Quba rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib.
Xaçmaz rayonundan Quba Periontal Mərkəzinə gətirilən Xaçmaz sakini, 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.
İlkin məlumata görə, uşaq xəstəxanaya ölü döllə gətirilib. Ana isə şok vəziyyətində olub.
Mərkəzdən verilən məlumata görə, hamilə qadın ötən gecə ağır vəziyyətdə mərkəzə çatdırılıb. Tibbi yardımlara baxmayaraq, ana və körpəsinin həyatını xilas etmək mümkün olmayıb.
XalqXeber.Az