Amerikanın Milli Futbol Liqasında (NFL) çıxış edən “San-Fransisko 49ers”in oyunçusu Riki Pirsall sinəsindən güllə yarası alıb.
“BBC Sport” xəbər verir ki, hadisə şənbə günü baş verib.
Şəhərin “Yunion” meydanında qeydə alınan insidentdən sonra “San-Francisco 49ers”in 23 yaşlı oyunçusu sinəsindən güllə yarası alıb. Dərhal xəstəxanaya çatdırılan R.Pirsallın durumu ciddidir.
San-Fransisko polisi hadisəni törədən 17 yaşlı şəxsi həbs edib.
İlkin istintaqa əsasən, silahlı şəxs “San-Francisco 49ers”in oyunçusunu soymağa cəhd etdiyi zaman müqavimətlə üzləşib. Nəticədə həm şübhəli şəxs, həm də oyunçu xəsarət alıb.
Qeyd edək ki, R.Pirsall çiynindəki zədəsini yenicə sağaldıb məşqlərə qoşulmuşdu.