Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyini qeydə alıb.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının dekabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
İclasda bildirilib ki, İlham Əliyevin namizədliyinin irəli sürülməsi MSK-nın 2023-cü il 19 dekabr tarixli iclasının protokolu ilə təsdiq edilib. İşçi qrup bu barədə qərar layihəsini imzalayıb