“Tanınmaq üçün müğənni, aktrisa olmağa gərək yoxdur, tərbiyəsiz sözlərlə də tanına bilirlər...”
“Bu aralar bir az müalicə qəbul etdim. Müalicə aldığıma görə bir az da çəkim artdı. İllərlə istirahətsiz çalışmışam, işləmişəm. Əsəblə, streslə bağlı kiçik problemlərim var idi. Bilirsiniz ki, bizim işimiz stresli işdir. 3 aylıq müalicəmdə bir az kilo da aldım. Mənim üçün əsas canımın sağlamlığıdır. Kilolarımı atandan sonra efirlərə çıxacam. Həm də yeni mahnılarım var, onları da studiyada oxuyub, tamaşaçılara təqdim edəcəyəm. Eyni mahnılarla tamaşaçıları yormaq istəmirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Sanaliyeva deyib.

“Tamaşaçılar hər şeyin ən yaxşısını, düzgününü bilirlər. Yeni çıxan müğənnilərə nəsə demək, onlardan danışmaq mənə qalmayıb. Mən yalnız öz adımdan danışa bilərəm ki, efirə çıxmazdan öncə hər şeyə önəm verirəm. Qanı qara halda efirlərə çıxıb, insanları qəmləndirə bilmərəm. Çünki biz müğənnilər onları əyləndirmək üçün efirə çıxırıq. Mənim haqqım yoxdur ki, insanların kefini korlayım. Kefim pis olsa da, xəstə olsam da çalışıram ki, insanların üzünü güldürməyi bacarım. Çünki onların sevgisi bizim üçün hər şeydir. Çəki almışamsa istəmərəm ki, efirə çıxıb insanların göz və baxış zövqünü korlayım” deyə müğənni bildirib.

Sevda Sanaliyeva dostluqdan da danışıb.

“Dostluq anlayışı mənim üçün müqəddəs bir şeydir. Ona görə də mən asanlıqla deyə bilmirəm ki, filankəs mənim dostumdur. Təmənnasız dostluq etmək çox böyük məsuliyyətdir. Kin güdmədən, “o qazandı, mən niyə qazana bilmirəm” demədən. Dost qazanmaq 1-2 ilin işi deyil də. Sənət adamlarından hamı ilə əlaqəm yaxşıdır. Amma sərhəd yaxşı şeydir. Onda hamı hörmətli olur. Sərhəd təkcə doğmalarınla olmur. Mənim dostum Allahım və balalarımdır. Çox çətin zamanda yaşayırıq. İnsanların həyata baxışı da dəyişib. Bu dəqiqə tanınmaq üçün müğənni, aktrisa, model, aparıcı olmağa ehtiyac yoxdur. İki kəlmə tərbiyəsiz sözlər deyib, tanına bilirlər” deyə müğənni bildirib.

Müğənni sosial şəbəkələrlə bağlı narahatlığını da dilə gətirib.

“Sosial şəbəkələrdə çox açıq-saçıq, pis danışıqlar, söyüşlər, insanların bir-birini təhqir edib, bir-birini alçaltmağı məni narahat edir. Nə qədər uşaqlarımızdan telefonları, sosial şəbəkələri uzaq etsək də xeyri yoxdur. Telefonu alırıq, televizorda da yutub var. Məni narahat edən budur. Çünki pis təbliğatdır. Yeniyetmələr, keçid dövründə olan uşaqlar özlərinə nümunə kimi kimisə seçirlər. Uşaqlarım oturub verilişlərə, çizgi filmlərə baxırlar. Bütün günümü balalarımla keçirirəm, işdən-işə yanlarından uzaqlaşıram. Onların necə böyüdüklərini, uğur qazandıqlarını görmək istəyirəm. Hətta onların büdrəməklərini də görmək istəyirəm ki, görüm necə ayağa qalxırlar?!” deyə sənətçi bildirib.

“Övladlarınızın bu sənətdə olmağını istərdiniz?” sualına isə müğənni belə cavab verib.

“Xeyr, nə oğlumun, nə də ki, qızımın bu sənətdə olmağını istəmirəm. Əlimdən gələni edəcəyəm ki, onlar bu sənətdə olmasınlar. Ona görə yox ki, bu sənət pisdir. Bu sənətdən evimə halal çörək gətirirəm. Amma bu sənətin çox çətinlikləri var. Çox yüksəklərə qalxmaq üçün, zirvədə olmaq üçün məqsədli olmalısan. Bu da insana çox ziyan verə bilər, insan çox şey itirə bilər. Nələrdənsə keçməyə məcbur qala bilərsən. Həm ailə, həm də sənətlə məşğul ola bilirəm. Çox gözəl və incə sənətdir, amma istəmərəm” deyə müğənni bildirib.

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Türk müğənnisi bilirik, əslində ermənidirlər — VİDEO
19 Aprel 2025  "Toyda iki mahnı oxudu, 10 min dollar verdilər"
18 Aprel 2025 "Həkimim dedi ki, yaşamaq istəyirsənsə…" - Əməkdar artist
18 Aprel 2025 “Özümü təhqir olunmuş kimi hiss edirəm”
18 Aprel 2025 Nəfəs kirayədə qalırmış - VİDEO
18 Aprel 2025 Sevgilisindən ayrılan kimi tətilə çıxdı - FOTO
18 Aprel 2025  "Meyxanaçılar və aşıqlar çərçivədən çıxıblar" - ETİRAZ
18 Aprel 2025 Nura Suri-dən tərs "şapalaq": "Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir? "
17 Aprel 2025 “Elə bilirlər, Azərbaycanda pulu küçəyə səpiblər” – VİDEO
16 Aprel 2025 Xuraman içki məclislərinə getdiyini açıqladı
16 Aprel 2025 Nanənin verilişdəki hərəkəti olay oldu: Biədəb yeri göründü - Foto/VİDEO
16 Aprel 2025 Ülviyyədən ŞOK ETİRAF: “Övladımın atası ailəlidir, hamiləlik dövründə...” - VİDEO
16 Aprel 2025 "Siz adama pulsuz heç nə verməzsiniz" - Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
16 Aprel 2025  “ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ
16 Aprel 2025 Əməkdar artist efirdə ÖZÜNDƏN ÇIXDI: - "2 qızını biabır etməyə gəlmisən?"
15 Aprel 2025 “Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!” - VİDEO
14 Aprel 2025 Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.
13 Aprel 2025 Məşhur reper Kanye Uest mumiyalanacaq?
13 Aprel 2025 "Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"
12 Aprel 2025 Serialdan qovulan aktyorların yerinə onları seçdilər - FOTO

Dünyapress TV

Xəbər lenti