədər mülki vətəndaşlarımız minaya düşərək həlak olublar.
Hətta imzalanmış rəsmi sənədə baxmayaraq bu günədək Ermənistan tərəfi Azərbaycana minalanmış ərazilərin xəritəsini verməyib, daha doğrusu, verdiyi sənədlər də düz deyil. Hansı ki, beynəlxalq konvensiyalarda bu problemlə bağlı ciddi öhdəliklər var.
Sözün qısası, Azərbaycanda mina məsələsi hələ uzun illər ciddi problem olacaq.
Məhz buna görə də, ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ( ANAMA ) üzərinə ciddi vəzifələr düşür. Məlumdur ki, istənilən dövlət qurumunun necə fəaliyyət göstərməsinin birinci şərti quruma rəhbərlik edən şəxsin bu sahədə peşəkar olmasıdır. Çünki birinci şəxs peşəkar, təcrübəli mütəxəssis olmayanda qurumun işi həmişə aşağı səviyyədə olur.
Təsəvvür edirsinizmi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ( ANAMA ) İdarə Heyətinin sədri Vüqar Əhəd oğlu Süleymanov tarix müəllimidir. Adam istər-istəməz düşünür ki, TARİX MÜƏLLİMİ hara, MİNA TƏMİZLƏMƏK hara..?
Gəlin, qısaca da olsa Vüqar Süleymanovun ömür yoluna nəzər salaq. O, 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. O, 2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri olub. 21.04.2020-ci il tarixdən sonuncu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri olub. Və 2021-ci ilin fevral ayından Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
İndi özünüz fikirləşin. Bu adam BDU-da tarix müəllim işləyir və birdən özəl sektora keçir, sonra olur Ekologiya və Təbii Sərvətlər Nazirliyində BAŞ MƏSLƏHƏTÇİ.... Görəsən tarix müəllimi olan Vüqar Süleymanov ekologiya ilə bağlı necə baş məsləhətçi ola bilərdi..? Hələ bu harasıdır..? Nazirlikdə Aparat rəhbəri olmaq, təxminən nazirdən sonra ikinci şəxs deməkdir. Görəsən tarix müəllimi olan Vüqar Süleymanov ekoloq olan nazir müavinlərinə necə məsləhətlər, tapşırıqlar verirdi..? Hələ bu harasıdır..?
Tarix müəlliminin mina axtarması, minanı zərərsizləşdirməsi lap adını çəkmədiyimiz bir qurumda Nizami Hüseynovun Analitik İdarənin rəisi olmasına bənzəyir.
Vallah bura sözün bitən yeridir. Belə getsə, hələ uzun illər partlamamış minalara çox düşəcəyik.
gundelik baki.com
 
Ardını oxu...
"Bəzən qanunları hörümçək toruna bənzədirəm: zəiflər o tora ilişir, güclülər isə onu dəlib keçir" - Onore de Balzak (fransız yazıçısı)
Önsöz: Əmək Nazirliyi yanında Respublika Əlillərin Bərpa Mərkəzininin Bakıdakı ünvanını "google map" vasitəsilə yazdığınız zaman, qarşınıza xəritə çıxır, həmin xəritənin rəy bölməsində Bərpa Mərkəzi haqqında bir-birindən "əlvan" şərhlərə rast gəlirsiniz. Mən deyərdim, ölkənin bir nömrəli problemli, başdan ayağa qüsurlu və təzadlı qurumu olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ya da qısaca Əmək Nazirliyi) sözün bütün mənalarında hələ bu cür tanıdan ikinci bir daxili quruma rast gəlməmişdim. Allah xalqımızı özlərinin bərpaya ehtiyacı olan Əmək Nazirliyi və onun bu adı hallanan "əlil" qurumundan qorusun.

