Aİİ ölkələri qaz, neft və neft məhsulları bazarlarının yaradılmasını müzakirə ediblər
AİK-nin iclasında 2024-cü ildə Aİİ-nin daxili bazarındakı maneələrin aradan qaldırılması və məhdudiyyətlərin azaldılması ilə bağlı hesabat dinlənilib.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin qaz, neft və neft məhsulları üçün ümumi bazarların formalaşdırılması məsələsi Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurasının iclasında müzakirə edilib.
Bu barədə Qazaxıstan Nazirlər Kabinetindən məlumat verilib.
Qazaxıstan mətbuatının məlumatına görə, iclasda həmçinin 2024-cü ildə Aİİ-nin daxili bazarındakı maneələrin aradan qaldırılması və məhdudiyyətlərin azaldılması ilə bağlı hesabat da dinlənilib.
Eyni zamanda, maliyyə əməliyyatlarının tənzimlənməsinə vahid yanaşmanın yaradılmasına yönəlmiş maliyyə bazarı sahəsində Aİİ ölkələrinin qanunvericiliyinin uyğunlaşdırılması istiqamətində irəliləyişlə bağlı müzakirə aparılıb.
Gömrük İttifaqının "Liftlərin təhlükəsizliyi" texniki reqlamentinə də dəyişikliklər edilib. Sənədə əsasən, reqlament qüvvəyə minənədək istismara verilmiş və artıq müəyyən edilmiş müddəti başa çatmış liftlərin istismar müddəti 5 il uzadılır.
Eyni zamanda, liftlərin təhlükəsizliyinin təmin edilməsi tədbirləri texniki tələblərə uyğunlaşdırılana qədər Aİİ ölkələrinin qanunvericiliyi ilə tənzimlənəcək.
 

Bölmənin digər xəbərləri

04 Dekabr 2024 Azərbaycan iqtisadiyyatına ən çox bu ölkələr investisiya yatırıb - SİYAHI
02 Dekabr 2024 Putin hərbi büdcəni fantastik həddə qaldırdı
30 Noyabr 2024 Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edildi
30 Noyabr 2024 Dünyanın ən böyük qızıl yatağı tapıldı
30 Noyabr 2024 Ən ucuz istehsal xərclərinə malik ölkələr – TOP-10
30 Noyabr 2024 Xaricilər bank kartları ilə 2 milyard manatdan çox əməliyyat aparıb
29 Noyabr 2024 Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
29 Noyabr 2024 Bakı restoranlarında Yeni ili qeyd etmək neçəyə başa gəlir? – Şok qiymətlər
28 Noyabr 2024 Quş ətinin qiyməti KƏSKİN ARTDI
28 Noyabr 2024 DİQQƏT! Azərbaycanda ət bahalaşacaqmı? Məhdudiyyət tətbiq edildi
28 Noyabr 2024 Valyuta panikası: Rubl 2022-nin martından bəri ən aşağı səviyyəyə düşdü
27 Noyabr 2024 Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər
27 Noyabr 2024 Azərbaycan 63 milyon dollara gübrə aldı
26 Noyabr 2024 ŞAD XƏBƏR: 2025-ci ildən maaşlar bu qədər artacaq... - Minimum əməkhaqqı 400 manat olacaq?
26 Noyabr 2024 Parlamentdə təklif: “Kolxoz və sovxozlar yaradılsın”
26 Noyabr 2024 Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
26 Noyabr 2024 Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
25 Noyabr 2024 ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi
25 Noyabr 2024 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA
25 Noyabr 2024 ŞAD XƏBƏR - Bu sahədə çalışanların maaşları artırılacaq

Dünyapress TV

Xəbər lenti