Elman Nəsirov Rəşad Dağlı məsələsinə MÜNASİBƏT BİLDİRDİ – O, qatildir, yoxsa?..
Rəşad Dağlının qətl törətməsi onu canidən çox qəhrəman elədi. Öz tanışını gecə saat 5-də 14 bıçaq zərbəsi ilə öldürüb, sonra da meyiti yolun ortasına atıb gedən bir adama çox təəssüf ki, cəmiyyətdə qəribə yanaşma var. Yerindən duran qatilə azadlıq tələb edir. Hətta onun həbsdən buraxılması üçün ölkə başçısına müraciət edənlər də tapılır.

Heç bir ay qabaq Fransa ilə bağlı petisiyada bu qədər fəallıq yox idi.

Bu qədər ictimai fəallıq və canfəşanlıq istər-istəməz suallar doğurur. Bu nəyin nəsidir? Bu qədər canfəşanlıq və fəallıq nəyə söykənir?

Məsələ ilə bağlı əvvəlcə Millət vəkili, politoloq Elman Nəsirlinin fikirlərini öyrəndik. TEREF.AZ bildirir ki, Bizim.Media-ya açıqlamasında o Azərbaycanın hüquqi dövlət olduğunu bildirdi:

“Hüquqi dövlətdə hər kəs qanun qarşısında bərabərdir. Heç kim qanunun fövqündə dayana bilməz. Heç kimin toxunulmazlıq hüququ yoxdur. Cinayət törətmisənsə, cavab verməlisən.

Bütün hüquqi dövlətlərdə və eləcə də, Azərbaycanda bu birmənalı belədir. Çox təəssüf ki, məlum hadisə ilə bağlı kimlərsə manipulyasiya edir, bundan bir şou yaratmaq istəyirlər. Amma bir həqiqət də var ki, hadisə hüquq mühafizə orqanları tərəfindən diqqətlə araşdırılır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə başqa aspektdən yanaşdı.

Bizim.Media-ya açıqlamasında bildirdi ki, bütün bunlar ondan qaynaqlanır ki, biz cəmiyyətimizdə baş verən prosesləri başlı-başına buraxmışıq:

“Sosiologiya sahəsində dünyaca məşhur alimlərin yekdil fikri budur ki, cəmiyyətdəki prosesləri öz axarına buraxmaq olmaz. Dövlət və QHT-lər mütəmadi olaraq cəmiyyətdəki trendlərə və proseslərə müdaxilə etməlidir.

Bəllidir ki, cəmiyyətdəki trendləri çox zaman nadan adamlar yaradır. Çünki, ictimai-siyasi yükə malik məsələyə cəmiyyətdə hər adam münasibət bildirmir. Daha doğrusu bildirə bilmir. Amma yüngül, məişət səviyyəli məsələyə ixtiyari vətəndaş müdaxilə edə bilir.

Nəticədə, savadsız, lakin ictimai çəkisi olmayan adamlar trend yaradır. Necə ki, Rəşad Dağlı ətrafında bu trendi yaradıblar. Və gəlin baxaq Rəşadı bu gün kimlər müdafiə edir. Bunlar əsasən hüququ və dövlətçiliyin təməl prinsiplərini bilməyənlərdir. Orta səviyyədən də aşağı savada malik belə adamlar kimlər üçünsə qanunda istisnaların tələbini irəli sürür. Bu sadəcə nadanlıqdır”.

Sosioloq vəziyyətdən çıxış üçün üçün öz təkliflərini də söylədi:

“Bizdə də ciddi elmi-tədqiqat mərkəzləri yaradılmalıdır. Bu mərkəzlər cəmiyyətdə gedən prosesləri öyrənib, çıxarışlar etməlidir. Milli konsepsiyalar hazırlanmalıdır. Çox təəssüf ki, bu gün “vor zakonlar”ın həyatı daha çox təbliğ olunur. Bu çox qorxunc bir prosesin işartılarıdır.

Qatili müdafiə etmək hansı ölkədə caiz hesab edilir? Bəs onda bizdə niyə qatil qəhrəman səviyyəsinə qaldırılır?

Deməli, biz nələrisə nəzərdən qaçırmışıq. Və bizim diqqətsizliyimizdən istifadə edən bəzi qüvvələr cəmiyyəti yanlış yola istiqamətləndirməyə çalışır”.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti