Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qərb ölkələrinin tələbi ilə dekabrın 6-da Ukraynadakı humanitar vəziyyətlə bağlı iclas keçirəcək.
"DogruXeber.az" xəbər verir ki, bu barədə qurumdakı mənbə məlumat verib.
“Görüş Ukraynadakı humanitar vəziyyətlə bağlı olacaq”, - mənbə bildirib.
Görüşün keçirilməsi tələbinin Qərb ölkələrindən gəldiyi qeyd olunur.
Dekabrda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Hindistanın Daimi Nümayəndəsi Ruçira Kamboca bir müddət əvvəl Təhlükəsizlik Şurasının dekabrda Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcəyini bildirmişdi .