Yaranma tarixi VI əsrə aid edilən və Türkün ilk yazılı abidəsi kimi bildirilən Orxon yazıları əslində ilk deyil, qədim türk yazısının son mərhələsinə aitdir. Qədim türk yazılarının tarixi isə türkün özü qədər qədimdir. 1969-cu ildə Qazaxıstanın keçmiş paytaxtı Almatadan 50 km məsafədə yerləşən İssık ərazisində yol çəkimləri zamanı tapılmış yaşı e.ə V əsrə aid edilən Saka kurqanı – arxeoloqların marağına səbəb olur. Araşdırma zamanı qazax tədqiqatçılar Beken Nurmuxanbetov və Kamal Akişev bütün paltarları və silahı belə qızıldan olan Saka şahzadəsi və yüzlərlə antik eksponat tapırlar. Bu tapıntının ən böyük önəmi budur ki, Saka şahzadəsinin yanında müxtəlif əşyalarla yanaşı üzərində Orxun yazıları kimi bildiyimiz 26 hərfin olmasıdır. Bu yazılar gümüş qədəh qabın üzərində yazılıb. Yazı belədir: “Tigin 23 yaşında öldü, Eşik xalqının başı sağ olsun”. Beləliklə bu tapıntı sübut etmiş oldu ki, türk runik əlifbasının yaşı eramızın VI əsrindən götürülməsi yalnışdır və əsil istifadə kökləri 2500 illikdir. Bildirək ki, eyni əlifbada tarixi nümunələr Azərbaycanda Biləsuvar ərazisində də tapılmışdı və onun da tarixinin təxminən 2500 ilə qədər olduğu bildirilir. M.Afət TEREF