“Mastercard” şirkətinin keçmiş baş direktoru Acay Banqa Dünya Bankının (DB) yeni prezidenti seçilib.
Bu barədə Dünya Bankı məlumat yayıb.
Bildirilib ki, Bankın İcraçı Direktorları bu gün Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş illik müddətə Dünya Bankının prezidenti seçiblər.
Xatırladaq ki, 2019-cu il aprelin 5-də Dünya Bankının İcraçı Direktorlar Şurası Devid R.Malpassı Dünya Bankının 13-cü prezidenti seçib. Onun beş illik səlahiyyət müddəti həmin ilin aprelin 9-da başlayıb.