Ardını oxu...
Regiondan Bakıya köçən vətəndaş: “Bölgələrdə müəllim vəzifəsinə o qədər də dəyər verilmir. Amma burada daha çox dəyər verirlər. Məvacib məsələsində elə dönüşlər olmalıdır ki, insanlar puldan ötrü Bakıya gəlməsinlər, elə öz bölgələrində işləyə bilsinlər”.

Son günlərdə paytaxt küçələrindəki tıxaclar və ictimai nəqliyyatda müşahidə edilən insan sıxlığı Bakıda yaşayan insanların sayını yenidən gündəmə gətirib. Rəsmi statistikaya görə, hazırda Bakıda 2 milyon 303 mindən çox insan yaşayır. Amma bəzi ekspertlər reallıqda bu rəqəmin dəfələrlə çox olduğu qənaətindədir.

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
“Məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır”.

Bunu son vaxtlar orta məktəblərdə baş verən döyülmə, bıçaqlanma və digər neqativ hadisələrə münasibət bildirərkən tanınmış yazıçı Seyran Səxavət Yenicag.az-a açıqlamasında deyib.

Yazıçı bu cür hadisələrin baş verməsində mobil telefonları, eləcə də telekanallarda nümayiş olunan zor, şiddət aşılayan, oğru dünyasından bəhs edən serial və filmlərin də təsirini qeyd edib.

Bunun böyük bir bəla olduğunu deyən yazar bunun qarşısının alınması üçün çıxış yollarını göstərib:

“Bu, doğrudan da böyük bəladır, özü də artıq neçə vaxtdır ki, kök sala-sala gedir. Bu barədə günlərlə, aylarda danışmaq olar. Belə bir deyim var ki, uşaqlar ailədə valideynlərini təkrar edir. Bu, sübut olunmuş kəlmədir. Məktəb də cəmiyyətin övladıdır. Cəmiyyətdə nə olursa, məktəb də onu öz qabiliyyəti və həssaslığı səviyyəsində təkrarlamaqla məşğuldur. Əgər xırdalasaq, bu məsələdə serialların da böyük rolu var, eləcə də mobil telefonların. Uşaqlar gecə-gündüz telefona baxır. Heç bilmirik orada nəyə baxır, nə edirlər.

Dediyim kimi, ailə necədirsə, məktəb də, uşaqlar da onu təkrar edir. Biz ancaq məktəbdə bu işləri ləğv etməyə çalışsaq da, heç nəyə nail ola bilməyəcəyik. Bunu hamı birdəfəlik dərk etməlidir. Belə hadisələrin qarşısını almaq üçün mənbəyini tapmalı, boğmalı və məhv etməli, məktəblərə axıb gəlməsinə mane olmalıyıq. Başqa çarə yoxdur. Uşaq evdə müxtəlif filmlərə baxa-baxa, telefonda cürbəcür videoları izləyə-izləyə məktəbə yollanır. Evlə məktəb arasındakı yolda nələr görür, nələr eşidir. Sonra gəlir məktəbə. Məktəbdə də təhsilimiz sıfırdan da aşağı səviyyədədir. Bu, indi belə deyil, çox uzun illərdir. İndiyə qədər verdiyim 6 mindən çox müsahibənin bəlkə 5 minində heç olmasa, bir cümlə də olsun bunu demişəm. Yəni bu məsələ doğrudan da bizi narahat edirsə və inanmaq istəyirəm ki, narahat edir, bunun kökünü, mənbəyini tapmalıyıq.

Bir daha deyirəm, məktəbdə baş verən hadisələr cəmiyyətdə baş verən hadisələrin təkrarıdır. Bu yolda mübarizə aparan hər bir kəsə uğurlar arzulayıram. Bunun qarşısını almaq bir insan və vətəndaş olaraq hər birimizin borcudur. Bu gün qonşunun uşağına ziyan dəyirsə, ya uzaq olsun, ölümlə nəticələnirsə, həmin hadisə sabah bizim də qapımızı döyəcək. Ən azı ona görə tərpənməliyik. Bu, böyük bir bəladır və Allah bu bəladan saxlasın. Biz də yerdə bu bəlaya qarşı döyüşək”.
 
 
 
Ardını oxu...
Şəki sakini Dərya Davudzadə 2010-cu ildən üçüncü qrup əlillik pensiyası alır.

O, ağır epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşaq yaşlarından müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticəsi olmayıb.

Ardını oxu...
“1999-cu ildən qıcolma tutmaları olurdu. Dəfələrlə ambulator müalicə olunub. 2009-cu ildə tutmalar tezləşdiyi üçün fevral və may aylarında Uşaq Nevroloji Xəstəxanasında ambulator müalicə götürüb”.

