“VAKANSİYA OLSA DA, MƏNİ İŞƏ GÖTÜRMƏDİLƏR” –
Balakən rayon sakini Baradov Rasim Eyvaz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. R.Baradov vakansiya olmasına rəğmən, “Bazarstore”da işə götürülməməsindən şikayətçidir:

“Mən, Baradov Rasim Eyvaz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, veteranam. 2 ay əvvəl Bakıda “Al Market”də işləyirdim. Valideynlərimin xəstəliyi ilə əlaqədar iş yerimin Balakən rayonunda yerləşən “Al Market”lərdən birinə dəyişilməsini istədim. Lakin məni “Al market”ə köçürmədilər. Ona görə də öz ərizəmlə işdən ayrılıb, rayona qayıtdım.

Avqustun 29-u Balakən rayonunda yerləşən “Bazarstore” marketində işə qəbul üçün onlayn görüş var idi. Mən də işə qəbul olunmaq üçün müraciət etdim. Vakansiya var idi. Buna baxmayaraq, məni işə qəbul etmədilər.

Məni hansı səbəbdən işə götürmədiklərinin səbəbini aydınlaşdırmağa çalışdım. Dəfələrlə müraciət etsəm də, “Bazarstore” marketin tabe olduğu “Azərsun” şirkətindən mənə heç bir cavab vermirlər. Halbuki, bunu bilmək mənim haqqımdır. Bu səbəbdən, sizin sayt vasitəsilə “Azərsun” şirkətinin rəhbərliyindən xahiş edirəm ki, mənim hansı səbəbdən “Bazarstore” marketdə işə götürülmədiyimlə bağlı məlumat verilsin”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Bölmənin digər xəbərləri

17 Sentyabr 2024 Burda şəhid ailəsinin tutduğu vəzifəsi ixtisara salınır?!
17 Sentyabr 2024  Pensiya üçün ödədiyimiz pullar hara gedir? - AKTUAL
17 Sentyabr 2024 Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
17 Sentyabr 2024 Gürcüstan və Azərbaycanda orta aylıq əmək haqqı – 155 dollar fərq var
16 Sentyabr 2024 Azərbaycanda nə qədər işsiz var? - Rəqəmlər
16 Sentyabr 2024 Əməkdar müəllim ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi:" ...Sonra gec olar”
16 Sentyabr 2024 Zaxarova: “ABŞ-ın Rusiya mediasına qarşı hərəkətləri cavabsız qalmayacaq”
16 Sentyabr 2024 Kontaktsız ödənişlər edərkən iki dəfə düşünün, pullarınız yox ola bilər!
15 Sentyabr 2024 Körpəyə siqaret verildi, şəkli paylaşıldı: hansı cəza veriləcək?
14 Sentyabr 2024 Xaricdə onlayn təhsil – Agentlik xəbərdarlıq edir
13 Sentyabr 2024 1-ci qrup əlil ev verilməsi üçün ondan rüşvət tələb olunduğunu İDDİA EDİR – Prezidentə müraciət
12 Sentyabr 2024 Birincilərin məktəbə adaptasiyası üçün nə etməliyik? - Psixoloqdan TÖVSİYƏ
11 Sentyabr 2024 Məhkəmə ata evində yaşamaq hüququ verdi, qərar icra olunmur - ŞİKAYƏT
10 Sentyabr 2024 Fiziki şəxslərin o cümlədən də işçilərin aşağıdakı gəlirləri, gəlir vergisindən azad olumib
10 Sentyabr 2024 3 övladı olan ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində sosial müavinət VERİLSİN
09 Sentyabr 2024 Həyat sığortası verməyən şirkətlər: Hansı xəstəlikdən ölməyi şərt qoyurlar
09 Sentyabr 2024 Sovet dövrünün işgəncə və rüşvət yuvası olan bir gecəlik türmələri – ayıltma məntəqələri.
08 Sentyabr 2024 Süni BAHALAŞMA: Möhtəkir MARAĞI... - NƏ ETMƏLİ?
08 Sentyabr 2024 “Kupça” veri̇li̇rsə, İpoteka Fondu ni̇yə mansard evlərə pul ayırmır? — ARAŞDIRMA
07 Sentyabr 2024 Gözləri doymayan AZNEFT PATRONLARI... - Görün, nədən də pul çıxarırlar...

Dünyapress TV

Xəbər lenti