"Ümid edirik ki, Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirmək üçün bütün tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirəcək".
Bunu BMT baş katibinin sözçüsü Stefan Ducarik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir və mayın 18-də razılaşma əldə olunması gözlənilir: "Bu razılaşmanın əldə olunması qlobal ərzaq qiymətlərini aşağı saxlamaq üçün vacibdir".
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Paket sazişi həmçinin Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını nəzərdə tutur. Qeyd edək ki, bundan əvvəl Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini 60 gün, yəni mayın 18-dək uzadıb.