- Bayden, Makron, Scholz seçkidən sonra Erdoğanı təbrik etdi - bizdə bəziləri deyir yox e, Əliyev və Putin təbrik etdisə, deməli bu işdə nəsə var, - CHP və müxalifət qanadı seçki sürəcində problemlemlər olmağına baxmayaraq səslərin sayılmadında saxtakarlıq olmadığı deyir, uduzduqlarını etiraf edir - bizdə bəziləri onlardan çox bilirlərmiş, onlardan çox Kılıçdaroğlunun qələbəsini istəyirlərmiş, dirəşiblər ki, yox e, saxtakarlıq var, Kemal bəy uduzmayıb, - Biz həftələrdir məhz Azərbaycan hakimiyyətinə mesaj olsun deyə yazıb-söyləyirik ki, baxın ha, qardaş ölkəyə baxın, "oy, sandıq siyasətçinin namusudur", deyən AKP-yə, Erdoğana baxın, dərs çıxardın - bizdə bəziləri aqressiv şəkildə üstümüzə gəlib, "siz Erdoğançısınız, onu dəstəkləyirsiz", bağırırlar, - Biz illərdir seçki institutuna inamı ölmüş məmləkətimizdə bu prosesə marağı artırmaq üçün çalışırıq, qardaş Türkiyədə seçki marağını örnək gətirərək bizdə də canlanma yaratmaq istəyirik - bizdə bəziləri bunu anlamır, özümüzdə olan biabırçı seçki vəziyyəti azmış kimi, indi də, "ay aman, Türkiyədə də saxta seçki oldu", deyib seçki sürəcinə olan-qalan inamı da məmləkətdə öldürmək istəyərək YAP-a xidmət edirlər. Dostlar, Türkiyədə Respublikanı, sekulyar yanaşmanı, liberal bazar iqtisadiyyatını saxlayacaq təməllər var - Atatürkçülük, sekulyar millətçilik, solçuluq güclüdür, qardaş ölkənin varolma "vaksinləridir", ciddi seçki institutunun varlığı da Türkiyəni daim ayaqda tutacaq və gücləndirəcək! Gəlin özümüzə baxaq, öz "vaksinlərimizi" yaradıb-gücləndirək. İlk və ən vacib məsələ seçki institutunun bərpasıdır - bu addım olsa, sonra bizdə də ideoloji kəsimlər yaranacaq. Hamılıqla seçki institutunun bərpasına çalışmalıyıq, bu yol isə ancaq aktiv iştirakçılıqdan keçir! Natiq Cəfərli Teref.az