Mərkəzi Bankın valyuta ehtiyatları və xaricdən pul köçürmələri yenə azalıb -
İndi Azərbaycanda maliyyə aktivliyinin bu qədər aşağı düşməsini izah etmək asandır. Çünki gizlədiləsi bir şey qalmayıb. Dərə ilə aşağı yuvarlanırıq. Neft, qaz, elektrik enerjisi gəlirləri kəskin azalıb. Yaxın illərdə xarici bazarlarda qiymətlərin bizim üçün qənaətbəxş olacağı gözlənilmir. Mərkəzi Bankın valyuta ehtiyatları sürətlə azalır. Havada devalvasiya qoxusu var. Bu şəraitdə maliyyə aktivliyinin yüksək olmasını gözləməyə dəyməzdi.

Bizimyol.info xəbər verir ki, xaricdən pul köçürmələri yenə azalıb. Hətta nikbin proqnozlar da özünü doğrultmur. Düşünülürdü ki, vəziyyət nə qədər pis olsa da, ilin sonuna qədər xaricdən Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1 milyard dollara çatar. Belə görünür ki, həmin həddə də çatmaq mümkün olmayacaq.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454 milyon manat daxil olub. Bir ay əvvəlki son hesabatdan sonra bizim ölkəyə 122 milyon manat göndərilib. Bu göstəricinin də ayrıca çox aşağı olduğunu qeyd etməyə dəyər.

Keçən ilin eyni dövrü ilə müqayisə edəndə azalmanın 622 milyon manata yaxın olduğu görünür. Göstərici 30 faizi keçir. Vəziyyətin necə pisləşməsini göstərən daha bir statistika.

Banklardan xaricə göndərilən vəsaitin həcmi 440 milyon manat olub. Məsələn, keçən ilin eyni dövründə 76 milyon manat çox göndərilmişdi.

Mümkün devalvasiya gələcəkdə rəqəmləri yerindən oynada bilər, amma mahiyyət yenə dəyişməyəcək. Ölkəyə daha böyük pullar gəlmir. Xaricdən yaşayanların dotasiyası da əhalinin dolanışığında vacib rol oynayırdı. Ukrayna müharibəsi vəziyyəti çox dəyişdi. Üstəlik, xaricə miqrant kimi yollananların ölkə ilə az qala üzülüşmək düşüncəsi rəqəmlərə təsir edir.

İlin sonunda xaricdən pul köçürmələrinin ümumi həcmi ən yaxşı halda 1,7 milyard manata, yəni 1 milyard dollara yaxınlaşacaq. Gələn il nələrin baş verəcəyini isə düşünmək olmur. Sanki 2025-ci ildə bizi xeyli aşağı iqtisadi və maliyyə göstəriciləri gözləyir.
 

Bölmənin digər xəbərləri

11 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir - SİYAHI
11 Dekabr 2024 Terminallar niyə qəpiklə ödəniş qəbul etmir?
10 Dekabr 2024 İqbal Məmmədovun şirkəti daha bir tender qanandı - 1,3 milyon vergi borcu var
09 Dekabr 2024 “Fitch” Gürcüstanın kredit reytinqi ilə bağlı proqnozunu “Mənfi”yə dəyişib
09 Dekabr 2024 Uİtilizasiya vergisi kimi yığılan 22 milyon hara gedir?
08 Dekabr 2024 ABŞ Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım ayırdı
08 Dekabr 2024 Qoz və qoz ləpəsi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
07 Dekabr 2024 QLOBAL TİCARƏTDƏ VƏ NƏQLİYYAT DAŞIMALARINDA AZƏRBAYCAN DÜNYANIN ƏSAS MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİR
07 Dekabr 2024 400 milyon manatlıq tenderləri 2 şirkət uddu - DETALLAR
07 Dekabr 2024 Tikilməkdə olan obyektlərlə bağlı qərar
05 Dekabr 2024 Gömrükdə MAAŞ BÖHRANI: Düz 3 aydır ki... - rəsmlərsə susur...
05 Dekabr 2024 Mərkəzi Bankın dollar ehtiyyatları azaldı – Manat necə olacaq?
05 Dekabr 2024 Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək
04 Dekabr 2024 Azərbaycan iqtisadiyyatına ən çox bu ölkələr investisiya yatırıb - SİYAHI
03 Dekabr 2024 Aİİ ölkələri qaz, neft və neft məhsulları bazarlarının yaradılmasını müzakirə ediblər
02 Dekabr 2024 Putin hərbi büdcəni fantastik həddə qaldırdı
30 Noyabr 2024 Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edildi
30 Noyabr 2024 Dünyanın ən böyük qızıl yatağı tapıldı
30 Noyabr 2024 Ən ucuz istehsal xərclərinə malik ölkələr – TOP-10
30 Noyabr 2024 Xaricilər bank kartları ilə 2 milyard manatdan çox əməliyyat aparıb

Dünyapress TV

Xəbər lenti