“Gözətçi” xəbər verir ki, bunları Dərya Davudzadənin atası Natiq Davudov bildirib. Onun sözlərinə görə, oğlunun başında 4 şiş var və əməliyyatı risklidir.

“2021-ci ilin mart ayında əlillik pensiyası dayandırıldı. Pensiyasının təkrar təyin edilməsi üçün müraciət etdik, bildirdilər ki, ambulator müalicə olmalıdır. Oğlumun işləmək qabiliyyəti yoxdur, tez –tez qıcolmalar baş verdiyi üçün bir işdə bir aydan artıq qala bilmir. Belə bir xəstənin tək, kömək olmadan xəstəxanada qalıb, müalicə alması mümkünsüzdür. Bunu bildirsəm də, yenə də “ambulator müalicə lazımdır” dedilər. Hətta Respublika Klinik Xəstəxanasında növbə gözləyərkən qıcolma tutdu. Həkimlər gözləri ilə görsələr də, xəstəliyinin ağır olduğunu qeyd etmədilər”.

Ardını oxu...

Natiq Davudov bildirir ki, oğlu Dərya Davudzadə hər il mütamadi olaraq Medera Hopitalın Epileptoloq Nevroloqu doktor Ehtiram Alişanovdan müalicə götürür.

“Gözətçi” olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.
 
Ardını oxu...
"Twitter" şirkəti işçilərini kütləvi şəkildə ixtisar edir.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, ixtisarlar əsasən şirkətin Hindistandakı ofisində aparılıb.
Məlumata görə, Hindistandakı işçilərin 50%-dən çoxu işdən çıxarılıb.
İxtisarlarla əlaqəli olaraq şirkətin ofisləri də bağlanıb. Hazırda işçilərin daxili sistemlərə girişini kəsilib.
Qeyd edək ki, “Twitter”in yeni sahibi İlon Maskın işçilərin yarısını ixtisar edəcəyi təxmin edilirdi. Şirkətin ümumilikdə 7500 işçisi var idi.
 
Ardını oxu...
“Əvvəl Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən müəllimlərin beş il ərzində sertifikasiyaya cəlb olunmayacaqları müəyyən edilmişdi. Daha sonra bu müddətin azaldılması təklif edildi və biz hazırda o təklif üzərində çalışırıq”.

Bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir həmin müddətin azaldılmasının gözlənildiyini bildirib:

“Amma prosesin keçirilmə qaydası olduğu kimi qalır, həmin qaydanın dəyişməsi zaman alar. Sertifikasiya həm müəllimlərin bilik bacarıqlarının qiymətləndirilməsi, həm differensial əməkhaqqına keçid, həm də müəyyən mənada müəllimlərin işə qəbulu prosesinin təkmilləşdirilməsidir. Bu mənada həmin islahatın yerinə yetirilməsi üçün 5 illik müddətin bizə lazım olduğunu düşünürük”.

Qeyd edək ki, bu il ölkədə sertifikasiya imtahanı reallaşdı və həmin prosesdən keçən müəllimlər 5 ildən sonra yenidən sertifikasiyaya cəlb olunacaqlar.

MİQ imtahanından keçən müəllimlərin sertifikasiya ilə bağlı verilən 5 il müddətinin azaldılması müəllimlərin davamlı imtahan prosesinə cəlb edilməsinə gətirib çıxarmayacaqmı?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, mövcud qanunvericilikdə Müəllimlərin İşə Qəbul imtahanı sertifikasiyaya bərabər tutulur:


“Əgər bərabər tutulursa, bu o deməkdir ki, avtomatik olaraq həmin artım müəllimlərə də şamil olunmalıdır. Qanunvericilikdəki müvafiq boşluğu bir müvafiq qurumlara təqdim etmişik. Onların qeyd etdiyi təklif “Kamal” Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin təklifidir. Əslində, məzmun baxımından MİQ imtahanı ilə Sertifikasiya imtahanı tamamilə fərqlidir. Birində bilik maksimum yoxlanılırsa, digərinə minimum yoxlanılır. Təbii ki, bir imtahan vermiş şəxsin bir müddətdən sonra təkrar imtahana cəlb edilməsi heç bir halda normal qəbul edilə bilməz. Bunun yeganə çıxış yolu MİQ imtahanının növbəti mərhələyə qədər Sertifikasiyaya bərabər tutulmasıdır. Sadəcə məsələ odur ki, sertifikasiyada müsahibə mərhələsində tamamilə fərqli bacarıqlar, MİQ imtahanında fərqli konfitensiyalar yoxlanılır”.

