“Mançester Yunayted”in ulduz futbolçusu Kriştiano Ronaldo ilə komandanın baş məşqçisi Erik ten Haaq arasındakı gərginlik davam edir.
“Qafqazinfo” xəbər verir ki, onlar arasında yaranan problemə azarkeşlər də qoşulub.
Belə ki, portuqaliyalı futbolçunun tərəfdarları niderlandlı çalışdırıcının instaqram səhifəsini şikayət ediblər.
Buna səbəb Erik ten Haaqın bu gün verdiyi açıqlamadır. O, Ronaldonun tənqidinə cavab olaraq bildirib ki, portuqaliyalı oyunçu bir daha komandada oynamayacaq. Bundan sonra tərəfdarlar instaqram hesabını şikayət ediblər və nəticədə baş məşqçinin instaqram hesabı bloklanıb.