Saatlı rayon sakini, bronxial-astma xəstəliyindən əziyyət çəkən Sarvan Sarxanov və onun atası redaksiyamıza müraciət edərək, bildirib ki, Sarvan uzun müddətdir adıçəkilən xəstəlikdən əziyyət çəkdiyi üçün rayon xəstəxanasında, daha sonra isə Ağciyər İnstitutunda müalicə görüb, xəstəliyi ilə əlaqədar həkimlər rəy veriblər. Lakin onlar bu rəylə ƏƏSMN yanında Respublika Əlillərin Bərpa Mərkəzinə müraciət etsələr də, heç bir nəticəyə vara bilmirlər - Bərpa Mərkəzi nə xəstənin xəstəliyini təsdiq edir, əlillik sənədini verir, nə də "sən sağlamsan" deyir. Beləcə ötən ildən bəri xəstə və atası rayon-Bakı arasında get-gələ düşüb, süründürməçiliyə məruz qalıblar. Problemlə əyani tanış olmaq üçün vətəndaşla birgə adıçəkilən Bərpa Mərkəzinə getdik. Səhər saatları burada o qədər çox adam olur ki, inzibati binanın qapısı görsənmir. Nəhayət, sıramız gəldi və biz binaya daxil olduq. Sarvan Sarxanovu qəbul edən xanım həkim həmişəki kimi yenə konkret bir fikir bildirmir, xəstə isə dil tökərək, əlindəki kağızları həkimə göstərirdi.

Daha sonra isə bizə qanunvericilikdən leksiya oxuyaraq, vətəndaşın F88 sənədinin altsistemdə olmadığını, bunun üçün də heç nə edə bilməyəcəyini bildirdi. Hansı ki, bu sənəd dəfələrlə xəstə tərəfindən altsistemə vurulsa da, Bərpa Mərkəzi bunu görməzdən gəlmişdi. Nəticədə isə bu sənəd öz keçərlilik müddətini (6 ay) bitirdiyindən keçərsiz hesab edilirdi. Xəstəxanalar xəstəyə "sən xəstəsən" deyib, üzərində həkim rəyi əks olunmuş sənəd verirlər, həmin sənədlər tibbi komissiyadan keçir, qurumun altsisteminə yüklənir, nə olursa, bax, elə ondan sonra olur. Nazirlik prosesi bilərəkdən süründürür, zaman ötür və sonra yenidən eyni müayinələri və stasionarları xəstəyə təkrar etdirir,

Problemlə əlaqədar Əmək Nazirliyinin Mətbuat Xidməti rəhbəri Fazil Talıbovla əlaqə saxladıq. O, bizi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya Şöbəsinin müdiri Tural Qurbanova yönəltdi.

Bəlkə də şikayətçiyə inanmazdıq, amma elə bizim özümüzə də eynisini dedilər, yəni sənədlərin vaxtı ötüb və xəstə yenidən əvvəl keçdiyi müayinələrdən təkrar keçib müalicələr almalıdır. Şöbə müdiri bildirdi ki, xəstənin F88 sənədi altsistemdə əks olunmadığına görə, onu qiymətləndirə bilmirlər. Gərək, xəstə yenidən əvvəl keçdiyi müayinələrdən keçə, müalicələr ala, tibbi komissiyanın rəyi ilə təsdiqlənə, ondan sonra verilən F88 altsistemə yüklənə və bu məsələyə baxıla. Bu prosedurun neçə dəfə təkrarlandığını artıq xəstə də xatırlamır...

Şöbə müdiri onu da bildirdi ki, tibbi komissiyanın rəyi və digər məsələlər barədə yaxşı olar ki, vətəndaş TƏBİB-ə müraciət etsin. Ancaq anlaşılmayan odur ki, burada TƏBİB-lik nə var? TƏBİB-in nəzdində olan bütün tibbi müəsisələr xəstənin xəstəliyini təsdiqləyib və rəy veriblər. Həmin rəyi qəbul etməyən, nala-mıxa vurub, min bir bəhanə ilə vətəndaşı yola verən, süründürməçiliyə salan elə məhz Bərpa Mərkəzinin özüdür. Daha sonra şöbə müdiri Tural Qurbanov da eynilə Bərpa Mərkəzindəki əməkdaşları kimi qanunvericiliyin üstünlüyündən, qanunları heç kimin poza bilməməsindən ağızdolusu danışaraq, yaranmış narazılıqla və süründürməçiliklə bağlı vətəndaşı məhkəməyə yönəltdi: "Narazısınızsa, məhkəməyə müraciət edin". Ancaq Tural Qurbanova xüsusi təşəkkür də düşür, digər həmkarlarından fərqli olaraq, ən azından, "gedin, kimə şikayət edirsiniz, edin" demədi.

Şöbə müdirinin, Bərpa Mərkəzindəki həkimin vətəndaşa qayda-qanundan mühazirə oxuması, mənə ingilis filosofu Frensis Bekonun bu ifadəsini xatırlatdı: "İşgəncələrin ən dəhşətlisi "qanun" adı ilə edilən işgəncədir".

