Gömrüyün müstəntiqi istintaqını apardığı gürcünün pulunu mənimsəyibmiş
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi külli miqdarda yeyintidə suçlanaraq cəzalandırılıb. Onun müstəntiq kimi araşdırdığı cinayət işində depozitə qoyulmuş vəsaitləri mənimsədiyi iddia olunur.

53 min dollar

Söhbət Gürcüstan vətəndaşı Caba Cibqaşvili haqqındakı cinayət işindən gedir. Cibqaşviliyə 2021-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il həbs kəsilib. Xeyli vaxtdır ki, eyni məhkəmədə onunla bağlı istintaqı aparmış müstəntiq Nicat Qasımovun da işinə baxılırdı.

Cibqaşvili Azərbaycana gələrkən üstündə olan 53 min dollar pulu gömrüyə şifahi və ya yazılı şəkildə bəyan etmədən, gizli şəkildə keçirməyə cəhddə suçlanaraq həbs edilib. Ona CM-in 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Onunla bağlı cinayət işi üzrə araşdırmalar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılıb. Gürcüstan vətəndaşının üstündən tapıldığı iddia olunan 53 min dolların depozit hesabına qoyulmasına qərar verilib. Müstəntiq Qasımovun depozitə qoyulmalı olan həmin vəsaiti mənimsəyib öz ehtiyaclarına xərclədiyi iddia olunur.

Bu məsələnin üstü açılandan sonra Qasımov vəzifəsindən azad edilib, ardınca cinayət işi başlanıb. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sabiq müstəntiqin işində həm Dövlət Gömrük Komitəsi, həm də Cibqaşvili zərərçəkmiş qismində tanınıb. Çünki pul Cibqaşvilinin olub, lakin Dövlət Gömrük Komitəsində depozit hesaba qoyulmasına qərar verilmişdi.

Qasımov özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu söyləyib. Mənimsənildiyi iddia olunan vəsaiti istintaqın gedişində Qasımov ödəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 12-də keçmiş müstəntiqə hökm oxunub. Məhkəmə ziyanın ödənilməsini və s. yüngülləşdirici halları nəzərə alıb Qasımova şərti cəza verib. O, istintaq və məhkəmə dövründə də həbsdə deyildi. Onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi.(Azadliq radiosu)

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti