“Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində Fərdi İnkişaf Planı təliminə başlanılıb
İnkişaf məqsəddən başlayır. Məqsədə çatmaq üçün prosesləri müəyyənləşdirərək plan əsasında mərhələlərlə addımlamaq zəruridir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin tərəfindən icra olunan “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində Fərdi İnkişaf Planı təlimi də yer alıb. Təlim Neftçala rayonunun Xıllı qəsəbəsində təşkil olunub. Təlimdə iştirak üçün qəsəbə və ətraf kənddə yaşayan işaxtaranlar və sahibkar olmaq məqsədi daşıyan yeniyetmə qızlar və gənc evdar qadınlar müraciət edib.

Fərdi İnkişaf Planının hazırlanması özünüinkişaf istəqamətləri üzrə biliklərin məcmusudur. Karyeraplanlaşdırma, işaxtarma, CV yazma bilikləri, səmərəli təqdimat qaydaları və üsulları, ünsiyyət bacarıqlarının əhəmiyyəti və təkmilləşdirilməsi, təqdimatın hazırlığı, strukturu və xüsusiyyətlərinin təsvir edilməsi barədə məlumatlar iştirakçılar üçün yeni olsa da ətraflı izahat mövzuların mənimsənilməsini asanlaşdırır. Qrup işləri zamanı əldə olunmuş biliklərin müzakirəsi və təqdimatı şəbəkələşmə vərdişlərini aşılayır.


“İş və karyera haqqında”, “Əsas Həyat Bacarıqları”, “Fərdi inkişaf planının hazırlanması”, “Ünsiyyət”, “İş yerində öyrənmə”, “Peşəkar etika və davranış normaları” haqqında biliklər öyrədilməsi davam edir.
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi
25 Noyabr 2024 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA
25 Noyabr 2024 ŞAD XƏBƏR - Bu sahədə çalışanların maaşları artırılacaq
24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI

Dünyapress TV

Xəbər lenti