"Sahil - S İnşaat"a aid binanın sakinləri NARAZIDIR... - MÜRACİƏT
Məlum olduğu kimi, IDEA İctimai Birliyi təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi həyata keçirir. Bu layihə çərçivəsində bir çox yaşayış massivlərinin həyətləri abadlaşdırılır. Şübhəsiz ki, görülən bu işlər və təşəbbüsün özü son dərəcə xoşməramlı addımlardır. Təbii ki, layihənin reallaşmasında
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva başlıca, müstəsna rol oynamaqdadır. Eyni zamanda, vətəndaşların etdiyi müraciətlərə həssaslıq və diqqətlə yanaşılır. Bu xoşniyyətli ideyadan irəli gələrək paytaxtın Suraxanı rayonu, Yeni Günəşli massivində yerləşən "Sahil - S İnşaat" şirkətinə aid binanın sakinləri hörmətli Leyla Əliyevaya müraciət ünvanlayıb. Anaxeber.info bildirir ki, sakinlər L.Əliyevadan onların binasını həyətinin abadlaşması üçün dəstək verilməsini xahiş ediblər. Bina sakinlərinin sözlərinə görə, bu günə kimi bir çox işlər öz resursları, gücləri hesabına görülüb: "Hörmətli Leyla xanım, biz bilirik ki, həyətlərin abadlaşması kimi fərqli ideyanın müəllifi sizsiniz. Bu məqsədlə bir çox həyətlər abadlaşıb. Elə bil ilin martında Suraxanı rayonunun Qaraçuxur Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” yaşayış massivi, Süleyman Əhmədov küçəsi 21, 22, 23, 24, 25, 26, 27 ünvanında 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları bu işlər əhatə edib. Biz də Yeni Günəşli sakinləriyik və sizə müraciət edərək köməklik göstərilməsini istəyirik. İnanırıq ki, ilin sonuna az qalmış, bayram ərəfəsində buradakı bütün ailələri, övladları sevindirəcəksiniz".
Sakinlər qeyd ediblər ki, bina onların əziyyəti hesabına araya-ərsəyə gəlib: "Mətbuatda yayımlanan məlumatlardan bəllidir ki, bu bina sakinləri şirkətin rəhbərləri tərəfindən dələduzluqla üzləşiblər. Nəticədə həmin şəxslər həbs olundu və biz məcbur qalaraq öz vəsaitimiz hesabına yarımçıq qalan tikintini davam etdirdik. İndiyə qədər kommunal infrastruktur və digər məsələlər də müraciətlərimiz, xahişlərimiz sayəsində həllini tapıb. Çünki bizə satılan mənzillər təkrar başqlarına satılıb. Nəticədə yüzlərlə insanın pulu mənimsənilib. Biz uzun müddət bu problemlərlə məşğul olduq, çox çətinliklə, sakinlər arasında toplanan vəsaitlə lift və başqa lazım olan avadanlıqları aldıq. İndisə həyətimizin abadlaşmasına çox böyük ehtiyac var. Əziz Leyla xanım, sizin "Yeni həyət", "Abad həyət" layihələriniz bir çox yerlərdə sakinlərin üzünü güldürür, onları sevindirir. Biz və övladlarımız da o sevinci yaşamaq istəyirik. İnanırıq ki, Sizə etdiyimiz bu müraciətə müsbət cavab gələcək və binamızın həyəti dəstəyiniz sayəsində abadlaşacaq".

Müəllif: Azər Talıbov - Mənbə: anaxeber.info
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703779982_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703779983_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703779983_3.jpg
 
 


 

Dünyapress TV

Xəbər lenti