İnci Çayırlı (1935-2021) Türkiyənin mükəmməl musiqi təhsili görmüş, ifaçılıqla bərabər xor rəhbəri və konservatoriya hocasıydı. Türk Sənət Musiqisini onsuz təsəvvür etmək mümkün deyildi. Türk Sənət Musiqisini onsuz təsəvvür etmək mümkün deyildi. Ancaq mənim üçün İnci Çayırlı Sovet Azırbaycanına səfər etmiş (soldakı şəkil o dövrdə çəkilib) az saydakı nadir Türk sənətçilərindən biriydi. Zeliha, İnci Çayırlı, Ajda Pekkan, Nesrin Sipahi, "Modern Folk Üçlüsü", Müşərrəf Akay və iki-üç başqa sənətçi xaricində Sovet vaxtı Bakıya kimsə gəlməmişdi. Anam Zeliha, İnci Çayırlı, Nesrin Sipahi və Ajdanın konsertlərində olmuş az sayda bəxtəvərlərdən biri idi. “Bəxtəvər” ona görə deyirəm ki, 1970 və 80-lərdə Türk sənətçilərinin konsertlərinə düşmək çox çətin, düşənlər isə az sayda bəxtəvərlərdən sayılırdılar. Uşaq idim, atamla anamın geyinib, kecinib o konsertlərə hazırlanmasını yaxşı xatırlayıram. İndiki gənclərə qəribə gələcək ən maraqlı hadisə isə o konsertlərdən sonra bizim evə gələn ailə dostları və anamın rəfiqələri idi. Bizə yığışıb türk ifaçılarının konserti haqda suallar verərdilər. Sonralar, sərhədlər qalxandan sonra anam təbəssümlə “O vaxt hamı onların nə oxuduqlarına deyil, səhnədə nə danışdıqlarına baxardı” deyərdi. Bakı və Bakı əhli Türk dilinə, Türkiyə Türkcəsinə, Türk insanına həsrət idi. Bir çoxlarının Türkiyə sevgisi bu görkəmli musiqiçilər sayəsində zirvələrə çıxmış, Türklük ülküsü canlarına, qanlarına hopmuşdu. İbrahim Nebioğlu TEREF