Krım körpüsündə partlayışın izi Ermənistana çıxdı, bəs niyə azərbaycanlının furası?
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Putinə məruzə etdi, amma suallar daha da artdı…

Biz təkcə işğaldan deyil, həm də terrordan əziyyət çəkən xalqıq. Erməni terroru hələ də davam edir, işğaldan azad edilmiş torpaqlarda az qala hər gün can alan minalar buna sübutdur. Erməniyə qarşı isə biz heç vaxt terror etmədik, bunu sübut edə biləcək bir fakt belə yoxdur. O səbəbdən davam edən Rusiya-Ukrayna müharibəsində tərəflərin dinc əhaliyə qarşı yönəlmiş terror aktları pislənməlidir.

Razılaşaq ki, Krım körpüsü ilə bağlı məsələ bir az qəlizdir. 2014-cü ildə Rusiya yarımadanı bir güllə atmadan anneksiya etdi, Ukraynanın bununla barışması çətindir. İndi isə daha 4 vilayətinin Rusiyanın tərkibinə qatılması “rəsmiləşdi”. Ukrayna buna müqavimət göstərir, göstərməlidir də. Sonu necə olacaq, Allah bilir, amma bu müharibə artıq bütün yazılı-yazılmamış qanunları aşıb, nüvə təhdidinədək gəlib çatıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1665383129_2.jpg
Bir neçə saat əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə(Bastrıkinlə qrup yoldaşı olublar) Krım körpüsündəki hadisənin terror aktı olduğu barədə məruzə edib. Bastrikinin sözlərinə görə, Ukraynanın xüsusi xidmət orqanlarının hazırladığı terror aktına Rusiya və digər dövlətlərin vətəndaşları cəlb olunub. İstintaq Komitəsinin rəhbəri yük maşının marşrutunu belə açıqlayıb: Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya və Krasnodar diyarı. Halbuki o saatadək furanın ölkə xaricində olması barədə heç nə deyilmirdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1665383128_3.jpg
Krım körpüsündə baş verənin adı mənə görə də terror aktıdır, amma məsələn, latviyalı nazir üçün təbrik üçün bayramdır, o cümlədən digər müharibə qırğıları və qarğaları üçün də. Amma bizim üçün üzücü olduğu qədər müəmmalı olan bu olayda azərbaycanlılnın adının hallanmasıdır.

Bu terror aktını planlaşdıranlar niyə bomba dolu yükü ehtiyat hissələr adı altında Mahir Yusubovun furasına yükləyiblər? Axı məlum idi ki, bütün dünyanın bir nömrəli xəbərinə çevriləcək bu aktın arxasında kimin dayanmasından əlavə, kimin əli ilə(köməyi ilə və sairə) də əsas müzakirə mövzusu olacaq. Niyə o regionda ən müxtəlif millətlər içərisindən azərbaycanlı seçilib? Bizim millət olaraq terrorla nə bağlılığımız ola bilər, üstəlik iki başqa dövlətin savaşında? Bu, düşündürücü və müəmmalıdır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1665383126_4.jpg
Bu cür planlaşdırılmış terror aktlarında hər şey bütün xırdalıqlarınadək hazırlanır. Mahir Yusufov həmin şirkətdən sifarişi hadisədən bir gün əvvəl(oktyabrın 6-da) alıb(bundan əvvəl o şirkətlə işləməyib), sənədləşmə aparılıb. 7-21 ton ağırlığında yük Armavirdən Simferopla çatdırılmalı, bunun müqabilində isə sürücüyə 48 min rubl ödənilməli idi. Üzə çıxan sənədlər belə deyir. Həmin şirkətdən mediaya açıqlamada isə bildirilib ki, onların terrorla heç bir əlaqəsi yoxdur, istintaqla əməkdaşlıq edirlər. Yəni bomba onlarda yüklənməyib. Bastrıkinin dedikləri də bu cinayətin gedişatını dəyişir, ipin ucunun lap dolaşdırır. Məlum olmur ki, furanı Mahir Yusubov xaricdən sürüb gəlib, yoxsa burada kimdənsə təhvil alıb?

Gürcüstan azərbaycanlısı olduğu deyilən, son illər Kazandan yaşamış Yusubovun haqqında Rusiya mediasında son iki gündə onlarla yazı dərc olunub, amma onun terrorçu ola biləcəyi haqda ən xəfif belə ehtimal yox idi. Dostları, tanıyanlar deyiblər ki, Mahirin məsələn, radikal dindarlarla heç bir əlaqəsi olmayıb, Azərbaycanın yerli diasporası ilə əlaqə saxlayıb, anası ilə ayrılan atası ilə müəyyən problemləri olsa da, öz halında yaşayıb.

Mahir Yusubovun furası oktyabrın 7-də axşam(Putinin 70 yaşı tamam olan gün) keçəcəyini düşünüblər. Amma sürücü Krım körpüsündən bir neçə kilometr qalmış maşını özünün dincəlməsi üçün saxlayıb. Bu barədə o, sonuncu dəfə ailəsi ilə telefon danışığında deyib. 8 oktyabr səhər hava işıqlaşmamış o yola çıxıb və dizel yüklü yük qatarının yanında keçdiyi vaxt avtomobil patlayıb, ya da uzaqdan idarəetmə ilə partladılıb. Furanın önündə başqa bir minik avtomobili də olub, bəzi versiyalara görə fura yox, əvvəl o partlayıb…
Krım körpüsündə partlayış Rusiya hüquq-mühafizə sistemində ciddi boşluqlar olduğunu göstərdi. Qərb analitiklərinin bu hadisə ilə bağlı bir versiyası da diqqət çəkir. Onlar bildiriblər ki, bu akt Rusiya FSB-si ilə Müdafiə Nazirliyi rəhbərliyi arasında çəkişmənin nəticəsi də ola bilər. Ağlabatan versiyadır. Çünki bu parlayışdan sonra Krım körpüsünün mühafizəsi də daxil olmaqla FSB-nin səlahiyyətlərinə verildi.

Bir sözlə, hadisə ilə bağlı müəmma çoxdur, eləcə də “niyə azərbaycanlı” sualı açıq qalır…

Nazim SABİROĞLU (musavat.com)
 
 
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR
17 Noyabr 2024 İstanbulda naməlum şəxslər polisə molotov kokteyli və partlayıcı atıblar
17 Noyabr 2024 Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
16 Noyabr 2024 “Mətanət-A” şirkəti hakim qarşısında

Dünyapress TV

Xəbər lenti