P.S. Yolunuz bir gün Əlillərin Bərpa Mərkəzindən düşəsi olsa, öncədən "google map"dəki "al-əlvan" rəylərlə tanış olub, qurum barədə məlumatlı olmağa çalışın ki, daha sonra sürprizlə qarşılaşmayasınız.

P.S. Respublika Əlillərin Bərpa Mərkəzi ilə əlaqədar oxşar problemləri yaşayan vətəndaşların müraciətlərini də dinləməyə hazırıq.

Mətin Şükürlü, Bizimyol info
 
Ardını oxu...
" "Kristal Abşeron", bayramınız heç mübarək olmasın... Nə işıq yanır, nə su gəlir..." DİA.AZ bildirir ki, bu gileylə bir neçə dədiqə öncə tanınmış jurnalist Arifə Əliyeva paylaşım edib.

Ardını oxu...
Qeyd edək ki, jurnalistin iddiaları sosial şəbəkələrdə geniş rezonans doğurub və müzakirəyə səbəb olub.

A.Əliyeva isə öz növbəsində "Kristal Abşeron"a aid binada üzləşdiyi probelmləri sadalayıb. DİA.AZ onun qeydlərini təqdim edir:

" "Kristal Abşeron", o qədər keyfiyyətlsiz tikmisiz ki, kanalzasiya iyi də evlərin içinə verir...

Hər ay 23 manaf kommunal, 18 manat internet, 30 manat qaraj pulu ödəyirəm. Amma, xidmət keyfiyyətsiz.

Nə edək, ay "Kristal Abşeron"?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə ötən ilin payızında 65 min hektara yaxın sahədə əkin aparılıb.

Teref.AZ bildirir ki, Bizim.Media-nın yerli bürosuna Şəki rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən 65 min hektarın 32 min hektara yaxını arpa, 33 min hektara yaxını isə buğda əkinləri təşkil edir.

Rayonun Turan, Dəhnələr, Cəyirli, Qaratorpaq əraziləri əsasən dəmyə torpaqlar olduğundan və bu il qeyri-sabit hava şəraiti əsasən də yağmursuzluq fermerlərin çəkdiyi zəhmətin hədərə getməsi ilə nəticələnib.

Göz qaraldan boz sahələr

Yol boyu uzanan taxıl zəmiləri. İndi onların göz oxşayan, sünbülün-sünbülə dayaq duran vaxtı olmalıydı. Lakin ürək ağrıdan mənzərə ilə qarşılaşırsan, zəmilər boz çöllüyə bənzəyir. Artıq ikinci ildir ki, Şəkinin Turan qəsəbəsi daxil ətraf ərazilərdə əkilən min hektarlarla taxıl bitmir.

Ərazilər dəmyə torpaqlar olduğundan taxıllar ancaq yağış suları ilə qidalanır. Bu il isə yanvar ayından başlayaraq havaların quraq keçməsi ilk növbədə taxıl sahələrində məhsulun yetişməsinə mənfi təsir göstərib.

Fermer Davud Balaşov ötən il şəxsi torpaqları ilə yanaşı daha 80 hektarda icarə əsasında taxıl əksə də ili ziyanla başa vurub. Bu il də fermerin əkin sahələri boz səhranı xatırladır. Fermer deyir ki, müqavilə ilə 50 hektar taxıl əkirib. Bu isə fermerə 10-12 min manata başa gəlib.
Qonşuluqda əkin aparan fermer Şərif Qasımovun sözlərinə görə, hər hektara orta hesabla 500-600 manat xərc çəkilib. Şərif kişinin öz pay torpağında əkdiyi 15 hektardan taxıl götürəcəyinə inamı yoxdur.

Aqrar sığorta quraqlığa görə niyə yardım etmir?

Turan qəsəbə sakini Tərxan Kərimov bu il 45 hektarda əkin aparıb. O da digər fermerlər kimi ili ziyanla, əsasən də borcla başa vuracaq.

Deyir ki, aqrar sığorta daşqına, selə, digər təbii fəlakətlərə qarşı fermerin sahəsini sığortalayır. Lakin quraqlığa qarşı heç bir tədbir görülmür:

”Quraqlıq səbəbindən bu il məhsulumuz yoxdur. Aqrar sığorta da bizə quraqlığa görə yardım etmək fikrində deyil. Bir neçə dəfə müraciət etmişik. Doluya görə, leysana görə, qasırğaya görə sığorta var ancaq quraqlığa görə sığortadan boyun qaçırırlar. Dəfələlərlə sığorta idarələrinə müraciət etmişik hələlik bir nəticə yoxdur”.

