Çinin inkişaf etməkdə olan çox sayda ölkəyə “qeyri-şəffaf şəkildə” irihəcmli kreditlər verdiyi açıqlanıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çinin 22 ölkəyə ayırdığı ümumilikdə 240 milyard dollar kreditin məqsədi “Tək qütb, tək yol” adlı logistik infrastrukturun qurulmasıdır.
Məlumata görə, Çinin bu “əliaçıqlığı” haqda informasiya Dünya Bankı, Harvard Kemmedi Məktəbi, “AidData” və Kil İnstitutu tədqiqatçılarının birgə hesabatında yer alıb.
Qeyd olunur ki, 2016-21-ci illərdə ayrılan 240 milyardlıq kreditin əsas hissəsi Argentinaya çatıb: 111,8 milyard dollar. Ondan sonra qərarlaşan Pakistan Çindən 48,5 milyard, Misir isə 15,6 milyard dollar kredit götürüb. Qalan ölkələrdən 9-na çatan kreditin həcmi 1 milyard dollar civarında olub.
Hesabatda bildirilib ki, nəzərdə tutulan ölkələrin bir çoxunun Mərkəzi Bankı bu kreditlərdən özlərinin valyuta ehtiyatlarını süni şəkildə “şişirtmək” məqsədilə yararlana bilər.