ABŞ və Kanada İrana qarşı sanksiyaları genişləndirib.“Report” xəbər verir ki, ABŞ İranın dövlət teleradio şirkəti ilə əlaqəsi olan 6 şəxsə sanksiya tətbiq edib.Eyni zamanda Kanada İrana qarşı sanksiya siyahısına 6 fiziki və 2 hüquqi şəxsi əlavə edib.Bildirilib ki, İranın pilotsuz uçuş aparatları (PUA) istehsalçılarına qarşı da sanksiyalar tətbiq olunub.