T.Kərimov məsələ ilə bağlı fermerlərin Kənd Təsərrüfatı nazirliyinə də müraciət ünvanladığı, hazırda məsələnin araşdırma mərhələsində olduğunu bildirib.

Mütəxəssislər məsələni diqqətdə saxlayır.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Sahib Abdulhəmidov ilkin yaz aylarında dəmyə əkinlərdə kənd təsərrüfatı nazirliyinin müvafiq monitorinq qrupları ilə müşahidələr apardıqlarını və indiyə kimi rayon ərazisində 19 min hektara yaxın əkin ərazilərində taxıl məhsulu bitmədiyi haqda rəy verildiyini diqqətə çatdırıb:

“Sahələrin bitiş vəziyyətinə baxanda hiss olunur ki, burada yüksək fonda aqrotexniki qulluq həyata keçirilib. Ancaq bildiyimiz kimi rayon əsasən dəmyə ərazilərdə yerləşir. Taxıl əkinləri ancaq burada dəmyədə olduğuna görə taxıldan başqa heç nə əkmək mümkün olmadığından məcburdurlar ki, taxıl əksinlər. Əkilən taxıla göstərilən yüksək aqrotexniki qulluğa baxmayaraq , yüksək səviyyədə vəziyyət alınmasına baxmayaraq uzun sürən yağmursuzluq, quraq, anomal hava şəraiti taxılın məhv olmasına gətirib çıxarıb. Biz ayda iki-üç dəfə monitorinqlərə çıxır və sahələrin vəziyyəti ilə bağlı məlumatlar hazırlayırıq”.

Sektor müdiri bildirir ki, Şəkinin aran ərazilərindəki əkinlərin çoxu dəmyə torpaqlarda yerləşir. Aparılan müşahidə və monitorinqlər göstərir ki, Turan, Sarıca, Bolludərə, Qaratorpaq, Qayabaşı, Dəhnələr, Çayqaraqoyunlu, Şəki və başqa kəndlərin əksər əkinlərində məhsul bitməyib.

Məsələ ilə əlaqədar hazırda kənd təsərrüfatı nazirliyinin mütəxəsis qrupu rayonda monitorinqləri davam etdirir.

Fermerlər isə Kənd Təsərüfatı Nazirliyindən dəyimiş ziyanla bağlı tədbirlər görməyi xahiş edib. Belə ki, fermerlər aqrar sığorta qaydalarında dəyişiklik etməklə dəymiş ziyanın bir qisminin ödənilməsini mümkün hesab edir və müvafiq qurumlardan bununla bağlı xəbər gözləyirlər.
 
Ardını oxu...
Ağır vəziyyətdə Babək rayon Təcili Tibbi Yardım Stansiyasına çatdırılan rayonun Naxışnərgiz kənd sakini 19 yaşlı Ramal İmaməliyev orada komaya düşüb. Bu haqda „Gündəlik Naxçıvan“a məlumat verən gəncin atası Məhəmməd İmaməliyev, ağ ciyər xəstəsi olan oğlunun bu vəziyyətə düşməsində staniyanın həkimlərini günahlandırır. O deyir ki, həmin gün stansiyada məsul olan həkim tibbi sığorta çərçivəsində göndərişi verməkdən imtina etdiyi üçün, oğlunu vaxtında Ağciyər Xəstəlikləri Dispanserinə çatdıra bilməyib:
“Mayın 25-də səhərə yaxın vəziyyəti ağırlaşdığı üçün oğlumu Təcili Tibbi Yardım Stansiyasna götürdük. Buradakı məsul həkimi Xəlil Cəfərəliyev özü dedi ki, bizim bu cür xəstələr təcili müdaxilə etmək üçün imkanlarımız yoxdur və uşaq dispanserə aparılmalıdır. Qanuna görə, bu vəziyyətdə həkim təcili olaraq tibbi sığorta göndərişi yazıb, imkanları geniş olan xəstəxanaya göndərməlidir. Xəlil həkim isə dedi ki, mən göndəriş verə bilmərəm, gözlə səhər baş həkim gəlsin, sonra. Məcbur olub, baş həkimi gözləməli olduq. Oğlumunsa vəziyyəti onun gözünün qarşısında getdikcə ağırlaşırdı, qan qusmağa başladı. Bir müddət sonra isə komaya düşdü. Dispanser göndərişsiz qəbul etmədiyi üçün, məcbur qalıb baş həkimi gözləməli olduq“.
Məhəmməd İmaməliyev deyir ki, oğlunu dispanserə gec çatdırdığı üçün, o hələ də komadan ayılmayıb:
“Dispanserin həkimləri dedi ki, komaya düşmədən öncə gətirsəydiz, tez sağalacaqdı. İndi isə, onun sağalacağına ümid azdır, oğlum ölüm ayağındadır. Buna görə vaxtında göndərişi verməyən həkim məsuliyyət daşıyır”.
Şikayətçi deyir ki, həkimin səhlənkarlığı ilə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyinə şikayət etsə də cavab ala bilməyib:
“Bu səhlənkarlıq yox, cinayətdir. Bu həkim cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki insanların taleyi ilə oynayır. Təəssüflər olsun ki, onun nazirlikdə himayədarları var. Bu himayədarlarının hesabına ona dəyib, toxunan yoxdur.”
Məsələyə münasibət öyrənmək üçün Babək rayon Təcili Tibbi Yardım Stansiyası ilə əlaqə saxlasaq da, burada şikayətçinin iddialarına cavab vermək istəmədilər.
 
