Dəbdəbəli alt paltarı markası Victoria's Secret 1995-ci ildə "Victoria's Secret Fashion Show" ilə qazandığı populyarlığını uzun müddət saxlamağı bacarsa da, təqdim etdiyi "real olmayan gözəllik standartları" səbəbindən nüfuzunu itirmişdi.
News24.az xəbər verir ki, şou-biznes dünyasının ən məşhur şousu "Victoria's Secret Fashion Show" uzun fasilədən sonra yeni formatda qayıdır. "Mələklər"in gəzdiyi məşhur Victoria's Secret moda nümayişi 6 ildən sonra ilk dəfə keçiriləcək.
Hansı adların podiuma çıxacağı uzun müddət gizli saxlanılırdı.
Ötən il qatıldığı tədbirdə sifətindəki dəyişikliyi ilə diqqət çəkən məşhur Victoria's Secret modeli Adriana Limanın dəfilədə yer alacağı açıqlanıb.
43 yaşlı model "Victoria's Secret Fashion Show" moda nümayişində gəzəcəyini paylaşımında "Evə qayıtdım" qeydi ilə təsdiqləyib.