“Kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də Rəqsanə və ailəsidir” - Xalq artisti
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın həyat yoldaşından boşanması bir neçə gündür gündəmi alt-üst edib.

Eşqin Cəlilovla Aysun İsmayılova may ayının 3-dən rəsmən boşansalar da bir neçə gündür tərəflər ayrılıqlarının səbəblərini açıqlayır və bu məsələ müzakirələrə səbəb olub.

Bəziləri isə məşhurların evliliklərinin saxta olduğunu iddia edir və onları tənqid atəşinə tuturlar.

Məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür məsələlərin gündəmə çevrilməsində yeganə günahkarın Rəqsanə İsmayılova və ailəsi olmadığını bildirib:

"Burada günah 50/50-dir. İnsanların yarısı onların boşanmasından gündəm tutur. Amma bəzən insanlar şantaja, qeybətə məruz qalırlar. Bu da yolverilməzdir. Mən şou-biznes mühitinin adamı olmadığım üçün Rəqsanə xanımı tanımıram, heç üzünü də görməmişəm.

Bu məsələdə məişətlə, əxlaqla bağlı bir çox problemlər var, ona görə tək bir nəfəri ittiham etmək haqsızlıq olar. Son vaxtlar eybəcər, təsadüfi, səsi olmayan xanımlar gündəmi zəb ediblər. Onlar ətəyini, balağını qaldırmaqla, sinəsini açmaq gündəmdə qalmağa çalışırlar, nə səsləri, nə də musiqi təhsilləri var. Kiminsə yazdığı şeirlərə əndrabadi mahnılar oxuyurlar, rəqs edib yanlarını atırlar. Mən bunun günahını xalqda və televiziyalarda görürəm".

Kinorejissor yerli telekanalları da sərt tənqid edib:

"Televiziyalar bu cür mənasız, mahiyyətsiz, bizim əxlaqımıza, milli-mentalitetimizə uyğun olmayan adamları haradan tapıb efirə çıxarırlar?! Bir də görürsən azyaşlı uşaq da çıxıb edirdə oynayır, ədəbaz-ədəbaz hərəkətlər edir. Bunlar bizi hara aparırlar? Efirə çıxarmağa namuslu, əxlaqlı, ziyalı ailədən gələnlər yoxdurmu? Onlar kimi təbliğ edirlər? Məni yandıran, odur ki, mənim gözəl xalqım da onları televiziyada görür, gedib borca pul tapır, bir kisə pul verib toyuna o "manıs"ları dəvət edir.

Bu məsələ günah tək Rəqsanə xanımda olmasa da, bu, kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də yəqin ki, o xanım və ailəsidir. Təəsüflər olsun ki, onu şəxsən tanımıram və nə mənfi, nə də müsbət fikir bildirməyəcəyəm. Mən belə halların gündəm mövzusuna çevrilməsinin, hər kəs tərəfindən müzakirə olunmasının ümumi səbəblərini sadalayıram". \\Milli.Az
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Türk müğənnisi bilirik, əslində ermənidirlər — VİDEO
19 Aprel 2025  "Toyda iki mahnı oxudu, 10 min dollar verdilər"
18 Aprel 2025 "Həkimim dedi ki, yaşamaq istəyirsənsə…" - Əməkdar artist
18 Aprel 2025 “Özümü təhqir olunmuş kimi hiss edirəm”
18 Aprel 2025 Nəfəs kirayədə qalırmış - VİDEO
18 Aprel 2025 Sevgilisindən ayrılan kimi tətilə çıxdı - FOTO
18 Aprel 2025  "Meyxanaçılar və aşıqlar çərçivədən çıxıblar" - ETİRAZ
18 Aprel 2025 Nura Suri-dən tərs "şapalaq": "Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir? "
17 Aprel 2025 “Elə bilirlər, Azərbaycanda pulu küçəyə səpiblər” – VİDEO
16 Aprel 2025 Xuraman içki məclislərinə getdiyini açıqladı
16 Aprel 2025 Nanənin verilişdəki hərəkəti olay oldu: Biədəb yeri göründü - Foto/VİDEO
16 Aprel 2025 Ülviyyədən ŞOK ETİRAF: “Övladımın atası ailəlidir, hamiləlik dövründə...” - VİDEO
16 Aprel 2025 "Siz adama pulsuz heç nə verməzsiniz" - Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
16 Aprel 2025  “ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ
16 Aprel 2025 Əməkdar artist efirdə ÖZÜNDƏN ÇIXDI: - "2 qızını biabır etməyə gəlmisən?"
15 Aprel 2025 “Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!” - VİDEO
14 Aprel 2025 Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.
13 Aprel 2025 Məşhur reper Kanye Uest mumiyalanacaq?
13 Aprel 2025 "Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"
12 Aprel 2025 Serialdan qovulan aktyorların yerinə onları seçdilər - FOTO

Dünyapress TV

Xəbər lenti