Sığorta şirkətlərinin hadisə yerinə çıxmaq kimi bir məcburiyyətləri varmı? - AÇIQLAMA
Adətən ölkəmizdə sığorta hadisəsi baş verən zaman sığortalı şəxsləri narahat edən məsələlərdən biri həmin an necə davranmaqdır. Hökmən sığorta işçisini hadisə yerinə dəvət etmək lazımdır, yoxsa dəymiş ziyanın fotosunu göndərmək yetər? Elə sığorta şirkətləri də bir çox hallarda sadəcə foto və ya video ilə kifayətlənmir, dələduzluq hallarının baş verə biləcəyindən narahat olurlar.

Bəs qanunvericilik bu məsələyə nə deyir?

TEREF.AZ yazır ki, İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov "Report"a bildirib ki, sığorta şirkətləri istəsələr, ümumiyyətlə hadisə yerinə gəlməyə bilərlər.

“Yol-nəqliyyat hadisəsi zamanı zərərin təsbit edilməsi və zərər vuran şəxsin müəyyənləşdirilməsi tamamilə Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindədir. Qiymətləndirmə isə hadisə ilə əlaqədar araşdırma aparıldıqdan, təmir məsələləri üçün müraciət edildikdən sonra Mərkəzi Bankın reyestrinə daxil olan müstəqil ekspertlər tərəfindən hesablanır. Yəni, bunlar sığorta hadisəsinin baş verdiyi yerdə həyata keçirilən bir proses deyil”.

Sığorta eksperti Pərviz Quliyev hesab edir ki, həyat və qeyri-həyat sığortasında yanaşma fərqlidir və bu, konkret hadisənin spesifikasiyasından asılıdır:

“Azərbaycanda ən çox hadisə avtomobillə bağlı olan hadisələrdir və əmlak sığortası olan yanğın hadisələridir. Daha çox avtomobillə bağlı olan qəzalarda, böyük həcmdə qəzalar olanda məsələn, ziyan çox olduqda sığorta şirkətinin özünün marağındadır ki, vaxtında hadisə yerinə gedib, araşdırsın, foto və video görüntülər əldə edə bilsin. Çünki qəza ağır olanda, xərclər çox olanda dələduzluq hadisələri ehtimalı olur. Onların özlərinin orada olması isə belə ehtimalların şübhələrini aradan çıxarır”.

P. Quliyevin fikrincə, KASKO sığortası daxilində əgər sığorta şirkətinin imkanı, resursu varsa, hadisə yerinə getməlidir: “Məsələn, müştəridən çox şey asılıdır. Əgər müştəri etibarlıdırsa, VİP kateqoriyasına aiddirsə onda şirkət müştəriyə deyir ki, şəkilləri özün çək, lazımi olan sənədləri də təqdim et. Eyni qayda əmlak sığortasında da keçərlidir. Burada təbii ki, Fövqalədə Hallar Nazirliyinə (FHN) müvafiq sənəd təqdim olunmalıdır”.

P.Quliyev bildirib ki, son illərdə sığorta şirkəti ilə müştərilər arasında icbari sığorta ilə bağlı qeyri-rəsmi razılaşmalar var:

“Sığorta şirkətləri zərəri təxminən 1 000 manata qədər olan hadisələrdə hətta polisin sənədini istəmirlər. Hadisə yerindən olan foto və video əsasında qiymətləndirilmə aparılır. Sığorta şirkətinin mütləq qaydada hadisə yerinə gəlməsi məcburi deyil. Amma bu onun hüququdur”.

Həyat sığortasına gəldikdə isə, məsələn ölüm hadisəsi baş verirsə, ailə üzvünə, varisinə zəng vurub çağırmaq vacib deyil, ekspert hesab edir.

“Ağır xəsarət alıb əməliyyat olunmaq da eyni qəbildən olan haldır. Burada hadisə üçün təsdiqləyici sənəd həmin tibbi arayışdır. Ölüm halıdırsa, ölüm şəhadətnaməsi lazım olur. Burada da sığortaçının hüququ var ki, şübhəli hal varsa, istənilən bir dövlət orqanına sorğu göndərsin.

Ümumiyyətlə, həyat sığortasında hadisə yerinə çıxış etmək imkanı məhduddur. Yəni, hadisə zamanı ölüm baş verirsə, heç kim sığorta şirkətinə zəng etmir. Çünki bilir ki, ölüm şəhadətnaməsini sığorta şirkətinə sonra təqdim edə biləcək”, - P.Quliyev bildirir.

Sığorta şirkətlərindən »Report»a bildirilib ki, sığorta hadisəsi hesab edilə bilən halın araşdırılması isə qanunvericiliyə əsasən, sığortaçının vəzifəsi deyil, hüququdur: “Sığorta şirkətinin daxili qayda və prosedurlarına uyğun olaraq sığorta şirkətinin əməkdaşının hadisə yerinə çıxması və hadisəni araşdırması nəzərdə tutula bilər, ancaq bu hal qanunvericiliklə sığorta şirkətinin üzərinə qoyulmuş öhdəlik deyil”.

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, sığorta şirkətinin sığorta hadisəsi ilə bağlı hadisələrə çıxmaqla qanunvericilikdə heç bir qayda müəyyən olunmayıb:
“Qəza komissarı, sığorta eksperti tərəfindən hadisə zamanı forma müəyyən olunur. 10 il əvvəl müstəqil xidmət göstərən belə şirkətlər var idi. Onlar hadisə yerinə gedib araşdırırdılar. Daha sonra sığorta şirkətləri bu işi öz əməkdaşlarına havəle etdilər. Onların vəzifələrini müəyyən etdilər”.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti