Babadağa ziyarətə gedən 4 nəfər itkin düşdü: Bu şəxslərdən biri öldü, 3-ü isə... (VİDEO)
İsmayıllı rayonunun Lahıc Qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər gecə saatlarında itkin düşüb.

Manset.az xəbər verir ki, dərəyə düşən bu şəxslərdən biri dünyasını dəyişib. 3 nəfər isə olduqları yerdən çıxarılaraq ailələrinə təhvil verilib.

Babadağ ziyarətgahından qayıdan İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Kənd sakini 1968-ci il təvəllüdlü Mübariz Məmmədov ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən kənd sakinləri 2002-cı il təvəllüdlü Niyyət Xudaverdiyev, 2006-cı il təvəlüdlü Ağa Xudaverdiyev və qardaşı 2008-ci il təvəllüdlü Emil Xudaverdiyev də yağışlı havada ayaqları sürüşərək yıxılıblar. Dərədə köməksiz qalan şəxslər valideynlərinə zəng edərək kömək istəyiblər.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məluamat daxil olan kimi nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Babadağ dağında köməksiz vəziyyətdə qalan 3 nəfəri sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. Onlar həkim nəzarətindən də keçiblər.

Həlak olmuş Mübariz Məmmədovun cəsədi mürəkkəb relyefli dağlıq ərazidən çıxarılıb.

 

Bölmənin digər xəbərləri

16 May 2025 Şəmkirdə ət dükanları bağlandı - artıq pul tələb ediblər
16 May 2025 Dəhşətli hadisə - Bakıda uşaq oğurluğuna cəhd edildi
16 May 2025 "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

Dünyapress TV

Xəbər lenti