İlk dəfə 1989-cu ildə ABŞ-da nümayiş etdirilən “Simpsons” serialı gələcəyi proqnozlaşdırdığı iddiası ilə tez-tez gündəmə gətirilir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl meymun çiçəyi virusu və Trampın sui-qəsdi kimi bir çox mühüm hadisələri əvvəlcədən proqnozlaşdıran serialın 2025-ci il proqnozları yayımlanıb.
ABŞ-ın yeni prezidenti qadın olacaq? Bu yaxınlarda Kamala Harris ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü elan etdikdən sonra “Simpsons serialı ilə bağlı daha bir proqnoz gerçəkləşirmi?” sualı yaranıb.2000-ci ilin mart ayında yayımlanan 11-ci mövsümün 17-ci bölümündə “Bart to the Future”da “Liza” adlı personaj ABŞ prezidenti kimi təsvir edilir.
Qeyd edək ki, Kamala Harris seçkidə qalib gəlsə, ölkənin ilk qadın prezidenti olacaq.
Meymun çiçəyi xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı Afrikadan bir çox ölkəyə yayılan meymun çiçəyi virusu səbəbilə qlobal ictimai sağlamlıq vəziyyəti elan edib.Simpsons 7-ci mövsümün 3-cü hissəsində Bart və Milhouse meymunla oynadıqdan sonra xəstələnirlər. Başqa bir epizodda Homer meymunu övladlığa götürdükdən sonra xəstələnir. Bu detalla serialın meymun çiçəyi virusundan da xəbəri olduğu düşünülüb..
Günəş fırtınası
Daha əvvəl 2024-cü ildə The Simpsons filmində baş verəcəyi proqnozlaşdırılan günəş fırtınasının 2025-ci ildə baş verəcəyi iddia edilir.Günəş fırtınası ssenarisi baş verərsə, bütün elektron cihazlar yararsız hala düşəcək və ibtidai şərtlər geri qayıdacaq.
“Dollar dəyərini itiricək”
Digər tərəfdən, The Simpsons-a görə, 2026-cı ildə dollar dəyər itirəcək və dollar əvəzinə virtual valyutalar geniş yayılacaq.