20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
2024-сü ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 5 225 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd (+66,6%) çox minik avtomobili istehsal olunmuşdur (yığılmışdır).

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

Minik avtomobilləri üzrə 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 207 ədəd təşkil edib.

Qeyd edilib ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,6 faiz azalaraq 535 ədəd olub.

2024-cü ilin yanvar-noyabr aylarında 576 ədəd yük avtomobili istehsal edilmişdir. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5% azalıb.

Bildirək ki, bu gün ölkədə minik avtomobili istehsalı 67 faizə çatıb. Ancaq idaxal olunan avtomobil sayının çoxluğunu da nəzərə alsaq, bu rəqəmin 67 faiz təşkil etməsi maraq doğurur.

Bəs yerli istehsal olan avtomobillərin alıcısı varmı?

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev “Cebheinfo.az”-a bildirib ki, bu gün yerli istehsala tələbat var:

“Ən azı yerli avtomobillər hesabına taksi parkımız yenilənib. Taksi parkının yenilənməsinə ən böyük töhfəni verənlərdən biri yerli istehsaldır. Yerli istehsal olan avtomobillərin qiyməti təxminən 20-21 min manatdan başlayır. Hazırda müxtəlif seqmentlərdə avtomobillər var.

Yığımlarda bir neçə markanın müxtəlif modeli var. Ona görə də bazarda möhkəmlənməsi, istehsal sayının artması normal haldır. Yerli istehsalın, satışların artmasına təəccüblənmək lazım deyil.

Artıq minik avtomobil parkımız yenilənib, hazırda bu istiqamətdə işlər gedir. Nəzərə alaq ki, ölkədə fəaliyyətdə olan 60 mindən çox taksi vardı. Onlar da yenilənməyə doğru gedir, onlara da xüsusi şərtlər qoyulub. Hər 100 maşından 35-40-ı yerli istehsaldır. Gələcəkdə bu rəqəm daha da artacaq.

Yerli istehsalın həcminin artması əlavə işçi qüvvəsi, yeni iş yerlərinin açılmasıdır ki, bu da sevindirici haldır. Yerli istehsala gəldikdə isə, burada “Chevrolet”, “Isuzu” kimi avtomobillər də var.

Hazırda yerli avtomobil satış salonlarında hər zaman müştəri var. Çünki onların satış və kredit şərtləri daha əlçatandır. Ona görə də əlində az pulu olan, daha uyğun şərtlərlə bu avtomobillərdən faydalanırlar”.
 

Bölmənin digər xəbərləri

21 Dekabr 2024 Avtomobillərə tətbiq olunan gömrük rüsumlarının hesablanması zamanı növü nəzərə alınmır
21 Dekabr 2024 Təhsil Tələbə Krediti Fondunda milyonluq möqsanlar üzə çıxdı - Palata yoxlama faktlarını açıqladı
20 Dekabr 2024 İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
20 Dekabr 2024 Meyvə-tərəvəz ixracından gəlirlər 628 milyon dollar olub - Rəqəmlərdə azalma
18 Dekabr 2024 Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? - SİYAHI
18 Dekabr 2024 Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş – Sabiq nazir detalları açdı
17 Dekabr 2024 “Alafran”, “Oris” istehsalçısı “Vüsal Kimya” ölkədən pul çıxarıb?
17 Dekabr 2024 Parlamentdə təmsil olunmayan partiyalara vəsait az çatacaq
17 Dekabr 2024 “Milla Dairy” böyük məbləğdə cərimələnə bilər – MƏHKƏMƏ
17 Dekabr 2024 Yeni il öncəsi od tutub yanan HOTEL QİYMƏTLƏRİ - “Belə getsə, yerli turizm bazarında...”
16 Dekabr 2024 Əsədin sərvəti açıqlandı
16 Dekabr 2024 Azərbaycanda nəyə çox pul xərclənir: - içki və siqaretə, yoxsa təhsilə?
15 Dekabr 2024 İranda dolların məzənnəsi rekord həddə yüksəldi
14 Dekabr 2024 Türkiyə lirəsindən növbəti antirekord
14 Dekabr 2024 Qazın limiti ilə bağlı vacib xəbər: “Yanvarın 7-dək...“
13 Dekabr 2024 Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
13 Dekabr 2024 “Azpulmat”da faizlər niyə yüksəkdir? - Mərkəzi Bankın Qərarı əməl olunmur…..
13 Dekabr 2024 "Neptun" külli miqdarda borcunu ödəmir
13 Dekabr 2024 Dolların bahalaşması bu ölkələrin valyutalarının kəskin ucuzlaşmasına səbəb oldu
12 Dekabr 2024 Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

Dünyapress TV

Xəbər lenti