PALİNDROM
Palindrom – tərsinə oxunuşu da eyni olan cümlə, söz və ədədlərə deyilir. Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri çevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Azərbaycan dilində bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar.
Müasir Türk dilində "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir.
Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə baxmayaraq bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır.
İlk palindrom hələ Miladdan əvvəl IV əsrdə qədim latın dilində tərtib olunub : "Sator Arepo tenet opera rotas"("Əkinçi Arepo yorulmadan çalışır.") Bizans imperiyasının paytaxtı Sofiyadakı bir kilsənin mərmər divarlarına aşağıdakı palindrom üslublu hikmət oyulmuşdur: NİSPONANOMİMATAMİMONANOPSİN
("Təkə üzünüzü deyil, günahlarınızı da yuyun")
Palindrom sözlər :
Mum, Sus, Dad, ləl, lal, ütü, iki, səs, ada, ağa, ala, iri, yay, ana, ata, kök, bab, amma, kələk, şabaş, qabaq, mənəm, qapaq, ənənə, mühüm, kiçik, Əzizə, Küllük, qulluq, Tavat, şeş, küçük iti
https://az.m.wikipedia.org/wiki/Palindrom
Gülnar Abbasova
 

Dünyapress TV

Xəbər lenti