Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 70,2 min cüt ayaqqabı istehsal edilib.
DİA.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin ilk 3 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 79% az olub.
Məlum məsələdir ki, 10 milyondan çox əhalisi olan Azərbaycan üçün 3 ay ərzində 70,2 min cüt ayyaqabının istehsalı olduqca kiçik rəqəmdər.
Bu səbəbdən də hər il milyonlarla dollar vəsait ödənilərək xaricdən Azərbaycana ayaqqabı idxal edilir.
Müqayisə üçün qeyd edək ki, təkcə bu ilin ilk 2 ayında xaricdən Azərbaycana milyonlarla cüt ayyaqqabı gətirilib. Məsələn, ilk 2 ay ərzində Çindən dəyəri 5 milyon dollardan çox olan 2 milyon ədəddən çox müxtəlif formalı ayaqqabılar gətirilib. 2 ay ərzində təkcə İrandan Azərbaycana ümumi dəyəri 460 min dollar olan 1 milyon 125 min çüt ayaqqabı (üstü rezin) idxal edilib. Həmçinin 2 ay ərzində Türkiyədən gətirilən 155 min çüt ayaqqabı (üstü rezin) üçün 1,6 milyon dollar ödənilib.