Ardını oxu...
Elektron mediada və sosial şəbəkələrdə Yasamal sakinlərinin rayon Bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı vaxtaşırı şikayətlər yayılır. Sakinlər daha çox rayon ərazisindəki küçə və məhəllərdəki baxımsızlıqlardan narazı olduqlarını bildirir, həmçinin Yasamal bələdiyyəsində onların müraciətlərinə baxılmadığını iddia edirlər.

Məlum olduğu kimi bələdiyyələrin funksiyalarından biri də yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsilə nail olmaqdir. Belə olan halda Yasamal rayon Bələdiyyəsi sakinlərin üzləşdiyi problemləri nə üçün həll etmir. Vəsait çatışmazlıqlarından söhbət belə gedə bilməz. Çünki, hər il vergiyə cəlb olunan hüquqi, fiziki şəxslərdən və rayon sakinlərindən qanunvericiliyə uyğun olaraq vəsaitlər toplanır. Amma bu vəsaitlərin hara xərcləndiyini heç kim bilmir.

Əldə etdiyimiz məlumatlara görə Yasamal rayon Bələdiyyəsi hər ilə küçə və məhəllərin abadlaşdırılması işlərinə yüz minlərlə vəsait ayrılır. Vəsaitlər mal-materialların alınması, təmir-tikinti, abadlıq işlərinin görülməsi adı altında şişirdilmiş qiymətlərlə müxtəlif şirkətlərin hesabına köçürülür və saxta sənədlər tərtib etməklə nağdlaşdırılır. Yəni, işlər qanunla müəyyən edilmiş qaydada, heç bir satınalma təşkil olunmadan həyata keçirilir. Bələdiyyə tərəfindən dövlət satınalması təşkil olunmadığından, görülən işlərin həcmi də, alınan mal-materialların qiymətləri də süni şəkildə şişirdilir. Bütün bu qanunsuzluqların başında isə bələdiyyə sədrinin durduğu bildirilir.

Kimdir Yasamal rayon Bələdiyyəsinin sədri?

Məmmədov Tahir İlyas oğlu. 1969-cu ildə anadan olub. 1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil alıb. 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. 2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olub. 2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilib. 2010-2014-cü illərdə Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 17 yanvar 2020-ci il tarixindən Yasamal rayon Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Əldə etdiyimiz məlumatlara görə Tahir Məmmədovun karyerasındakı bu yüksəliş qardaşı Mais Məmmədovun sayəsində olub. Mais Məmmədov artıq 30 ilə yaxındır ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis vəzifəsində çalışır. Bu müddət ərzində elə Bakı şəhərində də, Suraxanı rayonunda da bir neçə İcra başçı dəyişsə də Mais Məmmədov vəzifəsində qalıb. Bu müddət ərzində Mais Məmmədov üzdə olmayan, amma böyük kapital sahibinə çevrilib ki, bu ayrı məqalənin mövzusudur. Çox güman ki, Tahir Məmmədovun karyerasındakı yüksəliş də böyük qardaş Mais Məmmədovun şəxsi əlaqələri hesabına düz-qoş edilib. Bunu Yasamal rayon Bələdiyyəsi sədrinin tərcümeyi-halından da görməmək olmur.

Tahir Məmmədov karyerasına fəhləlikdən başlayıb. Sonra Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Sonra bələdiyyə üzvü, daha sonra sədr olub. Karyerasına fəhləliklə başlayaraq ali təhsil alan, dövlət məmuru olan minlərlə belə insan var. Lakin burada Tahir Məmmədovun aldığı ixtisas şübhə doğurmaya bilmir.

