Rusiya Prezidenti Vladimir Putin qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsi ilə bağlı fərman imzalayıb.
"AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Putinin xaricdə dondurulmuş Rusiya aktivlərinə qarşı cavab addımlarını ehtiva edən fərman ölkə rəsmi mətbuatında dərc olunub.
Fərman başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verir. Fərmanda qeyd olunur ki, sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.
Artıq Almaniyanın "Uniper” və Finlandiyanın "Fortum” şirkətlərinə Rusiyadakı aktivlərinin idarə edilməsi üçün qəyyum təyin edildiyi bildirilib.
Qeyd edək ki, "Uniper”in Rusiyada beş geotermal elektrik stansiyası, "Fortum”un isə yeddi geotermal elektrik stansiyası, eləcə də müxtəlif elektrik enerjisi istehsalı və paylama sərmayələri var.