Vergi borcu olan şirkət reklam qanunvericiliyini də pozub
“Veranda Resort Hotel Villas” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır.
Qeyd edək ki, qanuni təmsilçisi Xəlilli Seymur Nərman oğlu olan “Veranda Resort Hotel Villas” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 41609.25 manat vergi borcu var. Şirkət Xəzər rayonu Mərdəkan qəsəbəsində “Veranda Hotel”i fəaliyyət göstərir. Şirkətin Bakı şəhərində müxtəlif ünvanlarda restoranlar şəbəkəsi mövcuddur.
 

Bölmənin digər xəbərləri

14 Noyabr 2024 Mövsüm meyvələri ucuzlaşıb? – Keçən illə müqayisədə 5-6 manat...
14 Noyabr 2024 Neft qiymətləri 40 dollara qədər ucuzlaşacaq – Analitiklərdən bədbin proqnoz
13 Noyabr 2024 UNİBANK-ın sahibi Azərbaycandan gedir... - Eldar Qəribov biznesini Fransaya köçürür
13 Noyabr 2024 "Shopify"in gəlirləri gözləntiləri üstələdi - HESABAT
12 Noyabr 2024 QHT: Qlobal Şimalın zəngin ölkələri iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər
12 Noyabr 2024 "İqlim dəyişikliyi ilə mübarizəyə 1 trilyon dollardan çox pul lazımdır"
12 Noyabr 2024 “Bitcoin”-in dəyəri yüksəldi: Bütün zamanların rekordu
11 Noyabr 2024 Bitkoinin qiyməti tarixində ən yüksək səviyyəyə çatıb
11 Noyabr 2024 Ermənistanla bağlı üç milyardlıq hədəf - İran açıqladı
10 Noyabr 2024 Rusiyadan dollar və avro ilə bağlı KRİTİK QƏRAR
09 Noyabr 2024 Bakıdakı hotellər COP29 ərəfəsində 80 faiz dolub
08 Noyabr 2024 İngiltərə Mərkəzi Bankı "Fed"dən əvvəl faizləri endirdi
08 Noyabr 2024 Almaniyadakı böhranın arxasındakı 700 milyard $-lıq səbəblər
08 Noyabr 2024 ABŞ bu ölkənin 1,1 milyard dollar borcunu silir
07 Noyabr 2024 “Kartdan karta” işləyən 120 sahibkara maliyyə sanksiyası tətbiq edildi
06 Noyabr 2024 Uçot dərəcəsi niyə aşağı salınmadı: Hansı amillər manatı baha saxlamağa vadar edir?
06 Noyabr 2024 Seçkidən əvvəl Bitcoin ETF-lərdən rekord çıxış qeydə alındı
06 Noyabr 2024 Quba İcra Hakimiyyəti “xərcə düşdü” – Səbəb
05 Noyabr 2024 Sertifikasiyadan keçən müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ
05 Noyabr 2024 Azərbaycanda Monqolustan ətləri - QİYMƏTLƏR

Dünyapress TV

Xəbər lenti