Vikipediyada Universitet haqqında yerləşdirilmiş məlumatlarda göstərilir ki, 1970-ci ilə qədər Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində bu fakultələr olub: aqronomluq, bağçılıq, üzümçülük və kənd təsərrüfatı texnologiyaları, ipəkçilik, iqtisadiyyat, məşə təsərrüfatı, mexanizasiya və kənd təsərrüfatının elektrikləşdirilməsi və kənd təsərrüfatı mütəxəssislərinin yenidənhazırlanması. Hazırda isə Universitet Aqronomluq, Biologiya, Kimya, Qida Emalı Texnologoiyası, Meşə Təsərrüfatı, Üzümçülük və Genologiya, İnşaat Mühəndisliyi, Elektrik və Kompüter Mühəndisliyi, Mexanika Mühəndisliyi, Biznesin idarə edilməsi, Liberal incəsənət kimi bir sıra müasir fakultələrdə bakalavr təhsili verir.

1999-cu ildə ali təhsil müəssisəsi Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası adını alıb. 2003-cü ildən Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti olub. 2011-ci ildən Gürcüstan Aqrar Universiteti adını daşıyır.

Tahir Məmmədovun tərcümeyi-halında isə göstərilir ki, 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Vikipediya məlumatlarından göründüyü kimi Universitet 1999-cu ildə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası , 2003-cü ildə isə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti kimi fəaliyyət göstərib. Göründüyü kimi Tahir Məmmədovun tərcümeyi- halında göstərilən tarixlərdə Gürcüstanda Kənd Təsərrüfatı Universiteti olmayıb. Oxumuş olsaydı Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetindən deyil, Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyasından diplom almış olardı. Apardığmız ətraflı araşdırmada Universitetdə ümumiyyətlə hüquqşünaslıq fakultəsinin olmadığı məlum oldu. Maraqlıdır, onda Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünaslıq ixtisasına necə yiyələnib. Göründüyü kimi Tahir Məmmədovun keçmişi ilə parlaq karyerasının arasında böyük bir təzad var.

Bəlkə elə 90-cı illərdə Gürcüstan Universitetlərinin dəb halını almış diplomlarını bir çoxları kimi Tahir Məmmədov da satın alıb. Hər halda ətraflı araşdırmağa dəyər. Bunun üçün Gürcüstan Aqrar Universitetinə bir sorğu göndərmək kifayət edər.

Aktualinfo.org
Ardını oxu...
Qusar rayonu, Gülbəs Xudaverdiyev küçəsi, 200 nömrəli evin sakini Mustafayeva Xatirə Gülmət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu işlədiyi "Şahdağ Turizm Mərkəzi”ndən qeyri-qanuni olaraq işdən çıxarıblar.

"Mən, Mustafayeva Xatirə Gülmət qızı, "Şahdağ Turizm Mərkəzi" QSC-də xidməti müqavilə əsasında 31.03.2023-cü il tarixinədək xadimə vəzifəsində işləmişəm. İşlədiyim müddət ərzində tərəflər arasında bağlanılmış müqavilənin tələblərini, şəxsi subardinasiya və etik davranış qaydalarını, həmçinin "Şahdağ Turizm Mərkəzi" QSC-nin mənafeyini pozacaq heç bir yalnış hərəkətim olmamışdır.

Lakin işimə bu qədər məsuliyyətli yanaşmağıma baxmayaraq, 30.03. 2023-cü il tarixində təmizlik şöbəsinin Surxay Kliçev adlı rəisi tərəfindən heç bir xəbərdarlıq edilmədən xidməti müqaviləm sonlandırıldı. Bildiyiniz kimi, "Şahdag Turizm Mərkəzi" QSC-də turizmin inkşafı və mərkəzin şəffaflaşdırılması məqsədilə strukturun dəyişdirilməsi, yeni pəşəkar kadrların (rəhbər heyətinin) işə cəlb edilməsi və digər bir çox müsbət tədbirlər həyata keçirilmişdir.

Surxay Kliçev adlı şəxsdən məni niyə işdən azad etdiyini soruşduğum zaman, Vüsal adlı əməkdaşın ona iş vaxtı ərzində işdə olmadığımı və öz vəzifəmi icra etmədiyimi dediyini bildirdi. Bu insan öhdəlikləri lazımi qaydada icra etməyimə baxmayaraq, mənə şər ataraq, 3 saat işdə olmadığımı bildirib.

Kamera görüntülərinə baxıldığını və işdə olmadığımı israrla mənə bildirdi. Həmin kamera görüntülərinə baxmaq istədiyimi dedim. Bu zaman aqressiv şəkildə məni otağından qovdu.

Onu da qeyd edim ki, "Şahdağ Turizm Mərkəzi" QSC-də bu kimi özbaşnalıqlar və əsassız şəkildə işçilərin təhqir edilməsi, aşağılanması hallarına yalnız bizim departamentdə deyil, digər departamentlərdə də son zamanlar həddindən çox rast gəlinir.

Onlara bildirdim ki, bütün bu qanunsuzluqlar haqqında məktub yazıb, cənab Fuad Nağıyeva göndərəcəm. Mənə “get kimə istəyirsən yaz, sənə kimdi inanan, mənim heç kimdən qorxum yoxdur", - deyə cavab verildi.

Ailəmdə evə çörək pulu gətirən tək mən idim. Yoldaşım I qrup əlildir, yetkinlik yaşına çatmamış 2 övladım var. Kirayədə yaşayıram. Günahım olsa sakit durardım, mənim günahım olmaya-olmaya işimə qərəzli şəkildə son veriblər. Övladlarımın təhsilini necə davam etdirəcəyimi, xəstə yoldaşımın müalicələrini, evin dolanışığını necə edəcəyimi bilmirəm. Surxay Kliçev ona verilən vəzifədən sui-istifadə edərək, işçilərin çörək pulu qazanmalarına mane olur.

Kompleksin işçilərindən olan Rüstəm müəllim məni qəbuluna çağırtdırıb, hədə-qorxu gəldi, “səni məhkəməyə verəcəm”, - dedi. 15 il əmək müqaviləsi olmadan orada işləmişəm, işimdən olmamaq üçün səsimi çıxarmamışam.

Hörmətli redaksiya, xahiş edirəm, mənim səsimin lazımi yerlərə çatmasına kömək edəsiniz”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Tikinti şirkəti Nizami rayonunda yaşıllıqları buldozerlə məhv edir, icra hakimiyyəti isə susur

Bakıda tikinti şirkətlərinin "yaşıl soqırım” həyata keçirdikləri heç kimə sirr deyil. O da məlumdur ki, uzun illərdir davam edən bu "soyqırım” dövlət qurumlarının içtirakı ilə həyata keçirilməməsi mümkünsüzdür. Hər halda bütün yazılanlara, şikayətlərə rəğmən bu "soyqırım”ın davam etməsi bunu deməyə əsas verir.

Son olaraq sosial şəbəklərdə yayılan belə xəbərlərdən biri də paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətində baş verib. Həyətin tam ortasında çoxillik ağacları əvvəlcə hasara alıb, sonra da çıxarırlar.

Azfakt.com xəbər verir ki, ağır texnikalarla və günün günorta vaxtında həayata keçirilən bu "əməliyyatı” "Orbita” MTK həyata keçirib. Sakinlərin etirazına baxmayaraq, ağaclar bulduzerlərlə çıxarılaraq məhv edilib. Etiraz edən sakinlər isə yüksək vəzifəli şəxsin adından təhdidə məruz qalıblar.

Məsələyə hələ ki, nə ETSN, nə də Bakı Yaşıllaşdırma İdarəsi münasibət bildirməyib. Sakinlər isə bildirirlər ki, çoz illik ağaclar məhz Bakı Yaşıllaşdırma İdarəsinin "xeyir-duası” ilə məhv edilir. Çünki sakinlər dəfələrələ baş verənlərlə bağlı Bakı Yaşıllaşdırma İdarəsinə müraciət etsələr də, onların müraciətinə baxan olmayıb.

Sakinlər şikayət etsələr də, nədənsə nə Yaşıllaşdırma Təsərrüfatı Birliyi, nə Birliyin yeni sədri Mirdamət Seyidov, nə də Birliyin Bitki Mühafizəsi Şöbəsinin müdiri Şaiq Vəliyev həmin ağacları zərərsizləşdirməkdə maraqlı görünmürlər.

Hətta iddia olunur ki, ağacların ətrafına məhz Bakı Yaşıllaşdırma İdarəsinin işçiləri hasar çəkirlər və bundan sonra "budama əməliiyatı” həyata keçirilir. Budamadan sonra isə ağacları yerli-dibli kötüyündən çıxarırlar. Sakinlər bunu Bakı Yaşıllaşdırma İdarəsinin "maraqları”nın tikinti MTK-larının maraqları ilə üst-üstə düşməsi ilə əlaqələndirirlər.

