Sədərəkdə 35 nəfər qazdan zəhərlənib -
Yavnarın 31-də axşam saatlarında Sədərək rayonunda təbii qazdan ən az 35 nəfər zəhərlənib. Rayon xəstəxanasında kifayət qədər tibbi ləvazimat olmadığından, onlara təcili ilkin yardım göstərmək mümkün olmayıb. Bu səbəbdən, xəstələrin bir çoxunun vəziyyəti daha da ağırlaşıb və yaxınları öz avtomobillərində onları Şərur xəstəxanasına aparmalı olublar. Burada da xəstələrin hamısana ilkin yardım göstərmək imkanı olmadığından, onların bir qismi Naxçıvan şəhərindəki Mərkəzi Xəstəxanaya göndəriliblər.
Zəhərlənən şəxslərin yaxınlarının „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, yollarda vaxt itirdiklərinə görə, bəzi xəstələrin həyatda qalması sual altındadır.
Zərərçəkmişlərin yaxınları baş verən hadisəyə görə, Naxçıvan Qaz İstismar İdarəsini günahlandırırlar:
“ Bildirildiyinə görə, qaz sızmasını yoxlamaq üçün qazın tərkibinə hansısa maddə qatılıb. Bu zaman əhaliyə heç bir xəbərdarlıq edilməyib. Əhali də qazdan ənənəvi qaydada istifadə edib. Həmin maddə nədirsə insanları kütləvi şəkildə zəhərləyib“.
Yerli sakinlər bildirirlər ki, Sədərək xəstəxanasında oksigen balonu və digər ləvazimatlar olmadığından, ağır xəstələrə vaxtında ilkin yardım gösərmək mümkün olmayıb:
„Dedilər ki, biz ağır xəstələri qəbul edə bilmərik, çatdırın Şərur xəstəxanasına. Ambulans istədik, dedilər yoxdur. Məcbur olub, şəxsi maşınlarla apardıq. Orda da dedilər ki, biz hamısını qəbul edə bilmərik, çatdırın Naxçıvan şəhərinə. Yenə ambulans vermədilər. Yerdə qalan xəstələri birtəhər Mərkəzi Xəstəxanaya catdırdıq, həkimlər deyir ki, bəzi xəstələr gecikdirildiyindən, vəziyyətləri sual altındadır. Sonra nazirlikdən gəlib, bizə hədə-qorxu gəldilər ki, heç yerə şikayət etməyək“.
TEREF: Xocanin Blogu
 

Dünyapress TV

Xəbər lenti