Əlaqə AMEA Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclası keçirilib -Fotolar
Noyabrın 4-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

aia.az xəbər verir ki, iclası AHİ-nin sədri, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Professor Habil Qurbanov düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Qeyd edib ki, xalqımız və rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən bu əlamətdar hadisə müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı.

Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyinin önəmini vurğulayan AHİ sədri iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasını tarixi hadisə kimi dəyərləndirib. O, son zamanlar Türkdilli dövlətlər arasında münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.

Alim bildirib ki, ölkə başçısı İlham Əliyev dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli və müasir dövlət xadimidir. Onun rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Professor Habil Qurbanov AHİ üzvlərinin də hər zaman dövlətimizin və ordumuzun yanında olduğunu, Ali Baş Komandanın bütün addımlarını dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, şəhid ailələri və qazilər, həmçinin veteranlar AHİ-nin daim diqqətindədir. Mütəmadi olaraq həmkarlar ittifaqları tərəfindən onlar ziyarət olunur, qayğıları ilə maraqlanılır və lazımi kömək göstərilir.

İkinci Qarabağ müharibəsində iştirak etmiş AMEA əməkdaşları barədə də məlumat məlumat verən sədr bildirib ki, AMEA-nın 25 əməkdaşı müharibəyə könüllü olaraq qoşulub, onlardan 2 nəfər qəhrəmancasına şəhid olub. Professor Habil Qurbanov Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə AMEA-da “Şəhidlər guşəsi”nin yaradıldığını, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün fotoalbomun hazırlandığını, mütəmadi olaraq şəhid ailələrinə və qazilərə yardımların göstərildiyini, onların pulsuz yollayışlarla təmin olunduğunu və digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

AHİ sədri ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən, AMEA-nın bir sıra institut və təşkilatlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyətini davam etdirəcəyini bildirib. Qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş institut və təşkilatların elmi fəaliyyəti bundan sonra da AMEA tərəfindən koordinasiya ediləcək, bir sözlə, AMEA ilə Elm və Təhsil Nazirliyi bu istiqamətdə sıx əməkdaşlıq edəcək. Həmçinin Akademiyanın bütün elmi bölmələrinin fəaliyyəti davam etdiriləcək.

O, AMEA prezidenti, akademik İsa Həbibbəylinin AHİ-nin fəaliyyətinə hər zaman böyük dəstək göstərdiyini və təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. Alim hazırda Azad Həmkarlar İttifaqının AMEA Rəyasət Heyəti ilə Kollektiv Saziş əsasında fəaliyyət göstərdiyini xatırladıb.

Daha sonda sədr rəhbərlik etdiyi qurumun 2022-ci ilə dair hesabat məruzəsini təqdim edib. O, AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Tədbirdən foto şəkilləri təqdim edirik.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_1667620687_4.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_1667620690_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_1667620691_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_1667620693_1.jpg
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti