İcra başçısının yerində tapmadığı direktordan AÇIQLAMA
"Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məktəbimizə gələn zaman biz kəndimizin şəhidi Hüseynov Nəcəf İlqar oğlunun anım mərasimində idik. Mən, müəllimlər və yuxarı sinif şagirdləri şəhidin ildönümünə getmişdik".
DİA.AZ xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Gədəbəy rayon Arıqıran kənd tam orta məktəbinin direktoru Natiq Hüseynov deyib. O bildirib ki, icra başçısının gəldiyini bilən zaman hər kəs yenidən məktəbə qayıdıb:

"İcra başçısı gələndə anım mərasimində idik deyə o, gəlib bizi tapmayıb. Xəbər tutanda gəldik, amma artıq gec idi. İcra başçısından sonra gəldiyi üçün heç kəs içəri buraxılmadı. Mən isə başçının yanına gəlib, izahat verdim. Orxan müəllim mənə iradlarını bildirdi. Ona dedim ki, bir də belə şey etməyəcəyik".

Məktəbin direktoruna Qazax-Tovuz Regional Təhsil idarəsindən də irad bildirilib:
"Biz anım mərasiminə Gədəbəy Rayon İcra Hakimiyyətinə və regional təhsil idarəsinə məlumat vermədən getmişdik. Şəhidin nənəsi uzun illər məktəbdə xidmətçi işlədiyi üçün gəlmişdi. O, bizi dəvət etdi. Biz də müəllimlər və yuxarı siniflərlə ora getdik.

Səhvlik etmişdik, buna görə də bizə xəbərdarlıq edilib, töhmət almışıq. Çalışacayıq ki, bir də belə səhv etməyək. Hazırda bütün şagirdlər və müəllim heyəti məktəbdədir və normal dərs prosesi gedir", deyə direktor əlavə edib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzVision.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Direktor sektora dəvət olunub. Onun izahatı alınacaq.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub. Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti