“Marşall planı”nın müəllifi –
SSRİ-dəki həmkarları ona “cənab marşal” deyə müraciət ediblər. Əslində o, ordu generalı rütbəsini daşıyıb. Bu cür müraciətin səbəbi isə amerikalı hərbi və ictimai xadimin soyadı ilə bağlı olub – Corc Ketlett Marşall…

ABŞ-ın hərb və siyasət tarixində Corc Marşallın özünəməxsus yeri var. O, bu tarixə adını dünyanın ən qarışıq, ictimai-siyasi mühitin mürəkkəb olduğu bir dövrdə həkk edib.

Marşall 1880-cı ildə Pensilvaniya ştatında anadan olub. Virciniyada hərbi institutda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra piyada qoşunlarında xidmətə başlayıb, I dünya müharibəsində içtirakç edib.
1938-ci ilə qədər ayrı-ayrı hərbi strukturlara orta və yüksək vəzifələr tutan Marşall həmin il ABŞ silahlı qüvvələrinin baş qərargahında hərbi planlaşdırma şöbəsinə təyinat alıb. Məhz həmin ərəfədə Marşall Amerikanın ən tanınımış hərbi xadimlərindən biri sayılan, Franklin Ruzveltlə yaxınlığı ilə fərqlənən ordu generalı Duqlas Makarturun böyük etimadını qazanıb. Elə bu etimadın nəticəsində də II dünya müharibəsi başlananda Marşall ABŞ ordusunun qərargah rəisi vəzifəsinə təyin olunub, eyni zamanda Ruzveltin strategiya və taktika məsələləri üzrə müşaviri vəzifəsini daşıyıb. 1944-cü ildə Ruzvelt ona ordu generalı rütbəsini şəxsən təqdim edib.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1666111416_4.jpg
Marşall Ruzvelti bütün görüş və səfərlərdə müşayiət edib, o cümlədən Stalin və Çörçillə görüşlərində də.

Müharibə illərində ən tanınmış hərbi simalardan biri sayılan Marşallın fəaliyyəti dünya ictimaiyəti tərəfindən maraqla izlənilib. O, 1943-cü ildə “Time” jurnalı tərəfindən “ilin adamı” elan edilib. Marşall 1947-ci ildə bu titula ikinci dəfə sahib olub.

II dünya müharibəsi sona çatdıqdan sonra, 1945-ci ilin noyabr ayında Marşall qərargah rəisi vəzifəsindən istefa verib. Amma o, hərb işindən birdəfəlik ayrılmayıb.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1666111418_3.jpg
Marşall 1945-1947-ci illərdə ABŞ prezidentinin Çində rəsmi nümayəndəsi vəzifəsində işləyib.
1947-1949-cu illərdə Marşal ABŞ-ın dövlət katibi vəzifəsini tutub. Bu vəzifədə olarkən o, kommunizm ideyalarının yayılmasına və təbliğatına qarşı ciddi mübarizə aparıb.

Marşall siyasi fəaliyyətində daha çox “Marşall planı” ilə yadda qalıb. Bu planın həyata keçirilməsi 3 avqust 1948-ci ildə başlanıb. “Marşall palnı”na əsasən müharibədən sonrakı Avropaya ABŞ tərəfindən yardım edilməsi nəzərdə tutulub. Plana əsasən bir neçə istiqamət üzrə həyata keçirilib. Birincisi, müharibə nəticəsində dağılmış tikililərin bərpası, ikinci istiqamət Avropada əhalinin maddi-sosial vəziyyətini yaxşılaşdırmaq, ücüncü, ticarət əlaqələrini genişləndirmək və bu sahədəki əngəllikləri aradan qaldırmaq, daha bir istiqamət isə sənaye və bütövlükdə istehsalat müəssisələrini yeniləmək və s. olub.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1666111422_2.jpg
ABŞ “Marşall planı”nın həyata keçirilməsinə 13 milyard dollar sərf edib. Amma sözsüz ki, Amerika hökuməti bu vəsaiti Avropaya heç də sırf yardım məqsədi ilə xərcləməyib. “Marşall planı”nın görünməyən tərəfində müharibədən sonrakı dövrdə Amerikanın Avropaya nəzarəti gücləndirmək məqsədi dayanıb. İkinci görünməyən tərəf isə Avropada sosialist düşərgəsinin genişlənməsinin, güclənməsinin qarşısını almaq olub.

ABŞ prezidenti Trumen zaman-zaman Marşallın fəaliyyətini yüksək qiymətləndirsə də, prezidentlə dövlət katibi arasında bəzi məqamlarda fikir ayrılığı da yaranıb.

Trumen prezident kimi öz siyasətində İsraili dəstəklədiyi halda Marşall buna sərt etirazını bildirib. Marşall neftlə varlı olan ərəb ölkələri ilə əlaqələrin daha sıx qurulmasının tərəfdarı olub. Nəhayət, ABŞ İsraili rəsmi şəkildə dövlət kimi tanıyanda və diplomatik əlaqələri rəsmiləşdirəndə Marşall buna etiraz əlaməti olaraq dövlət katibi vəzifəsindən istefa verib.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1666111425_1.jpg
1949-1950-ci illərdə Marşall Amerika Qırmızı Xaç cəmiyyyətinə rəhbərlik edib.

1950-ci ildə Koreya müharibəsi dövründə Marşall ABŞ-ın müdafiə naziri vəzifəsinə təyinat alıb. Ancaq o, bu vəzifədə cəmi bir il xidmət edib. 1951-ci ildə o, səhhəti ilə əlaqədar nazir vəzifəsindən istefa verib.
1951-ci ildə hərbi və siyasi fəaliyyətdən uzaqlaşan Marşall Virciniyadakı evində yaşayıb, şəxsi həyətində bağbanlıq və tərəvəz yetişdirməklə məşğul olub. Ordu generalı arabir kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşməyə, onlara müsahibə verməyə də razılıq verib.

1953-cü ildə Marşall ABŞ nümayəndə heyətinin rəhbəri kimi Böyük britaniyada II Yelizavetanın tacqoyma mərasimində iştirak edib. Elə həmin il Marşall Nobel Sülh Mükafatının laureatı adını da qazanıb.

Corc Marşall 1959-cu ildə, 78 yaşında Vaşinqtonda vəfat edib. O, Vaşinqton ətrafında yerləşən, prezidentlərin, ali rütbəli hərbçilərin, astronavtların və yüksəkçinlilərin dəfn olunduğu Arlinqton milli qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu
 
 
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR
17 Noyabr 2024 İstanbulda naməlum şəxslər polisə molotov kokteyli və partlayıcı atıblar
17 Noyabr 2024 Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
16 Noyabr 2024 “Mətanət-A” şirkəti hakim qarşısında

Dünyapress TV

Xəbər lenti