Patruşevin Tehran səfərinin pərdə arxası: Azərbaycan bu səfərdən necə təsirlənə bilər?
Putin hakimiyyətinin ən güclü fiquru hesab edilən Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev 9 noyabrda İrana səfər edib. Tehranda iranlı həmkarı Əli Şamxani ilə görüşən Patruşev, daha sonra İran prezidenti Rəisi ilə görüşüb. Verilən rəsmi açıqlamada Patruşevin Şamxaninin dəvəti ilə Tehrana səfər etdiyi və səfərin iki ölkə arasında strateji əlaqələri dərinləşdirmək məqsədi daşıdığı qeyd olunur.

Qərb mənbələri isə müharibənin davam etməsinin tərəfdarı olan Patruşevin İrandan xüsusilə, ballistik raketler istəmək üçün Tehrana getdiyini iddia edir. Belə ki, raket ehtiyatlarının xeyli azalması Rusiyanı alternativlərə yönəlməyə məcbur edir.

Patruşev sentyabr ayında Çinə də səfər etmişdi. Ötən günlərdə Qərb mətbuatı Patruşevin ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanla da daimi təmasda olduğunu iddia edib.

Belə görünür ki, Rusiya xarici siyasəti birbaşa Patruşevin nəzarətinə keçib və onun vasitəsilə aparılır. Burdan iki nəticəyə gəlmək olar: Ukrayna ilə müharibənin əsas tərəfdarı olan Patruşevin güclənməsi Moskvada müharibəni davam etdirmək baxışının hələ də hakim olduğu göstərir. İkincisi, bu, Rusiyada real güc sahibi olan təhlükəsizlik elitasının strateji sahələri birbaşa öz əlinə alması, yəni, gücün konsodilasiyası deməkdir. Əksər hallarda gücün konsolidasiyası vəziyyət mürəkkəbləşdikdə və hakimiyyətin itirilməsi təhlükəsi hiss edildikdə baş verir.

Rusiyanın İranla yaxınlaşması və silah tədarükündə getdikcə daha çox asılı hala düşməsi Azərbaycan üçün arzuolunmazdır. Çünki Rusiya Cənubi Qafqazda İranı limitləyən ənənəvi güc idi. Rusiyanın İrandan asılılığının artması Tehranın Cənubi Qafqazda manevr imkanlarını artıracaq.

Şərqə Baxış Analitik Mərkəz
 
 
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı
15 Noyabr 2024 Litva hökuməti istefa verib
15 Noyabr 2024 "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"

Dünyapress TV

Xəbər lenti