Eskpert bildirib ki, ona görə də müddətin azaldılması heç bir halda müsbət qəbul edilə bilməz:

“Mütəmadi olaraq insanların imtahanlarda iştirak etməsi onların normal həyatına, tədrisə mənfi təsir göstərəcək. Yaxşı olar ki, növbəti 5 il üçün həmin şəxslər müvafiq olaraq artımla əməkhaqlarını alsınlar, bu, daha ədalətli olardı. Yəni konkret təklif odur ki, ilk dəfə işə qəbul olunanlar 5 ildən sonra deyil, 3 ildən sonra sertifikasiyaya cəlb edilsin. Növbəti dəfə 5 ildən sonra iştirak etsin. Yalnız yeni işə qəbul edilmiş şəxslərin gözləmə müddətinin 5 ildən 3 ilə salınması fikri var. Ancaq hər növbəti sertifikasiya üçün 5 il normal ola bilər”.
 
Ardını oxu...
3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət üçün 11 milyon manat ayrılacaq.
Teref.Az Xezerxeber-ə istinadən xəbər verir ki, Deputat Tahir Kərimli bu barədə məlumat verib.
O qeyd edib ki, bugünədək bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat olub. Gələn il 3 yaşına çatanadək uşaqlara qulluğa görə isə müavinət üçün 11 milyon manat ayrılacaq.
 
Ardını oxu...
Adətən ölkəmizdə sığorta hadisəsi baş verən zaman sığortalı şəxsləri narahat edən məsələlərdən biri həmin an necə davranmaqdır. Hökmən sığorta işçisini hadisə yerinə dəvət etmək lazımdır, yoxsa dəymiş ziyanın fotosunu göndərmək yetər? Elə sığorta şirkətləri də bir çox hallarda sadəcə foto və ya video ilə kifayətlənmir, dələduzluq hallarının baş verə biləcəyindən narahat olurlar.

Bəs qanunvericilik bu məsələyə nə deyir?

TEREF.AZ yazır ki, İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov "Report"a bildirib ki, sığorta şirkətləri istəsələr, ümumiyyətlə hadisə yerinə gəlməyə bilərlər.

“Yol-nəqliyyat hadisəsi zamanı zərərin təsbit edilməsi və zərər vuran şəxsin müəyyənləşdirilməsi tamamilə Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindədir. Qiymətləndirmə isə hadisə ilə əlaqədar araşdırma aparıldıqdan, təmir məsələləri üçün müraciət edildikdən sonra Mərkəzi Bankın reyestrinə daxil olan müstəqil ekspertlər tərəfindən hesablanır. Yəni, bunlar sığorta hadisəsinin baş verdiyi yerdə həyata keçirilən bir proses deyil”.

Sığorta eksperti Pərviz Quliyev hesab edir ki, həyat və qeyri-həyat sığortasında yanaşma fərqlidir və bu, konkret hadisənin spesifikasiyasından asılıdır:

“Azərbaycanda ən çox hadisə avtomobillə bağlı olan hadisələrdir və əmlak sığortası olan yanğın hadisələridir. Daha çox avtomobillə bağlı olan qəzalarda, böyük həcmdə qəzalar olanda məsələn, ziyan çox olduqda sığorta şirkətinin özünün marağındadır ki, vaxtında hadisə yerinə gedib, araşdırsın, foto və video görüntülər əldə edə bilsin. Çünki qəza ağır olanda, xərclər çox olanda dələduzluq hadisələri ehtimalı olur. Onların özlərinin orada olması isə belə ehtimalların şübhələrini aradan çıxarır”.

P. Quliyevin fikrincə, KASKO sığortası daxilində əgər sığorta şirkətinin imkanı, resursu varsa, hadisə yerinə getməlidir: “Məsələn, müştəridən çox şey asılıdır. Əgər müştəri etibarlıdırsa, VİP kateqoriyasına aiddirsə onda şirkət müştəriyə deyir ki, şəkilləri özün çək, lazımi olan sənədləri də təqdim et. Eyni qayda əmlak sığortasında da keçərlidir. Burada təbii ki, Fövqalədə Hallar Nazirliyinə (FHN) müvafiq sənəd təqdim olunmalıdır”.

P.Quliyev bildirib ki, son illərdə sığorta şirkəti ilə müştərilər arasında icbari sığorta ilə bağlı qeyri-rəsmi razılaşmalar var:

“Sığorta şirkətləri zərəri təxminən 1 000 manata qədər olan hadisələrdə hətta polisin sənədini istəmirlər. Hadisə yerindən olan foto və video əsasında qiymətləndirilmə aparılır. Sığorta şirkətinin mütləq qaydada hadisə yerinə gəlməsi məcburi deyil. Amma bu onun hüququdur”.

Həyat sığortasına gəldikdə isə, məsələn ölüm hadisəsi baş verirsə, ailə üzvünə, varisinə zəng vurub çağırmaq vacib deyil, ekspert hesab edir.

“Ağır xəsarət alıb əməliyyat olunmaq da eyni qəbildən olan haldır. Burada hadisə üçün təsdiqləyici sənəd həmin tibbi arayışdır. Ölüm halıdırsa, ölüm şəhadətnaməsi lazım olur. Burada da sığortaçının hüququ var ki, şübhəli hal varsa, istənilən bir dövlət orqanına sorğu göndərsin.

Ümumiyyətlə, həyat sığortasında hadisə yerinə çıxış etmək imkanı məhduddur. Yəni, hadisə zamanı ölüm baş verirsə, heç kim sığorta şirkətinə zəng etmir. Çünki bilir ki, ölüm şəhadətnaməsini sığorta şirkətinə sonra təqdim edə biləcək”, - P.Quliyev bildirir.

Sığorta şirkətlərindən »Report»a bildirilib ki, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılması isə qanunvericiliyə əsasən, sığortaçının vəzifəsi deyil, hüququdur: “Sığorta şirkətinin daxili qayda və prosedurlarına uyğun olaraq sığorta şirkətinin əməkdaşının hadisə yerinə çıxması və hadisəni araşdırması nəzərdə tutula bilər, ancaq bu hal qanunvericiliklə sığorta şirkətinin üzərinə qoyulmuş öhdəlik deyil”.

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, sığorta şirkətinin sığorta hadisəsi ilə bağlı hadisələrə çıxmaqla qanunvericilikdə heç bir qayda müəyyən olunmayıb:
“Qəza komissarı, sığorta eksperti tərəfindən hadisə zamanı forma müəyyən olunur. 10 il əvvəl müstəqil xidmət göstərən belə şirkətlər var idi. Onlar hadisə yerinə gedib araşdırırdılar. Daha sonra sığorta şirkətləri bu işi öz əməkdaşlarına havəle etdilər. Onların vəzifələrini müəyyən etdilər”.
 
Ardını oxu...
Azərbaycan əhalisinin yaş qrupları göstəricisinə nəzər salaq.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin əvvəlinə ölkə əhalisinin 28,3 faizi 19 yaşadək, 32,5 faizi 39 yaşadək, 25,7 faizi 59 yaşadək, 9,1 faizi 69 yaşadək, 4,4 faizi 70 və daha yuxarı yaşlı şəxslər olub.

İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, 2010-2020-ci illərdə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhali sayı 1,6 faiz azalıb, 60 yaşdan yuxarı şəxslərin sayı 65 faiz artıb: “Əhalinin sürətli demoqrafik qocalmasını aşkar göstərən mühüm faktdır. BMT-nin proqnozlarına görə, 2050-ci ilədək inkişaf etmiş bəzi ölkələrdə ahıl əhalinin xüsusi çəkisi 50 faizi ötəcək. Əhalinin sürətli qocalması yaxın yüzillikdə dünya üçün qlobal iqlim dəyişikliyindən daha ciddi problemdir”.

Dünya Bankının son hesabatına görə, 2011-2021-ci illərdə Azərbaycanda hər 1000 nəfərə düşən doğum sayı 19,4-dən 11,2-yə enib. 10 il öncə 65 yaşı aşan şəxslər ölkə əhalisinin 5,8 faizi idi, indi həmin göstərici 8 faizdir.
 

Ardını oxu...
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qənaət” etdiyi 1 milyard manat necə formalaşıb? Pensiya islahatlarının nəticəsi haqqında məlumat açıqlanıb: 2021-ci ildə pensiya xərclərinə qənaət 2018-ci illə müqayisədə 549, 2022-ci ilin yanvar-avqust ayları üzrə pensiya xərclərinə qənaət isə 2018-ci illə müqayisədə 495 milyon manat olub. Yəni anlaşıqlı desək, bu o deməkdir ki, 2018-ci ildə və sonrakı illərdə nazirliyin apardığı araşdırmalarla müəyyən olunub ki, yarım milyardlıq pensiya qanunsuzdur, odur ki, 2021 və 2022-ci illərdə onun verilməsindən imtina edilib".

DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüz qeyd edib ki, nazirlik bu addım adını “qənaət” qoyublar: "Son 3-4 il ərzində isə “qənaət” olunan məbləğ təxminən 1 milyard olub. Xatırladıram ki, nazirliyin qanunsuz pensiyalara və qanunsuz əlilliyə qarşı mübarizəsi də məhz həmin dövrləri əhatə edib. 1 milyardlıq “qənaət” üçün əsaslar yaradan keçmiş nazir Səlim Müslümova qarşı 27 milyonluq yeyinti ittihamı irəli sürülüb və bildiyim qədər hazırda ev dustaqlığındadır".

Dünyapress TV

Xəbər lenti