Hay-küylü xəbərlər, əcəib şou-proqramlar... -
Nizami Cəfərov: “Xəbər tamaşaçıya ya çox soyuq, ya da hay-küylü çatdırılır”

Sabir Rüstəmxanlı: “Bu gün televiziya cəmiyyətin parçalanmasında müəyyən rol oynayır”

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirə edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbovun (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavərin (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası isə Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) namizədliyini irəli sürüb.

Müzakirələr zamanı deputatlar telekanallarla bağlı narazılıq və təkliflərini səsləndiriblər.

Komitə üzvü, deputat Nizami Cəfərov telekanalların fəaliyyətindən narazı olduğunu söyləyib. Millət vəkili bildirib ki, indi Azərbaycanda televiziya kanallarında əyləncə və əyləndirmə mexanizmləri var, klassika yoxdur: “Televiziya sahəsində klassikanın ictimailəşməsi, klassikanın bizim milli dəyərimizə çevrilməsi baxımından müəyyən boşluqlar göz önündədir. Hesab edirəm ki, Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər sırasında yer alan AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli bu sahəyə öz töhfəsini vermiş olacaq”.

“Bu gün televiziya kanallarında peşəkar xəbər verə bilən, xəbəri yaxşı çatdıran, üslubu olan aparıcılar var, amma sayları çox azdır. Xəbər tamaşaçıya ya çox soyuq, ya da hay-küylü çatdırılır. Telekanallardakı şuralar bədii şuralar kimi işləmirlər. Bu səbəbdən Yayım Şurası həvəsdən düşür və nəzarət icraçıların əlinə keçir”, - N.Cəfərov əlavə edib.

Deputat onu da əlavə edib ki, hələ də bizim orfoepiya lüğətimiz yoxdur: “Külli miqdarda problemli ifadələrimiz var ki, onları necə səsləndirmək lazım olduğunu bilmirik. Məhz televiziyalarımız bu yöndə məktəb olmalıdırlar. Hesab edirəm ki, telekanallarda bu sahəyə diqqət yetirilməli, onlar öz üzərlərində ciddi işləməlidirlər".

Deputat Sabir Rüstəmxanlı da telefiziyaları tənqid edib və bu gün telekanallar cəmiyyəti parçalayır.

“Faktiki olaraq, bu gün televiziya cəmiyyətin parçalanmasında müəyyən rol oynayır. Halbuki televiziya bir zamanlar cəmiyyətin inkişafında rol oynayırdı. Televiziyalarda əcaib şou-proqramlar, xüsusi aparıcıların bəzi verilişləri çox ciddi narahatlıqlar doğurur. Bu vəziyyətə son qoymaq lazımdır”, - millət vəkili vurğulayıb.

S.Rüstəmxanlı deyib ki, əvvəlcə özümüzə sual verməliyik ki, şuralar bizə lazımdır, ya yox: “İctimai şuraların nə üçün yaradılması sualına cavab verməliyik, Milli Məclisdə bu barədə müzakirə aparmalıyıq. Ümumiyyətlə, ictimai şuralar bizə lazımdırmı?. Yəni ictimai şuralar bəzi verilişlərlə bağlı televiziya rəhbərləri ilə müəyyən razılığa gəlməli, təkliflər verməlidir”.

Deputatların müzakirəsindən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: Anar Bayramoğlu
ayna.az

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Türk müğənnisi bilirik, əslində ermənidirlər — VİDEO
19 Aprel 2025  "Toyda iki mahnı oxudu, 10 min dollar verdilər"
18 Aprel 2025 "Həkimim dedi ki, yaşamaq istəyirsənsə…" - Əməkdar artist
18 Aprel 2025 “Özümü təhqir olunmuş kimi hiss edirəm”
18 Aprel 2025 Nəfəs kirayədə qalırmış - VİDEO
18 Aprel 2025 Sevgilisindən ayrılan kimi tətilə çıxdı - FOTO
18 Aprel 2025  "Meyxanaçılar və aşıqlar çərçivədən çıxıblar" - ETİRAZ
18 Aprel 2025 Nura Suri-dən tərs "şapalaq": "Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir? "
17 Aprel 2025 “Elə bilirlər, Azərbaycanda pulu küçəyə səpiblər” – VİDEO
16 Aprel 2025 Xuraman içki məclislərinə getdiyini açıqladı
16 Aprel 2025 Nanənin verilişdəki hərəkəti olay oldu: Biədəb yeri göründü - Foto/VİDEO
16 Aprel 2025 Ülviyyədən ŞOK ETİRAF: “Övladımın atası ailəlidir, hamiləlik dövründə...” - VİDEO
16 Aprel 2025 "Siz adama pulsuz heç nə verməzsiniz" - Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
16 Aprel 2025  “ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ
16 Aprel 2025 Əməkdar artist efirdə ÖZÜNDƏN ÇIXDI: - "2 qızını biabır etməyə gəlmisən?"
15 Aprel 2025 “Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!” - VİDEO
14 Aprel 2025 Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.
13 Aprel 2025 Məşhur reper Kanye Uest mumiyalanacaq?
13 Aprel 2025 "Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"
12 Aprel 2025 Serialdan qovulan aktyorların yerinə onları seçdilər - FOTO

Dünyapress TV

Xəbər lenti