Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?
“Sosial durumumdan, işsizliyimdən hər kəs xəbərdardır. Dəfələrlə bu haqda paylaşımlar olub, müsahibələr alınıb, ad çəkib kimlərdənsə yardım istəmişəm. Amma bir kömək edən olmayıb. Kim kömək edəcək? Ölən ölüb, torba dolub. Kimdir Vahidin qızına baxan?! O sağ olanda yanından əl çəkmirdilər, qəzəllərini oxuyub, şeirlərinə yazılan mahnıları ifa edirdilər. İndi kimin “dayday”-ı var o qabaqdadır. Atamın adı mənə bu gün də yaşıl işıq yandırır. Hara gedirəmsə hörmət edirlər. Əliağa Vahidin qızı deyəndə hamı sevinir. Onun qəzəllərinə yazılan mahnılar bu gün də oxunur. Sadə camaat nə edə bilər ki?”

Bunu Moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. O daha sonra əlavə edib.

“O vaxt uşaq olanda bizimlə 20 illik müqavilə bağlanmışdı. Atamın hər qəzəli oxunanda bizə pensiya verirdilər. Universiteti, texnikomu bitirəndən sonra həmin pensiya dayandırıldı. Sonra qardaşım həmin vaxtı 5 il müddətinə uzatdı. O vaxt da bitdi. Rəhmətlik Tükəzban İsmayılova anamla birlikdə internatda işləyirdi. O da bizim gözəl müğənnimiz idi. Onun bizə qohumluğu da çatırdı. Deyirdi ki, mən Vahiddən oxuyuram ki, həm xalq mənə hörmət etsin, sevir, həm də siz buna görə pul ala biləsiz. Atam Əbülfət Əliyevlə, Əlibaba Məmmədovla, İslam Rzayevlə, Habil Əliyevlə dost idi” deyə qəzəlxanın qızı deyib.

Firəngiz Əliağa Vahid qızı atası ilə bağlı yayılan şayiələrdən də danışıb.

“Atam haqda çox sözlər deyirlər. Bəzilərinin doğru yaxud da yalan olduğunu bilirəm. Deyirlər ki, Əliağa Vahid Leyla Bədirbəylini sevib, ona erotik şeirlər həsr edib. Hətta “Qəzəlxan” filmindəki aktrisa Nübar Novruzovanın oynadığı rol Leyla Bədirbəylinin prototipidir. Filmdə də belə göstərilib ki, Leyla Bədirbəyli Yazıçılar Birliyində işləyir. Leyla Bədirbəyli o illərin aktrisası olub. Mən biləni heç ona maraq göstərməyib. Anam heç vaxt demirdi ki, atan Leyla Bədirbəylini sevib yaxud da aralarında nəsə olub. Bir onu bilirdik ki, atam Fenya adlı rus qadınla qanuni nikahda yaşayırdı, amma anamla münasibətləri qanuni deyildi. Çünki anam atamı heç vaxt bəyənməyib. Atam anamdan 29 yaş böyük olub. Anam axır vaxtlar deyirdi ki, atanın şairliyinə, ad-sanına görə ona hörmət edirəm. Atam gəzəyən kişi olmayıb. Düzdür, qızlara, gözəllərə baxıb ilhamlanıb şeirlər yazıb. Özü üçün yaşayan bir adam olub” deyə qəzəlxanın qızı deyib.
 

Dünyapress TV

Xəbər lenti