Sakinlər bildirirlər ki, Birliyin əməkdaşlarının tələm-tələsik üzərində "budama əməliyyatı” apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Yəni belə çıxır ki, "budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan "centlmen sövdələşməsi” aparılan adamlara satılması üçün zəmin hazırlamaq məqsədi daşıyır.

2022-ci ilin dekabr ayının ortalarından başlayaraq paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətdə "yaşıl soyqırıma” rəvac verən "Orbita” MTK şirkətinin təmsilçiləri etiraz edən sakinləri Prezidentin mühafizə xidmətinin rəisi ilə qorxudurlar.

Qeydə alınmış video-görüntülərdən bəlli olur ki, binaların birinci mərtəbəsinin həyətində sakinlərin çəpərləyib qulluq etdikləri kiçik bağçalar traktorla qaşınıb məhv edilir. Belə faktlar hətta insidentə səbəb olub, narazılığını bildirən qadın sakin mübahisə zamanı itələnərək yıxılıb, başı bardürə dəyərək xəsarət alıb, işə polis qarışıb...

Mənbə: Azfakt.com
 

Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında təmir işləri aparılacaq.

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı kotirovka sorğusu keçirib. Sorğunun qalibi “Göyçay İnşaat” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 7.694,19 AZN təşkil edir.

Müqavilənin şərtlərindən məlum olur ki, təmir işləri divarın köpəşmiş yerlərinin qaşınıb götürülməsi, ona “zamaska”, emulsiya vurulması və tavanın emulyasiya boyanmasından ibarətdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Göyçay İnşaat” MMC 2 iyul 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay şəhəri, R.İsayev küçəsi, ev 97-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qafurova Günel Şiralı qızıdır.

Açıq mənbələrdə şirkət barəsində heç bir məlumat yoxdur. Günel Qafurovanın adına isə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrində rast gəlinir.

Yekun nəticələrdən aydın olur ki, Günel Qafurova Cəyirli kənd orta məkətəbində ibtidai sinif müəllimi kimi işə qəbul olunub.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlara diqqət yetirdikdə “Göyçay İnşaat” MMC-nin satınalma müsabiqələrində o qədər fəal olmadığı aydın olur.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdir. O, 2022-ci ildə bu vəzifədədir.

Ardını oxu...
Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.Amma nədənsə bəzi “pulalmaniya” xəstəlityinə düçar olmuş həkimlərimiz var ki,onlar yenə də pasiyentlərdən hər vəclə təmənna güdürlər.
Bu hqda Dünyanınsəsi.Az saytına .Daşkəsən rayon sakini Həsənova Gülmira Vilayət qızı tərəfindən göndərilən video-şikayətdə belə qeyd edilir.
Şikayətçi xanım bildirir ki, hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər oğlunu müayinə edilməsi üçün Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına göndəriş veriblər.
Bildiyimiz kimi bu gün müayinələrin növləri çox olsa da, əsas bir neçəsi tez-tez istifadə olunur. Bunların arasında MRT, KT və rentgen ən çox istifadə olunanlardır.
Ucqar dağ rayonundan göndərişlə gələn ana əsgər oğlunun onurğa beyni və sinirlərin strukturunu maqnit sahəsi əsasında müayinə etdirib.Nəticədə ondan 94 manat da pul alıblar.Məcburiyyət qarşısında qalan əsgər anası Fərid adlı həkimə deyib ki, bəlkə fəqərələr, fərəqəarası disklər, onurğa beyni və sinirlərin strukturunu, yumşaq toxumaları, vətərləri və əzələləri də MRT edəsiniz.Həkimin cavabı belə olub: “Əlavə olaraq yenə 94 manat ödəyin müayinə edək”
Bu cür hərəkətlərin sərgilənməsi Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan islahatlara zərbə vurmaqdan başqa bir adı yoxdur.
Redaksiya olaraq inanırıq ki, TƏBİB tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan bü cür müəssisələrdə “pulalmaniya “xəstəliyinə düçar olmuş sözügedən həkim barəsində ciddi tədbir görəcəkdir.
Səsləndirilən iddia ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Əsgər anasının video-şikayətini təqdim edirik:
 //Dünyanınsəsi.Az//

Dünyapress TV

Xəbər lenti