Müğənni Afət Fərmanqızı övladına toy edir. Oğlu Hüseyn bu gün ailə qurur.
Globalinfo.az xəbər verir ki, toy Bakının dəbdəbəli şadlıq saraylarından birində keçirilir. Məclisdə ölkənin tanınmış şəxsləri, incəsənət adamları, şou-biznes nümayəndələri, müğənnilər iştirak edir.
Toyu müğənnilər Manaf Ağayev və Mətanət Əsədova aparır. Məclisdə tanınmış müğənnilər öz mahnıları işə çıxış edir.
Qeyd edək ki, A.Fərmanqızının oğlu xaricdə təhsil alıb. O, hazırda Avropada yaşayır və işləyir.