Böyük Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərləri daxil edilib.
Siyahıda ümumilikdə 24 nəfərin adı var.
Bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir.